Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-817/2024 10.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17 iyul 2020-ci il tarixli 2020/059 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi üzrə 1431,61 (min dörd yüz otuz bir manat altmış bir qəpik) manat əsas borc və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 221,18 (iki yüz iyirmi bir manat on səkkiz qəpik) manat faiz olmaqla, ümumilikdə 1652,79 (min altı yüz əlli iki manat yetmiş doqquz qəpik) manat borcun, ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumunun və hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat xidmət haqqının cavabdehdən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 17 iyul 2020ci il tarixli 2020/059 nömrəli “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi” bağlanmışdır. Müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən alıcı malları sifariş edir, satıcı isə həmin malları təqdim edir. Alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 5.4-cü bəndinə görə alıcı müqavilə üzrə göndərilmiş malların təxirə salmadan qəbul edilməsinə və ödənişlərin vaxtında aparılmasına görə məsuliyyət daşıyır. Müqavilənin 11.1-ci bəndinə əsasən alıcı müvafiq olaraq satıcıya razılaşdırılmış məbləği avans olaraq əvvəlcədən ödəyir və ya satıcının təqdim etdiyi təsdiqedici sənədlər əsasında mallar alıcıya təhvil verildikdən sonra ödənilir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli EBBC seriyalı 131328 nömrəli, xx.xx.2021-ci il tarixli EBBC seriyalı 889185 nömrəli, xx.xx.2021-ci il tarixli EBBA seriyalı 807171 nömrəli elektron qaimələrdən də göründüyü kimi müqavilə üzrə mallar satıcı tərəfindən razılaşdırılmış vaxtda və keyfiyyətdə çatdırılsa da, alıcı öz öhdəliyini vaxtında icra etməyərək malların dəyərinin ödənilməsini gecikdirir. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixindən etibarən müqavilə üzrə müxtəlif vaxtlarda verilmiş sifarişlər üzrə ödənişlər tam ödənilmədiyindən İddiaçınə 1431,61 (min dörd yüz otuz bir manat altmış bir qəpik) manat məbləğində borc yaranmışdır. Müqavilə üzrə yaranmış mübahisəni qarşılıqlı razılıq yolu ilə həll etmək məqsədi ilə iddiaçı tərəfindən Cavabdehnə xx.xx.2024-cü il tarixində ünvanlanmış pretenziya məktubunda həmin məktubun onlara çatması anından 3 (üç) gün ərzində yaranmış borcun ödənilməsi xahiş olunsa da, qarşı tərəf cavab verməklə və yaxud borcun ödənilməsi ilə bağlı hər hansı hərəkət etməmişdir. İddiaçı öz öhdəliyini icra etdiyi halda öhdəliyin qarşılıqlı icrası vaxtı çatmış və Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliyini tam və vaxtında icra etməmişdir. Beləliklə, iddiaçı Mülki Məcəllənin 441.4-cü maddəsinə əsasən öhdəliyin icrasının həyata keçirilməsini tələb edir. Həmçinin Cavabdeh öhdəliyinin icrası vaxtını gecikdirdiyinə görə iddiaçı pul öhdəliyinin gecikdirilməsi ilə bağlı Mülki Məcəlləyə uyğun olaraq illik 5 % miqdarında gecikdirmə faizini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Odur ki, öhdəliyin icrası vaxtının gecikdirilməsi səbəbindən Mülki Məcəlləyə uyğun olaraq illik 5% faiz hesablanmaqla 221,18 (iki yüz iyirmi bir manat on səkkiz qəpik) manat məbləğində gecikdirmə faizi daxil olmaqla, cavabdehdən ümumilikdə 1652,79 (min altı yüz əlli iki manat yetmiş doqquz qəpik) manat borc tələb edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 17 iyul 2020-ci il tarixli 2020/059 nömrəli mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsinə əsasən alıcı malları sifariş edir, satıcı isə həmin malları alıcıya təqdim edir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı bu müqavilədə nəzərdə tutulan şərtlər əsasında malların satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən alıcı müvafiq olaraq satıcıya razılaşdırılmış məbləği avans olaraq əvvəlcədən ödəyir və ya satıcının təqdim etdiyi təsdiqedici sənədlər əsasında mallar alıcıya təhvil verildikdən sonra dəyəri ödənilir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 1071,61 (min yetmiş bir manat altmış bir qəpik) manat məbləğində malın satılması ilə əlaqədar 27 aprel 2021-ci il tarixli EBBA seriyalı 807171 nömrəli, 225 (iki yüz iyirmi beş) manat məbləğində malın satılması ilə əlaqədar 24 may 2021-ci il tarixli EBBC seriyalı 131328 nömrəli, 135 (yüz otuz beş) manat məbləğində malın satılması ilə əlaqədar 07 iyun 2021-ci il tarixli EBBC seriyalı 889185 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə tədim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 22 aprel 2024-cü il tarixə İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə 1431,61 (min dörd yüz otuz bir manat altmış bir qəpik) manat məbləğində əsas borcu və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 221,18 (iki yüz iyirmi bir manat on səkkiz qəpik) manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 17 iyul 2020-ci il tarixli 2020/059 nömrəli mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdehnə 1431,61 (min dörd yüz otuz bir manat altmış bir qəpik) manat dəyərində mal satılmış, lakin cavabdeh öhdəliyini icra etməyərək satılan malların dəyərini ödəməmişdir. Buna görə də, İddiaçı Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi müqavilə üzrə ödənilməmiş 1431,61 (min dörd yüz otuz bir manat altmış bir qəpik) manat məbləğində əsas borcun və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 221,18 (iki yüz iyirmi bir manat on səkkiz qəpik) manat faizin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin cavabdehdən “ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 36,53 (otuz altı manat əlli üç qəpik) manat təşkil etdiyindən, iddia həmin hissədə qismən təmin edilməli, Cavabdehndən 36,53 (otuz altı manat əlli üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Bundan əlavə iddiaçı iddia tələbində hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının da cavabdehdən tutulmasını xahiş etmiş, bununla bağlı iddia ərizəsinə hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul ödənilməsini təsdiq edən qəbz əlavə etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının tutulması” hissəsi təmin edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdehndən 1431,61 (min dörd yüz otuz bir manat altmış bir qəpik) manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 221,18 (iki yüz iyirmi bir manat on səkkiz qəpik) manat faiz, 36,53 (otuz altı manat əlli üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 1989,32 (min doqquz yüz səksən doqquz manat otuz iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 1431,61 (min dörd yüz otuz bir manat altmış bir qəpik) manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 221,18 (iki yüz iyirmi bir manat on səkkiz qəpik) manat faiz, 36,53 (otuz altı manat əlli üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 1989,32 (min doqquz yüz səksən doqquz manat otuz iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-817/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-817/2024
10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver