Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-806/2024 09.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 26 aprel 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən ƏDV daxil cəmi 39099,28 manat məbləğində əsas borcun, 1954,96 manat məbləğində cərimənin və 213,16 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında malların alqı-satqısına dair 24 oktyabr 2023-cü il tarixli AQSZ S 035/1023 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı həmin Müqavilə üzrə öhdəliyini yerinə yetirərək, öz istehsalı olan müxtəlif növdə sement məhsullarını/malları cavabdehə təhvil vermişdir. Lakin, cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuş və aldığı sementin pulunu müvafiq qaydada ödəməmişdir. Belə ki, cavabdeh iddiaçıdan aldığı malların dəyərini tam şəkildə ödəməli olduğu halda, bu günə kimi onun iddiaçıya 39099,28 manat (ƏDV daxil) borcu qalmışdır. Cavabdehin iddiaçıya olan borcu tərəflər arasında imzalanmış üzləşmə aktı ilə öz təsdiqini tapmışdır. İddiaçı cavabdehə pretenziya göndərərək, verilmiş mallara görə qalıq borcun 2 (iki) təqvim günü ərzində ödənilməsini xahiş etsə də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Odur ki, iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab olunur ki, müqavilə üzrə yaranmış borc, habelə borc məbləğində uyğun hesablanmış cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Tərəflər arasında bağlanmış 24 oktyabr 2023-cü il tarixli AQSZ S 035/1023 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə, satıcı müqavilənin 2-ci bəndində göstərilən müvafiq sement növlərini alıcıya satır, alıcı isə malı alır və dəyərini satıcıya ödəyir. Müqavilənin 2.1-ci bəndinə görə, malın növü və qiyməti satıcı ilə alıcı arasında razılaşdırılmış formada bu müqaviləyə edilən əlavə(lər) ilə müəyyən olunur. Həmçinin, müqavilənin 7.6-cı bəndinə görə, ödənişin bu müqavilə üzrə nəzərdə tutulmuş müddətdən artıq gecikdirildiyi hər gün üçün ödənilməyən borcun 0,1 % həcmində cərimənin (cərimənin məbləği müqavilənin ümumi dəyərindən 5 % artıq olmamaq şərtilə) tələb edilməsi Alıcının hüququna aid edilmişdir. Müqavilə üzrə sonuncu ödənişin 07 noyabr 2023-cü il tarixdə həyata keçirildiyi nəzərə alınaraq, borcun ödənişi 167 gün gecikdirilmişdir. Bu halda cərimə məbləği 6528,03 manat təşkil edir (39099,28 x 0,1 % = 39,09 manat (1 gün üzrə cərimə) x 167 (gecikdirilən günlərin sayı). Lakin, müqavilənin tələbi (cərimə ödənilməyən məbləğin 5%-dən artıq olmamalıdır) baxımından cərimə 1954,96 manat məbləğində hesablanaraq tələb olunur. İş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı və Cavabdeh nümayəndələri məhkəmə baxış iclasına gəlməmişlər. Lakin, İddiaçı nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh MMC isə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 24 oktyabr 2023-cü il tarixli AQSZ S 035/1023 nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə, Satıcı hazırkı Müqavilənin 2-ci bəndində göstərilən və bundan sonra “Mal” adlandırılacaq müvafiq sement növlərini Alıcıya satır, Alıcı isə Malı alır və dəyərini Satıcıya ödəyir (1.1-ci bənd). Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, malın növü və qiyməti Satıcı ilə Alıcı arasında razılaşdırılmış formada bu Müqaviləyə edilən Əlavə(lər) ilə müəyyən olunur. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, Alıcı tərəfindən alınacaq hər Malın dəyəri vergilər daxil olmaqla Satıcının Bank hesabına avans şəklində köçürmə yolu ilə həyata keçirilir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, Alıcı tərəfindən alınacaq hər Malın dəyəri vergilər daxil olmaqla, razılaşdırılmış kredit limiti çərçivəsində və qaydada sonradan ödəmə şərtilə, Satıcının Bank hesabına Mal Alıcıya təhvil verildikdən sonra köçürmə yolu ilə həyata keçirilə bilər. Həmin Müqavilənin 7.3-cü bəndinə əsasən, Satıcıdan əldə etdiyi malın dəyərini vaxtında ödəmək – Alıcının öhdəliyidir. Həmin Müqavilənin 7.6-cı bəndinə əsasən, ödənişin bu Müqavilə ilə nəzərdə tutulmuş müddətdən artıq gecikdirildiyi hər gün üçün ödənilməyən borcun 0,1% həcmində cərimə və cərimənin məbləği - müqavilənin ümümi dəyərindən 5% artıq olmamaq şərti ilə yaranan müvafiq xərcləri ödəmək – Alıcının öhdəliyidir. Həmin Müqavilənin 11.1-ci bəndinə əsasən, bu Müqavilə 24 oktyabr 2023-cü il tarixində qüvvəyə minir və 31 dekabr 2023-cü il tarixinədək qüvvədədir. İş materiallarında olan, 24 oktyabr 2023-cü il tarixli AQSZ S 035/1023 nömrəli Alqı- Satqı Müqaviləsi üzrə imzalanmış 24 oktyabr 2023-cü il tarixli Əlavə 1-dən görünür ki, məlum alqı-satqı müqaviləsi əsasında satılan malların adları və və s. şərtlər tərəflər arasında razılaşdırılmışdır. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 24 oktyabr 2023-cü il tarixli AQSZ S 035/1023 nömrəli Alqı-satqı Müqaviləsi əsasında satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdehnə müxtəlif adda tikinti malları satılmış və bununla əlaqədar satıcı İddiaçı MMC tərəfindən alıcı "xxxx" MMC-yə 28 oktyabr 2023-cü il tarixli EBDR 509660 nömrəli Elektron Qaimə üzrə cəmi 4592,32 manat dəyərində, 28 oktyabr 2023-cü il tarixli EBDR 517364 nömrəli Elektron Qaimə üzrə cəmi 3457,87 manat dəyərində, 28 oktyabr 2023-cü il tarixli EBDR 523442 nömrəli Elektron Qaimə üzrə cəmi 4639,05 manat dəyərində, 30 oktyabr 2023-cü il tarixli EBDR 628026 nömrəli Elektron Qaimə üzrə cəmi 3502 manat dəyərində, 30 oktyabr 2023-cü il tarixli EBDR 632133 nömrəli Elektron Qaimə üzrə cəmi 4581,94 manat dəyərində, 30 oktyabr 2023-cü il tarixli EBDR 644267 nömrəli Elektron Qaimə üzrə cəmi 4607,9 manat dəyərində, 30 oktyabr 2023-cü il tarixli EBDR 654869 nömrəli Elektron Qaimə üzrə cəmi 4298,98 manat dəyərində, 31 oktyabr 2023-cü il tarixli EBDR 759994 nömrəli Elektron Qaimə üzrə cəmi 3509,79 manat dəyərində, 01 noyabr 2023-cü il tarixli EBDR 798429 nömrəli Elektron Qaimə üzrə cəmi 4418,39 manat dəyərində və 01 noyabr 2023-cü il tarixli EBDR 830007 nömrəli Elektron Qaimə üzrə cəmi 4659,82 manat dəyərində olmaqla, ümumilikdə cəmi 42268,06 (qırx iki min iki yüz altmış səkkiz manat 06 qəpik) manat dəyərində müxtəlif tikinti mallarının satılması ilə əlaqədar müvafiq qaydada tərtib olunaraq təsdiq edilmiş yuxarıda qeyd olunan Elektron qaiməfakturalar təqdim olunmuşdur (məhkəmə araşdırması zamanı təqdim olunmuş həmin elektron qaimələrə etiraz edilməsi və yaxud, həmin elektron qaimələrin qəbulundan imtina edilməsi halları müəyyən edilməmişdir). İş materiallarında olan, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC tərəfindən imzalanıb-möhürlənmiş 09 yanvar 2024-cü il tarixli Üzləşmə Aktından görünür ki, satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə 35820,4 manat malın dəyəri və 6447,66 manat ƏDV olmaqla, cəmi 42268,06 (qırx iki min iki yüz altmış səkkiz manat 06 qəpik) manat dəyərində müxtəlif tikinti malları satılmış, həmin məbləğdən 3168,78 manat məbləğində ödəniş həyata keçirilmiş və ona görə də, alıcı Cavabdeh MMC-nin 09 yanvar 2024-cü il tarixinə satıcı İddiaçı MMC-yə 35820,4 manat əsas və 3278,88 manat ƏDV olmaqla, ümumilikdə cəmi 39099,28 (otuz doqquz min doxsan doqquz manat 28 qəpik) manat məbləğində ödənilməmiş qalıq borcu vardır. İddiaçı tərəfin təqdim etdiyi 28 mart 2024-cü il tarixli 08 nömrəli Maliyyə Arayışında göstərilir ki, alıcı Cavabdeh ümumi dəyəri ƏDV daxil cəmi 42268,06 (qırx iki min iki yüz altmış səkkiz manat 06 qəpik) manat təşkil edən sement materialı (bundan sonra “Mal” adlanacaq) almışdır. Alıcı tərəfindən müqavilə üzrə alınmış mala münasibətdə, bu Arayışın imzalandığı tarixədək ƏDV daxil 3168,78 manat ödəniş həyata keçirilmişdir. Alınmış mala dair son ödəmə 07 noyabr 2023-cü il tarixində olmuşdur. Alıcı Cavabdeh 28 mart 2024-cü il tarixinə satıcı İddiaçınə 35820,4 manat əsas və 3278,88 manat ƏDV olmaqla, ümumilikdə cəmi 39099,28 (otuz doqquz min doxsan doqquz manat 28 qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, yuxarıda təsvir olunanlar və işin konkret halları ilə müəyyən olunur ki, 24 oktyabr 2023-cü il tarixli AQSZ S 035/1023 nömrəli alqı-satqı Müqaviləsi üzrə almış olduğu mallara görə ƏDV daxil cəmi 39099,28 manat məbləğində borc alıcı Cavabdeh MMC tərəfindən satıcı İddiaçı MMC-yə ödənilməmişdir. Buna görə də, Cavabdeh MMCdən “ƏDV daxil cəmi 39099,28 manat məbləğində əsas borcun, 1954,96 manat məbləğində cərimənin və 213,16 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar İddiaçı MMC tərəfindən məhkəməyə müraciət olunarkən Dövlət Büdcəsinə 213,16 (iki yüz on üç manat 16 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC İddiaçı MMC ilə bağlanmış 24 oktyabr 2023-cü il tarixli AQSZ S 035/1023 nömrəli alqı-satqı Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 39099,28 (otuz doqquz min doxsan doqquz manat 28 qəpik) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın cavabdehdən “1954,96 manat məbləğində cərimənin tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan cərimə məbləği azaldılaraq, cavabdehdən cəmi 500 (beş yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdehndən 39099,28 manat məbləğində əsas borc və 500 manat məbləğində cərimə İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 213,16 (iki yüz on üç manat 16 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi də Cavabdeh MMC-dən tutularaq, İddiaçınə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 39099,28 (otuz doqquz min doxsan doqquz manat 28 qəpik) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində cərimə və 213,16 (iki yüz on üç manat 16 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 39812,44 (otuz doqquz min səkkiz yüz on iki manat 44 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-806/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-806/2024
09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver