Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-855/2024 10.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “müqavilələrin və yüklülüyə dair çıxarışların ləğv edilməsi, lizinq obyektlərinin geri təhvil verilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “müqavilələrin və yüklülüyə dair çıxarışların ləğv edilməsi, lizinq obyektlərinin geri təhvil verilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “müqavilələrin və yüklülüyə dair çıxarışların ləğv edilməsi, lizinq obyektlərinin geri təhvil verilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan lizinq verən İddiaçı ilə lizinq alan X2 arasında bağlanmış 03 may 2023-cü il tarixli D129 nömrəli və D130 nömrəli daxili lizinq müqavilələrinə əsasən lizinq verən satıcıdan əldə edəcəyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 264, mənzil 96 və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakları lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilələrdə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürür. Lizinq verən İddiaçı, öhdəlik ötürən X2 və öhdəlik götürən Cavabdeh tərəfindən imzalanmış 31 oktyabr 2023-cü il tarixli D129 və D130 saylı daxili lizinq müqavilələrinə əlavə razılaşmalara (Öhdəliyin ötürülməsi haqqqında) əsasən öhdəlik ötürən 03 may 2023-cü il tarixli D129 nömrəli və D130 nömrəli daxili lizinq müqavilələri üzrə bütün hüquq və öhdəliklərini, borcunu lizinq verənin razılığı ilə öhdəlik götürənə verir və öhdəlik götürən də bütünlüklə qəbul edir. Göründüyü kimi, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcuddur. Məhkəmə hesab edir ki, tərəflər arasında olan hazırkı mübahisə onların arasında yaranmış müqavilə münasibətlərindən irəli gəldiyi üçün hazırkı işə Cavabdeh rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır. İddia ərizəsindən və “Elektron məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, cavabdeh Fərəcov X1 rayonu, Cəngan ərazi dairəsi, Çinar kəndində rəsmi qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Bundan başqa bildirilir ki, İddiaçı ilə X2 arasında bağlanmış 03 may 2023-cü il tarixli D129 nömrəli və D130 nömrəli daxili lizinq müqavilələrinin 8.1-ci bəndində qeyd olunur ki, bu müqavilələrin icrası ilə bağlı tərəflər arasında əmələ gələn bütün mübahisələr danışıqlar yolu ilə həll ediləcəkdir. Danışıqlar yolu razılığa gəlmək mümkün olmadıqda mübahisə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə həll ediləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır . Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə hazırkı iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “müqavilələrin və yüklülüyə dair çıxarışların ləğv edilməsi, lizinq obyektlərinin geri təhvil verilməsi” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-855/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-855/2024
10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver