Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-81/2020 04.06.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxx” X2rşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “xxxxxxxxxx” X2rşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxx” X3 İddiaçı xeyrinə 109548,87 manat əsas borc, ödənişin gecikdirilməsinə görə müqavilələr üzrə əsas borca hesablanmış 5% cərimə, Mərkəzi Bankın müəyyən etdiyi 15% bank uçot dərəcəsi ilə hesablanmış pul, hüquqi xidmətlərə görə ödənilmiş 2000 manat və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 134309 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışıdır ki, iddiaçı "İddiaçı" MMC ilə cavabdeh “xxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 01 saylı "Alqı-Satqı" Müqaviləsi və xx xxxxxx 2019-cu il tarixli 05 saylı "Alqı-Satqı" Müqaviləsinə əsasən "İddiaçı" MMC X8 (çöl şpatı) və Kvars qumu adlı malları “Alıcı”"xxxxxxxxxx" MMC-nin mülkiyyətinə verməyi, "xxxxxxxxxx" MMC isə malları qəbul edib dəyərini pul şəklində “Satıcı” "İddiaçı" MMC-yə ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı "İddiaçı" MMC qeyd edilən Müqavilələrdə göstərilən malları "xxxxxxxxxx" MMC-yə təhvil vermiş, sonuncu isə bu malları qəbul etmişdir. Lakin, həmin Müqavilələr üzrə satılan mallara görə yaranmış 109548,87 manat borc cavabdeh tərəfindən ödənilməmişdir. Məlum Müqavilələrin 3.3-cü bəndinə əsasən “Alıcı” 30-45 təqvim günü ərzində alınan malın dəyərini tam olaraq “Satıcı”ya ödəməlidir. Yaranmış borcun etiraf edilməsinə dair tərəflər arasında xx xxxxxxx 2019-cu il tarixli "X1 dair” Akt tərtib edilmiş və həmin Aktla cavabdehin iddiaçıya olan qalıq borcunun 109548,87 manat təşkil etdiyi təsdiq edilmişdir. Lakin, göstərilən tarixdən xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən yuxarıda qeyd edilən borc "İddiaçı" MMC-yə ödənilməmişdir. Bununla bağlı dəfələrlə şifahi şəkildə "xxxxxxxxxx" MMC-nin rəhbərliyinə və səlahiyyətli şəxslərə müraciət edilməsinə və danışıqlar aparılmasına baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmiş və həmin borc iddiaçıya ödənilməmişdir. Qeyd edilən borcun könüllü olaraq ödənilməsi ilə bağlı xx xxxxxx 2019-cu tarixli Pretenziya məktubu ilə cavabdehə müraciət edilməsinə baxmayaraq, cavabdeh yaranmış borcun məhkəmədən kənar qaydada ödənilməsinə heç bir təşəbbüs göstərməmiş və pretenziyanı cavabsız qoymuşdur. Beləliklə də, iddiaçı yuxarıda qeyd olunan müqavilələr üzrə üzərinə götürdüyü bütün öhdəlikləri qüsursuz şəkildə yerinə yetirmiş olsa da, cavabdeh həmin müqavilələr üzrə öz öhdəliklərinin yerinə yetirilməsindən qərəzli şəkildə boyun qaçırmışdır. Tərəflər arasında bağlanmış Alqı-satqı müqavilələrinin müvafiq bəndinə əsasən alınmış mallar üçün ödənişdə yubanma halında, Satıcı müqavilənin dəyərinin 5%-dən çox olmamaq şərti ilə cərimə sanksiyaları tətbiq edə bilər. Yuxarıda qeyd edilən müqavilələrə əsasən ödənilməyən borc cəmi 109548,87 manatdır və həmin məbləğin 5%-i 5477 manat təşkil edir: 109548,87 + 5477 = 115025,87 manat. Bundan əlavə cavabdeh iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmış və bu pulların ödənilməsini gecikdirməklə özündə saxlayaraq, həmin vəsaitlərdən faydalanmışdır. Buna görə cavabdeh həmin pul vəsaitinin məbləğindən icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə faizlər ödəməlidir. Məhkəməyə iddia verilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi 15% təşkil etdir. 115025,87 manatın 15%-i 17253 manat təşkil edir. Həmçinin, iddiaçı ilə Bakı şəhəri 8 saylı Vəkil Bürosu arasında xx xxxxxx 2019-cu il tarixli 785 saylı "Hüquqi yardım göstərilməsi haqqında" Müqavilə bağlanılmışdır. Həmin Müqaviləyə görə 8 saylı Vəkil Bürosunun vəkili Vəkil cavabdehin iddiaçıya olan borcun könüllü qaydada ödənilməsini və ya məhkəmə vasitəsi ilə borcun ödənilməsini təmin etməyi və bu sahədə hüquqi xidmətin göstərilməsini öz üzərinə götürmüşdür. Həmin müqaviləyə əsasən Bakı şəhəri 8 saylı Vəkil Bürosuna "İddiaçı" MMC tərəfindən 2000 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh "xxxxxxxxxx" X3 İddiaçı xeyrinə 109548,87 manat əsas borcun, ödənişin gecikdirilməsinə görə müqavilələr üzrə əsas borca 5%-lə hesablanmış 5477 manat cərimənin, Mərkəzi Bankın müəyyən etdiyi 15% bank uçot dərəcəsi ilə hesablanmış 17253 manat pulun, hüquqi xidmətlərə görə ödənilmiş 2000 manat pulun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxxxxxxxx" X7 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, satıcı İddiaçı ilə alıcı “xxxxxxxxxx” X7 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 01 №-li alqı-satqı müqaviləsinə əsasən İddiaçı (satıcı) tərəfindən “xxxxxxxxxx” X6 (alıcı) cəmi 61360 manat (ƏDV daxil) dəyərində “X8 (Türkiyə istehsalı)” satılmışdır. Eləcə də, satıcı İddiaçı ilə alıcı “xxxxxxxxxx” X7 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 05 №-li alqı-satqı müqaviləsinə əsasən İddiaçı (satıcı)tərəfindən “xxxxxxxxxx” X6 (alıcı) cəmi 162840 manat (ƏDV daxil) dəyərində “kvars qumu” satılmışdır. İş materialları ilə müəyyən olunur ki, satıcı İddiaçı ilə alıcı “xxxxxxxxxx” X7 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 01 №-li və xx xxxxxx 2019-cu il tarixli 05 №-li alqısatqı müqavilələrində həmin Müqavilələr üzrə alınmış malların dəyərinin ödənilməsi yubadıldığı halda, “Satıcı” tərəfindən “Alıcı”ya Müqavilə üzrə satılan malların dəyərinin 5%-dən çox olmamaq şərti ilə cərimə sanksiyaları tətbiq edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan, xx xxxxxx 2019-cu il tarixli 01 №-li və xx xxxxxx 2019-cu il tarixli 05 №-li alqı-satqı müqavilələrinin icrası ilə əlaqədar tərtib edilmiş xx xxxxxxx 2019cuil tarixli "X1 dair” Aktdan görünür ki, satıcı İddiaçı ilə alıcı “xxxxxxxxxx” X7 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 01 №-li və xx xxxxxx 2019-cu il tarixli 05 №-li alqısatqı müqavilələri üzrə xx xxxxxxx 2019-cu il tarixinə alıcı “xxxxxxxxxx” X5 satıcı İddiaçınə cəmi 109548,87 (yüz doqquz min beş yüz qırx səkkiz manat 87 qəpik) manat məbləğində ödənilməmiş qalıq borcunun olduğu müəyyən edilmiş və həmin Akt hər iki tərəfin təmsilçiləri tərəfindən imzalanaraq, möhürlənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Təsvir olunanlarla müəyyən edilir ki, xx xxxxxx 2019-cu il tarixli 01 №-li və xx xxxxxx 2019-cu il tarixli 05 №-li alqı-satqı müqavilələrinə əsasən satıcı İddiaçı tərəfindən alıcı “xxxxxxxxxx” X6 satılmış malların ümumi qiymətinin 109548,87 (yüz doqquz min beş yüz qırx səkkiz manat 87 qəpik) manat hissəsi ödənilməmişdir. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən,əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, xx xxxxxx 2019-cu il tarixli 01 №-li və xx xxxxxx 2019-cu il tarixli 05 №-li alqı-satqı müqavilələrinin icrası ilə əlaqədar tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli "X1 dair” Aktla müəyyən edilmiş 109548,87 manat məbləğində borcun və ödənişin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış məlum Müqavilələrin şərtlərinə uyğun olaraqhəmin borca hesablanmış 5%-lik cərimənin, yəni 5477 manat məbləğində cərimənin cavabdeh “xxxxxxxxxx” X3 İddiaçı xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Lakin, “Mərkəzi Bankın müəyyən etdiyi 15% bank uçot dərəcəsi ilə hesablanmış pulun tutulması” hissəsində isə iddia tələbinin əsaslılığı sübuta yetməmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın “hüquqi xidmətlərə görə ödənilmiş 2000 (iki min) manat pulun tutulması" hissəsi qismən əsaslıdır. Belə ki, iddiaçı iddia tələbində “hüquqi xidmətlərə görə ödənilmiş 2000 (iki min) manat pulun” da cavabdehdən tutulmasını xahiş etmiş və bununla bağlı iddia ərizəsinə İddiaçı tərəfindən Vəkil hüquqi xidmətlərə görə 2000 manat məbləğində pul ödənilməsini təsdiq edən sənədlər əlavə edilmişdir. Lakin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alabilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə xx xxxxxx 2008-ci i ltarixli qərarında göstərilir ki, “ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun”. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi halda” tutulmasına yolverilir. Bu halda, iddiaçı tərəfindən cavabdehdən tələb olunan “hüquqi xidmətlərə görə ödənilmiş 2000 (iki min) manat pulun tutulması”, yəni hüquqi xidmətlərə görə 2000 (iki min) manatməbləğində pul vəsaiti hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid edilə bilər. Beləliklə də, hüquqi xidmətlərə görə cavabdehdən tələb olunan 2000 (iki min) manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından, həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdeh “xxxxxxxxxx” X3 hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 500 (beş yüz) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh “xxxxxxxxxx” X3 İddiaçıinin xeyrinə 109548,87 (yüz doqquz min beş yüz qırx səkkiz manat 87 qəpik) manat əsas borc, 5477 (beş min dörd yüz yetmiş yeddi) manat cərimə və hüquqi xidmətə görə ödənilmiş xərcin əvəzi kimi 500 (beş yüz) manat pul tutulmalıdır. İddia tələbi “Mərkəzi Bankın müəyyən etdiyi 15% bank uçot dərəcəsi ilə hesablanmış pulun tutulması” hissəsində isə təmin olunmamalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxxxxxxxx” X3 109548,87 (yüz doqquz min beş yüz qırx səkkiz manat 87 qəpik) manat əsas borc, 5477 (beş min dörd yüz yetmiş yeddi) manat cərimə, hüquqi xidmətə görə ödənilmiş xərcin əvəzi kimi 500 (beş yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 115555,87 (yüz on beş min beş yüz əlli beş manat 87 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-81/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-81/2020
04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver