Məhkəmə qərarları › İş №e-2-2(119)-837/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-837/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-837/2025 17.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi" barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1190,4 (min yüz doxsan manat qırx qəpik) manat məbləğində əsas borc, 119,04 (yüz on doqquz manat dörd qəpik) manat məbləğində dəbbə pulu və 33 (otuz üç) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1342,44 (min üç yüz qırx iki manat qırx dörd qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə İddiaçı ilə cavabdeh arasında S127/22 nömrəli təchizat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı yəni satıcı bu müqavilədə nəzərdə tutulmuş malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin 4-cü bəndinə əsasən bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların satıcı qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində satıcının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, alıcı satılan malın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. Malların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu müqaviləyə əsasən onun dəyərinə daxildir. Satıcının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş mallar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış malların nağd şəkildə ödənişi mümkündür. Həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalar əsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 1190,4 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq İddiaçınə ödəməmişdir. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. İddiaçı 21 may 2025-ci il tarixində məhkəməyə iddia ərizəsinə düzəliş təqdim edərək Cavabdeh 1090,4 (min doxsan manat qırx qəpik) manat əsas borc, 119,04 (yüz on doqquz manat dörd qəpik) manat dəbbə pulu və 33 (otuz üç) manat ödənilən dövlət rüsumu olmaqla, cəmi 1242,44 (min iki yüz qırx iki manat qırx dörd qəpik) manat pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə Cavabdeh 06 may 2025-ci il tarixdə 100 (yüz) manat ödəniş etməsi ilə əsaslandırılmışdır. İddiaçı 16 iyul 2025-ci il tarixində məhkəməyə iddia ərizəsinə düzəliş təqdim edərək Cavabdeh 1040,40 (min qırx manat qırx qəpik) manat əsas borc, 104,04 (yüz dörd manat dörd qəpik) manat dəbbə pulu və 33 (otuz üç) manat ödənilən dövlət rüsumu olmaqla, cəmi 1177,44 (min yüz yetmiş yeddi manat qırx dörd qəpik) manat pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə Cavabdeh 16 iyul 2025-ci il tarixdə 50 (əlli) manat ödəniş etməsi ilə əsaslandırılmışdır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı qanuni təmsilçisi Nümayəndə izahatında cavabdeh tərəfindən ödəniş olunduğunu bildirərək Cavabdeh 990,40 manat məbləğində əsas borcun, 99 manat məbləğində dəbbə pulunun və 33 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında iddianı qismən qəbul etdiyini, iddiaçıya cəmi 252 manat əsas borcunun qaldığını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia ərizəsinə düzəliş ərizələrini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan təchizatçı İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 26 dekabr 2022-ci il tarixli S127/22 nömrəli təchizat müqaviləsinin 1.1-ci bəndinə əsasən təchizatçı alıcıya mal satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəyir. Bu müqavilə çərçivəsində mal termini dedikdə spirtli məhsullar nəzərdə tutulur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların təchizatçı qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində təchizatçının ödəniş hesabına vəsait göndərməklə qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı alıcı ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır. Malların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu müqaviləyə əsasən onun dəyərinə daxildir. Təchizatçının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş mallar ödənilmiş hesab olunur. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən alıcı realizasiya tarixindən etibarən hər 30 təqvim günündən bir, lakin istənilən halda növbəti hesabat tarixinin 20-sindən gec olmayaraq satılan/satımamış malların qalıqları barədə məlumatı təchizatçıya təqdim etməyi öhəsinə götürür. Alıcı tərəfindən bu cür məlumatların təqdim edilməməsi, satılmayan malların olduğu halda belə təchizatçı qarşısında mallar üçün tam ödəniş öhdəliyi yaradır. Bununla belə təchiz olunmuş mallara görə tam həcmdə ödəniş tələbinə əsasən alıcı təchizatçı tərəfindən təqdim edilmiş yazılı tələb alındığı andan 3 iş günündən gec olmayaraq ödəniş etməyə borcludur. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı satıcıya hər gecikən gün üçün 0,3% dəbbə pulu (cərimə) ödəyir. 4.2-ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda alıcı razılaşır ki, satıcı təhvil verilmiş bütün mallara görə peniya hesablayır. Hesabatlar 4.2-ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə, alıcı razılaşır ki, satıcı bütün çatdırılmış malın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi alıcını bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir. İş materiallarından görünür ki, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdeh 108,48 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCM seriyalı 301019 nömrəli, 105,20 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBCN seriyalı 858079 nömrəli, 372 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBCO seriyalı 144120 nömrəli, 47,20 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDG seriyalı 735041 nömrəli, 740,40 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDK seriyalı 060989 nömrəli elektron qaimə-faktura təqdim olunmuşdur. İş materiallarında olan 26 dekabr 2022-ci il tarixli 146 nömrəli müştəri sifarişinə əsasən 108,48 manat, 06 yanvar 2023-cü il tarixli 45 nömrəli müştəri sifarişinə əsasən 105,20 manat, 26 yanvar 2023-cü il tarixli 685 nömrəli müştəri sifarişinə əsasən 948,96 manat, 25 may 2023-cü il tarixli 0000-004485 nömrəli qaimə-fakturaya əsasən 47,20 manat, 13 iyul 2023-cü il tarixli 0000-005841 nömrəli qaimə-fakturaya əsasən 740,40 manat məbləğində İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdeh mal verilmişdir. İş materiallarında olan İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin təmsilçisi Seyidov Mirqərib ilə Cavabdeh tərəfindən imzalanmış 01 avqust 2023-cü il tarixli üzləşmə aktında göstərilir ki, 01 avqust 2023-cü il tarixə Cavabdeh İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə qalıq borcu 1210,40 manat təşkil edir. İş materiallarında olan 29 aprel 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktında Cavabdeh göstərilən 1210,40 manat borcdan xx.xx.2023-cü il tarixli EBDK seriyalı 060989 nömrəli elektron qaimə-faktura üzrə verilən 740,40 manat dəyərində malları təmsilçi Mirqəribə geri qaytardığını, 200 manat məbləğində nağd ödəniş etdiyini və borcun qalan məbləğini hissəhissə ödəyəcəyini qeyd etmişdir. İş materiallarında olan kassa mədaxil orderinin qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə 05 may 2023-cü il tarixdə 30 manat, 24 may 2023-cü il tarixdə 25 manat, 26 may 2023-cü il tarixdə 30 manat, 07 iyun 2023-cü il tarixdə 17,20 manat, 31 iyun 2023-cü il tarixdə 30 manat, 22 may 2024-cü il tarixdə 20 manat, 06 may 2025-ci il tarixdə 100 manat və 16 iyul 2025-ci il tarixdə 50 manat ödəniş həyata keçirilmişdir. İş materiallarında olan 16 iyul 2025-ci tarixli maliyyə arayışında göstərilir ki, 26 dekabr 2022-ci il tarixli S127/22 nömrəli təchizat müqaviləsinə əsasən İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən alıcı Cavabdeh 1373,28 manat məbləğində mal verilmiş, cavabdeh tərəfindən 332,88 manat ödəniş edilmiş, onun 1040,4 manat əsas borcu, 104,04 manat dəbbə pulu olmaqla, cəmi 1144,44 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 26 dekabr 2022-ci il tarixli S127/22 nömrəli təchizat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdeh spirtli məhsullar satılmış, lakin cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək həmin malların dəyərini tam ödəməmişdir. Buna görə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə Cavabdeh arasında təchizat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi “1040,40 (min qırx manat qırx qəpik) manat məbləğində əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində qismən təmin edilməlidir. Belə ki, İddiaçı qanuni təmsilçisi Nümayəndə izahatında cavabdeh tərəfindən ödənişlər olunduğunu və 990,40 (doqquz yüz doxsan manat qırx qəpik) manat məbləğində əsas borcunun qaldığını bildirmişdir. Buna görə məhkəmə hesab edir ki, 26 dekabr 2022-ci il tarixli S127/22 nömrəli təchizat müqaviləsi üzrə ödənilməmiş 990,40 (doqquz yüz doxsan manat qırx qəpik) manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh 29 aprel 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktında 740,40 manat dəyərində malları İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin təmsilçisi Mirqəribə geri qaytardığını qeyd etsə də, məhkəmə iclasında izahatında həmin malları Mirəqrib adlı təmsilçiyə deyil, başqa təmsilçiyə geri qaytardığını demiş, lakin məhkəməyə həmin malların geri və kimə qaytarılmasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Bundan başqa Cavabdeh İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə hazırda 252 manat əsas borcunun qaldığını bildirsə də, bunu təsdiq edən hər hansı mötəbər sübut (ödəniş tapşırığı, qəbz və s.) məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 104,04 (yüz dörd manat dörd qəpik) manat məbləğində dəbbə pulunun tutulması” hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 40 (qırx) manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “33 (otuz üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 30,3 (otuz manat otuz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 990,40 (doqquz yüz doxsan manat qırx qəpik) manat məbləğində əsas borc, 40 (qırx) manat məbləğində dəbbə pulu və 30,3 (otuz manat otuz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1060,7 (min altmış manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 990,40 (doqquz yüz doxsan manat qırx qəpik) manat məbləğində əsas borc, 40 (qırx) manat məbləğində dəbbə pulu və 30,3 (otuz manat otuz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1060,7 (min altmış manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar