Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-828/2024 10.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5200 (beş min iki yüz) manat məbləğində əsas borcun, 230 (iki yüz otuz) manat məbləğində cərimənin və ödənilmiş 74,30 (yetmiş dörd manat otuz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 02 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi, qiymətlərin razılaşma protokolu və təhvil-təslim aktı imzalanmışdır. Müqaviləyə və qiymətlərin razılaşma protokoluna əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 10000 (on min ) manat olmaqla mal almışdır. Həmin məbləğin 1500 (bir min beş yüz) manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləği, yəni 8500 (səkkiz min beş yüz) manatı 10 oktyabr 2021-ci il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qalıq 8500 (səkkiz min beş yüz) manatdan 3300 (üç min üç yüz) manat ödəmişdir. Ona görə əsas məbləğ üzrə qalıq borc 5200 (beş min iki yüz) manat, cərimə borcu isə 230 (iki yüz otuz) manat təşkil edir. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən nəzərdə tutulan ödəniş müddətindən sonra alıcı hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1%-i həcmində satıcıya cərimə ödəyir. Borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya məktubu da göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 02 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan Qiymətlərin razılaşma protokolunda ("Əlavə 1" adlandırılacaq) əks olunan texniki avadanlıqları dəyərini nağd və ya hissə-hissə ödənilməklə alıcıya satmağı, alıcı isə malı qəbul edib qiymətini bu müqaviləyə və Əlavə 1-də əks olunmuş formada satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən alıcıya satılan malların xüsusiyyətləri (ölçü, miqdarı, qiyməti və.s) tərəflər arasında əvvəlcədən razılaşdırılmış Əlavə 1-də öz əksini tapır. - 1.3-cü bəndinə əsasən satılan mallar tərəflər arasında imzalanmış təhvil - təslim aktı ("Əlavə 2" adlandırılacaq) əsasında təhvil verilir və alınır. - 3.1-ci bəndinə əsasən Əlavə 1-də qeyd olunan malın ümumi dəyəri 10000 (on min) təşkil edir. - 3.2-ci bəndinə əsasən alıcı alınan malın dəyərinin ümumi razılaşdırılmış məbləğinin 1500 (min beş yüz) manat ilkin ödənişini dərhal, qalıq məbləği 16 (on altı) ay ərzində "Əlavə 1"-ə uyğun formada satıcıya ödəniş qəbzləri (və ya mədaxil qəbzləri) əsasında ödəyir. - 3.3-cü bəndinə əsasən alıcı mallara görə təqdim olunmuş hesab fakturasına və ya qaimə fakturasına əsasən satıcıdan aldığı malların dəyərini nağd və ya köçürmə yolu ilə satıcıya ödəyir. - 5.2-ci bəndinə görə alıcı malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci maddəsində göstərilən müddətdə “Əlavə 1”-ə uyğun olaraq tam və ya qismən icra etmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1%-i həcmində satıcıya cərimə ödəyir. 02 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə 1 nömrəli Əlavə olan 02 sentyabr 2021-ci il tarixli Qiymətlərin razılaşdırma protokoluna əsasən avadanlıqların qiyməti 10000 (on min) manat, ilkin ödəniş 1500 (min beş yüz) manat və qalıq ödəniş 8500 (səkkiz min beş yüz) manat müəyyən edilmiş, qalıq borc məbləğinin son ödəniş tarixi 10 fevral 2023cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. 02 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə 2 nömrəli Əlavə olan 02 sentyabr 2021-ci il tarixli təhvil-təslim aktına əsasən 1 (bir) ədəd “lunax”, 1 (bir) ədəd kosmetoloji çarpayı, 1 (bir) ədəd lampa-lupa, 1 (bir) ədəd təmzimləyici, 3 (üç) ədəd gel, 1 (bir) ədəd “maşınka Kemei”, 1 (bir) ədəd distilə su, 1 (bir) ədəd kosmetoloji oturacaq Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 19 aprel 2024-cü il tarixli 007 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 02 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əsas borcu 5200 (beş min iki yüz) manat, cərimə borcu isə 230 (iki yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 02 sentyabr 2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh 10000 (on min) dəyərində müvafiq mallar satılmış, lakin cavabdeh öhdəliyini lazımi qaydada icra etməyərək satılan malların dəyərini tam ödəməmişdir. Buna görə də, İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq ödənilməmiş 5200 (beş min iki yüz) manat məbləğində əsas borcun, 230 (iki yüz otuz) manat məbləğində cərimənin və ödənilmiş 74,30 (yetmiş dörd manat otuz qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Göründüyü kimi, Cavabdeh ilə İddiaçı arasında 02 sentyabr 2021-ci tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin müqavilə üzrə ödənilməmiş 5200 (beş min iki yüz) manat məbləğində əsas borcun və 230 (iki yüz otuz) manat məbləğində cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Bundan başqa, iddia tələbinin “ödənilmiş 74,30 (yetmiş dörd manat otuz qəpik) manat dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 74,30 (yetmiş dörd manat otuz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də, təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 74,30 (yetmiş dörd manat otuz qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 5200 (beş min iki yüz) manat məbləğində əsas borc, 230 (iki yüz otuz) manat məbləğində cərimə və ödənilmiş 74,30 (yetmiş dörd manat otuz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5504,30 (beş min beş yüz dörd manat otuz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5200 (beş min iki yüz) manat məbləğində əsas borc, 230 (iki yüz otuz) manat məbləğində cərimə və ödənilmiş 74,30 (yetmiş dörd manat otuz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5504,30 (beş min beş yüz dörd manat otuz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-828/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-828/2024
10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver