Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-85/2025 06.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin cavabdeh Şəhriyar-99 firmasına qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Şəhriyar-99 firmasına qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 06 yanvar 2025-ci il tarixdə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə ərizə ilə müaricət edərək e-2-2(119)-1626/2024 saylı iş üzrə iddia ərizəsinin geri qaytarılaraq baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 izahatında “iddia ərizəsinin baxılmamış saxlanılması barədə” ərizənin təmin olunmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılaraq iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 06 yanvar 2025-ci il tarixinə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən cavabdeh Şəhriyar-99 firmasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - iddia ərizəsi baxılmamış saxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin ərizəsi ərizəsi təmin edilməli, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin cavabdeh Şəhriyar-99 firmasına qarşı “pul tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İpddiaçı İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin “iddia ərizəsinin baxılmamış saxlanılması barədə” ərizəsi təmin edilsin. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin cavabdeh Şəhriyar-99 firmasına qarşı “pul tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-85/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-85/2025
06.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver