Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-831/2023 28.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 201675,8 (iki yüz bir min altı yüz yetmiş beş dollar səksən sent) ABŞ dolları məbləğində pul vəsaitinin, ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzində 638 (altı yüz otuz səkkiz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ildən başlayaraq Cavabdeh sifarişləri əsasında İddiaçı tərəfindən damlama sulama sistemləri və sair kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar istehsalçı firma olan X10 İhracat Sanayi Ticaret Anonim Şirketindən əldə edilərək Cavabdehnə göndərilmişdir. xx.xx.2019-cu il tarixdən xx.xx.2022ci il tarixədək keçən müddət ərzində iddiaçı tərəfindən cavabdehə ümumilikdə 3820075,80 ABŞ dolları dəyərində damlama sulama sistemləri və sair kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar göndərilmiş, cavabdeh tərəfindən həmin malların dəyərindən ******* ABŞ dolları məbləğində pul ödənilmiş, 201675,8 ABŞ dolları məbləğində qalan hissəsinin dəyəri isə bu günədək ödənilməmişdir. Bununla bağlı cavabdehə pretenziya göndərilmiş, lakin bundan sonra da cavabdeh tərəfindən ödəniş həyata keçirilməmişdir. Məsələnin mediasiya vasitəsilə də həlli mümkün olmamışdır. İddia ərizəsinə əlavə edilmiş gömrükyük bəyannamələrindən, elektron fakturalardan və xx.xx.2023-cü il tarixli auditor hesabatından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ümumilikdə 3820075,80 ABŞ dolları dəyərində damlama sulama sistemləri və sair kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar göndərilmiş, cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 45000 ABŞ dolları məbləğində olmaqla xx.xx.2022-ci il tarixdə edilmiş, beləliklə cavabdeh tərəfindən həmin malların ******* ABŞ dolları məbləğində bir hissəsinin dəyəri ödənilmiş, 201675,8 ABŞ dolları məbləğində qalan hissəsi isə ödənilməmişdir. 13 avqust 2023-cü il tarixdə Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbinə əsas kimi göstərilmiş audit rəyi qeyriobyektiv və qərəzlidir. Belə ki, auditor rəyi kimi təqdim edilən həmin kağızlar tərtib edilərkən iddiaçının birtərəfli dediklərinə istinad edilmişdir. Halbuki, iddiaçının göndərdiyi məhsulların bir çoxunda uyğunsuzluq və keyfiyyətsizlik olmuşdur. Misal üçün, faktura tarixi xx.xx.2022-ci il, nömrəsi ZYE**********8 olan sənədlər əsasında göndərilmiş malların 16420 ABŞ dolları hissəsi yararsız olduğu üçün qəbul edilməmiş və bu barədə iddiaçı şirkətin satış müdiri Devrim Türkə “WhatsApp” proqramı vasitəsi ilə məlumat verilmişdir. Həmçinin bəyannamə tarixi xx.xx.2021-ci il nömrəsi 21080100EX015398 olan sənədlərlə gələn 21700 ABŞ dolları məbləğində mallar (sulama sistemi hissələri) yarasız olduğu üçün qəbul edilməmişdir. Bundan başqa bəyannamə tarixi xx.xx.2021-ci il olan nömrəsi 21080100EX015399 olan sənədlərlə göndərilmiş malların 53537 ABŞ dolları hissəsi qüsurlu olduğu üçün qəbul edilməmiş və bütün hallarda bu barədə iddiaçı şirkətin satış müdiri Devrik Türkə məlumat verilmişdir. Bundan başqa, Oktay Hacıyev adlı şəxsə məxsus torpaq sahəsində quraşdırılmış sulama sistemi iddiaçı şirkət tərəfindən sulama sisteminin proyektinə uyğun olmayan avadanlıqlar göndərildiyinə görə tam yararsız vəziyyətdədir, odur ki, iddia tələbi tam əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. 05 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh qanuni təmsilçisi X17 izahatında bildirmişdir ki, əvvəllər Cavabdeh anbardarı X3 adından İddiaçınə malların alınması məqsədilə pul ödənilmiş, hazırda X12 X1, yəni Cavabdehnə 47465 ABŞ dolları borcu vardır. Eyni zamanda o qeyd etmişdir ki, daha çox pul qazanmaq məqsədi ilə İddiaçı Cavabdeh seçmədiyi şirkətlərdən keyfiyyətsiz mal alıb göndərmişdir. İddiaçı tərəfindən tələb olunan pulun içərisində Cavabdeh tərəfindən Hacıyev Oktaya məxsus sahədə quraşdırılmış keyfiyyətsiz suvarma sistemləri üçün ödənilmiş məbləğ də var. Cavabdeh İddiaçınə 164945,39 ABŞ dolları borcu vardır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 izahatlarında bildirmişdir ki, cavabdeh tərəfindən damlama sulama sistemləri, kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar ayrı-ayrı şəxslərə təhvil verilməsi üçün İddiaçı tərəfindən göndərilməsi məqsədilə sifariş edilirdi. X6, X8, X9 və Elbək İsayev üçün sifariş verilmiş mallara baxış keçirilərkən qüsurlar aşkar edilmiş, bu barədə akt tərtib edilərək iddiaçıya məlumat verilmişdir. Bundan başqa iddiaçı tərəfindən tələb olunan pulun içərisində Hacıyev Oktay üçün sifariş olunmuş və iddiaçı tərəfindən göndərilmiş yararsız suvarma sistemləri üçün ödənilmiş 100000 ABŞ dolları da var. Cavabdeh iddiaçıya əvvəllər ödəniş etsə də, sonradan ona keyfiyyətsiz mallar göndərildiyi üçün ödənişləri dayandırmışdır. Həmçinin iddiaçı şirkətin əməkdaşları tərəfindən ona təqdim edilmiş “X16” adlanan sənəddən də göründüyü kimi xx.xx.2021-ci il tarixdə Niyazi Kesicioğluna 26666 ABŞ dolları, eyni zamanda xx.xx.2021-ci il tarixdə Kemal Gürbüzə 1500 ABŞ dolları ödənilmiş, lakin həmin məbləğlər iddiaçı tərəfindən təqdim olunan və auditor hesabatı üçün əsas olmuş cari hərəkət məlumatlarında öz əksini tapmamışdır. Cavabdehin vəkil və nümayəndəsinin izahatında qeyd etdiyi məsələlər ilə əlaqədar İddiaçı vəkili və nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclaslarında bildirmişdir ki, Cavabdeh tərəfindən İddiaçı göndərdiyi malların qüsurlu olması ilə bağlı vaxtında iddiaçıya bildirilməli, qüsurun nədən ibarət olması barədə akt tərtib edilməli, həmin akt və yaxud qüsurlu malların çəkilmiş fotoşəkilləri elektron qayadada iddiaçıya göndərilməli və həyata keçiriləcək ödənişlərdən yararsız malların dəyəri çıxılmalı idi. Eyni zamanda o, cavabdehin yararsız olduğunu iddia etdiyi malları iddiaçıya geri qaytarmadığını vurğulamışdır. Bununla yanaşı o, cari hərəkət məlumatlarında qeyd olunmuş 26666 ABŞ dolları və 1500 ABŞ dolları pul məbləğlərinin İddiaçı tərəfindən Cavabdehnə verilmiş malların əvəzində ödənilməli olan məbləğlər olmadığını, sözügedən məbləğlərin cavabdeh tərəfin xahişi əsasında İddiaçı tərəfindən Niyazi Kesicioğluna və Kemal Gürbüzə ödənildiyini qeyd etmişdir. Cavabdehnə hazırkı məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş cari hərəkət məlumatlarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 3820075,8 ABŞ dolları məbləğində avadanlıq göndərilmiş, həmin mallara görə Cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2022-ci il tarixdə olmaqla, ümumilikdə ******* ABŞ dolları məbləğində pul ödənilmiş və 201675,8 ABŞ dolları məbləğində malın dəyəri ödənilməmişdir. Məhkəmə araşdırması zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 07 dekabr 2023-cü il tarixli 9/8379 nömrəli rəyində göstərilir ki, təqdim edilmiş alqı-satqı əməliyyatlarına dair sənədlərə, bəyannamələrə, invoys sənədlərinə (faktura) cari hərəkət məlumatlarına və sair mühasibat sənədlərinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2022ci il tarixinədək İddiaçı tərəfindən Cavabdehnə 3820075,93 ABŞ dolları məbləğində kənd təsərrüfatı texnikalarının, su qurğularının (damlama sulama su qurğuları sistemi), istixana avadanlıqlarının satılması nəticəsində Cavabdeh İddiaçınə olan borcu 201675,93 ABŞ dolları məbləğində müəyyən olunur. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı X12 Şirkəti tərəfindən 410 (dörd yüz on) manat məbləğində xidmət haqqı və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən 228 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 329-cu madəsinin tələblərinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. - 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. - 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. - 587.3-cü maddəsinə əsasən bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. - 587.4-cü maddəsinə əsasən komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. - 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 595.1-ci maddəsinə əsasən alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. - 595.2-ci maddəsinə əsasən bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğı-satqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyri-mümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin. - 595.3-cü maddəsinə əsasən əgər satıcı alıcıya verilmiş əşyaların alğı-satqı müqaviləsinin şərtlərinə uyğun gəlmədiyini bilirdisə və ya bilməli idisə, bu Məcəllənin 595.1 və 595.2-ci maddələrində nəzərdə tutulan müddəalara istinad edə bilməz. - 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçı Türkiyə Respublikasında qeydiyyata alınmış İddiaçı tərəfindən kənd təsərrüfat texnikaları, damlama sulama sistemləri və s. əldə edilərək Türkiyə Respublikasından gömrük nəzarətindən keçirilməklə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən Cavabdehnə satılmışdır. Cavabdeh tərəfindən ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə ödənişlər edilsə də, cavabdeh öhdəliyini lazımi qaydada icra etməyərək malların dəyərini iddiaçıya tam ödəməmişdir. Buna görə də, hazırkı iddia tələbində ödənilməmiş 201675,8 ABŞ dolları məbləğində borcun Cavabdehndən tutulması xahiş olunmuşdur. Cavabdeh iddia tələbinə qarşı verdikləri yazılı etirazda qeyd olunan mövqeyin, həmçinin cavabdehin qanuni təmsilçisinin və nümayəndəsinin iddia tələbi üzrə vermiş olduqları izahatlarında iddiaçıdan alınmış malların bir hissəsinin yararsız olması barədə dediklərinin sübutu kimi İddiaçı tərəfindən göndərilən 53537 ABŞ dolları dəyərində malların yararsız olması barədə tərtib edilmiş 06 iyul 2021-ci il tarixli aktı, 21700 ABŞ dolları dəyərində malların qəbul edilməməsi barədə tərtib edilmiş 07 iyul 2021-ci il tarixli aktı, 15580 ABŞ dolları dəyərində malların qəbul edilməməsi barədə tərtib edilmiş 17 mart 2022-ci il tarixli M22-1-0000047 nömrəli aktı və 16420 ABŞ dolları dəyərində malların qəbul edilməməsi barədə tərtib edilmiş 17 mart 2022-ci il tarixli M22-1-0000048 nömrəli aktı məhkəməyə təqdim etmişdir. Məhkəmə araşdırması zamanı həmin aktların tərtib edilməsində və Cavabdeh sifarişi əsasında məlum malların quraşdırılmasında iştirak etmiş Şahid4, Şahid3, Şahid2 və Şahid1 cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş və onlar həmin aktlarda yazılanlara uyğun ifadələr vermişlər. Lakin məhkəmə araşdırması zamanı həmin aktların tərtibində məlum malları göndərmiş iddiaçı tərəfin səlahiyyətli şəxslərinin iştirak etmədiyi, habelə həmin aktların müvafiq qaydada və vaxtda iddiaçı tərəfə göndərildiyi, eyni zamanda aktlarla yararsız hesab edilən həmin malların iddiaçıya qaytarıldığı müəyyən edilməmişdir. Bundan başqa həmin şahidlərin ifadələrinin yuxarıda qeyd olunan halların aydınlaşdırılmasında mötəbər sübut kimi istifadə edilməsi mümkün deyildir. Həmçinin məhkəmə araşdırması zamanı cavabdeh tərəfin təqdim etdiyi səs yazısı və digər sənədlərin tədqiqi də iddia tələbinin əsaslılığını istisna etməmişdir. Bundan əlavə, məhkəmə qeyd etməyi lazım bilir ki, 05 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh qanuni təmsilçisi X17 izahatında tərəflər arasında mövcud olmuş alqı-satqı üzrə Cavabdeh İddiaçınə 164945,39 ABŞ dolları borcu olduğunu bildirməklə məlum alqı-satqı üzrə həqiqətən də ödənilməmiş borcun mövcudluğu faktını təsdiq etmişdir. Ödənilməyən borcun dəqiq məbləğinin məhkəmə araşdırması zamanı keçirilmiş ekspertizanın 07 dekabr 2023-cü il tarixli 9/8379 nömrəli ekspert rəyi ilə 201675,93 ABŞ dolları məbləğində olduğu müəyyən edilmişdir ki, ekspert rəyi məhkəməyə təqdim edilmiş hər hansı bir mötəbər sübut əsasında şübhə altına düşmür. Göründüyü kimi, işin konkret halları və yuxarıda qeyd edilən xüsusatlar cavabdeh tərəfin iddia tələbinə etirazında qeyd olunan halları təsdiq etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, cavabdeh X12 Şirkəti ilə Cavabdeh arasında alqı-satqı üzrə öhdəlik hüquq münasibətləri yaranmış, cavabdeh öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməyərək malların dəyərini tam ödəməmişdir. Buna görə məhkəmə hesab edir ki, həmin müqavilə üzrə ödənilməmiş 201675,8 (iki yüz bir min altı yüz yetmiş beş dollar səksən sent) ABŞ dolları məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd etmək lazımdır ki, iş üzrə keçirilmiş ekspertizanın 07 dekabr 2023-cü il tarixli 9/8379 nömrəli ekspert rəyində ödənilməyən borcun 201675,93 ABŞ dolları məbləğində olduğu müəyyən edilsə də, iddia tələbində nisbətən daha az məbləğ, yəni 201675,8 ABŞ dolları məbləğində pulun tutulması xahiş olunmuşdur. İddia tələbinin cavabdehdən “ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzində 638 manat məbləğində pul vəsaitinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, hazırkı iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 632,85 manat təşkil edir. Buna görə də, cavabdeh Aras Agro” Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı tərəfindən mediasiya ilə əlaqədar ödənilmiş 410 (dörd yüz on) manat məbləğində mediasiya xərci və 222,85 (iki yüz iyirmi beş manat səksən beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 201675,8 (iki yüz bir min altı yüz yetmiş beş dollar səksən sent) ABŞ dolları məbləğində borc, mediasiya ilə əlaqədar ödənilmiş 410 (dörd yüz on) manat məbləğində mediasiya xərci və 222,85 (iki yüz iyirmi iki manat səksən beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Türkiyə Respublikasında qeydiyyata alınmış İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq X2 ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 201675,8 (iki yüz bir min altı yüz yetmiş beş dollar səksən sent) ABŞ dolları məbləğində borc, mediasiya ilə əlaqədar ödənilmiş 410 (dörd yüz on) manat məbləğində mediasiya xərci və 222,85 (iki yüz iyirmi iki manat səksən beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Türkiyə Respublikasında qeydiyyata alınmış İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-831/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-831/2023
28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver