Məhkəmə qərarları › İş №e-2-2(119)-806/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-806/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-806/2020 13.11.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin borcun ödənilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.258.886 (bir milyon iki yüz əlli səkkiz min səkkiz yüz səksən altı manat) manat borcun, 30 (otuz) manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilən 1500 manat haqqın cavabdehdən tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini vəiş materiallarınıtədqiq edib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır Belə ki,Mülki-Prosessual Məcəllənin 10-1-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə təqdim edilmiş iddia ərizəsinin tərəflər bölməsində cavabdeh qismində Cavabdeh ASC qeyd edilmiş, iddia ərizəsinin mətnində isə cavabdeh kimi “xxxx” Açıq Səhmdar Cəmiyyəti göstərilmişdir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddia tələbinin Cavabdeh ASC-ə hər hansı aidiyyəti yoxdur. Tələb iddiaçı ilə “xxxx” ASC arasında bağlanmış alğı-satqı müqaviləsindən irəli gəlməklə “xxxx” ASC-ə qarşı irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları və onların poçt ünvanları göstərilməlidir. Məhkəmə qeyd edir ki, “Elektron Məhkəmə” İnformasiya Sistemi üzrə tətbiq edilən “Proses iştirakçısının Elektron kabinetindən istifadə qaydaları”nın tələblərinə əsasən cavabdeh haqqında məlumatlar “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə təqdim edilən iddia ərizəsinin tərəflər bölməsində göstərilməldir. İddia ərizəsinə .pdf sənəd şəklində, əlavə olunmuş iddia ərizəsi adlanan digər sənəddəcavabdeh kimi “xxxx” Açıq Səhmdar Cəmiyyətigöstərilsə də, qeyd edilən sənəd elektron imza ilə imzalanmamaqla, elektron sənəd olmadığından Mülki Prosessual Məcəllənin tələbləri baxımından iddia ərizəsi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar