Məhkəmə qərarları › İş №e-2-2(119)-862/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-862/2022

10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-862/2022 10.06.2022 Sumqayıt Kommersiya Məhkəməsi Mən, Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Tağıyev Xəqani Qəhrəman oğlu – İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hazırkı iddia ərizəsində Cavabdeh ünvanı “Kəlbəcər rayonu, Horuplu kəndi” kimi qeyd edilmişdir. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi barədə məlumatlarından görünür ki, cavabdeh Abdulov X1 rayonu, Horuplu kəndi ünvanında rəsmi olaraq qeydə alınmışdır. Cavabdehin rəsmi qeydə alındığı yer Kəlbəcər rayonu olduğuna görə ərizəyə Sumqayıt Kommersiya Məhkəməsində deyil, Gəncə Kommersiya Məhkəməsində baxılmalı olduğu üçün iddia ərizəsi geri qaytarılmalıdır. Mülki-Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, Azərbaycan Respublikası İddiaçı MMC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərazi aidiyyəti qaydaları pozulduğu üçün iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 151-152, 263, 264, 267 və 268-269 və 355-5.2-ci maddələrini tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, bu qərardadda göstərilən nöqsan aradan qaldırılmaqla ərazi aidiyyəti üzrə ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar