Məhkəmə qərarları › İş №e-2-2(119)-86/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-86/2020

12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-86/2020 12.06.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı nümayəndəsi Musayev Zamin Kərim oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 8195 (səkkiz min yüz doxsan beş) manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 10%-i miqdarında hesablanmış pulun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, “satıcı” İddiaçı (əvvəlki hüquqi adları “xxxx” MMC və “X3” MMC) ilə “alıcı” Cavabdeh oğlu arasında xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və həmin Müqaviləyə əsasən müəssisənin istehsal etdiyi malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı öhdəliklərini tamamilə icra etsə də, Cavabdeh oğlu Müqavilə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və aldığı tikinti materiallarının pulunu müvafiq qaydada ödəməmişdir.Ona görə də, tərəflər arasında bağlanmış müqavilə üzrə xx xxxxx 2017-ci ildə yoxlama keçirilmiş və həmin yoxlama əsasında tərəflər arasında xx xxxxx 2017-ci il tarixli Üzləşdirmə Aktı imzalanmışdır. X2 əsasən Cavabdeh oğlunun İddiaçınə 8195 (səkkiz min yüz doxsan beş) manat məbləğində borcu olduğu müəyyən edilmişdir. Lakin, bundan sonra da həmin borcdan heç bir məbləğ ödənilməmiş və halhazırda Cavabdeh oğlunun 8195 (səkkiz min yüz doxsan beş) manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Mübahisəni həll etmək məqsədilə dəfələrlə iddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıqlar edilsə də, Cavabdeh oğlu göstərilən xəbərdarlıqları cavabsız qoyaraq, həmin borcu ödəməmişdir. Ona görə də, iddiaçının xeyrinə xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 8195 manat məbləğində əsas borc və əldən çıxmış faydaya görə əsas borcun illik 10%-i miqdarında hesablanmış pul cavabdehdən tutulmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh oğlundan nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 8195 manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 10%-i miqdarında hesablanmış pulun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 105 nömrəli alqı-satqı müqaviləsinə əsasən “satıcı” İddiaçı (əvvəlki hüquqi adları “xxxx” MMC və “X3” MMC) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “alıcı” Cavabdeh oğlu (VÖEN **********) arasında tikinti materiallarının alqısatqısı baş tutmuş və həmin alqı-satqı üzrə “alıcı” Cavabdeh oğlunun “satıcı” İddiaçınə 8195 (səkkiz min yüz doxsan beş manat) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Təsvir olunanlarla müəyyən olunur ki, xx xxxxxx 2015-ci il tarixli 105 nömrəli alqısatqı müqaviləsi üzrə Cavabdeh tərəfindən 8195 manat məbləğində əsas borc İddiaçınə ödənilməmişdir və iddia ərizəsində həmin borca illik 10% olmaqla əldən çıxmış faydaya görə pul tələb olunur (iddia tələbində və iddia ərizəsində iddiaçı tərəfindən 10% əldən çıxmış faydaya görə tələb olunan pulun miqdarı hesablanaraq, göstərilməmişdir). İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 105 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 8195 manat məbləğində əsas borcun Cavabdeh tərəfindən İddiaçınə ödənilməsi hissəsində iddia tələbi əsaslıdır. Lakin, “əldən çıxmış faydaya görə əsas borcun illik 10%-i miqdarında hesablanmış pulun tutulması” hissəsində isə iddia tələbinin əsaslılığı sübuta yetməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) 8195 manat məbləğində əsas borc İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə, yəni “əldən çıxmış faydaya görə əsas borcun illik 10%-i miqdarında hesablanmış pulun tutulması” hissəsində isə əsaslılığı sübuta yetmədiyinə görə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233,358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 8195 (səkkiz min yüz doxsan beş) manat məbləğində əsas borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 8225 (səkkiz min iki yüz iyirmi beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar