Məhkəmə qərarları › İş №e-2-2(119)-837/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-837/2024

16.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-837/2024 16.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi tHakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 10000 (on min) manat məbləğində əsas borc, əsas borca münasibətdə illik beş faiz hesablanmaqla 166,66 (yüz altmış altı manat altmış altı qəpik) manat məbləğində faiz borcu və 121,46 (yüz iyirimi bir manat qırx altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 10288,12 ( on min iki yüz səksən səkkiz manat on iki qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xidmət müqaviləsinə əsasən 2023-cü il ərzində iddiaçıya məxsus MAN yük markalı 99BS218 dövlət qeydiyyat nişanlı, qoşqu 50ZA273 dövlət qeydiyyat nişanlı və MAN yük markalı 90LP484 dövlət qeydiyyat nişanlı, qoşqu krone yarımqoşqu 10ZG879 dövlət qeydiyyat nişanlı yük avtomobilləri ilə Sumqayıt şəhərində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dəmir boru zavodundan Qubadlı və Zəngilan rayonlarına “Pe izolyasiyalı” borular daşımaq işləri yerinə yetirilmişdir. Xidmət göstərildiyi müddət ərzində cavabdeh görülmüş işlərə görə ödəniləcək xidmət haqqının bir hissəsini ödəsə də, 2024cü il yanvar ayına qədər olan 10000 (on min) manat qalıq borcunu ödəməmişdir. Bununla bağlı iddiaçı tərəfindən Cavabdehnə müraciət edilərək 10000 (on min) manat borc tələb olunmuşdur. Lakin Cavabdeh rəhbəri Nümayəndə ona hər dəfə pulunun növbəti ay ödəniləcəyini desə də, 4 aydan artıq bir müddətin keçməsinə baxmayaraq iddiaçıya heç bir məbləğ ödənilməmişdir. Bununla bağlı cavabdehə pretenziya göndərilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Buna görə İddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddiaçıya əsas borcu 10000 (on min) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Nəzərə alınsa ki, cavabdeh 2024cü ilin yanvar ayından borcunu ödəmir, onda gecikmə dövrü 4 aya bərabərdir. İcra edilməyən əsas borcun illik 5 faizi 500 manat (10000 manat x 5%), aylıq 5 faizi isə 41,66 manat (500 manat / 12 ay), cəmi 166,66 manat təşkil edir. Göründüyü kimi, gecikdirilən 4 ay üçün hesablanmış faiz məbləği 166,66 manata (41,66 manat x 4 ay) bərabərdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh ilə İddiaçı arasında “Pe izolyasiyalı” boruların daşınması ilə əlaqədar xx.xx.2023-cü il tarixli 069/2023 nömrəli müqavilə bağlanmış, lakin həmin müqavilənin bir nüsxəsi onda olmadığı üçün məhkəməyə təqdim edə bilmir. Bununla yanaşı o, qeyd etmişdir ki, Cavabdehnə ümumilikdə 81 dəfə yük daşıma xidməti göstərilmişdir. Həmin daşımaların 76 reysi dəyəri 600 manatdan razılaşdırılmaqla PE İzolyasiyalı borularının Sumqayıt şəhərində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dəmir boru zavodundan Qubadlı rayonuna daşınması ilə əlaqədar olmuşdur. Bundan başqa 23 avqust 2023-cü il tarixdə topdan satış qəbzlərinə əsasən Çılpaq STPB boruları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dəmir boru zavodundan 3 dəfə dəyəri şifahi qaydada 250 manatdan razılaşdırılmaqla Bakı şəhərinin Dərnəgül ərazisinə daşınmış, lakin bu 3 reyslə bağlı aralarında ayrıca müqavilə bağlanmamış və həmin yük daşıma xidmətlərinin dəyərinin 250 manat razılaşdırılması barədə hər hansı sübutu yoxdur. Qalan iki reys daşımanın birində mallar Laçın rayonunun Güləbird kəndindən daşınmış və həmin xidmətin dəyəri 600 manat razılaşdırılmışdır. Türkiyə Respublikasından Cavabdehnə mal daşıyan yük maşını Beyləqan rayonu ərazisində xarab olub dayandığı üçün həmin yük maşınındakı mallar Beyləqan rayonunun Daşburun stansiyasından Kəlbəcər rayonuna tərəf olan əraziyə daşınmış və bu daşıma xidmətinə görə cavabdeh ona 900 manat ödəyəcəyini demişdir. Qeyd olunan sonuncu iki reys yük daşınması ilə bağlı ona hər hansı sənəd verilməmişdir. Bundan əlavə o, cavabdeh tərəfindən ona 11832 manat dəyərində yanacaq verildiyini bildirmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 76 ədəd - xx.xx.2023-cü il tarixli 387 nömrəli, xx.xx.2023-cü il tarixli 368 nömrəli, xx.xx.2023-cü il tarixli 049 nömrəli, xx.xx.2023-cü il tarixli 007 nömrəli, xx.xx.2023-cü il tarixli 1195 nömrəli, xx.xx.2023-cü il tarixli 2079 nömrəli, xx.xx.2023-cü il tarixli 079 nömrəli, xx.xx.2023-cü il tarixli 1050 nömrəli, xx.xx.2023-cü il tarixli 076 nömrəli, xx.xx.2023-cü il tarixli 1040 nömrəli, xx.xx.2023-cü il tarixli 1021 nömrəli, xx.xx.2023-cü il tarixli 1074 nömrəli, xx.xx.2023-cü il tarixli 027 nömrəli, xx.xx.2023-cü il tarixli 022 nömrəli, xx.xx.2023-cü il tarixli 173 nömrəli, xx.xx.2023cü il tarixli 104 nömrəli, xx.xx.2023-cü il tarixli 158 nömrəli, xx.xx.2023-cü il tarixli 1107 nömrəli, xx.xx.2023-cü il tarixli 1061 nömrəli, xx.xx.2023-cü il tarixli 086 nömrəli, xx.xx.2023-cü il tarixli 080 nömrəli, xx.xx.2023-cü il tarixli 100 nömrəli, xx.xx.2023-cü il tarixli 009 nömrəli, xx.xx.2023-cü il tarixli 027 nömrəli, xx.xx.2023-cü il tarixli 136 nömrəli, xx.xx.2023-cü il tarixli 1162 nömrəli, xx.xx.2023-cü il tarixli 1180 nömrəli, xx.xx.2023-cü il tarixli 1165 nömrəli, xx.xx.2023-cü il tarixli 1004 nömrəli, xx.xx.2023-cü il tarixli 375 nömrəli, xx.xx.2023-cü il tarixli 121 nömrəli, xx.xx.2023-cü il tarixli 110 nömrəli, xx.xx.2023cü il tarixli 022 nömrəli, xx.xx.2023-cü il tarixli 1023 nömrəli, xx.xx.2023-cü il tarixli 060 nömrəli, xx.xx.2023-cü il tarixli 1019 nömrəli, xx.xx.2023-cü il tarixli 1105 nömrəli, xx.xx.2023-cü il tarixli 044 nömrəli, xx.xx.2023-cü il tarixli 126 nömrəli, xx.xx.2023-cü il tarixli 119 nömrəli, xx.xx.2023-cü il tarixli 1131 nömrəli, xx.xx.2023-cü il tarixli 1010 nömrəli, xx.xx.2023-cü il tarixli 1012 nömrəli, xx.xx.2023-cü il tarixli 045 nömrəli, xx.xx.2023-cü il tarixli 1113 nömrəli, xx.xx.2023-cü il tarixli 051 nömrəli, xx.xx.2023-cü il tarixli 110 nömrəli, xx.xx.2023-cü il tarixli 1079 nömrəli, xx.xx.2023-cü il tarixli 1032 nömrəli, xx.xx.2023-cü il tarixli 057 nömrəli, xx.xx.2023-cü il tarixli 056 nömrəli, xx.xx.2023cü il tarixli 013 nömrəli, xx.xx.2023-cü il tarixli 1002 nömrəli, xx.xx.2023-cü il tarixli 1048 nömrəli, xx.xx.2023-cü il tarixli 043 nömrəli, xx.xx.2023-cü il tarixli 034 nömrəli, xx.xx.2023cü il tarixli 1032 nömrəli, xx.xx.2023-cü il tarixli 1077 nömrəli, xx.xx.2023-cü il tarixli 039 nömrəli, xx.xx.2023-cü il tarixli 005 nömrəli, xx.xx.2023-cü il tarixli 086 nömrəli, xx.xx.2023cü il tarixli 052 nömrəli, xx.xx.2023-cü il tarixli 013 nömrəli, xx.xx.2023-cü il tarixli 100 nömrəli, xx.xx.2023-cü il tarixli 1312 nömrəli, xx.xx.2023-cü il tarixli 189 nömrəli, xx.xx.2023-cü il tarixli 232 nömrəli, xx.xx.2023-cü il tarixli 227 nömrəli, xx.xx.2023-cü il tarixli 113 nömrəli, xx.xx.2023-cü il tarixli 317 nömrəli, xx.xx.2023-cü il tarixli 197 nömrəli, xx.xx.2023-cü il tarixli 255 nömrəli, xx.xx.2023-cü il tarixli 059 nömrəli, xx.xx.2023-cü il tarixli 150 nömrəli, xx.xx.2023-cü il tarixli 117 nömrəli və xx.xx.2023-cü il tarixli 2020 nömrəli topdan satış qəbzlərindən görünür ki, Cavabdeh sifarişi əsasında müvafiq tarixlərdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dəmir boru zavodundan PE İzolyasiyalı boruları Qubadlı rayonu ərazisinə daşınmışdır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 13200 manat dəyərində yük daşıma xidmətinin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDH seriyalı 471694 nömrəli və 25714,98 manat dəyərində yük daşıma xidmətinin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDV seriyalı 976573 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabından çıxarışdan görünür ki, Cavabdeh tərəfindən İddiaçı 02 may 2023-cü il tarixdə 800 manat, 09 iyun 2023-cü il tarixdə 5000 manat, 13 iyul 2023-cü il tarixdə 5000 manat, 18 iyul 2023cü il tarixdə 600 manat, 11 avqust 2023-cü il tarixdə 2000 manat, 28 avqust 2023-cü il tarixdə 6000 manat, 25 sentyabr 2023-cü il tarixdə 1500 manat, 23 oktyabr 2023-cü il tarixdə 2000 manat, 24 oktyabr 2023-cü il tarixdə 2000 manat, 11 dekabr 2023-cü il tarixdə 5000 manat olmaqla, cəmi 29900 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 069/2023 nömrəli müqavilə üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Qubadlı rayonu ərazisinə daşımalara görə hesablaşmalarda göstərilir ki, Cavabdehnə 1 reysin qiyməti 600 manat olmaqla ümümilikdə 75 reys üzrə 45000 (qırx beş min) manat dəyərində yük daşıma xidməti həyata keçirilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-dən Qubadlı rayonu ərazisinə daşımalar üçün şirkət tərəfindən verilmiş yanacaq barədə məlumatda göstərilir ki, Cavabdeh tərəfindən İddiaçı ümumilikdə 11832 (on bir min səkkiz yüz otuz iki) manat dəyərində yanacaq verilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yekun haqqhesabda göstərilir ki, İddiaçı tərəfindən Cavabdehnə 1 reysin qiyməti 600 manat olmaqla Qubadlı rayonu ərazisinə ümümilikdə 75 reys üzrə 45000 (qırx beş min) manat dəyərində yük daşıma xidməti həyata keçirilmiş, Cavabdeh tərəfindən həmin məbləğdən 29900 (iyirmi doqquz min doqquz yüz) manat məbləğində ödəniş olunmuş, 11832 (on bir min səkkiz yüz otuz iki) manat dəyərində yanacaq verilmiş və Cavabdeh İddiaçı 3268 (üç min iki yüz altmış səkkiz) manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 329-cu madəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. -389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. -851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dəmir boru zavodundan PE İzolyasiyalı borularının Qubadlı rayonu ərazisinə daşınması ilə bağlı münasibətlər mövcud olmuş, həmin münasibətlər üzrə İddiaçı tərəfindən Cavabdehnə yük daşıma xidmətləri göstərilmiş, lakin Cavabdeh öz öhdəliyini lazımi qaydada yerinə yetirməyərək iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmişdir. Buna görə İddiaçı Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında yük daşımasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı Cavabdehnə ümumilikdə 81 dəfə yük daşıma xidməti göstərildiyini, həmin daşımaların 76 reysinin birinin qiyməti 600 manatdan razılaşdırmaqla PE İzolyasiyalı borularının "xxxx" X2 boru zavodundan Qubadlı rayonu ərazisinə, 3 reysinin birinin dəyəri 250 manatdan razılaşdırılmaqla Çılpaq STPB borularının "xxxx" X2 boru zavodundan Bakı şəhərinin Dərnəgül ərazisinə, bir reysinin qiyməti 600 manatdan razılaşdırılmaqla müvafiq malların Laçın rayonunun Güləbird kəndindən, digər reysinin qiyməti 900 manatdan razılaşdırılmaqla müvafiq malların Beyləqan rayonunun Daşburun stansiyasından Kəlbəcər rayonuna tərəf olan əraziyə daşınması ilə əlaqədar olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə təqdim etdiyi 23 avqust 2023-cü il tarixli topdan satış qəbzlərinə əsasən Çılpaq STPB borularının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dəmir boru zavodundan 3 dəfə birinin dəyəri 250 manatdan razılaşdırmaqla Bakı şəhərinin Dərnəgül ərazisinə daşındığını desə də, həmin daşımaların Cavabdeh sifarişi əsasında həyata keçirilməsini və hər reysin qiymətinin 250 manata razılaşdırılmasını sübut edən sənəd verə bilməmişdir. Bundan başqa iddiaçı bir dəfə qiyməti 600 manatdan razılaşdırılmaqla Laçın rayonunun Güləbird kəndindən və bir dəfə qiyməti 900 manatdan razılaşdırılmaqla Beyləqan rayonunun Daşburun stansiyasından Kəlbəcər rayonuna tərəf olan əraziyə yük daşınmasını bildirsə də, bunu təsdiq edən topdan satış qəbzi və ya başqa mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Cavabdeh sifarişi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dəmir dəmir boru zavodundan Qubadlı rayonu ərazisinə PE İzolyasiyalı borularının hər reysin qiyməti 600 manatdan (cavabdeh məhkəməyə təqdim etdiyi Qubadlı rayonu ərazisinə daşımalara görə hesablaşmalarda bir reysin qiymətinin 600 manatdan hesablandığını etiraf etmişdir) hesablanmaqla 76 dəfə daşındığı, Cavabdeh tərəfindən iddiaçının bank hesabına 29900 manat məbləğində ödəniş olunduğu, bundan başqa ona 11832 (on bir min səkkiz yüz otuz iki) manat dəyərində yanacaq verildiyi müəyyən olunmuşdur. Göründüyü kimi, Cavabdeh İddiaçı 3868 (üç min səkkiz yüz altmış səkkiz) manat borcu qalmışdır (76 reys x 600 = 45600 manat; 45600 manat - 29900 manat -11832 manat=3868 manat). Buna görə məhkəmə hesab edir ki, 3868 (üç min səkkiz yüz altmış səkkiz) manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş və iddiaçı ilə Paşa (Cavabdeh mühasibi olduğunu bildirir) adlı şəxs, cavabdehin qardaşı X1 ilə İlkin (Cavabdeh vəkili olduğunu bildirir) adlı şəxs, eyni zamanda iddiaçı, onun qardaşı və Yusif (Cavabdeh qanuni təmsilçisi Nümayəndə olduğunu bildirir) adlı şəxs arasında aparıldığı bildirilən danışıqları özündə əks etdirən səs yazıları dinlənilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən həmin səs yazılarında danışan şəxlərin qarşı tərəfin qanuni təmsilçisinə və ya səlahiyyətli nümayəndəsi olmasını, həmin səsin məhz cavabdeh tərəfin qanuni təmsilçisi və ya səlahiyyətli nümayəndəsinə aid olmasını təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə iddia tələbinin “əsas borca münasibətdə illik beş faiz hesablanmaqla 166,66 (yüz altmış altı manat altmış altı qəpik) manat faizin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdehndən ödənilməmiş 3868 (üç min səkkiz yüz altmış səkkiz) manat məbləğində əsas borca münasibətdə illik beş faiz hesablanmaqla 64,46 (altmış dörd manat qırx altı qəpik) manat faiz borcu tutularaq İddiaçı ödənilməlidir. İddia tələbinin “ödənilmiş 121,46 (yüz iyirimi bir manat qırx altı qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdehndən iddianın təmin olunmuş hissəsinə uyğun hesablanmış 59,32 (əlli doqquz manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 3868 (üç min səkkiz yüz altmış səkkiz) manat məbləğində əsas borc, əsas borca münasibətdə illik beş faiz hesablanmaqla 64,46 (altmış dörd manat qırx altı qəpik) manat məbləğində faiz borcu və 59,32 (əlli doqquz manat otuz iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3991,78 (üç min doqquz yüz doxsan bir manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 3868 (üç min səkkiz yüz altmış səkkiz) manat məbləğində əsas borc, əsas borca münasibətdə illik beş faiz hesablanmaqla 64,46 (altmış dörd manat qırx altı qəpik) manat məbləğində faiz borcu və 59,32 (əlli doqquz manat otuz iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3991,78 (üç min doqquz yüz doxsan bir manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar