Məhkəmə qərarları › İş №e-2-2(119)-846/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-846/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-846/2024 08.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş "alqı-satqı müqaviləsi üzrə borcun tutulması" tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 16 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 298025,43 (iki yüz doxsan səkkiz min iyirmi beş manat, qırx üç qəpik) manat məbləğində əsas borc, 53643,76 (əlli üç min altı yüz qırx üç manat, yetmiş altı qəpik) manat məbləğində ƏDV üzrə borc və 642 (altı yüz qırx iki) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 352311,19 (üç yüz əlli iki min üç yüz on bir manat, on doqquz qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən həmin iddia ərizəsinin icraata götürülməsi ilə əlaqədar müvafiq prosessual hərəkətlər edilənədək iddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə “ərizənin geri qaytarılması haqqında” 08 may 2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni, həmçinin İddiaçı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, ərizənin icraata götürülməsi haqqında qərardad çıxarılmadığından və iddiaçı ərizənin geri qaytarılması haqqında ərizə ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: Ərizənin qaytarılmasına dair ərizə təmin edilsin. İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş "alqı-satqı müqaviləsi üzrə borcun tutulması" tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçıyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar