Məhkəmə qərarları › İş №e-2-2(119)-871/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-871/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-871/2021 08.09.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri - Nümayəndə2 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh “D.X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 23 iyun 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “D.X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “D.X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən 49120 (qırx doqquz min yüz iyirmi) manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh “D.X2” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “Cavabdeh”) arasında 01 avqust 2017-ci il tarixli 24/17 TLS saylı “Mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabatların təqdim edilməsi və vergi və hüquq konsaltinqi üzrə xidmətlər göstərilməsinə dair” Müqavilə (bundan sonra “Xidmət Müqaviləsi”) bağlanmışdır. Müqavilə tərtib edilərək, müqavilə şərtləri iddiaçı və cavabdeh tərəfindən qəbul edilmiş və müqavilə iddiaçı tərəfindən imzalanaraq cavabdehə göndərilmişdir. Lakin, cavabdeh bu günə kimi müqavilənin özü tərəfindən imza edilmiş nüsxəsini iddiaçıya təqdim etməmişdir. Bu səbəbdən də məhkəməyə müqavilənin yalnız iddiaçı tərəfindən imzalanmış nüsxəsi təqdim edilir. Müqaviləyə görə cavabdeh müqavilədə qeyd edilən xidmətlərin icrasını iddiaçıya həvalə etmiş, iddiaçı isə həmin xidmətləri cavabdehə göstərmişdir. Xidmət müqaviləsinə əsasən iddiaçı Cavabdehə onun Azərbaycan Respublikasının ərazisində vergi öhdəlikləri ilə bağlı mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabatların təqdim edilməsi və eyni zamanda, Müştərinin ayrı-ayrı müraciətləri əsasında vergi və hüquq konsaltinqi üzrə xidmətləri göstərməli idi. Cavabdeh də öz növbəsində İddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə aylıq haqqı vaxtında ödəməli idi. İddiaçı Xidmət Müqaviləsi bağlandığı tarixdən 2020-ci ilin may ayına kimi Cavabdeh üçün Müqavilə ilə nəzərdə tutulmuş müvafiq xidmətləri göstərmiş və göstərilmiş xidmətlərə dair Cavabdehə aylıq olaraq elekton qaimələr təqdim etmişdir. Xidmət Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh hər ay İddiaçının göstərdiyi xidmət qarşılığında tərəflər arasında şərtləşdirilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh Xidmət Müqaviləsi üzrə öz öhdəliklərini vaxtında həyata keçirməmiş və hər ay ödəmələrində gecikmələrə yol vermişdir. Ən son olaraq, 2019-cu ilin aprel ayından sonrakı dövr üçün Cavabdeh İddiaçıya heç bir xidmət haqqı ödəməmişdir. Buna baxmayaraq, İddiaçı tərəflər arasında işgüzar münasibətlərə əsaslanaraq xidmətləri göstərməkdə davam etmişdir. Müqavilənin qüvvədə olduğu bütün dövr ərzində Cavabdehin rəhbərliyinin, işçilərinin və əlaqəli üçüncü şəxslərin rəsmi elektron ünvanlarından daxil olmuş tapşırıqlar, sorğular, eləcə də Müqavilə üzrə xidmətlər İddiaçı tərəfindən vaxtında icra edilmiş və təhvil verilmişdir. İddiaçı Cavabdehlə yaranmış bu mübahisənin məhkəmədənkənar həll edilməsinə çalışsa da, onun cavabdehə şifahi və yazılı müraciətləri müsbət nəticə verməmişdir. Cavabdehə dəfələrlə şifahi və elektron ünvan vasitəsi ilə xəbərdarlıqlar edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbi ilə 01 iyun 2020-ci il tarixindən Xidmət Müqaviləsinə birtərəfli qaydada xitam verilməsi barədə İddiaçı tərəfindən yazılı şəkildə məlumatlandırılmışdır. Həmçinin, Xidmət Müqaviləsinə xitam verilən tarixədək ödənilməmiş cəmi 49120 manat məbləğində aylıq xidmət haqlarının İddiaçıya ödənilməsini tələb edən Bildiriş ilə Cavabdehə müraciət edilmişdir. Bildiriş 14 may 2020-ci il tarixində Cavabdehin işçisi tərəfindən təhvil alınmışdır. Bildiriş məktubunun təhvil alınması ilə bağlı kuryer şirkətinin təqdim etdiyi xəbərnamə iddia ərizəsinə əlavə olunmuşdur. Bildiriş məktubu ilə Cavabdeh tərəfindən yuxarıda qeyd edilən pul vəsaitinin ödənişinin məktub təhvil alındığı tarixdən 15 iş günü müddətində könüllü şəkildə icra edilməsi tələb edilmişdir. Lakin, Cavabdeh öz öhdəliklərini könüllü şəkildə icra etmədiyi üçün İddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı hesab edir ki, Cavabdehin Xidmət müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində İddiaçıya dəyən zərərin ödənilməsi məhkəmə qaydasında mövcud qanunvericiliyin tələblərinə əməl edilməklə təmin edilməlidir. İddiaçı Cavabdehə Xidmət Müqaviləsi üzrə bütün xidmətləri vaxtında və keyfiyyətlə göstərsə də, Cavabdeh özünün müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və Xidmət Müqaviləsinin 2.1-ci maddəsində nəzərdə tutulmuş aylıq xidmət haqqını vaxtı-vaxtında ödəməmişdir. Nəticə etibari ilə Cavabdehin 2019-2020-ci illər ərzində göstərilmiş xidmətlərə görə 49120 Azərbaycan manatı məbləğində borcu yaranmışdır. 10 aprel 2019-cı ildən 01 may 2020-ci ilədək Cavabdehə təqdim edilmiş hesab-fakturalar üzrə heç bir ödəniş edilməmişdir. Xidmət Müqaviləsinin 4.1-ci maddəsinə əsasən tərəflər bu Müqavilədən irəli gələn istənilən mübahisələri danışıqlar yolu ilə həll etməyə çalışacaqlar. Tərəflər qarşılıqlı razılıq əldə edə bilməzlərsə, mübahisə, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə müvafiq olaraq, Azərbaycan Respublikasının müvafiq məhkəməsində həll ediləcəkdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə məhkəmə prosesi zamanı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək, cavabdeh “D.X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 42480 (qırx iki min dörd yüz səksən) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizədə iddia tələbinin həcminin azaldılması “tərəflər arasında işgüzar münasibətlər olduğu zaman göstərilən xidmətlərə görə Cavabdeh tərəfindən 6640 manat məbləğində pul vəsaitinin ödənilmiş olmasının ilkin iddia ərizəsində nəzərə alınmaması” ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Eyni zamanda, iş üzrə məhkəmə araşdırması zamanı məhkəməyə iddiaçı "X13 Azərbaycan" QSC-nin “iddia ərizəsində qeyd edilən hallar barədə” yazılı izahatı təqdim edilmişdir. Həmin İzahatda göstərilmişdir ki, xidmət göstərilən "D.X2" MMC-nin (VÖEN: **********) 01 avqust 2017-ci il tarixli # 24/17 TLS və / və ya 01.08.2017-ci il tarixdən 01.05.2020-ci il tarixə qədər təqdim olunan xidmətlər üzrə (xidmət dedikdə: Gündəlik əsasda şirkətlərin mühasibat uçotunun aparılması, 1C proqramında əməliyyatların qeydə alınması, aylıq, rüblük və illik əsasda vergi hesabatlarının hazırlanması və onlayn kargüzarlıq vasitəsilə vergi orqanına təqdim edilməsi, digər məcburi ödənişlərlə bağlı hesabatların hazırlanması və dövlət orqanlarına təqdim edilməsi, şirkətlərin kredit götürdükləri banklara mütəmadi əsasda maliyyə hesabatlarının təqdim olunması, təqdim olunan maliyyə hesabatları ilə əlaqədar bank əməkdaşlarının suallarının yazılı və ya telefon (fiziki) görüşlər zamanı cavablandırılması, vergi orqanı tərəfindən aparılan kameral və səyyar vergi yoxlamaları zamanı şirkətlərin təmsil edilməsi nəzərdə tutulur) “X13 Azərbaycan” QSC-nə 42480 (qırx iki min dörd yüz səksən) manat borcu vardır. Xidmətlər İddiaçının Əmək Müqaviləsinə əsasən xidmət göstərən aşağıda adları qeyd olunan işçiləri tərəfindən icra olunmuş və müvafiq olaraq Cavabdehin məsul şəxsləri kimi İddiaçıya təqdim olunmuş şəxslərə təhvil verilmişdir: 1. X3 (tel: +994 50 896 04 56; elektron poçt ünvanı: Vugar.HElektron ünvan 1). (13.02.2020 - 02.10.2020-dən İ dərəcəli vergi məsələləri üzrə məsləhətçi vəzifəsində, 02.10.2020 - 02.08.2021-dək İİ dərəcəli vergi məsələləri üzrə məsləhətçi vəzifəsində, hal-hazırda İİİ dərəcəli vergi məsələləri üzrə məsləhətçi vəzifəsində işləyir) 2. X1 (tel: +994 55 573 85 95; elektron poçt ünvanı: Majid.HElektron ünvan 2) (09.01.2018 - 01.08.2018, Vergi və hüquq məsləhətləri üzrə şöbədə təcrübəçi vəzifəsində, 01.08.2018 - 01.08.2019 - 1-ci dərəcəli vergi məsələləri üzrə məsləhətçi vəzifəsində, 01.08.2019 - 02.10.2020 - İİİ dərəcəli vergi məsələləri üzrə məsləhətçi, 02.10.2020- 02.08.2021 - İ dərəcəli vergi məsələləri üzrə baş məsləhətçi vəzifəsində, hal-hazırda İİ dərəcəli vergi məsələləri üzrə baş məsləhətçi vəzifəsində işləyir.) 3. Nümayəndə2 (tel: +994 50 225 55 72; elektron poçt ünvanı: Parvin.AElektron ünvan 3); (04.12.2018 - 01.08.2019 - İİ dərəcəli vergi məsələləri üzrə baş məsləhətçisi vəzifəsi; 01.08.2019 - 02.10.2020 - İİİ dərəcəli vergi məsələləri üzrə baş məsləhətçi vəzifəsi; 02.10.2020 - 02.08.2021 - İ dərəcəli vergi məsələləri üzrə köməkçi menecer vəzifəsi, hal-hazırda İİ dərəcəli vergi məsələləri üzrə köməkçi menecer vəzifəsində işləyir.)

4. X4 (tel: +994 50 411 07 09; elektron poçt ünvanı: Rashad.GElektron ünvan 4); 01.08.2017- 01.08.2018 - İ dərəcəli vergi məsələləri üzrə köməkçi menecer vəzifəsində, 01.08.2018 - 01.08.2019 - İİ dərəcəli vergi məsələləri üzrə köməkçi menecer vəzifəsində, 01.08.2019 - 02.10.2020 - İ dərəcəli vergi məsələləri üzrə menecer vəzifəsində, 02.10.2020 - 02.08.2021 - İ dərəcəli vergi məsələləri üzrə baş menecer vəzifəsində, halhazırda İİ dərəcəli vergi məsələləri üzrə baş menecer vəzifəsində işləyir.) Cavabdeh tərəfindən Xidmətləri Cavabdehin aşağıdakı məsul şəxsləri təhvil almışdır: 1. İsaməddin Dəmirov (şəxsiyyət vəsiqəsi məlumatları: AA ******* saylı; fin: 1JZB1DA, 15.06.2029-cu ilə qədər etibarlıdır; tel: +994 50 510 31 31; elektron poçt ünvanı: Elektron ünvan 5) 2. Tural Çələbizadə (tel: +994 55 325 57 78; elektron poçt ünvanı: Elektron ünvan 6 ) 3. Tərlan Həmidov (tel: +994 55 325 57 78; +994 50 278 00 27; elektron poçt ünvanı: Elektron ünvan 7) 4. Nizaməddin İmaməliyev (tel: +994 50 278 67 36; elektron poçt ünvanı: Elektron ünvan 8) 5. Təranə Əliyeva (tel: +994 55 214 04 13; elektron poçt ünvanı: Elektron ünvan 9) 6. Yadigar Aslanov (tel: +994 55 250 33 11; elektron poçt ünvanı: Elektron ünvan 10 Elektron ünvan 11) 7. Xalid Məmmədov (tel: +994 55 214 11 18; elektron poçt ünvanı: Elektron ünvan 12 və xalid Elektron ünvan 13) 8. Gülbəniz Məmmədova (tel: +994 55 947 53 28; elektron poçt ünvanı: Elektron ünvan 14) 9. Samirə Yusifova (tel: +994 55 *** ** ** və +994 50 978 34 60; elektron poçt ünvanı: Elektron ünvan 15 ) 10. Nərgiz Qafarova (tel: + 994 55 214 15 17; elektron poçt ünvanı: Elektron ünvan 16). 11. Natiq Ömərov (tel: +994 50 *** ** ** və 55 214 71 10; elektron poçt ünvanı: Elektron ünvan 17) 12. Dəmir Dəmirov (tel: +994 50 705 28 58; elektron poçt ünvanı Elektron ünvan 18) 13. Vəfa Qədirova (tel: +994 50 384 74 47; elektron poçt ünvanı: Elektron ünvan 19). 14. Şamxal Zülfiqarlı (tel:+994-77-677-71-77; elektron poçt ünvanı: Elektron ünvan 20). Xidmətlərin sifarişi, icrası zamanı lazımi məlumatların əldə olunması, hazırlanması, təhvil verilməsi İddiaçı və Cavabdehin məsul işçilərinin onlara məxsus rəsmi elektron poçt hesabları və mobil telefon danışıqları vasitəsilə həyata keçirilmişdir. Cavabdehə kredit xəttinin ayrılması və mövcud borcun restrukturizasiyası ilə əlaqədar olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə İddiaçının işçiləri tərəfindən müraciətlər ünvanlanmış, maliyyə hesabatları və digər tələb olunan sənədlər hazırlanaraq təqdim olunmuşdur. Təqdim olunan sübutlar (elektron poçt yazışmaları, təqdim olunmuş vergi hesabatları, elektron poçt vasitəsilə və ya şəxsən təqdim olunmuş hesab-fakturalar, təhvil-təslim aktı, şahid ifadələri və s.) ilə müəyyən olunur ki, Müştərinin (Cavabdeh) İcraçı (İddiaçı) qarşısında qoymuş olduğu bütün tapşırıqlar tam icra olunmuş və İcraçının əməkdaşları tərəfindən öz müsbət həllini tapmışdır. Bu günə qədər İddiaçıya Cavabdeh tərəfindən göstərilmiş Xidmətlərlə əlaqədar hər-hansı bir formada irad, etiraz və ya pretenziya bildirilməmişdir. Bununla əlaqəli bütün elektron poçt yazışmaları hazırkı İzahata əlavə olunur. Bundan əlavə İcraçının əməkdaşları müxtəlif vaxtlarda "D.X2" MMC-yə ezam olunmuşdurlar ki, buna dair bütün sənədlər də izahata əlavə olunur. Nəticə: 01.08.2017-ci il tarixdən 01.05.2020-ci il tarixə qədər təqdim olunan xidmətlər üzrə cavabdeh “D.X2” MMC-nin iddiaçı "X12 Azərbaycan" QSC-yə 16.08.2021-ci il tarixinə olan əsas borcu 36000 (otuz altı min) manat, ƏDV borcu 6480 (altı min dörd yüz səksən) manat, toplam ümumi borc 42480 (qırx iki min dörd yüz səksən) manat təşkil edir. Qeyd olunan məbləğ üzrə Cavabdehə təqdim edilmiş hesabfakturalar üzrə heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh “D.X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən 42480 manat məbləğində xidmət haqqı borcunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə1 suallara cavab olaraq bildirdi ki, iddiaçı hüquqi şəxsin cavabdeh “D.X2” MMC-nin rəhbərliyi ilə işgüzar münasibətləri olmuş və həmin münasibətlərə görə də tərəflər arasında İddiaçı QSC-nin işçiləri tərəfindən “D.X2” MMC-nin maliyyə sahəsində, yəni mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabatlarının təqdim edilməsi, vergi və hüquq konsaltinqi üzrə xidmətlərin göstərilməsi üçün xidmət müqaviləsi bağlanması barədə razılığa gəlinmiş və bunun üçün də iddiaçı tərəfindən 01 avqust 2017-ci il tarixli 24/17 TLS saylı “Mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabatların təqdim edilməsi və vergi və hüquq konsaltinqi üzrə xidmətlər göstərilməsinə dair” Müqavilə tərtib edilib-imzalanaraq cavabdeh hüquqi şəxsin Quba rayonunda yerləşən hüquqi ünvanına göndərilmişdir. Telefon danışıqları zamanı cavabdeh tərəfin rəhbərliyi göndərilmiş Müqavilə ilə əlaqədar heç bir irad bildirməyərək, Müqaviləni imzalayıb qaytaracağına söz verərək, Müqavilədə nəzərdə tutulan xidmətlərin yerinə yetirilməsi üçün mütəmadi olaraq “D.X2” MMC-nin müvafiq mühasibatlıq və digər sənədləri, şifrə və kodu İddiaçı QSC-nin müvafiq səlahiyyətli işçilərinə təqdim olunmuş və iddiaçının işçiləri tərəfindən 2017-ci ilin avqust ayından etibarən məlum Müqavilədə nəzərdə tutulan “D.X2” MMC-yə aid bütün xidmətlər, yəni cavabdeh şirkətin mühasibat uçotunun aparılması, 1C proqramında əməliyyatların qeydə alınması, aylıq, rüblük və illik əsasda vergi hesabatlarının hazırlanması və onlayn kargüzarlıq vasitəsilə vergi orqanına təqdim edilməsi, digər məcburi ödənişlərlə bağlı hesabatların hazırlanması və dövlət orqanlarına təqdim edilməsi, şirkətlərin kredit götürdükləri banklara mütəmadi əsasda maliyyə hesabatlarının təqdim olunması, təqdim olunan maliyyə hesabatları ilə əlaqədar bank əməkdaşlarının suallarının yazılı və ya fiziki görüşlər zamanı cavablandırılması, vergi orqanı tərəfindən aparılan kameral və səyyar vergi yoxlamaları zamanı cavabdeh şirkətin təmsil edilməsi və bu sahədə yaranan digər bütün xidmətləri tam həcmdə yerinə yetirmişdir. Cavabdeh “D.X2” MMC isə iddiaçı tərəfindən göstərilən xidmətləri qəbul edib, həmin xidmətlərə görə hər ay üçün nəzərdə tutulan 3000 manat miqdarında aylıq xidmət haqqı məbləğlərini və həmin məbləğlərə hesablanan 540 manat miqdarında ƏDV-ni gecikmələrlə də olsa, müəyyən aylara görə ödəmişdir. Yəni, 2017-ci ilin avqust ayından 2019-cu ilin aprel ayı da daxil olmaqla göstərilən xidmətlər üzrə hesablanan xidmət haqqı borcu və ƏDV cavabdeh tərəfindən tam ödənilmiş olsa da, sonrakı aylar üzrə ödənişlər edilməmişdir. Cavabdeh göstərilən məlum xidmətlərə görə 17 dekabr 2019-cu ildə sonuncu dəfə ödəniş etmiş və həmin ödənişlə 2019-cu ilin aprel ayı da daxil olan dövrədək bütün borcları silinmişdir. Lakin, cavabdeh 2019-cu ilin may ayından 2020-ci ilin aprel ayı daxil olmaqla 12 ay üçün göstərilmiş xidmətlərə görə borcunu ödəməmişdir. Buna görə də, 01 may 2020-ci il tarixindən etibarən iddiaçı tərəf cavabdeh tərəfə göstərdiyi bütün xidmətləri dayandırmış və son 12 ayda göstərilmiş xidmətlər üzrə ödənilməmiş 36000 manat xidmət haqqı borcu və 6480 manat məbləğində ƏDV borcu olmaqla, ümumilikdə 42480 manat məbləğində borcun ödənilməsi cavabdehdən tələb olunmuşdur. İddiaçı tərəf hazırkı iddia ərizəsində cəmi 36000 manat xidmət haqqına görə ümumilikdə 6480 manat məbləğində ƏDV məbləği də hesablayaraq, həmin pulun da cavabdehdən tutulmasını xahiş edir. Lakin, iddiaçı tərəfindən tələb olunan cəmi 36000 manat xidmət haqqına görə Dövlət Büdcəsinə heç bir məbləğdə ƏDV pulu ödənilməmişdir. Yəni, ödənilməmiş cəmi 36000 manat xidmət haqqına görə iddiaçı tərəfindən cavabdeh tərəfə “elektron-qaimə”lər təqdim olunmamış və həmin xidmət haqqı borcu üzrə Dövlət Büdcəsinə hər hansı bir məbləğdə, eləcə də 6480 manat məbləğində ƏDV ödənməmişdir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin digər nümayəndəsi Nümayəndə2 da iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh “D.X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən 42480 manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi və verilən suallara cavab bildirdi ki, cavabdeh “D.X2” MMC-yə İddiaçı QSC tərəfindən 01 avqust 2017-ci il tarixdən 2020-ci ilin aprel ayı daxil olmaqla maliyyə sahəsində, yəni mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabatlarının təqdim edilməsi, vergi və hüquq konsaltinqi üzrə xidmətlər və sair maliyyə xidmətlərinin göstərilməsinə və iddiaçı tərəfindən göstərilən həmin xidmətlərin cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq, cavabdeh “D.X2” MMC 2019-cu ilin may ayından 2020-ci ilin aprel ayı daxil olmaqla 12 ay üçün göstərilmiş həmin maliyyə xidmətlərinə görə hesablanmış xidmət haqqı borcunu ödəməmişdir. Buna görə də, 01 may 2020-ci il tarixindən etibarən İddiaçı QSC cavabdehə göstərdiyi bütün xidmətləri dayandırmış və son 12 ayda göstərilmiş xidmətlər üzrə ödənilməmiş 36000 manat xidmət haqqı borcu və 6480 manat məbləğində ƏDV borcu olmaqla, ümumilikdə 42480 manat məbləğində borcun ödənilməsini cavabdehdən tələb etmişdir. Lakin, iddiaçı tərəfindən tələb olunan cəmi 36000 manat məbləğində xidmət haqqına görə cavabdeh tərəfə “elektron-qaimə”lər təqdim olunmamış və həmin xidmət haqqı borcu üzrə Dövlət Büdcəsinə hər hansı bir məbləğdə, eləcə də 6480 manat məbləğində ƏDV ödənməmişdir. Cavabdeh “D.X2” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndələrinin izahatlarını, şahid ifadələrini, iddia ərizəsini, “iddia tələbinin həcminin azaldılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətin işçiləri - X5 və X1 məhkəmə iclasında vermiş olduqları ifadələrində İddiaçı QSC-nin işçiləri olaraq, bilavasitə “D.X2” MMC-yə 01 avqust 2017-ci il tarixdən 2020-ci ilin aprel ayı daxil olmaqla maliyyə sahəsində, yəni mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabatlarının təqdim edilməsi, vergi və hüquq konsaltinqi üzrə xidmətlər və sair maliyyə xidmətlərinin göstərilməsində iştirak etdiklərini, lakin “D.X2” MMC tərəfindən həmin xidmətlərə görə hesablanmış son ayların pulunun ödənilmədiyini və buna görə də, 01 may 2020-ci il tarixindən etibarən “D.X2” MMC-yə göstərdikləri bütün xidmətləri dayandırdıqlarını bildirmişlər. Məhkəmə araşdırması zamanı tədqiq edilən iş materialları ilə müəyyən olunur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) - “İcraçı”, “D.X2” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) – “Müştəri” olaraq tərtib olunmuş 01 avqust 2017-ci il tarixli 24/17 TLS nömrəli “Mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabatların təqdim edilməsi və vergi və hüquq konsaltinqi üzrə xidmətlər göstərilməsinə dair” Müqavilə “İcraçı” tərəfindən imzalanıb-möhürlənsə də, həmin Müqavilə “Müştəri” tərəfindən imzalanmamışdır. Lakin, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş müxtəlif xarakterli (maliiyə, vergi və s.) sənədlərlə təsdiq olunur ki, İddiaçı QSC tərəfindən 01 avqust 2017-ci il tarixdən 2020-ci ilin aprel ayı daxil olmaqla “D.X2” MMC-nin maliyyə sahəsinə aid xidmətlər, yəni sonuncunun mühasibat uçotunun aparılması, 1C proqramında əməliyyatların qeydə alınması, aylıq, rüblük və illik əsasda müxtəlif vergi hesabatlarının hazırlanması və onlayn kargüzarlıq vasitəsilə vergi orqanına təqdim edilməsi, digər məcburi ödənişlərlə bağlı hesabatların hazırlanması və dövlət orqanlarına təqdim edilməsi, kredit götürülən banklara mütəmadi əsasda maliyyə hesabatlarının təqdim olunması, təqdim olunan maliyyə hesabatları ilə əlaqədar bank əməkdaşlarının suallarının yazılı və ya telefon (fiziki) görüşlər zamanı cavablandırılması, vergi orqanı tərəfindən aparılan kameral və səyyar vergi yoxlamaları zamanı Şirkətin təmsil edilməsini nəzərdə tutan xidmətlər göstərilmiş və həmin xidmətlər “D.X2” MMC tərəfindən qəbul olunmuşdur. İş materiallarında olan İddiaçı QSC tərəfindən tərtib edilərək cavabdeh “D.X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmiş 13 iyun 2019-cu il tarixli 289/2019 nömrəli Hesab-Faktura ilə 2019-cu ilin may ayı üçün keçirilmiş xidmətlər üzrə, 08 iyul 2019-cu il tarixli 338/2019 nömrəli Hesab-Faktura ilə 2019-cu ilin iyun ayı üçün keçirilmiş xidmətlər üzrə, 21 avqust 2019-cu il tarixli 389/2019 nömrəli Hesab-Faktura ilə 2019-cu ilin iyul ayı üçün, 17 sentyabr 2019-cu il tarixli 424/2019 nömrəli Hesab-Faktura ilə 2019-cu ilin avqust ayı üçün keçirilmiş xidmətlər üzrə, 04 oktyabr 2019-cu il tarixli 463/2019 nömrəli Hesab-Faktura ilə 2019-cu ilin sentyabr ayı üçün keçirilmiş xidmətlər üzrə, 12 noyabr 2019-cu il tarixli 514/2019 nömrəli Hesab-Faktura ilə 2019-cu ilin oktyabr ayı üçün keçirilmiş xidmətlər üzrə, 09 dekabr 2019-cu il tarixli 570/2019 nömrəli Hesab-Faktura ilə 2019-cu ilin noyabr ayı üçün keçirilmiş xidmətlər üzrə, 09 yanvar 2020-ci il tarixli 019/2020 nömrəli Hesab-Faktura ilə 2019-cu ilin dekabr ayı üçün keçirilmiş xidmətlər üzrə, 12 fevral 2020-ci il tarixli 107/2020 nömrəli Hesab-Faktura ilə 2020-ci ilin yanvar ayı üçün keçirilmiş xidmətlər üzrə, 05 mart 2020-ci il tarixli 169/2020 nömrəli Hesab-Faktura ilə 2020-ci ilin fevral ayı üçün keçirilmiş xidmətlər üzrə, 02 aprel 2020-ci il tarixli 268/2020 nömrəli Hesab- Faktura ilə 2020-ci ilin mart ayı üçün keçirilmiş xidmətlər üzrə və 06 may 2020-ci il tarixli 336/2020 nömrəli Hesab-Faktura ilə 2020-ci ilin aprel ayı üçün keçirilmiş xidmətlər üzrə hər ay üçün ümumilikdə 3540 (üç min beş yüz qırx) manat (3000 manat xidmət haqqı + 540 manat ƏDV - 18%) məbləğində olmaqla İddiaçı QSC-nin bank hesabına ödənilməsi xahiş olunmuşdur. İş materiallarında olan, İddiaçı QSC tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş Maliyyə Arayışında olan məlumatlarla müəyyən olunur ki, icraçı İddiaçı QSC tərəfindən müştəri "D.X2" MMC-yə 01 avqust 2017-ci il tarixdən 01 may 2020-ci il tarixədək maliyyə sahəsində göstərilən xidmətlərə görə hər ay üzrə hesab-fakturalar tərtib olunmuş və sonuncu tərəfindən həmin xidmətlər üzrə 2017-ci ilin avqust-noyabr ayları üçün 09 mart 2018-ci ildə, 2017-ci ilin dekabr ayı və 2018-ci ilin yanvar-fevral ayları üçün 29 may 2018-ci ildə, 2018-ci ilin mart-aprel ayları üzrə 01 avqust 2018-ci ildə və 2018-ci ilin may-dekabr və 2019-cu ilin yanvar-aprel ayları üzrə isə 17 dekabr 2019-cu ildə hər ay üçün 3000 manat xidmət haqqı və 540 manat ƏDV olmaqla, qeyd olunan həmin ayların hər birinə görə 3540 manat məbləğində pul vəsaiti icraçı İddiaçı QSC-yə ödənilmiş və həmin qeyd olunan aylara görə heç bir borc qalmamışdır. Lakin, 2019-cu ilin may ayından 2020-ci ilun aprel ayı daxil olmaqla, hər ay üçün nəzərdə tutulan 3000 manat xidmət haqqı və 540 manat ƏDV ödənilməmiş və buna görə də, müştəri "D.X2" MMC-nin 01 may 2019cu il tarixdən 01 may 2020-ci il tarixə qədər göstərilmiş xidmətlər üzrə ümumilkdə 36000 (otuz altı min) manat əsas borc (3000 manat x 12 ay) və 6480 (altı min dörd yüz səksən) manat ƏDV borcu (540 manat x 12 ay) olmaqla, cəmi qalıq borcu 42480 (qırx iki min dörd yüz səksən) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Göründüyü kimi, 01 avqust 2017-ci il tarixdən 01 may 2020-ci il tarixədək maliyyə sahəsində göstərilən xidmətlərə görə 2019-cu ilin aprel ayı daxil olmaqla nəzərdə tutulan bütün xidmət haqqı (hər ay üçün 3000 manat) və ƏDV məbləğləri (hər ay üçün 540 manat) müştəri "D.X2" MMC tərəfindən icraçı İddiaçı QSC-yə ödənilmiş olsa da, bundan sonrakı 12 ay üzrə, yəni 01 may 2019-cu il tarixdən 01 may 2020-ci il tarixə qədər göstərilmiş xidmətlər üzrə ümumilkdə 36000 (otuz altı min) manat məbləğində xidmət haqqı borcu (3000 manat x 12 ay) müştəri "D.X2" MMC tərəfindən icraçı İddiaçı QSC-yə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 36000 (otuz altı min) manat məbləğində xidmət haqqı borcunun və həmin borc üzrə hesablanmış 6480 (altı min dörd yüz səksən) manat ƏDV borcunun (540 manat x 12 ay) cavabdeh "D.X2" MMC-dən iddiaçı İddiaçı QSC-nin xeyrinə tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, 01 may 2019-cu il tarixdən 01 may 2020-ci il tarixə qədər göstərilmiş xidmətlər üzrə ümumilkdə 36000 (otuz altı min) manat məbləğində xidmət haqqı cavabdeh “D.X2” MMC tərəfindən İddiaçı QSCyə ödənilməmiş və hazırkı iddia ərizəsində cəmi qalıq borc kimi tutulması xahiş olunan 42480 (qırx iki min dörd yüz səksən) manat məbləğində ümumi iddia tələbinin tərkib hissəsi olan 36000 (otuz altı min) manat məbləğində xidmət haqqının cavabdehdən tutulmalı olması əsaslıdır. Lakin, məhkəmə araşdırması zamanı iddia tələbinin digər hissəsi, yəni hazırkı iddia ərizəsində cəmi qalıq borc kimi tutulması xahiş olunan 42480 manat məbləğində ümumi iddia tələbinin digər tərkib hissəsi olan “əsas borc üzrə hesablanmış 6480 (altı min dörd yüz səksən) manat ƏDV borcunun” cavabdehdən tutulmalı olması isə əsaslı deyildir. Çünki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı QSC tərəfindən 12 ay üzrə ödənilməmiş xidmət haqlarına görə ayrıayrılıqda hər bir ay üzrə “hesab-fakturalar” tərtib edilərək cavabdeh “D.X2” MMC-yə təqdim olunmuş olsa da, həmin tələb olunan xidmət haqqı borcları, yəni xidmət göstərilməsi ilə əlaqədar tələb olunan cəmi 36000 manat məbləğində xidmət haqqı borcu üzrə iddiaçı tərəfindən Dövlət Büdcəsinə hər hansı bir məbləğdə ƏDV (X11) ödənilməmişdir. Qeyd etmək lazımdır ki, iddiaçının cavabdehə müvafiq xidmətlər göstərməsi və bu xidmətlərə görə cavabdeh tərəfin cəmi 36000 manat məbləğində xidmət haqqı borcunun yaranması sübut olunsa da, iddiaçı tərəfin ödəməmiş olduğu hər hansı bir pul vəsaitinin, o cümlədən də “X11” (ƏDV) kimi hesabladığı pulu tələb etməsinin əsaslılığı məhkəmə araşdırması zamanı təsdiq olunmamışdır. Halbuki, xidmət göstərmiş tərəf xidmətinə görə hesablanmış pul vəsaiti üzrə qanunvericiliyin müəyyən etdiyi qaydada hesablanmış ƏDV-ni (qanunvericiliyin tələb etdiyi qaydada “elektron-qaimə”lər təqdim etməklə) Dövlət Büdcəsinə ödəmiş olduğu halda, onun həmin ƏDV məbləğinin əvəzini qarşı tərəfdən (borcludan) tələb etmək hüququ yaranmış olardı. Yəni, göstərdiyi xidmətə görə xidmət haqqı kimi yaranmış borcunu tələb edən iddiaçı tərəfin həmin xidmətlər üzrə “elektron-qaimə”lər təqdim etmədiyinə görə müvafiq qaydada hesablanaraq Dövlət Büdcəsinə ödənilməmiş ƏDV-nin əvəzinin hazırkı iddia tələbində cavabdehdən “iddiaçının xeyrinə tutulmasını” tələb etməsi tamamilə əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh “D.X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən 36000 (otuz altı min) manat məbləğində xidmət haqqı borcu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən – hazırkı iş üzrə iddia tələbi qismən təmin olunduğu üçün məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun (22 iyun 2021-ci il tarixli ********* nömrəli Ödəniş Qəbzi) 25 (iyirmi beş) manatı cavabdeh “D.X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh “D.X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən 36000 (otuz altı min) manat məbləğində xidmət haqqı borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 25 (iyirmi beş) manat olmaqla, cəmi 36025 (otuz altı min iyirmi beş) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar