Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-80/2024 06.02.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X12 qızının katibliyi, iddiaçı “Azərbaycan X1” İctimai Birliyinin nümayəndələri Nümayəndə2 və X4, Cavabdeh nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 iştirakı ilə, iddiaçı “Azərbaycan X1” İctimai Birliyinin Cavabdehnə qarşı “pul tələbi və retranslyasiyanın qadağan edilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Azərbaycan X1” İctimai Birliyi 14 noyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi və retranslyasiyanın qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli 466 saylı Qərarına əsasən Cavabdehndən 13 noyabr 2021-ci il tarixindən 13 noyabr 2023cü ilədək olan dövr (son 2 il) ərzində audiovizual əsərlərin müəllif qonorarı ödəmədən, qanunazidd olaraq retranslyasiyasını həyata keçirdiyinə görə hər ay üçün 1500 (min beş yüz) manat olmaqla, ümumilikdə 36000 (otuz altı min) manat məbləğində qonorar alınaraq iddiaçı “Azərbaycan X1” İctimai Birliyinin xeyrinə ödənilməsi və iddiaçı “Azərbaycan X1” İctimai Birliyi ilə müqavilə bağlananadək Cavabdeh MMC tərəfindən “Azərbaycan X1” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə TV (televiziya) kanallarının retranslyasiyasının həyata keçirilməsinin qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azərbaycan X1” İctimai Birliyi əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat kimi Azərbaycan Respublikası “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununun müvafiq maddələri əsasında qeydiyyata alınaraq yaradılmış və fəaliyyət göstərir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata keçirmək praktik olaraq mümkün olmadıqda müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən şəxslərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. “Azərbaycan X1” İctimai Birliyi 18 iyun 1999-cu il tarixdə 1156 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Qanunun 41.3-cü maddəsinə əsasən, dövlət qeydiyyatına alınmış əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan (akkreditasiyadan) keçirlər. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən “Azərbaycan Proffessional Kinorejissorlar Gildiyası” İctimai Birliyi qeydiyyatdan (akkreditasiyadan) keçirilmişdir. Gildiyanın hüquq və vəzifələri sözügedən Qanunun 42 və 43cü maddələrində təsbit olunmuşdur. Belə ki, həmin maddələrdən görünür ki, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar idarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün istifadəçilərə lisenziya verir; lisenziya üzrə və lisenziya vermədən nəzərdə tutulmuş qonorarı yığır; yığılmış qonorarı onun təmsil etdiyi müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölüşdürür və ödəyir; idarə etdiyi hüquqların qorunması üzrə vacib olan digər hüquqi hərəkətləri edir. Həmçinin, o, yığılmış qonorarı müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölmək və qanuni sahiblərinə ödəmək; qonorarı ödəməklə birlikdə müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinə onların hüquqlarından istifadə barədə məlumat vermək vəzifələri vardır. Cavabdeh MMC “universal platforma operatoru” kimi lisenziya almışdır. “Media haqqında” Qanunun 1.1.21-ci maddəsinə əsasən, platforma operatoru – proqramların, o cümlədən sifarişli yayım xidmətlərinin kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiyasını həyata keçirən fiziki və ya hüquqi şəxsdir. Həmçinin təqdim edilən Cavabdeh MMC-in öz saytındakı məlumatlardan da görünür ki, o, telekanalların, bununla da audiovizual əsərlərin retranslyasiyasını həyata keçirir. Onun heç bir qonorar ödəmədən audiovizual əsərlərin kommersiya məqsədilə retranslyasiyasını həyata keçirməsi müəlliflərin hüquqlarını kobudcasına pozur. Kinоrejissоrlar Gildiyasının dəfələrlə rəsmi və qeyri-rəsmi müraciətlərinə baхmayaraq, cavabdeh Azərbaycan filmlərinin istifadəsinin hüquqi əsaslarını yaratmadan - yəni, kollektiv təşkilat olan Azərbaycan Prоfessiоnal Kinоrejissоrlar Gildiyası ilə müqavilə bağlamadan və müəllif qоnоrarı ödəmədən, hüquqlarının qorumasını kоllektiv idarəçilik təşkilatı olan Kinоrejissоrlar Gildiyasına vermiş müəlliflərin - rejissorların, ssenaristlərin, operatorların, rəssamların və bəstəkarların müəllifi olduğu filmlərin retranslyasiyasını qanuna zidd olaraq həyata keçirir. Həmçinin, 21 iyul 2023-cü il tarixində cavabdehə göndərilmiş pretenziya məktubuna da müsbət cavab verilməmişdir. 27 oktyabr 2023-cü il tarixində keçirilmiş mediasiya iclasında da cavabdehlə qarşlıqlı razılaşma baş tutmamışdır. Cavabdeh yuxarıda qeyd olunan hərəkətləri ilə «Müəlliflik huququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikası Qanununun 12, 15 və 42-ci maddələrinin tələblərini pоzaraq müəlliflərə maddi zərər vurur və bununla da həmin qanunun 47-ci maddəsinə uyğun оlaraq mülki məsuliyyətə cəlb edilməlidir. Gildiya audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat kimi Mülki Məcəllənin, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun və Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli 466 saylı Qərarının tələblərini əsas götürərək, Cavabdeh MMC-nin 2021-ci ilin noyabr ayından 2023-cü ilin noyabr ayınadək (son 2 il ərzində) müəlliflərə qonorar ödəmədən audiovizual əsərlərin retranslyasiyasını qanunazidd həyata keçirdiyinə görə aylıq 1500 (min beş yüz) manat olmaqla, ümumilikdə 36000 (otuz altı min) manat məbləğin cavabdehden alınaraq iddiaçıya ödənilməsini tələb edir. Belə ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 12.4-cü maddəsinə əsasən, audiovizual əsərin müəlliflərinin audiovizual əsərin orijinalının və ya nüsxələrinin kommersiya məqsədi ilə kirayəyə verilməsinə və ya digər üsullarla istifadə edilməsinə görə qonorar almaq hüququ vardır. Həmin Qanunun 15.4-cü maddəsinə əsasən, müəllifin əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır (qonorar almaq hüququ). Bu qonorarın həcmi və hesablanması qaydası müəlliflərlə (hüquq sahibləri ilə) istifadəçilər arasında bağlanmış müəllif müqaviləsi və ya müəlliflərin verdikləri səlahiyyətlər həcmində əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçilər arasında bağlanmış müqavilələrlə müəyyən edilir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 45.1-ci maddəsinə əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Bu qanunun 45.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə - müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: 1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; 2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli 466 saylı Qərarının “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” ilə bağlı 5-ci bölməsinin 2.4.5-ci bəndinə əsasən, audiovizual əsərlərin kabel televiziyası ilə (o cümlədən retranslyasiya üsulu ilə yayımlanmasına görə) 0,5 faiz (istifadəçinin hesabat ayı üçün nəzərdə tutulan ümumi büdcəsindən - reklamdan, sponsordan və digər mənbələrdən daxil olmalarla) audiovizual əsər müəlliflərinə qonorar ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, Nazirlər Kabinetinin bu Qərarına əsasən kabel televiziyaları tərəfindən (o cümlədən retranslyasiya üsulu ilə) audiovizual əsər müəlliflərinə hər ay üçün həmin televiziyaların aylıq büdcələrinin 0,5%-i miqdarında qonorar ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Cavabdeh tərəfindən müəlliflik hüquqlarının pozulması - müəllifləri öz əsərlərinin retranslyasiyasının həyata keçirilməsinə görə qonorar, yəni gəlir əldə etmək imkanından məhrum etmişdir. Buna görə də, iddiaçının cavabdehdən əldən çıxmış faydanı tələb etmək hüququ yaranmışdır. Həmçinin, Bern Konvensiyasının 11bis maddəsinə əsasən, ədəbi və bədii əsərlərin müəllifləri aşağıdakılara icazə vermək müstəsna hüququndan istifadə edirlər: - (i) öz əsərlərinin efirə verilməsinə və ya bu əsərlərin istənilən naqilsiz işarələr, səslər və ya görüntülərin verilməsi ilə kütləvi bildirişinə; (ii) istər naqillə, istərsə də naqilsiz rabitə vasitəsi ilə təkrar efirə verilən əsərin istənilən kütləvi bildirişinə, əgər belə bildiriş ilkin yox, başqa təşkilat vasitəsi ilə həyata keçirilirsə; (iii) efirə verilmiş əsərin səsucaldan və ya işarələri, səsləri, yaxud təsvirləri ötürən hər hansı başqa cihazın köməyi ilə kütləvi bildirişinə. (2) - İttifaq ölkələrinin qanunvericiliyi əvvəlki bəndlə nəzərdə tutulan hüquqların həyata keçirilməsi şərtlərini müəyyənləşdirə bilər; bununla birlikdə, bu şərtlərin təsiri yalnız onu müəyyən etmiş dövlətin öz ərazisi ilə məhdudlaşdırılır. Bu şərtlər heç bir halda müəllifin nə qeyri-əmlak hüquqlarını, nə də müqavilə olmadığı halda səlahiyyətli orqan tərəfindən müəyyənləşdirilən müəllifin qanuni haqq almaq hüququnu məhdudlaşdıra bilməz. Nəzərə almaq lazımdır ki, müəlliflərin qonorar almaq hüququnun əsası kimi Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş minimum qonorarın miqdarı faiz göstəricisi ilə əks olunmuşdur. Lakin, Mülki-Prosessual Məcəllənin 112.1, 149.2.3 və 222.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, iddia ərizəsində cavabdehdən tutulması xahiş edilən məbləğ dəqiq göstərilməlidir. Bu o deməkdir ki, iddianın qiyməti faiz dərəcəsi ilə deyil, dəqiq və konkret müəyyənləşdirilməlidir. Gildiyanın digər operatorlarla bağladığı analoji müqavilələrdə nəzərdə tutulan məbləğlərin orta qiymətini nəzərə alaraq, analoji iş üzrə 07 fevral 2023-cü il tarixində qəbul edilmiş 2-2(102)-70/2023 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında Gildiyaya ödənilməli olan aylıq orta məbləğ 1500 (min beş yüz) manat olaraq müəyən edilmişdir. Bunu da nəzərə alaraq, Gildiya cavabdeh tərəfindən aylıq 1500 (min beş yüz) manat olmaqla, son 2 illlik müddət üçün ümumilikdə 36000 (otuz altı min) manat məbləğində qonorar ödənilməsinə dair iddia tələbini irəli sürmüşdür. İddia tələbinin ikinci hissəsi isə Gildiya ilə müqavilə bağlananadək cavabdeh "Selnet” MMC tərəfindən iddiaçı “Azərbaycan X1” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə TV kanalların retranslyasiyasının həyata keçirilməsinin qadağan edilməsidir. Belə ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 15-ci maddəsinə əsasən, müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır. Əsərdən istifadəyə müstəsna hüquqlar aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağa qoymağı bildirir: - əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ); əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ); əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ); əsəri kütləvi ifa etmək (kütləvi ifa hüququ); kütləyə çatdırılması məqsədi ilə əsərin kütləvi bildirişi (verilişin efirlə və ya kabellə kütləvi bildirişi daxil olmaqla) (kütləvi bildiriş hüququ); əsərin kütləyə çatdırılması üçün onun ilk və ya sonrakı bildirişləri də daxil olmaqla efirlə kütləvi bildirişi (efirlə kütləvi bildiriş hüququ); kütləyə çatdırmaq üçün ilk və sonrakı bildirişlər də daxil olmaqla əsərin kabellə (kabel, naqil və ya digər oxşar vasitələrlə) bildirişi (kabellə kütləvi bildiriş hüququ) və s. Göründüyü kimi, müəlliflərin müstəsna hüququ kimi, müəllifin öz əsərlərinin retranslyasiyasını qadağan etmək hüququ Qanundan irəli gəlir. Belə ki, cavabdeh audiovizual əsərlərin retranslyasiyasiyanı həyata keçirmək üçün Gildiya ilə müqavilə bağlamalı və ona ədalətli haqq-qonorar ödəməlidir. Hansı ki, yuxarıda qeyd edildiyi kimi, ödənməli olunan qonorarın minimum miqdarı Nazirlər Kabinetinin Qərarı ilə 0,5% dərəcəsində müəyyənləşdirilmişdir. Müqavilə bağlamadan və qonorar ödəmədən retranslyasiyanı həyata keçirmək müəlliflərin hüquqlarını birbaşa şəkildə pozur. Bu səbəblə, Gildiya - ona üzv olmuş müəlliflərin hüquqlarını müdafiə etmək və onları həyata keçirmək məqsədilə cavabdehin Gildiya ilə müqavilə bağlamadığı təqdirdə Gildiyaya üzv müəlliflərin audiovizual əsərlərinin retranslyasiyasının qadağan edilməsi üçün məhkəməyə müraciət etmişdir. Audiovizual əsər yaradıcılarının müəllif hüquqlarının müdafiəsi ilə məşğul olan və onların əmlak hüquqlarını kollektiv şəkildə idarə edən təşkilat kimi “Azərbaycan X1” İctimai Birliyinin audiovizual əsər müəlliflərinin mənafelərini qorumaq məqsədilə qaldırdığı iddia xaraktercə müəllif hüquq münasibətləridir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər Cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə 28 noyabr 2023-cü ildə “iddia tələbinə qarşı yazılı Etiraz” təqdim edilərək, iddiaçı “Azərbaycan X1” İctimai Birliyinin Cavabdehnə qarşı “pul tələbi və retranslyasiyanın qadağan edilməsi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, iddiaçı hər hansı bir subyektiv hüququn pozulmasını sübut edə bilmir. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh - əmlak hüquqlarının idarə edilməsi səlahiyyəti iddiaçıya verilmiş rejissorların, ssenaristlərin, operatorların, rəssam və bəstəkarların müəllifi olduğu filmlərin retranslyasiyasını qanunsuz olaraq həyata keçirir. Yəni iddiadan görünür ki, hüququ pozulmuş müəlliflərə aşağıdakılar aiddir: (i) rejissorlar; (ii) ssenaristlər; (iii) operatorlar; (iv) rəssam; (v) bəstəkarlar. Həmçinin, iddiadan görünür ki, qanunsuz istifadə edilmiş audiovizual əsər filmdir. Lakin, iddiadan görünmür ki, cavabdeh konkret hansı rejissor, ssenarist, operator, rəssam, yaxud bəstəkarın hansı filmindən istifadə etmişdir və bu istifadə hansı səbəblərə görə qanunsuzdur, habelə əsərdən istifadəyə müstəsna hüququ pozulmuş müəllif (hüquq sahibi ilə) iddiaçıya hansı səlahiyyət vermişdir ki, iddiaçı həmin müəllifin əmlak hüquqlarını kollektiv əsasda idarə edir. Halbuki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 15-ci maddəsinin 4-cü bəndinə əsasən müəllifin əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır (qonorar almaq hüququ). Bu qonorarın həcmi və hesablanması qaydası müəlliflərlə (hüquq sahibləri ilə) istifadəçilər arasında bağlanmış müəllif müqaviləsi və ya müəlliflərin verdikləri səlahiyyətlər həcmində əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçilər arasında bağlanmış müqavilələrlə müəyyən edilir. Həmçinin, həmin Qanunun 41-ci maddəsinə əsasən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəllifləri və ya digər hüquq sahiblərini təmsil edirlər və onların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə və ya digər təşkilatlara müraciət edə bilərlər. Göründüyü kimi, müəllifin (hüquq sahibinin) əmlak hüquqları o halda həmin hüquqları kollektiv əsasda idarə edən təşkilat tərəfindən qoruna bilər ki, müəllif tərəfindən həmin təşkilata müəyyən həcmdə səlahiyyət verilsin. Konkret hansısa müəllifin əmlak hüquqlarının pozulması, həmin hüquqların cavabdeh tərəfindən pozulması, hüququ pozulan müəllif tərəfindən əmlak hüquqlarının idarə edilməsi səlahiyyətinin, o cümlədən müəllif qonorarını onun adından yığmaq səlahiyyətinin iddiaçıya verilməsi isə iddiadan görünmür. Bu isə ona işarə edir ki, həmin hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Halbuki MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, iddia tələbinin əsası kimi istinad edilən hallar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, iddia tələbi rədd edilməlidir. İddiaçının cavabdehdən qonorar tələb etməsinin hüquqi əsası mövcud deyildir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı tərəfindən cavabdehdən qonorar tələb edilməsinin nə müqavilə hüquqi əsası, nə də qanuni əsası mövcuddur. Belə ki, qeyd edildiyi kimi iddiaçı sübut edə bilməmişdir ki, hüquqları pozulan hansı müəllif əmlak hüquqlarının idarə edilməsi səlahiyyətini, o cümlədən müəllif qonorarını onun adından yığmaq səlahiyyətini iddiaçıya hansısa əqd əsasında vermişdir. Digər tərəfdən, qüvvədə olan qanunvericilikdə, o cümlədən “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda cavabdehin İddiaçıya (Azərbaycan X1 İctimai Birliyinə) müəllif qonorarı ödəmək öhdəliyi müəyyən edilməmişdir. Odur ki, İddiaçının bu baxımdan da tələbi qanunsuz və əsassızdır. Cavabdeh operator, internet provayder kimi uçota alınmışdır və audiovizual əsərlərin yayımını həyata keçirmir. Həmçinin, qeyd edilməlidir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin internet telekommunikasiya xidmətləri göstərən operatorların və provayderlərin uçotu haqqında 00034 nömrəli bildirişinə əsasən cavabdeh 09 mart 2023-cü il tarixdə internet telekommunikasiya xidməti göstərən operator, internet provayder kimi uçota alınmışdır. Göründüyü kimi, cavabdeh operator və internet provayder fəaliyyətini həyata keçirir. Operator və internet provayderin hansısa əsər müəllifinə qonorar ödəməsi vəzifəsi nə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunda, nə də digər qanunvericilik aktında nəzərdə tutulmamışdır. Bununla belə, iddiaçı öz ərizəsində cavabdehin “universal platforma operatoru” üzrə lisenziyaya malik olmasına istinad edərək, guya cavabdehin həmin fəaliyyətlə məşğul olmasını əsaslandırmaq istəmişdir. Halbuki, cavabdehə 26 dekabr 2022-ci il tarixdə UPO-014 qeydiyyat nömrəli xüsusi lisenziya verilsə də, o, hazırda həmin fəaliyyəti həyata keçirmir. Çünki cavabdehin platforma operatoru fəaliyyətini həyata keçirməyə texniki imkanı yoxdur. Həmin hal bu sahədə mütəxəssis ayırlmaqla onun iştirakı ilə keçirilən cavabdehin ofisində aparılan müayinə nəticəsində yoxlanıla və təsdiq edilə bilər. Eyni zamanda, cavabdehin faktiki həmin fəaliyyətlə məşğul olduğunu iddiaçı da sübuta yetirməmiş, əsassız olaraq lisenziyanın olmasına görə onun universal platforma operatoru fəaliyyətini həyata keçirdiyini göstərmişdir. Bu baxımdan da iddia tələbi qanunsuz və əsassızdır. Çünki, platforma operatoru belə, müəllif qonorarı ödəməli deyildir. Qeyd edilməlidir ki, cavabdeh platforma operatoru fəaliyyətini həyata keçirsəydi belə, o, müəllif qonorarı ödəməməli idi. Belə ki, 38 nömrəli Qərarın 3 nömrəli Əlavəsi ilə təsdiq edilmiş “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nın 5-ci Bölməsinin “Qeydlər” hissəsinin 1-ci abzasının məzmununa əsasən Azərbaycan Respublikasının ərazisində audiovizual əsərlərin efir və kabel (o cümlədən, retranslyasiya yolu ilə) televiziyası ilə yayımlanmasını həyata keçirən bütün hüquqi şəxslər müəllif qonorarı ödəyirlər. Qərarın məzmunundan aydın olur ki, sözügedən müddəa müəllif qonorarının ödənilməsi öhdəliyini retranslyasiya fəaliyyətini həyata keçirən şəxslər barədə yox, audiovizual əsərlərin yayımlanması fəaliyyətini həyata keçirən şəxslər barədə müəyyən etmişdir. Burada “retranslyasiya” sadəcə yayımın həyata keçirildiyi üsul kimi nəzərdə tutulmuşdur. Belə ki, "Media haqqında" Qanunun 1.1.21-ci maddəsinə əsasən platforma operatoru proqramların, o cümlədən sifarişli yayım xidmətlərinin kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiyasını həyata keçirən fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 1.1.23-cü maddəsinə əsasən “retranslyasiya” - hər hansı texnologiyadan istifadə etməklə televiziya və ya radio kanallarının, habelə proqramların və ya onların hissələrinin məzmununa dəyişiklik edilmədən yayımlandığı anda qəbulu və ötürülməsi fəaliyyətidir. Qeyd edilən Qanuna əsasən audiovizual əsərlərin yayımlanması fəaliyyətini həyata keçirən şəxslər audiovizual proqramların məzmunu üzərində cavabdehlik daşıyan şəxslər kimi audiovizual yayımçı (1.1.14-cü maddəyə əsasən), o cümlədən platforma yayımçılarıdır (1.1.18-ci maddəyə əsasən). Buradan belə aydın olur ki, audiovizual əsərlərin yayımı platforma operatoru tərəfindən həyata keçirilmir və platforma operatoru yalnız retranslyasiya fəaliyyətini həyata keçirən subyektdir, onun isə müəllif qonorarı ödəmək vəzifəsi qanunvericilikdə təsbit edilməmişdir. Təsadüfi deyildir ki, platforma operatoru tərəfindən yayımçının efir və proqramlarına heç bir müdaxilə edilmədiyinə və yayımçı tərəfindən hansı əsərlərin retranslyasiya edildiyinin əvvəlcədən izlənməsi mümkün olmadığına görə gəlirin uçotu və istifadə edilən əsərlərin siyahısı üzrə hesabatın tərtib edilməsi vəzifəsi platforma operatorunun üzərinə deyil, məhz yayımçının üzərinə qoyulmuşdur. Belə ki, “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nın 5-ci Bölməsinin “Qeydlər” hissəsinin 3-cü abzasına əsasən, müəllif qonorarının ödəyiciləri istifadəsinə icazə aldığı audiovizual əsərlərin qeydiyyatını, hesabat dövründə hər bir əsərdən istifadəyə görə əldə edilən gəlirin uçotunu aparmalıdırlar. Ödəyicilər müəllif qonorarı ödəməklə yanaşı, audiovizual əsərlərin müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilata və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə hesabat dövründə istifadə etdikləri əsərlərin siyahısını (müəlliflərin adı və hər əsərdən istifadəyə görə əldə edilən gəlirin miqdarı ayrı-ayrılıqda göstərilməklə) təqdim etməlidirlər. “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nın 5-ci Bölməsinin “Qeydlər” hissəsinin 3-cü abzasını Qanunun 1.1.23-cü maddəsinin işığında nəzərdən keçirtdikdə aydın olur ki, gəlirin uçotu və istifadə edilən əsərlərin siyahısı üzrə hesabatın tərtib edilməsi vəzifəsi platforma operatorunun üzərinə deyil, məhz yayımçının üzərinə qoyulmuşdur. Xüsusilə qeyd edilməlidir ki, “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nın 5-ci Bölməsinin “Qeydlər” hissəsinin 1-ci abzasının retranslyasiya fəaliyyətini həyata keçirən şəxslərə aid olması texniki cəhətdən mümkün və məqsədəuyğun hesab edilə bilməz. Çünki, retranslyasiya fəaliyyətini həyata keçirən şəxslər tərəfindən müəllif qonorarı ödəməkdən yan qaçmaq (bu riskləri müəyyən edib qarşısını almaq) üçün retranslyasiya olunan əsərlərin müəllifinin əvvəlcədən (retranslyasiyadan qabaq) müəyyənləşdirilməsi və kiminsə müəllif hüquqlarının pozulub-pozulmamasının aşkara çıxarılması texniki cəhətdən mümkünsüzdür. Bu onunla əlaqədardır ki, internet telekommunikasiya xidməti fasiləsiz (real vaxt rejimində) həyata keçirilir və senzuradan keçirilmədən (məzmunu yoxlamadan) məlumatlar internet üzərindən ötürülür. Digər tərəfdən, platforma operatorunun retranslyasiya zamanı ötürdüyü məlumatları senzuradan keçirmək, o cümlədən məlumatın məzmununu yoxlamaq və ya həmin məzmuna görə cavabdehlik daşımaq vəzifəsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmin vəzifə yalnız yayım fəaliyyətini həyata keçirən şəxslərə aiddir. Odur ki, iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Qanunvericilikdə müəllifin əsərdən istifadəyə müstəsna hüquq kimi retranslyasiya hüququ nəzərdə tutulmamışdır. Bununla yanaşı, iddiaçı iddia ərizəsində “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 15-ci maddəsinin məzmununu təhrif edərək göstərmişdir ki, guya müəllifin retranslyasiyanı qadağan etmək hüququ vardır. Halbuki, nə həmin maddədə, nə də digər maddələrdə müəllifin və ya başqa şəxsin retranslyasiyanı qadağan etmək hüququ, yaxud əsərdən istifadəyə müstəsna hüquq kimi retranslyasiya hüququ nəzərdə tutulmuşdur. Müəllifin əsərdən istifadəyə müstəsna hüququ olaraq yalnız yaymaq hüququ nəzərdə tutulmuşdur. Odur ki, həmin hissədə də iddiaçının iddia tələbləri tamamilə əsassızdır və qanunsuzdur. Əqli mülkiyyət hüquqlarını pozan məlumatların yayımlanmaması öhdəliyi platforma operatorunun deyil, audiovizual yayımçının üzərinə qoyulmuşdur. Bununla yanaşı, qeyd edilməlidir ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun tələbinə əsasən əqli mülkiyyət hüquqlarını pozan məlumatların yayımlanmaması öhdəliyi retranslyasiya edən şəxsin deyil, audiovizual yayımçının üzərinə qoyulmuşdur. Belə ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 39.1.3-cü maddəsinə əsasən həmin Qanunun 14.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə riayət etmək audiovizual yayımçının vəzifələrinə aiddir. 14.1.16-cı maddəyə əsasən isə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2.3-cü maddəsində nəzərdə tutulmuş digər informasiyanın yayımlanmasına yol verilməməlidir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2.3.10-cu maddəsinə əsasən əqli mülkiyyət hüquqlarını pozan məlumatların informasiya ehtiyatında (informasiya telekommunikasiya şəbəkəsində) yerləşdirilməsinə yol verməməlidir. Qeyd edilən vəzifələr isə platforma operatorunun üzərinə qoyulmamışdır. Bu da ona işarə edir ki, platforma operatoru yayım funksiyasını deyil, retranslyasiya funksiyasını həyata keçirtdiyindən əqli mülkiyyət hüquqlarını pozan məlumatların informasiya ehtiyatında yerləşdirilməməsi öhdəliyi onun deyil, məhz yayımçının üzərinə qoyulmuşdur. Odur ki, qeyd edilənlər də iddiaçının tələblərinin əsassız və qanunsuz olmasına işarə edir. İddiaçı cavabdehin ona 36000 manat zərər vurmasını da sübuta yetirməmişdir. Belə ki, iddiaçı cavabdehdən zərərə görə 36000 manat kompensasiyanın tutularaq cavabdehə ödənilməsini tələb etmişdir. Lakin, iddiaçın həmin zərərin nədən əmələ gəldiyini də sübuta yetirməmişdir. Digər tərəfdən, “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nın 5-ci bölməsinin 37-ci və 38-ci hissələrində müəllif qonorarının minimum miqdarı olaraq istifadəçinin hesabat ayı üçün nəzərdə tutulan ümumi büdcəsindən reklamdan, sponsordan və digər mənbələrdən daxil olmaların 0,5 faizi müəyyən edilir. Yəni, həmin müddəadan da görünmür ki, audiovizual əsərlərin efir yayımı televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə aylıq 1500 manat müəllif qonorarı nəzərdə tutulmuşdur. Bu isə ona işarə edir ki, iddiaçı cavabdehin retranslyasiyası nəticəsində aylıq 1500 manat zərərə məruz qalmasını, yaxud cavabdehin həmin məbləğdə gəlir əldə etdiyini sübut edə bilməmiş, o cümlədən həmin məbləğin hüquqi əsasını belə göstərə bilməmişdir. İddiaçı “Azərbaycan X1” İctimai Birliyi tərəfindən 07 dekabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “cavabdehin Etirazına” dair Ərizə təqdim edilərək, cavabdehin etirazının rədd edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş olunmuş və həmin Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh etirazında tamamilə əsassız olaraq, iddiaçının iddia irəli sürmək üçün subyektiv hüququnun olmadığını qeyd etmişdir. Lakin, iddiaçı tərəfindən təqdim olunan nizamnamə və reyestrdən çıxarışdan görünür ki, X2 Gildiyası “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 41-ci maddəsinə əsasən yaradılmış və audioviuzal əsər müəlliflərinin hüquqlarının kollektiv idarəçiliyini həyata keçirən təşkilatdır. Həmçinin, Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli qərarında “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nın 5-ci Bölməsinin 37-ci və 38-ci hissələrinin qeydinin 2-ci bəndində göstərilmişdir ki, audiovizual əsərlərdən istifadəyə görə müəlliflərə çatacaq qonorarın yığılması və bölüşdürülməsi audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat tərəfindən həyata keçirilir. Bu yüzlərlə audiovizual əsər müəllifinin hüquqlarının ayrı-ayrılıqda qorunmasının praktiki olaraq mümkün olmamasından irəli gəlir. X2 Gildiyası hər 5 ildən bir Əqli Mülkiyyət Agentliyindən akkreditasiyadan keçir və bunun üçün təşkilata üzv olmaqla hüquqlarının qorunması səlahiyyətini vermiş müəlliflərin ərizə və müqavilələrini təqdim edir. Həmçinin, X2 Gildiyasına üzv müəlliflərin siyahısını da təqdim olunmuşdur. Bundan başqa, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 43.2-ci maddəsinə əsasən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara əsərlərindən və əlaqəli hüquqların obyektlərindən istifadəyə görə qonorarı yığmaq səlahiyyəti verməmiş müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin də onlara çatası qonorarı tələb etmək hüququ vardır. Buradan görünür ki, iddiaçı Təşkilat bütün audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını müdafiə etməyə borcludur. Bundan əlavə, Cavabdeh etirazında tamamilə yanlış olaraq, iddiaçının qonorar tələb etməsinin hüquqi əsasının olmadığını bildirmişdir. Lakin, iddia ərizəsində də qeyd edildiyi kimi, audiovizual əsər müəlliflərinin qonorar almaq hüququ 12.4 və 15.4-cü maddələrində, həmçinin Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli qərarında təsbit olunmuşdur. Belə ki, qeyd edilən normalarda audiovizual əsər müəlliflərinin öz əsərlərinin hər növ istifadəsinə görə qonorar almaq hüququ öz əksini tapmışdır. Cavabdeh tərəf universal platforma operatoru olaraq TV kanalların nümayişini həyata keçirir və bununla da audiovizual əsərlərin retranslyasiyasını, yəni təkrar bildirişini reallaşdırır. Buna görə də cavabdeh tərəfindən audiovizual əsər müəlliflərinə qonorar ödənilməlidir. Cavabdeh etirazında audiovizual əsərlərin yayımını həyata keçirmədiyini bildirir. Bununla bağlı qeyd olunur ki, məhkəməyə təqdim edilən Audiovizual Şuranın rəsmi saytındakı məlumatlardan aşkar olunur ki, cavabdeh universal platforma operatoru kimi Audiovizual Şuradan lisenziya almışdır. “Media haqqında” Qanunun 1.1.21-ci maddəsinə əsasən, platforma operatoru – proqramların, o cümlədən sifarişli yayım xidmətlərinin kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiyasını həyata keçirən fiziki və ya hüquqi şəxsdir. Həmçinin, təqdim edilən cavadehin öz saytındakı məlumatlardan da görünür ki, Cavabdeh MMC abunəçilərinə bir sıra xidmətlər, o cümlədən İPTV xidməti göstərir, bununla da o telekanalların və dolayısı ilə də audiovizual əsərlərin retranslyasiyasını həyata keçirir. Cavabdehin rəsmi saytında kanalların istifadəsinə görə nəzərdə tutulan abunə haqqı da öz əksini tapmışdır. Cavabdehin bu mübahisə ilə əlaqədar göndərdiyi məktublardan da onun retranslyasiya fəaliyyətini həyata keçidiyi aydın görünür. Belə ki, cavabdehin iddiaçıya göndərdiyi 25 may 2023-cü il tarixli məktubda onun "xxxx" MMC və "xxxx" MMC kimi bir neçə şirkətlərlə televiziya kanallarının kabel şəbəkələri ilə yayımlanması ilə əlaqədar əməkdaşlıq etdiyi qeyd olunmuşdur. Həmçinin, cavabdeh 11 sentyabr 2023-cü il tarixli məktubunda “Connect TV”-nin standart paketinin transmissiyası ilə məşğul olduğunu bildirmişdir. Bütün bunlardan görünür ki, cavabdeh TV paketlərinin abunəçilərə təqdim edilməsindən gəlir əldə edir. TV kanallarında audiovizual əsərlər yayımlanır və bununla cavabdeh audiovizual əsərlərin retranslyasiyasını həyata keçirdiyinə görə audiovizual əsər müəlliflərinə qonorar ödəməlidir. Cavabdeh öz etirazında bildirir ki, guya qanunvericilikdə müəllifin əsərdən istifadəyə müstəsna hüququ kimi “retranslyasiyanı qadağan etmək” hüququ nəzərdə tutulmamışdır. Lakin, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 15.2-ci maddəsindən görünür ki, müəllif öz əsərindən istifadəyə müstəsna hüquq kimi əsərinin kabellə (kabel, naqil və ya digər oxşar vasitələrlə) bildirişinin həyata keçirilməsinə icazə verə və buna qadağa qoya bilər. Göründüyü kimi, müəllif öz əsərinin kütləyə ilkin və təkrar bildirişinə icazə vermək və həmçinin bunu qadağan etmək kimi hüquqlara malikdir. Bundan əlavə, Cavabdeh etirazında əqli mülkiyyət hüquqlarını pozan məlumatları yayımlanmasına görə özünün deyil, audiovizual yayımçısının məsuliyyət daşıdığını bidirmişdir. Lakin, qeyd etmək lazımdır ki, bu mübahisə üzrə cavabdehin məsuliyyəti - əqli mülkiyyət hüquqlarını pozan məlumatların yayımlanmasına görə yaranmamışdır. Cavabdehin qanunazidd davranışı audiovizual əsər müəlliflərinə qonorar ödəmədən retranslyasiya fəaliyyətini həyata keçirməsində özünü göstərir. Cavabdeh etirazında, əsassız olaraq “zərərin miqdarının hesablanmasının hüquqi əsasının da iddia ərizəsində göstərilmədiyini” qeyd etmişdir. Buna cavab olaraq, bildirmək lazımdır ki, təqdim edilən iddia ərizəsində bu məsələ əsaslandırılmışdır. Belə ki, Nazirlər Kabinetinin 20 oktyabr tarixli 2017-ci il qərarında “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nın 5-ci Bölməsinin 37-ci və 38-ci hissələrində müəllif qonorarının minimum miqdarı olaraq istifadəçinin hesabat ayı üçün nəzərdə tutulan ümumi büdcəsindən reklamdan, sponsordan və digər mənbələrdən daxil olmaların 0,5 faizi müəyyən edilir. İddia tələbinin konkret məbləğlə ifadə olunmasınının zəruruiliyini nəzərə alaraq, iddia tələbində məbləğ 36000 manat müəyyən edilmişdir. Bu məbləğin hesablanmasının əsası kimi bildirilir ki, Gildiyanın digər operatorlarla bağladığı analoji müqavilələrdə nəzərdə tutulan məbləğlərin orta qiymətini nəzərə alaraq, analoji iş üzrə 07 fevral 2023-cü il tarixində qəbul edilmiş 2-2(102)- 70/2023 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında Gildiyaya ödənilməli olan aylıq orta məbləğ 1500 (min beş yüz) manat olaraq müəyən edilmişdir. Bunu nəzərə alaraq Gildiya - cavabdeh tərəfindən də aylıq 1500 (min beş yüz) manat olmaqla, son 2 illlik müddət üçün ümumilikdə 36000 (otuz altı min) manat məbləğində qonorar ödənilməsinə dair hazırkı iddia tələbini irəli sürmüşdür. İş üzrə 10 yanvar 2024-cü ildə keçirilən məhkəmə hazırlıq iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Nümayəndə3 tərəfindən iddiaçı “Azərbaycan X1” İctimai Birliyinin Cavabdehnə qarşı “pul tələbi və retranslyasiyanın qadağan edilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə məhkəməyə təqdim olunan 10 yanvar 2024-cü il tarixli yazılı Mülahizədə göstərilmişdir ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 41-ci maddəsinin 1-ci hissəsinə əsasən, “müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata keçirmək praktik olaraq mümkün olmadıqda (kütləvi ifa, o cümlədən radio və televiziyada; mexaniki, maqnit və s. yazılma üsulu ilə surətçıxarma, reprosurətçıxarma və başqa hallar) müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən şəxslərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Onlar müvafiq qaydada dövlət qeydiyyatına alınırlar. Həmin təşkilatlara qanunvericiliklə mədəniyyət təşkilatlarına verilən güzəştlər şamil edilir”. İddiaçı “Azərbaycan X1” İctimai Birliyi (bundan sonra - Gildiya) də Qanunun 41-ci maddəsinin müddəalarına uyğun olaraq yaradılmış və 1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. Gildiya müvafiq qaydada təsdiq edilmiş Nizamnaməsinə uyğun olaraq, “yaradıcı əməyi ilə audiovizual sənət əsəri yaradan, müəllif və əlaqəli hüquqların obyektlərinə müəllif hüquqlarına malik olan Azərbaycan Respublikasının vətəndaşları - professional kino və televiziya filmlərinin rejissorları tərəfindən yaradılmışdır”, audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyini həyata keçirir və audiovizual əsərlərdən istifadəyə görə qonorarı yığır və hüquq sahiblərinə çatdırır. Qanunun 41-ci maddəsinin 3-cü hissəsinə əsasən “dövlət qeydiyyatına alınmış əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan (akkreditasiyadan) keçirlər”. Gildiya Qanunun 41-ci maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 2011-ci il tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”na (bundan sonra-Qaydalar) uyğun olaraq, Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan (akkreditasiyadan) keçmişdir. Gildiyanın fəaliyyət növü: - “audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi”; təşkilatda təmsil olunan hüquq sahiblərinin kateqoriyası: - “audiovizual əsər istehsalçıları və müəllifləri (quruluşçu rejissor, ssenari müəllifi, quruluşçu rəssam, quruluşçu operator, filmin bəstəkarı); hüquqların verildiyi ərazi “Azərbaycan Respublikası və müqavilələr üzrə verilmiş hüquqlar əsasında Azərbaycan Respublikasının hüdudlarından kənar” və fəaliyyət dairəsi “efir, kabel və retranslyasiya yolu yayım, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi ilə birgə şəxsi məqsədlər üçün audiovizual əsərin gəlir götürmədən surətinin çıxarılmasına görə audiovizual əsər müəlliflərinin, ifaçılarının və istehsalçılarının qonorar almaq hüququnun həyata keçirilməsi” müəyyən edilmişdir. Gildiya, həmçinin Beynəlxalq Müəllif və Bəstəkar Cəmiyyətləri Konfederasiyasının (CİSAC) üzvüdür və həmin təşkilatda üzvlükdən irəli gələn öhdəliklərinə uyğun olaraq, həm də xarici müəlliflərin audiovizual əsərlərindən ölkəmizin ərazisində istifadəyə, o cümlədən retranslyasiyaya görə müəllif qonorarını yığır və hüquq sahiblərinə çatdırır. Hazırda CİSAC-da 121 ölkəni təmsil edən 239 müəllif cəmiyyəti birləşib. Bu cəmiyyətlər musiqi, ədəbi, audiovizual, qrafik və tətbiqi incəsənət əsərləri yaradan 2,5 milyon nəfərdən çox müəllifin maraqlarını təmsil edirlər. Gildiya özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəllifləri və ya digər hüquq sahiblərini, eləcə də CİSAC-a üzv olan 121 ölkəni təmsil edən 239 müəllif cəmiyyətinin üzvləri olan xarici ölkə müəlliflərini təmsil edə və onların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə və ya digər təşkilatlara müraciət edə bilər. İİİ). Qanunun 6-cı maddəsinə əsasən “audiovizual əsərlər (kino, tele və videofilmlər, slayd filmlər, dia filmlər və başqa kino və teleəsərlər)” müəlliflik hüququnun obyektidir. Qanunun 12-ci maddəsinə əsasən, audiovizual əsərin şərikli müəllifləri olan quruluşçu rejissor; ssenari müəllifi; quruluşçu rəssam; quruluşçu operator və bəstəkarın Qanunun 15-ci maddəsinin 1-ci hissəsinə əsasən əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ, eləcə də həmin maddənin 4-cü hissəsinə əsasən əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır (qonorar almaq hüququ). Qanunun 12-ci maddəsinin 4-cü hissəsinin normasına görə “audiovizual əsərin müəlliflərinin audiovizual əsərin orijinalının və ya nüsxələrinin kommersiya məqsədi ilə kirayəyə verilməsinə və ya digər üsullarla istifadə edilməsinə görə qonorar almaq hüququ vardır. Həmin qonorar bu əsərə hüquq sahibi və ya əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçi arasında bağlanmış müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq ödənilir”. Müqavilədə əsərdən istifadə üsulları (belə müqavilə üzrə verilən konkret hüquqlar), hüquqların verildiyi müddət və ərazi, qonorarın məbləğlərinin və ya əsərdən istifadənin hər növünə görə qonorarın məbləğlərinin müəyyən edilməsi qaydaları, ödəniş qaydaları və müddəti, həmçinin tərəflərin mühüm hesab etdikləri digər şərtlər öz əksini tapmalıdır (Qanunun 31-ci maddəsi). Qanunun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar öz səlahiyyətlərinə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 1) lisenziya verilən hallarda istifadəçi ilə qonorarın məbləğlərini və başqa şərtləri razılaşdırır; 2) idarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün istifadəçilərə lisenziya verir; 3) lisenziya vermədən qonorar yığılması ilə məşğul olduğu hallarda (bu Qanunun 12-ci maddəsinin 4-cü hissəsi, 17-ci maddəsinin 3cü hissəsi və 37-ci maddəsinin 1-ci hissəsi) istifadəçilərlə qonorarın məbləğlərini razılaşdırır; 4) lisenziya üzrə və (və ya) bu hissənin 3-cü bəndində nəzərdə tutulmuş qonorarı yığır; 5) yığılmış qonorarı onun təmsil etdiyi müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölüşdürür və ödəyir; 6) idarə etdiyi hüquqların qorunması üzrə vacib olan digər hüquqi hərəkətləri edir; 7) müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin verdiyi səlahiyyətlərə uyğun olaraq digər işləri həyata keçirir. Qanunun 42-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, "əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların əsərlərdən və əlaqəli hüquqların obyektlərindən istifadə edən şəxslərdən istifadə edilən əsərlər və gəlirləri haqqında müvafiq qaydada təsdiq olunmuş proqram və digər sənədlər almaq, həmçinin müəyyən olunmuş müddətdə qonorarı ödəməyi tələb etmək hüququ vardır”. Qanunun 43-cü maddəsinin 2-ci hissəsinə əsasən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara əsərlərindən və əlaqəli hüquqların obyektlərindən istifadəyə görə qonorarı (42-ci maddənin 1-ci hissəsinin 4-cü bəndi) yığmaq səlahiyyəti verməmiş müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin onlara çatası qonorarı tələb etmək, həmçinin özlərinin bu təşkilat tərəfindən istifadəyə verilmiş əsərlərinin və əlaqəli hüquqların obyektlərini lisenziyadan çıxarmağı tələb etmək hüququ vardır. Qanunun göstərilən normasına əsasən Gildiya qonorarı yığmaq səlahiyyəti verməmiş audiovizual əsər müəlliflərinin də qonorarını yığıb onlara çatdırılması ilə məşğul olmalıdır. Qanunun 45-ci maddəsinə əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri hüquqları pozulduğu halda öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə və hüquq pozuntusuna yol verən şəxsdən zərərin ödənilməsi, yaxud gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya tələb edə bilərlər. Qeyd edilən maddənin 4-cü bəndinə əsasən məhkəmə hüquq pozuntusu faktı sübut edildikdə vəkilə ödənilən haqq da daxil olmaqla, hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə, həmçinin hüquq pozuntusuna yol vermiş şəxs tərəfindən pozuntulara görə müəllifə (digər hüquq sahibinə) kompensasiya ödənilməsinə dair qərar çıxara bilər. Qanunun 47-ci maddəsinə əsasən müəlliflik hüquqlarının pozulması qanunvericiliklə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 1997-ci il tarixli 38 nömrəli Qərarı (bundan sonra-Qərar) ilə təsdiq edilmiş “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” adlanan 3 nömrəli Əlavəsinin 38-ci hissəsinə əsasən “audiovizual əsərlərin kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə” minimum məbləğ kimi “0,5 faizlə (istifadəçinin hesabat ayı üçün nəzərdə tutulan ümumi büdcəsindən reklamdan, sponsordan və digər mənbələrdən daxil olmalarla)” müəyyən edilmişdir. Həmin Əlavənin “Vİ. Audiovizual əsərlərin efir yayımı televiziyası və kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə alınan qonorarın yaradıcı heyət arasında bölünməsi”nin Qeydlərinə uyğun olaraq: “1. Azərbaycan Respublikasının ərazisində audiovizual əsərlərin efir və kabel (o cümlədən, retranslyasiya yolu ilə) televiziyası ilə yayımlanmasını, müxtəlif daşıyıcılarda tirajlanmasını və yayılmasını (satış və kirayəyə verməklə), həmçinin kütləvi nümayişini həyata keçirən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər müəllif qonorarı ödəyirlər. Audiovizual əsərlərdən istifadəyə görə müəlliflərə çatacaq qonorarın yığılması və bölüşdürülməsi audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Agentlik tərəfindən həyata keçirilir. Müəllif qonorarının ödəyiciləri istifadəsinə icazə aldığı audiovizual əsərlərin qeydiyyatını, hesabat dövründə hər bir əsərdən istifadəyə görə əldə edilən gəlirin uçotunu aparmalıdırlar. Ödəyicilər müəllif qonorarı ödəməklə yanaşı, audiovizual əsərlərin müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilata və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Agentliyə hesabat dövründə istifadə etdikləri əsərlərin siyahısını (müəlliflərin adı və hər əsərdən istifadəyə görə əldə edilən gəlirin miqdarı ayrı-ayrılıqda göstərilməklə) təqdim etməlidirlər. Audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat hər bir əsərin istifadəsinə görə aldığı qonorarı Vİ bölmədə göstərilən nisbətdə bölməyi və müəlliflərə (hüquqi varislərə) çatdırmağı təmin edir. Göründüyü kimi, Qanunda audiovizual əsər müəlliflərin müəllif qonorarı alması, həmin qonorarın çatdırlması imperativ olaraq xüsusi norma kimi müəyyən edilmiş və Qərarda minimum kimi müəyyən edilmiş məbləğin göstərilməsi isə həmin normanın hüquqi baxımdan tamamlanması, o cümlədən həmin münasibətlərin müfəssəl şəkildə tam tənzimlənməsinin əyani sübutudur. Bildirilir ki, qanunvericiliyinin yuxarıda göstərilən müddəalarına uyğun olaraq, müəlliflərin və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat olan Gildiya ilə istifadəçi Cavabdeh MMC arasında “audiovizual əsərlərin kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə” müqavilə bağlanılmalı və həmin Əlavədə minimum məbləğ kimi müəyyən edilmiş qonorar ödənilmədir. Müəllif qonorarının ödənilməsindən boyun qaçırılması qanunvericiliyin tələblərinin pozulması deməkdir və buna görə də müvafiq olaraq mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur. Qanunun 2-ci maddəsinə əsasən, “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu qanundan, digər müvafiq normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə müəyyən edilmiş qaydalar bu Qanunla müəyyən edilmiş qaydalardan fərqli olduqda, beynəlxalq müqavilənin qaydaları tətbiq edilir”. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, "Ədəbi və bədii əsərlər" termini hansı üsulla və formada ifadə olunmasından asılı olmayaraq - ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən ... kinematoqrafiya əsərlərini, kinematoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulun əsərləri... əhatə edir. Həmin Konvensiyanın 11bis maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə görə, “Ədəbi və bədii əsərlərin müəllifləri istər naqillə, istərsə də naqilsiz rabitə vasitəsi ilə təkrar efirə verilən əsərin istənilən kütləvi bildirişinə, əgər belə bildiriş ilkin yox, başqa təşkilat vasitəsi ilə həyata keçirilirsə icazə vermək müstəsna hüququndan istifadə edirlər. Göründüyü kimi, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilə ilə də, ilkin olmayan başqa təşkilat tərəfindən istər naqillə, istərsə də naqilsiz rabitə vasitəsi ilə təkrar efirə verilən əsərin istənilən kütləvi bildirişinə müəllif tərəfindən icazə verilməsi barədə müstəsna hüquq öz təsbitini tapmışdır. Gildiya kollektiv idarəetmə təşkilatı kimi fəaliyyət seqmentinə uyğun olan müəlliflərin əsərlərindən müəllif qonorarı ödənilmədən qanunsuz istifadənin qarşısını almaq hüququna malikdir və iddiaçı tərəfin məhkəmədə qaldırdıqları iddia tələbi - tam qanuni və əsaslıdır. Digər tərəfdən, “Media haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən, “Müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərindən mediada istifadəyə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməklə yol verilir.” Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsinə əsasən, “Hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.” Konstitusiyanın 147-ci maddəsinin 1-ci hissəsinə əsasən, “Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.” Eyni zamanda Konstitusiyanın 149-cu maddəsinin 3-cü hissəsinə əsasən, “Qanunlar Konstitusiyaya zidd olmamalıdır.” Buna görə də, Azərbaycan Respublikası Konstitusiyasının əsas insan hüquq və azadlıqlarının öz əksini tapdığı Bölməsində müəyyən olunmuş “əqli mülkiyyət” hüquqlarının hər hansı bir qanun və ya normativ hüquqi aktla məhdudlaşdırılması mümkün deyildir. Audiovizual əsərlərdən istifadəyə görə istifadəçilər tərəfindən qonorar ödənilməməsi isə - müəlliflər, o cümlədən xarici müəlliflər arasında ciddi narazılıq yaradır və bu məsələ artıq beynəlxalq tədbirlərdə müzakirə predmetinə çıxarılır. Bu da Azərbaycanın dünyada artan imicinə xələl gətirə bilər. Məhkəmə iclasında iddiaçı “Azərbaycan X1” İctimai Birliyinin nümayəndələri Nümayəndə2 və X8 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahatlar verərək, iddia tələbinin təmin olunması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli 466 nömrəli Qərarına əsasən Cavabdehndən son 2 il üzrə, yəni 13 noyabr 2021-ci il tarixindən 13 noyabr 2023-cü ilədək olan dövr ərzində, audiovizual əsərlərin müəllif qonorarı ödəmədən qanunazidd olaraq retranslyasiyasını həyata keçirdiyinə görə hər ay üçün 1500 manat olmaqla, ümumilikdə 36000 manat məbləğində qonorarın və mediasiya ilə əlaqədar ödənilmiş 210 manat məbləğində xidmət haqqının əvəzinin alınaraq iddiaçı “Azərbaycan X1” İctimai Birliyinin xeyrinə ödənilməsi və eyni zamanda, iddiaçı “Azərbaycan X1” İctimai Birliyi ilə müqavilə bağlananadək Cavabdeh tərəfindən “Azərbaycan X1” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə televiziya kanallarının retranslyasiyasının həyata keçirilməsinin qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etmədiyini bildirib, “iddia tələbinə qarşı yazılı Etirazda” yazılanlara uyğun izahat verərək, əsassız olduğu üçün iddiaçı “Azərbaycan X1” İctimai Birliyinin Cavabdehnə qarşı verilmiş “pul tələbi və retranslyasiyanın qadağan edilməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi. 10 yanvar 2024-cü ildə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Nümayəndə3 hazırkı mübahisə ilə əlaqədar məhkəməyə 10 yanvar 2024-cü il tarixli yazılı Mülahizə təqdim edərək, iddiaçı “Azərbaycan X1” İctimai Birliyi tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi və retranslyasiyanın qadağan edilməsi” tələbi barədə iddianı qanuni və əsaslı hesab etdiyini bildirmişdi. Lakin, 06 fevral 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, həmin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinə qarşı yazılı etirazı, “cavabdehin etirazına dair” ərizəni, üçüncü şəxsin iddia tələbi ilə əlaqədar Mülahizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş “Azərbaycan X1” İctimai Birliyinin (VÖEN **********) Nizamnaməsinə əsasən müəyyən edilir ki, İctimai Birlik intellektual, yaradıcı əməyi ilə audiovizual sənət əsəri yaradan, müəllif və əlaqəli hüquqların obyektlərinə, müəllif hüquqlarına malik olan Azərbaycan Respublikası vətəndaşları-professional kino və televiziya filmlərinin rejissorları tərəfindən yaradılmış, audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyini həyata keçirərək əsərlərin kütləvi istifadəsinə və ya efir və kabel televiziyasında, o cümlədən retranslyasiya yolu ilə yayımına görə qonorarın alınmasını təmin edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-Kommersiya qurumlarının Dövlət Reyestrindən 17 fevral 2020-ci il tarixli 05/761/2-14 nömrəli Çıxarışdan görünür ki, “Azərbaycan X1” İctimai Birliyi 18 iyun 1999-cu ildən 1156 nömrəli qeydiyyat nömrəsi ilə "İctimai Birlik" olaraq Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış (İctimai Birliyin üzvlərinin əvvəlki sayı 141 nəfər, hazırkı sayı isə 143 nəfər olmaqla) və həmin Birliyin icra orqanlarının səlahiyyət müddəti 5 il olaraq müəyyən edilmişdir (dəyişikliyin qeydiyyat tarixi 17 fevral 2020-ci il). İddia ərizəsinə əlavə edilmiş 12 dekabr 2018-ci il tarixli 1/2018 nömrəli "Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatı (akkreditasiyası) haqqında" şəhadətnaməyə əsasən müəyyən edilir ki, 18 iyun 1999-cu il tarixində dövlət qeydiyyatından keçmiş “Azərbaycan X1” İctimai Birliyi audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi məqsədi ilə 12 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində yenidən qeydiyyatdan (akkreditasiyadan) keçmişdir (Hüquqların verildiyi ərazi: Azərbaycan Respublikası və müqavilələr üzrə verilmiş hüquqlar əsasında Azərbaycan Respublikasının hüdudlarından kənar). İş materiallarında olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin "“Azərbaycan X1” İctimai Birliyinin qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi haqqında" 27 dekabr 2023-cü il tarixli 79 nömrəli Əmrindən Çıxarışdan görünür ki, “Azərbaycan X1” İctimai Birliyinin qeydiyyatdan (akkreditasiyadan) keçmək üçün təqdim olunmuş 13 oktyabr 2023-cü il tarixli ərizəsi əsasında “Azərbaycan X1” İctimai Birliyinin 5 (beş) il müddətinə yenidən qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi barədə Akkreditasiya Komissiyasının 26 dekabr 2023-cü il tarixli 1 nömrəli Protokolu təsdiq edilmişdir. İş materiallarında olan "Azərbaycan X1” İctimai Birliyi tərəfindən tərtib olunmuş 01 noyabr 2023-cü il tarixinə Kinorejissorlar Gildiyasına üzv olmaqla, əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini həmin İctimai Birliyə vermiş müəlliflərin siyahısı ilə təsdiq edilir ki, müxtəlif illər üzrə Birliyə üzv olmaqla rejissorlar, ssenaristlər, operatorlar, rəssamlar, bəstəkarlar və hüquqvarisləri (cəmi 201 nəfər) tərəfindən müəlliflik hüquqlarının qorunması üçün ərizə və müqavilələri "Azərbaycan X1” İctimai Birliyinə təqdim olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, hüquqi şəxs Cavabdeh 13 aprel 2018-ci ildən ********** nömrəli VÖEN alaraq, internet provayderi kimi fəaliyyət göstərir. İş materiallarında olan Azərbaycan Respublikasının Audiovizual Şurasının Veb Saytından (www.acra.gov.az/az/xeberler/1056) Çıxarışdan görünür ki, Cavabdehnə (VÖEN: **********) 26 dekabr 2022-ci il tarixli UPO-014 qeydiyyat nömrəli "Universal platforma operatoru" lisenziyası verilməklə, ona Azərbaycan Respublikası ərazisində 26 dekabr 2022-ci ildən kabel, İPTV, OTT, mobil TV yayımını həyata keçirmək hüququ verilmişdir. İş materiallarında olan Cavabdeh Veb Saytından (www.selnet.az) Çıxarışdan görünür ki, Cavabdeh MMC təkraryayım şirkəti kimi 204 sayda yerli, türk və rus kanalları təkrar yayımlaması barədə elan vermişdir. İş materiallarında olan Cavabdeh tərəfindən "Azərbaycan X1” İctimai Birliyinə ünvanlanmış 16 may 2023-cü il tarixli SNT/152/23 nömrəli məktubda Cavabdeh MMC-nin "xxxx" MMC və "xxxx" MMC kimi bir neçə şirkətlər ilə əməkdaşlıq etməsi (televiziya kanallarının kabel şəbəkələri ilə yayımlanması), aylıq ödənişlərin həyata keçirilməsi və Cavabdeh MMC-nin Gildiya tərəfindən tələb edilən müəllif qonorarını ödəmək vəzifəsini daşımaması qeyd olunmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən "Azərbaycan X1” İctimai Birliyinə ünvanlanmış 28 iyul 2023-cü il tarixli SNT/176/23 nömrəli məktubunda Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli 466 nömrəli Qərarının 2.5-ci bəndinin müddəları müəllif qonorarının ödənilməsi öhdəliyi “retranslyasiya fəaliyyətini həyata keçirən şəxslər” barədə deyil, “audiovizual əsərlərin yayımlanması fəaliyyətini həyata keçirən şəxslər” barədə müəyyən edilməsi, retranslyasiya həyata keçirən şəxslər isə audiovizual əsərlərin yayımlanmasını həyata keçirən şəxslərdən tamamilə fərqli subyekt olması, Cavabdeh MMC-nin audiovizual əsərlərin yayımı fəaliyyəti ilə məşğul olmaması, platforma operatorunun, o cümlədən retranslyasiya fəaliyyətini həyata keçirən şəxslərin müəllif qonorarı ödəmək vəzifəsinin qanunvericilikdə təsbit edilməməsi və buna görə də, Cavabdeh MMCnin "Azərbaycan X1” İctimai Birliyinə müəllif qonorarını ödəmək vəzifəsi daşımaması qeyd olunmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən "Azərbaycan X1” İctimai Birliyinə ünvanlanmış 11 sentyabr 2023-cü il tarixli SNT/191/23 nömrəli məktubda Cavabdeh MMC-nin internet satışı ilə məşğul olması, müqavilə əsasında “Connect TV”-nin standart paketinin transmissiyası ilə məşğul olması və eyni zamanda, "xxxx" MMC və "xxxx" MMC ilə müqavilə bağlaması qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən Cavabdehnə ünvanlanmış 15 dekabr 2023-cü il tarixli 11-4/2-735/2023 nömrəli məktubda Cavabdeh MMC-nin 10 oktyabr 2023-cü il tarixli S/N/T/201/23 nömrəli müraciətinə cavab olaraq, Cavabdeh MMC-yə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 4-cü hissəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 1997-ci il tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” adlanan 3 nömrəli Əlavəsinin 38-ci hissəsinin, həmin Əlavənin “Vİ. Audiovizual əsərlərin efir yayımı televiziyası və kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə alınan qonorarın yaradıcı heyət arasında bölünməsi” adlı bölməsinin “Qeydlər” hissəsinin 1-ci bəndinin və “Media haqqında” Azərbaycan Respublikası Qanunun 20.1-ci maddəsinin tələbləri izah olunmaqla, audiovizual əsərdən istifadənin hər növünə görə, o cümlədən retranslyasiya üsulu ilə yayımlanmasına görə müəllif qonorarının ödənilməli olması qeyd edilmişdir. İddiaçı tərəfindən məhkəməyə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən qəbul olunmuş 07 fevral 2023-cü il tarixli 2-2(102)- 70/2023 nömrəli qərarı təqdim olunmuşdur. Həmin Qərarın 35-ci bəndində ifadə olunmuş hüquqi mövqeyə əsasən “Azərbaycan X1” İctimai Birliyinə müəllif qonorarı qismində ödənilməli olan aylıq orta məbləğ 1500 (min beş yüz) manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, işin konkret halları və yuxarıda təsvir edilənlərlə müəyyən olunur ki, Cavabdehnə 26 dekabr 2022-ci il tarixli UPO-014 qeydiyyat nömrəli "Universal platforma operatoru" lisenziyası verilməklə, ona 26 dekabr 2022-ci ildən Azərbaycan Respublikası ərazisində kabel, İPTV, OTT, mobil TV yayımını həyata keçirmək hüququ verilmiş və o, internet vasitəsi ilə digər fəaliyyətlərlə yanaşı Azərbaycan televiziya kanallarının da retranslyasiyanı həyata keçirir. İddiaçı "Azərbaycan X1” İctimai Birliyi isə qeyd olunan fəaliyyətlə əlaqədar Cavabdeh MMC-dən İctimai Birliklə müqavilə bağlamasını və müəllif qonorarının ödənilməsini tələb etsə də, Cavabdeh MMC hazırkı iddia tələbinə qarşı vermiş olduğu yazılı Etirazda qeyd olunan əsaslarla, yəni iddiaçı "Azərbaycan X1” İctimai Birliyinin belə bir iddia tələbi ilə müraciət etməyə subyektiv hüququnun olmaması və eyni zamanda, Cavabdeh MMC-nin isə 26 dekabr 2022-ci il tarixli UPO-014 qeydiyyat nömrəli "Universal platforma operatoru" lisenziyası əsasında retransilyasiya fəaliyyəti həyata keçirsə də, audiovisual əsərlərin efir və kabel televiziyası ilə yayımlanmasını həyata keçirmədiyi üçün müəllif qonorarı ödəməli olmaması əsası ilə müqavilə bağlamaqdan və müəllif qonorarı ödədməkdən imtina etmişdir. İş materiallarından görünür ki, hazırkı mübahisənin lazımi qaydada həll edilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı “Azərbaycan X1” İctimai Birliyi tərəfindən mediatora 210 (iki yüz on) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında təşkil olunmuş ilkin mediasiya sessiyasında iddiaçı “Azərbaycan X1” İctimai Birliyinin nümayəndələri X8 və Nümayəndə2 və cavabdeh "xxxx" MMC-nin nümayəndələri X10 və X6 iştirak etmişlər (“X5 (İMS) sonra prosesin davam etdirilə bilməməsi” barədə 27 oktyabr 2023-cü il tarixli MŞB/1/2023-00255 nömrəli Arayış). Beləliklə də, yuxrıda təsvir edilən işin konkret hallarına əsasən məhkəmə qeyd etməyi lazım bilir ki, hazırkı iddia tələbi iki hissədən ibarətdir: 1). “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli 466 saylı Qərarına əsasən Cavabdehndən 13 noyabr 2021-ci il tarixindən 13 noyabr 2023-cü ilədək olan dövr (son 2 il) ərzində audiovizual əsərlərin müəllif qonorarı ödəmədən, qanunazidd olaraq retranslyasiyasını həyata keçirdiyinə görə hər ay üçün 1500 manat olmaqla, ümumilikdə 36000 manat məbləğində qonorarın alınaraq iddiaçı “Azərbaycan X1” İctimai Birliyinin xeyrinə ödənilməsi”; 2). “İddiaçı “Azərbaycan X1” İctimai Birliyi ilə müqavilə bağlananadək Cavabdeh MMC tərəfindən “Azərbaycan X1” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə TV (televiziya) kanallarının retranslyasiyasının həyata keçirilməsi qadağan edilməsi”. Göründüyü kimi, hər iki tələbin mahiyyətini iddiaçı “X1” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə TV (televiziya) kanallarının retranslyasiyasının həyata keçirilməsi təşkil etdiyindən, məhkəmə hesab edir ki, ilk növbədə iddianın “müqavilə bağlananadək Cavabdeh MMC tərəfindən iddiaçı “X1” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə TV (televiziya) kanalların retranslyasiyasının həyata keçirilməsinin qadağan olunması” hissəsinin əsaslı olub-olmaması aydınlaşdırılmalıdır. Bununla əlaqədar aparılan məhkəmə araşdırması əsasında müəyyən edilən işin faktiki hallarından görünür ki, müvafiq qaydada dövlət qeydiyyatından keçmiş “Azərbaycan X1” X3 əsasən bu İctimai Birlik intellektual və yaradıcı əməyi ilə audiovizual sənət əsəri yaradan müəllif və əlaqəli hüquqların obyektlərinə müəllif hüquqlarına malik olan professional kino və televiziya filmlərinin rejissorları tərəfindən yaradılmışdır və Birlik audioviziual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyini həyata keçirərək, əsərlərin kütləvi istifadəsinə və ya efir və kabel televiziyasında, o cümlədən retranslyasiya yolu ilə yayımına görə qonararın alınmasını təmin edir. İddiaçı “Azərbaycan X1” İctimai Birliyi iddiasını audiovizual əsər istehsalçıları və filmlərin müəllifləri-rejissor, ssenarist, operator, rəssam və bəstəkarların öz hüquqlarının idarə olunması, qorunması və müdafiəsi məqsədilə Kinorejissorlar Gildiyasına kollektiv idarəçiliyə verməsinə, Cavabdeh MMC-nin isə Gildiya ilə müqavilə bağlamadan və müəllif qonorarı ödəmədən, hüquqlarının qorunmasını kollektiv idarəçilik təşkilatı olan Kinorejissorlar Gildiyasına verilmiş rejissorların, ssenaristlərin, operatorların, rəssamların və bəstəkarların müəllifi olduğu filmləri kabel televiziyası vasitəsilə retranslyasiya yolu ilə nümayişini qanunazidd olaraq həyata keçirməsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən, audiovizual əsərlər (kino, tele və videofilmlər, slaydfilmlər, diafilmlər və başqa kino və teleəsərlər) müəlliflik hüququnun obyektidir Həmin Qanunun 12.4-cü maddəsinə əsasən, audiovizual əsərin müəlliflərinin audiovizual əsərin orijinalının və ya nüsxələrinin kommersiya məqsədi ilə kirayəyə verilməsinə və ya digər üsullarla istifadə edilməsinə görə qonorar almaq hüququ vardır. Həmin qonorar bu əsərə hüquq sahibi və ya əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçi arasında bağlanmış müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq ödənilir. Həmin Qanunun 41-ci maddəsinə əsasən, müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata keçirmək praktik olaraq mümkün olmadıqda (kütləvi ifa, o cümlədən radio və televiziyada; mexaniki, maqnit və s. yazılma üsulu ilə surətçıxarma, reprosurətçıxarma və başqa hallar) müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən şəxslərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Həmin Qanunun 42-ci maddəsinə əsasən, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar öz səlahiyyətlərinə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 1) lisenziya verilən hallarda istifadəçi ilə qonorarın məbləğlərini və başqa şərtləri razılaşdırır; 2) idarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün istifadəçilərə lisenziya verir; 3) lisenziya vermədən qonorar yığılması ilə məşğul olduğu hallarda (bu Qanunun 12-ci maddəsinin 4-cü hissəsi, 17-ci maddəsinin 3-cü hissəsi və 37-ci maddəsinin 1ci hissəsi) istifadəçilərlə qonorarın məbləğlərini razılaşdırır; 4) lisenziya üzrə və (və ya) bu hissənin 3-cü bəndində nəzərdə tutulmuş qonorarı yığır; 5) yığılmış qonorarı onun təmsil etdiyi müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölüşdürür və ödəyir; 6) idarə etdiyi hüquqların qorunması üzrə vacib olan digər hüquqi hərəkətləri edir; 7) müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin verdiyi səlahiyyətlərə uyğun olaraq digər işləri həyata keçirir. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların əsərlərdən və əlaqəli hüquqların obyektlərindən istifadə edən şəxslərdən istifadə edilən əsərlər və gəlirləri haqqında müvafiq qaydada təsdiq olunmuş proqram və digər sənədlər almaq, həmçinin müəyyən olunmuş müddətdə qonorarı ödəməyi tələb etmək hüququ vardır. Həmin Qanunun 43-cü maddəsinin 2-ci hissəsinə görə, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara əsərlərindən və əlaqəli hüquqların obyektlərindən istifadəyə görə qonorarı (42-ci maddənin 1-ci hissəsinin 4-cü bəndi) yığmaq səlahiyyəti verməmiş müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin onlara çatası qonorarı tələb etmək, həmçinin özlərinin bu təşkilat tərəfindən istifadəyə verilmiş əsərlərinin və əlaqəli hüquqların obyektlərini lisenziyadan çıxarmağı tələb etmək hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, hesab edir ki, iddiaçı “Azərbaycan X1” İctimai Birliyinin hazırkı iddianı qaldırmaqda subyektiv hüquqlarının olması qanunun tələbindən irəli gəlir və iddiaçı tərəfindən bu iddianın qaldırılması onun yuxarıda qeyd olunan Nizamnamə üzrə fəaliyyət istiqamətlərinə uyğundur. Həmçinin, qeyd etmək lazımdır ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinin tələblərinə görə müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərindən mediada istifadəyə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməklə yol verilir, yəni müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərindən mediada istifadə olunarkən məhz bu Qanunun tələblərinə riayət olunmalıdır. Eyni zamanda, cavabdehin televiziya kanallarını retranslyasiyasını həyata keçirən təkrar yayımçı kimi iddiaçı ilə müqavilə bağlaması və müəlliflərə, əlaqəli hüquq subyektlərinə qonorar ödəməsi yuxarıda təsbit edilmiş maddi hüquq normaları ilə yanaşı, aşağıda qeyd olunan tələblərdən də irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 1997-ci il tarixli 38 saylı qərarı ilə təsdiq edilmiş “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” adlanan 3 saylı Əlavəsinin «Audiovizual əsərlərin efir yayımı televiziyası və kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə alınan qonorarın yaradıcı heyət arasında bölünməsi» adlanan Vİ bölməsinin tələbinə görə: 1. Azərbaycan Respublikasının ərazisində audiovizual əsərlərin efir və kabel (o cümlədən, retranslyasiya yolu ilə) televiziyası ilə yayımlanmasını, müxtəlif daşıyıcılarda tirajlanmasını və yayılmasını (satış və kirayəyə verməklə), həmçinin kütləvi nümayişini həyata keçirən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər müəllif qonorarı ödəyirlər. Audiovizual əsərlərdən istifadəyə görə müəlliflərə çatacaq qonorarın yığılması və bölüşdürülməsi audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Agentlik tərəfindən həyata keçirilir. Müəllif qonorarının ödəyiciləri istifadəsinə icazə aldığı audiovizual əsərlərin qeydiyyatını, hesabat dövründə hər bir əsərdən istifadəyə görə əldə edilən gəlirin uçotunu aparmalıdırlar. Ödəyicilər müəllif qonorarı ödəməklə yanaşı, audiovizual əsərlərin müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilata və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Agentliyə hesabat dövründə istifadə etdikləri əsərlərin siyahısını (müəlliflərin adı və hər əsərdən istifadəyə görə əldə edilən gəlirin miqdarı ayrı-ayrılıqda göstərilməklə) təqdim etməlidirlər. Audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat hər bir əsərin istifadəsinə görə aldığı qonorarı Vİ bölmədə göstərilən nisbətdə bölməyi və müəlliflərə (hüquqi varislərə) çatdırmağı təmin edir. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, ilkin və ya təkrar yayımcı olmasından asılı olmayaraq, audiovizual əsərlərin efir və kabel (o cümlədən, retranslyasiya yolu ilə) televiziyası ilə yayımlanmasını, kütləvi nümayişini həyata keçirən, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər müəllif qonorarı ödəməlidirlər. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 30 iyul 2018-ci il tarixli 222 saylı Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinə uyğun olaraq, müəlliflik hüququ və əlaqəli hüquqlar, məlumat toplularına və inteqral sxem topologiyalarına hüquqlar, ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına və coğrafi göstəricilərə hüquqlar, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrə), ənənəvi biliklərə və digər qeyri-maddi mədəni irs nümunələrinə hüquqlar sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən dövlət qurumudur və digər funksiyaları ilə yanaşı, həm də öz səlahiyyətləri çərçivəsində bu sahədə mövcud olan problemlərin aradan qaldırılması ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560-cı maddəsinin tələblərinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir və hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (maddə 560.1) və eyni zamanda, hüquqdan sui-istifadəyə yol verilmir və bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (maddə 560.2). Həmin Məcəllənin 560.3-cü maddəsinin tələblərinə görə, qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi və digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi - hüquqdan sui-istifadə kimi qəbul edilən hərəkətlərdir. Beləliklə də, məhkəmə, işin müəyyən olunmuş faktiki hallarına yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, Cavabdeh MMC-nin iddiaçı “Azərbaycan X1” İctimai Birliyi ilə müvafiq müqavilə bağlamadan iddiaçı “Azərbaycan X1” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə televiziya kanallarının retranslyasiyasını həyata keçirməsi müəllif hüquqlarının pozulması ilə nəticələndiyindən, iddia həmin hissədə təmin olunmalı və Cavabdehnə müqavilə bağlayanadək iddiaçı “Azərbaycan Professonal Kinorejissorlar Gildiyası” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə televiziya kanallarının retranslyasiyasının həyata keçirilməsi qadağan edilməlidir. Bundan əlavə, yuxarıda təsvir olunanlar nəzərə alınmaqla, aşağıda qeyd olunanlara əsasən məhkəmə, iddianın “Cavabdehndən 13 noyabr 2021-ci il tarixindən 13 noyabr 2023-cü ilədək olan dövr (son 2 il) ərzində audiovizual əsərlərin müəllif qonorarı ödəmədən, qanunazidd olaraq retranslyasiyasını həyata keçirdiyinə görə hər ay üçün 1500 (min beş yüz) manat olmaqla, ümumilikdə 36000 (otuz altı min) manat məbləğində qonorarın alınaraq iddiaçı Azərbaycan X1nın xeyrinə ödənilməsi” hissəsini isə qismən əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh MMC-yə Azərbaycan Respublikası ərazisində kabel, İPTV, OTT, mobil TV yayımını həyata keçirilməsi üçün nəzərdə tutulan "Universal platforma operatoru" lisenziyası 26 dekabr 2022-ci ildə verilmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin 26 dekabr 2022-ci ildən etibarən hər hansı bir müqavilə bağlamadan televiziya kanallarının retranslyasyası ilə məşğul olması faktı təsdiq olunsa da, onun məhz 13 noyabr 2021-ci il tarixindən etibarən televiziya kanallarının retranslyasyası ilə məşğul olması sübut olunmamışdır. Belə olan halda isə iddiaçının iddia tələbində göstərdiyi 13 noyabr 2021-ci il tarixindən deyil, Cavabdeh MMC-yə Azərbaycan Respublikası ərazisində 26 dekabr 2022-ci il tarixli UPO- 014 qeydiyyat nömrəli "Universal platforma operatoru" lisenziyası verildiyi tarixdən, yəni 26 dekabr 2022-ci ildən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə müvafiq olaraq iddia tələbində qeyd olunan 13 noyabr 2023-cü ilədək olan dövr ərzində müəllif qonorarını ödəmədən audiovizual əsərlərin retranslyasiyasını həyata keçirdiyinə görə hər ay üçün 1500 (min beş yüz) manat hesablanmaqla, ümumilikdə 10 ay 15 gün üçün cəmi 15750 (on beş min yeddi yüz əlli) manat məbləğində (1500 x 10 ay + 15 gün=15750 manat) pul vəsaiti iddiaçı “Azərbaycan X1” İctimai Birliyinin xeyrinə tutulmalıdır. “Müəlliflik huququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 45.1 və 45.2-ci maddələrinin tələblərinə əsasən, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən, mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa, iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: - 1. Zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; 2. Zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi; 3. Hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla, məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə edilməsi; 4. Pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi. Həmin Qanunun 45.5-ci maddəsinin tələblərinə görə, müəllifin və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusuna yol verən şəxsdən kompensasiya ilə yanaşı, ona məxsus olan əsərdən və ya digər əqli mülkiyyət hüququ obyektindən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini də tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli 466 nömrəli Qərarının “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” ilə bağlı V-ci bölməsinin 2.4.5-ci bəndinə əsasən, audiovizual əsərlərin kabel televiziyası ilə (o cümlədən retranslyasiya üsulu ilə yayımlanmasına görə) 0,5 faiz (istifadəçinin hesabat ayı üçün nəzərdə tutulan ümumi büdcəsindən, reklamdan, sponsordan və digər mənbələrdən daxil olmalarla) audiovizual əsər müəlliflərinə qonorar ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdehndən audiovizual əsərlərin retranslyasiyasının həyata keçirilməsi ilə əlaqədar 15750 (on beş min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti iddiaçı “Azərbaycan X1” İctimai Birliyinin xeyrinə tutulmalı və Cavabdehnə müqavilə bağlayanadək iddiaçı “Azərbaycan Professonal Kinorejissorlar Gildiyası” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə televiziya kanallarının retranslyasiyasının həyata keçirilməsi qadağan edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eyni zamanda, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, iddiaçı “Azərbaycan Professonal Kinorejissorlar Gildiyası” İctimai Birliyi tərəfindən mediatora ödənilmiş 210 (iki yüz on) manat məbləğində xidmət haqqının 105 (yüz beş) manat hissəsi Cavabdehndən iddiaçının xeyrinə tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin, Cavabdehndən dövlət nəfinə 137,25 (yüz otuz yeddi manat 25 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən audiovizual əsərlərin retranslyasiyasının həyata keçirilməsi ilə əlaqədar 15750 (on beş min yeddi yüz əlli) manat məbləğində pul və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 105 (yüz beş) manat hissəsi olmaqla, cəmi 15855 (on beş min səkkiz yüz əlli beş) manat məbləğində pul vəsaiti iddiaçı “Azərbaycan X1” İctimai Birliyinin xeyrinə tutulsun. Cavabdehnə müqavilə bağlayanadək iddiaçı “Azərbaycan Professonal Kinorejissorlar Gildiyası” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə televiziya kanallarının retranslyasiyasının həyata keçirilməsi qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 137,25 (yüz otuz yeddi manat 25 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-80/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-80/2024
06.02.2024 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Müəlliflik hüququ ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver