Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-834/2024 30.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Açar sözlər: alqı-satqı müqaviləsi, borcun tutulması Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları
1. İddiaçı 01 may 2024-cü il tarixdə “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 01 mart 2023 tarixli AExx/xx/2023 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 89254,05 (səksən doqquz min iki yüz əlli dörd manat beş qəpik) manat miqdarında borc məbləğini və ödənilmiş 360 (üç yüz altmış) manat dövlət rüsumunu İddiaçı xeyrinə tutulmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (VÖEN: **********) və İddiaçı arasında 01 mart 2023 tarixli AE-xx/xx/2023 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin predmetini pestisidlərin, dezinfeksiya, dezinseksiya və s. kimi mallar təşkil etmişdir. Cavabdeh tərəfindən ümumilikdə 173774,05 (yüz yetmiş üç min yeddi yüz yetmiş dörd manat beş qəpik) manat miqdarında mallar alınmışdır. Bu məbləğdən cavabdeh 84520 (səksən dörd min beş yüz iyirmi) manat ödəniş etmişdir. Lakin, 2023-cü ilin avqust ayından sonra cavabdeh tərəfindən heç bir ödəniş olmamışdır. Hazırda cavabdehin iddiaçıya olan borcu 89254,05 (səksən doqquz min iki yüz əlli dörd manat beş qəpik) manat təşkil edir. Müqavilə şərtlərinə görə, cavabdeh qaimə-fakturaya əsasən mallar təqdim ediləndən sonra 60 gün ərzində ödəniş etməyi üzərinə götürmüşdü. Cavabdeh öz borcunu direktor Serkan Şimşek tərəfindən imzalanmış kontragent hesabatı ilə təsdiq etmişdir.
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı ilə cavabdeh arasında 01 mart 2023 tarixli AExx/xx/2023 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin predmetini pestisidlərin, dezinfeksiya, dezinseksiya və s. kimi mallar təşkil etmişdir. Cavabdeh tərəfindən ümumilikdə 173774,05 (yüz yetmiş üç min yeddi yüz yetmiş dörd manat beş qəpik) manat miqdarında mallar alınmışdır. Bu məbləğdən cavabdeh 84520 (səksən dörd min beş yüz iyirmi) manat ödəniş etmişdir. Lakin, 2023-cü ilin avqust ayından sonra cavabdeh tərəfindən heç bir ödəniş olmamışdır. Hazırda cavabdehin iddiaçıya olan borcu 89254,05 (səksən doqquz min iki yüz əlli dörd manat beş qəpik) manat təşkil edir. Cavabdeh öz borcunu direktor Serkan Şimşek tərəfindən imzalanmış kontragent hesabatı və maddi sübut kimi səs yazısı ilə təsdiq etmişdir. Cavabdehndən 01 mart 2023 tarixli AE-xx/xx/2023 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 89254,05 (səksən doqquz min iki yüz əlli dörd manat beş qəpik) manat miqdarında borc məbləğini və ödənilmiş 360 manat dövlət rüsumunu İddiaçı xeyrinə tutulmasına barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. 20 avqust 2024-cü il tarixdə məhkəmə baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini və iş materialları ilə tanış olmaq üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
5. Lakin, cavabdeh 30 avqust 2024-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir.
6. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
8. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçısını dinləyərək, işdə olan sənədləri və səs yazılarını tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
9. Belə ki, iş materiallarından görünür ki, “Satıcı” - İddiaçı ilə “Alıcı”- Cavabdeh arasında 01 mart 2023-cü il tarixli, AE-xx/xx/2023 saylı alqı-satqı müqaviləsi bağlanmışdır və həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı müqavilə qüvvədə olduğu müddətdə, malları (pestisidlər, aqrokimyəvi maddələr, gübrələr, dezinfeksiya, deratizasiya və s.) alıcının ona təqdim etdiyi sifarişdə göstərilən miqdarda satmağı, alıcı isə, həmin malları satıcı tərəfindən mal ilə birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür.
10. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən, malı müqavilə ilə müəyyən edilmiş müddətdə Alıcının mülkiyyətinə vermək satıcının vəzifəsidir.
11. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən, alıcıya tərəflər arasında bu müqavilə ilə razılaşdırılmış çeşiddə, ölçüdə, miqdarda, müddətdə, keyfiyyətdə olan mal vermək satıcının vəzifəsidir.
12. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən, əgər satıcı malları, müqavilə ilə nəzərdə tutulan vaxtan gec verərsə və ya verməkdən imtina edərsə, müqavilənin ləğv edilməsini tələb etmək alıcının hüququdur.
13. İşin halları ilə müəyyən olunur ki, hazırkı mübahisə İddiaçı ilə Cavabdeh arasında sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmışdır. Belə ki, İddiaçı tərəfindən müxtəlif dərman preparatları alıcı Cavabdehnə satılmışdır.
14. İş materiallarından olan alıcı Cavabdeh direktoru X1 və mühasib Zeynalova Sevda tərəfindən imzalanmış Kontraqent hesabatından görünür ki, alıcının 89254,05 (səksən doqquz min iki yüz əlli dörd manat beş qəpik) manat məbləğində borcu vardır.
15. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 01 mart 2023-cü il tarixdə AE-xx/xx/2023 saylı alqı-satqı müqaviləsinə və Kontraqent hesabatına əsasən, 09 mart 2023-cü il tarixdən 04 avqust 2023-cü il tarixədək 173774,05 manat məbləğində mallar alıcıya təhvil verilmişdir. Daha sonra, alıcı tərəfindən 31 mart 2023-cü il tarixdə 4300 manat, 28 aprel 2024-cü il tarixdə 2800 manat, 19 may 2023-cü il tarixdə 2210 manat, 09 iyun 2023-cü il tarixdə 2210 manat, 30 iyun 2023-cü il tarixdə 3000 manat, 14 iyul 2023-cü il tarixdə 67500 manat və 2500 manat olmaqla, cəmi 84520 manat məbləğində ödənişlər edilmişdir. Həmin Kontraqent hesabatına əsasən alıcının 89254,05 manat məbləğində borcu qalmışdır. Həmin hesabat Cavabdeh direktoru X1 və mühasib Zeynalova Sevda tərəfindən öz imzaları ilə təsdiqlənmişdir.
16. İş materiallarında olan E-01 nömrəli 08 iyul 2024-cü il tarixli Maliyyə arayışından görünür ki, 31 avqust 2023-cü il tarixə Cavabdeh aldığı mallara görə 89254,05 manat borcu qalmışdır. Həmin dövrdən hal-hazıra kimi Cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır və 08 iyul 2024-cü il tarixinə Cavabdeh İddiaçınə 89254,05 manat borcu qalmışdır.
17. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş və İddiaçı ilə Cavabdeh direktoru X1 arasında aparıldığı bildirilən danışıqları özündə əks etdirən səs yazıları ilə müəyyən olunmuşdur ki, danışıqlar zamanı Cavabdeh direktoru X1 borclarının olmasını etiraf etmiş və borclarını ödəyəciyini bildirmişdir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Plenum Qərarına əsasən, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
19. İş materiallarından görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (Kontraqent hesabatı, Maliyyə arayışı və səs yazısı) öz təsdiqini tapmışdır. Buna görə də iddiaçının cavabdehdən satdığı malların qalan dəyərini tələb etmək hüququ yaranmışdır.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2-ci maddəsindən görünür ki, bu Məcəllənin vəzifələrindən biri mülki dövriyyəni təmin etməkdir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
23. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, 01 mart 2023-cü il tarixli AExx/xx/2023 saylı alqı-satqı Müqaviləsi üzrə almış olduğu mallara görə 89254,05 manat borc alıcı Cavabdeh tərəfindən satıcı İddiaçınə ödənilməmişdir.
25. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
28. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
30. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
31. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
33. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
34. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2).
35. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 01 mart 2023-cü il tarixli, AE-xx/xx/2023 saylı alqı-satqı Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 89254,05 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.
36. Bundan əlavə, iddia tələbinin 360 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 18 aprel 2024-cü il tarixli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 360 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
37. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.
38. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Hazırkı iddia təmin edildiyindən istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 360 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
40. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 01 mart 2023-cü il tarixli AE-xx/xx/2023 saylı alqı-satqı müqaviləsi üzrə 89254,05 manat məbləğində borc və 360 manat məbləğində dövlət rüsumunun əvəzi, olmaqla cəmi 89614,05 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.
41. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
44. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
45. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehndən (VÖEN: **********) 89254,05 (səksən doqquz min iki yüz əlli dörd manat beş qəpik) manat məbləğində borc və 360 (üç yüz altmış) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 89614,05 (səksən doqquz min altı yüz on dörd manat beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İslam Əliyev