Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-830/2021 27.10.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 14 iyun 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 may 2020-ci il tarixli CM 050520/17 nömrəli “Malların alqı-satqısı haqqında” müqaviləyə əsasən Cavabdehndən 75427 (yetmiş beş min dörd yüz iyirmi yeddi) manat məbləğində borcun və həmin borcun 18 % X4 görə 13576 (on üç min beş yüz yetmiş altı) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə İddiaçı tərəfindən 07 sentyabr 2021-ci ildə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək, 05 may 2020-ci il tarixli CM 050520/17 nömrəli “Malların alqı-satqısı haqqında” Müqaviləyə əsasən Cavabdehndən 50452,22 (əlli min dörd yüz əlli iki manat 22 qəpik) manat məbləğində borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı tərəfindən iddia ərizəsində və “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 05 may 2020-ci il tarixli CM 050520/17 nömrəli “Malların alqı-satqısı haqqında” Müqaviləyə əsasən Satıcı həmin Müqavilənin əlavələri olan qiymət razılaşdırılması Protokollarında müəyyən olunan miqdarda, qiymətdə və göstəricilərdə olan malları Alıcıya satmağı, Alıcı isə həmin malların qiymətini müqavilə ilə razılaşdırılmış müddət və məbləğdə Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq alıcı Cavabdeh MMC-yə 02 fevral 2021-ci il tarixli “qiymətlərin razılaşdırılması protokolu” əsasında dəyəri 34885,12 manat və 18 % ƏDVsi isə 6279,32 manat olan 64 müxtəlif növdə mal, 02 fevral 2021-ci il tarixli “qiymətlərin razılaşdırılması protokolu” əsasında dəyəri 535,96 manat və 18 % ƏDV-si isə 96,47 manat olan 6 müxtəlif növdə mal, 05 mart 2021-ci il tarixli “qiymətlərin razılaşdırılması protokolu” əsasında dəyəri 3239,70 manat və 18 % ƏDV-si 583,15 manat olan 2 müxtəlif növdə mal və 01 aprel 2021-ci il tarixli “qiymətlərin razılaşdırılması protokolu” əsasında dəyəri 36766,45 manat və 18 % ƏDV-si 6617,96 manat olan 40 müxtəlif növdə mal satılmışdır. Alıcı Cavabdeh MMC həmin malları müvafiq olaraq 02 fevral 2021-ci il tarixli 002 nömrəli, 18 fevral 2021-ci il tarixli 004 nömrəli, 05 mart 2021-ci il tarixli 005 nömrəli və 01 aprel 2021-ci il tarixli 006 nömrəli təhvil-təslim aktları əsasında qəbul etmişdir. Lakin, təhvil alınmış həmin malların dəyəri və ƏDV məbləğləri satıcıya ödənilməmiş və alıcı Cavabdeh MMC-nin Satıcıya 05 may 2020-ci il tarixli CM 050520/17 nömrəli “malların alqı-satqısı haqqında” müqavilə üzrə malların qiyməti olaraq 75427 manat borcu və 18 % ƏDV-yə görə isə 13576 manat qalıq borcu yaranmışdır. Bu pulun ödənilməsi, əks təqdirdə bu barədə məhkəməyə müraciət olunacağı barədə dəfələrlə cavabdehə şifahi və yazılı qaydada xəbərdarlıq edilsə də, Cavabdeh MMC tərəfindən pul ödənilməmiş və ödənilməməsinin səbəbi Şirkətin maliyyə vəziyyətinin pisləşməsi ilə əlaqələndirilmişdir. Ona görə də, iddiaçı satılmış malların qiyməti olaraq 75427 manat məbləğində borcun və həmin borcun 18 % ƏDVyə görə 13576 manat məbləğində pulun tutulması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin, məhkəməyə müraciət olunduqdan sonra cavabdeh tərəfindən həmin borc üzrə müəyyən məbləğdə ödəniş edilmiş və buna görə də, Cavabdeh MMC-nin hal-hazırda İddiaçı cəmi 50452,22 (əlli min dörd yüz əlli iki manat 22 qəpik) manat məbləğində əsas borcu qalmışdır. Ona görə də, 07 sentyabr 2021-ci il tarixli ərizə ilə iddia tələbinin həcmi azaldılaraq, 05 may 2020-ci il tarixli CM 050520/17 nömrəli “Malların alqı-satqısı haqqında” Müqaviləyə əsasən Cavabdehndən cəmi 50452,22 (əlli min dörd yüz əlli iki manat 22 qəpik) manat məbləğində borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və tərəflər arasında bağlanmış 05 may 2020-ci il tarixli CM 050520/17 nömrəli “Malların alqı-satqısı haqqında” Müqaviləyə əsasən Cavabdehndən 50452,22 manat məbləğində borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Lakin, Cavabdeh nümayəndəsi Nümayəndə1 tərəfindən 27 oktyabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin azaldılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq Satıcı (iddiaçı) İddiaçı (VÖEN: **********) ilə Alıcı (cavabdeh) Cavabdeh (VÖEN: **********) arasında bağlanmış 05 may 2020-ci il tarixli CM 050520/17 nömrəli “Malların alqı-satqısı haqqında” Müqaviləyə əsasən həmin Müqavilənin tərkib hissəsi olan Əlavə 1-də qeyd olunan X2 göstərilən miqdrda və çeşiddə mallar Satıcı tərəfindən Alıcıya satılmış və müqavilə üzrə nəzərdə tutulan müddətin başa çatmasına baxmayaraq, həmin alqı-satqıya görə təhvil alınmış həmin malların dəyəri və ƏDV məbləğləri müvafiq qaydada Satıcıya ödənilməmişdir. Buna görə də, 14 iyun 2021-ci il tarixinə alıcı (cavabdeh) Cavabdeh MMC-nin satıcı (iddiaçı) İddiaçı 75427 manat məbləğində əsas borcu və 13576 manat məbləğində ƏDV borcu qalmışdır. Lakin, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra iddia tələbi üzrə cavabdeh tərəfindən müvafiq etiraf xarakterli hərəkətlər edilərək, həmin borc üzrə müəyyən məbləğdə ödənişlər edilmişdir. Yəni, ilkin iddia ərizəsində tələb olunan 13576 manat məbləğində ƏDV borcu tam olaraq ödənilmiş, əsas borcdan isə müəyyən məbləğdə ödəniş edilərək, əsas borcun ödənilməmiş hissəsi azaldılmışdır. Bu səbəbdən də, İddiaçı tərəfindən 07 sentyabr 2021-ci ildə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək, 05 may 2020-ci il tarixli CM 050520/17 nömrəli “Malların alqı-satqısı haqqında” Müqaviləyə əsasən Cavabdehndən 50452,22 (əlli min dörd yüz əlli iki manat 22 qəpik) manat məbləğində borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur (təsvir olunan hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Malların alqı-satqısı haqqında” Müqavilə, X1, Təhvil-Təslim Aktları, Elektron Qaimələr və digər sənədlərlə təsdiq olunur). İş materiallarından görünür ki, iddia ərizəsi ilə birlikdə məhkəməyə daxil olmuş iddiaçının “iddianın təmin tədbirinin tətbiq edilməsi” haqqında ərizəsi əsasında qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli e-2-2(119)- 830/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə mahiyyəti üzrə baxılanadək iddianın təmin tədbiri kimi Cavabdehnə məxsus "xxxx" QSC-nin Xətai Filialında olan AZ93ACAB******************** nömrəli və "xxxx" ASC-nin “Bridge Plaza” şöbəsində olan AZ71PAHA40060AZNHC********** nömrəli bank hesablarının üzərinə işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan, iddia tələbi həddində - 89003 (səksən doqquz min üç) manat həcmində həbs qoyulmuşdur. Lakin, Cavabdeh nümayəndəsi Nümayəndə1 27 oktyabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, Sumqayıt Kommersiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli e-2-2(119)-830/2021 nömrəli qərardadı ilə Cavabdeh MMC-nin bank hesabına 89003 manat həcmində həbsin qoyulmasına dair müvəqqəti təminat tədbirinin dəyişdirilərək, həmin hesaba 50427 manat həcmində həbsin qoyulmasına dair müvəqqəti təminat tədbiri ilə əvəz edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmiş və həmin ərizə - məhkəmə prosesi zamanı Cavabdeh MMC tərəfindən 38576 manat məbləğində pul vəsaitinin İddiaçı ödənilməsi və Cavabdeh MMC-nin halhazırda 50427 manat məbləğində borcunun olması ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 05 may 2020-ci il tarixli CM 050520/17 nömrəli “Malların alqı-satqısı haqqında” Müqavilə və həmin Müqavilə əsasında imzalanmış X3 üzrə almış olduğu müxtəlif növ məhsullara görə Cavabdeh tərəfindən cəmi 50422,22 (əlli min dörd yüz iyirmi iki manat 22 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ödənilməmişdir. Buna görə də, hazırkı iş üzrə 07 sentyabr 2021-ci ildə məhkəməyə təqdim olunmuş “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə ödənilməmiş 50422,22 manat məbləğində borcun cavabdehdən tutulması xahiş olunmuşdur. Eyni zamanda, Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən 27 oktyabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuş ərizə ilə əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, həmin ərizədə cavabdeh tərəf iddiaçıya 50427 manat məbləğində borcunun qaldığını etiraf etmiş olsa da, iddiaçı tərəf 07 sentyabr 2021-ci ildə məhkəməyə təqdim olunmuş “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə 50422,22 manat məbləğində borcun ödənilmədiyini qeyd edərək, həmin məbləğdə pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3cü maddəsinin tələbləri baxımından məhkəmə hazırkı iddia ərizəsi üzrə yalnız verilmiş tələb üzrə qətnamə çıxara bilər (həmin normanın tələblərinə görə hakim verilmiş iddia tələbi üzrə qətnamə çıxarır). İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, 05 may 2020-ci il tarixli CM 050520/17 nömrəli “Malların alqı-satqısı haqqında” Müqavilə üzrə alınmış müxtəlif növ məhsullara görə ödənilməmiş cəmi 50422,22 manat məbləğində əsas borcun cavabdeh Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdehndən (VÖEN **********) 50422,22 manat əsas borc İddiaçı (VÖEN **********) xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən (VÖEN: **********) 50422,22 (əlli min dörd yüz iyirmi iki manat 22 qəpik) manat əsas borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 50452,22 (əlli min dörd yüz əlli iki manat 22 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı (VÖEN: **********) xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-830/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-830/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver