Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-859/2025 29.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9908,14 (doqquz min doqquz yüz səkkiz manat on dörd qəpik) manat məbləğində əsas borc, 495,41 (dörd yüz doxsan beş manat qırx bir qəpik) manat məbləğində dəbbə pulu və 121,21 (yüz iyirmi bir manat iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 10524,76 (on min beş yüz iyirmi dörd manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçını ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 28 iyul 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri nəzərə alaraq iddia ərizəsi və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən İddiaçı nümayəndəsi və Cavabdeh məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - iddia ərizəsi baxılmamış saxlanılır. Beləliklə, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi iddia ərizəsinin qaytarılması barədə İddiaçı ərizəsi təmin edilməli və həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Eyni zamanda İddiaçı tərəfindən 02 may 2025-ci il tarixli **********11 nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 121,21 (yüz iyirmi bir manat iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 02 may 2025-ci il, saat 14:15; Sumqayıt Kommersiya Məhkəməsi üçün) İddiaçınə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən 02 may 2025-ci il tarixli **********11 nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 121,21 (yüz iyirmi bir manat iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 02 may 2025-ci il, saat 14:15; Sumqayıt Kommersiya Məhkəməsi üçün) İddiaçınə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-859/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-859/2025
29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver