Məhkəmə qərarları › İş №e-2-2(119)-883/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-883/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-883/2021 23.09.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 07 sentyabr 2018-ci il tarixli 14/18 nömrəli Alqı-Satqı Müqaviləsinin 09 noyabr 2018-ci il tarixli 02 saylı “Əlavə Razılaşması” üzrə ödənilməli olan 500,76 (beş yüz manat 76 qəpik) manat ƏDV məbləği borcu və həmin Alqı-Satqı Müqaviləsinin 28 noyabr 2018-ci il tarixli 03 saylı “Əlavə Razılaşması” üzrə ödənilməli olan 21,60 (iyirmi bir manat 60 qəpik) manat ƏDV məbləği borcu, 07 dekabr 2019-cu il tarixli 44/19 nömrəli Alqı-Satqı Müqaviləsinin 11 iyun 2020-ci il tarixli 02 saylı “Əlavə Razılaşması” üzrə ödənilməli olan 15127,20 (on beş min yüz iyirmi yeddi manat 20 qəpik, ƏDV məbləği daxil olmaqla) manat borc və gecikdirilmiş müddət ərzində 1462,90 (min dörd yüz altmış iki manat 90 qəpik) manat faiz borcu və dövlət büdcəsinə ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 17142,86 (on yeddi min yüz qırx iki manat 86 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 07 sentyabr 2018-ci il tarixli 14/18 nömrəli və 07 dekabr 2019-cu il tarixli 44/19 nömrəli “Alqı-Satqı Müqavilələri” bağlanmışdır. Tərəflər arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli 14/18 nömrəli Alqı-Satqı Müqaviləsinin 1.1, 2.1, 2.2, 4.1, 4.2, 5.1, 5.2 və 8-ci bəndlərinə əsasən bu Müqavilə üzrə “Satıcı” İddiaçı MMC “Alıcı” Cavabdehnə X1 göstərilən Malları bu Müqavilənin şərtlərinə əsasən satır, “Alıcı” isə həmin Malları alır və razılaşdırılmış məbləği Müqavilə ilə müəyyən edilmiş qaydada “Satıcı”ya ödəyir. “Satıcı” Malları müvafiq sənədlərlə, elektron qaimə-faktura, X2 və hesab-faktura ilə birgə “Alıcı”ya təhvil verir. Təhvil-təslim tərəflərin səlahiyyətli şəxsləri tərəfindən müvafiq sənədləri imzalanmaqla rəsmiləşdirilir. Müqavilənin ümumi məbləği X1 göstərilir. Müqavilə üzrə ödənişlər X2 “Alıcı”ya təqdim edildikdən sonra ödəniş formasında “Satıcı”nın bu Müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Bu Müqavilədə nəzərdə tutulmuş öhdələklərin yerinə yetirilməməsi və lazımınca yerinə yetirilməməsi hallarında təqsirli tərəf Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, zəzərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərə görə məsuliyyət daşıyır. Tərəflər bu Müqavilənin şərtlərinin pozaraq bir-birinə vurduqları zərərə görə mülki məsuliyyət daşıyırlar. Bu Müqavilədən irəli gələn və ya onunla bağlı yaranan hər hansı mübahisə və ya fikir ayrılığı tərəflərin qarşılıqlı razılığı ilə həll edilir. Tərəflər mübahisənin yarandığı vaxtdan 15 gün ərzində qarşılıqlı razılığa gələ bilmədikləri halda, həmin mübahisə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll ediləcəkdir. Tərəflər arasında bağlanmış 07 dekabr 2019-cu il tarixli 44/19 nömrəli Alqı- Satqı Müqaviləsinin 1.1, 2.1, 2.2, 4.1, 4.2, 5.1, 5.2 və 8-ci bəndlərinə əsasən bu Müqavilə üzrə “Satıcı” İddiaçı MMC “Alıcı” Cavabdehnə X1 göstərilən Malları (mərmər və qranit) bu Müqavilənin şərtlərinə əsasən satır, “Alıcı” isə həmin Malları (mərmər və qranit) alır və razılaşdırılmış məbləği Müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. “Satıcı” Malları müvafiq sənədlərlə, elektron qaimə-faktura və hesab-faktura ilə birgə “Alıcı”ya təhvil verir. Təhvil-təslim tərəflərin səlahiyyətli şəxsləri tərəfindən müvafiq sənədləri imzalanmaqla rəsmiləşdirilir. Çatdırılma mal sifarişi verildikdən sonra 15 gün ərzində həyata keçirilir. Müqavilənin ümumi məbləği X1 göstərilir. Müqavilə üzrə ödənişlər X2 “Alıcı”ya təqdim edildikdən sonra 70% (yetmiş faiz) avans formasında, qalan məbləğ mal təhvil verildikdən sonra 5 (beş) iş günü ərzində “Satıcı”nın bu Müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Bu Müqavilədə nəzərdə tutulmuş öhdələklərin yerinə yetirilməməsi və lazımınca yerinə yetirilməməsi hallarında təqsirli tərəf Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, zəzərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərə görə məsuliyyət daşıyır. Tərəflər bu Müqavilənin şərtlərinin pozaraq bir-birinə vurduqları zərərə görə mülki məsuliyyət daşıyırlar. Bu Müqavilədən irəli gələn və ya onunla bağlı yaranan hər hansı mübahisə və ya fikir ayrılığı tərəflərin qarşılıqlı razılığı ilə həll edilir. Tərəflər mübahisənin yarandığı vaxtdan 15 gün ərzində qarşılıqlı razılığa gələ bilmədikləri halda, həmin mübahisə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll ediləcəkdir. Belə ki, tərəflər arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli 14/18 nömrəli Alqı-Satqı Müqaviləsinin 07 sentyabr 2018-ci il tarixli 01 saylı Əlavə Razılaşmasına (EAAM seriyalı 781974 saylı, 11 oktyabr 2018-ci il tarixli Elektron qaiməsinə və 11 oktyabr 2018-ci il tarixli 01 saylı təhviltəslim aktına əsasən) əsasən dəyəri 16670,51 (on altı min altı yüz yetmiş manat 51 qəpik, ƏDV məbləği daxil olmaqla) manat; 09 noyabr 2018-ci il tarixli 02 saylı Əlavə Razılaşmasına (EAAO seriyalı 052208 saylı, 03 dekabr 2018-ci il tarixli Elektron qaiməsinə və 02 saylı 03 dekabr 2018-ci il tarixli təhvil-təslim aktına əsasən) əsasən dəyəri 3282,76 (üç min iki yüz səksən iki manat 76 qəpik, ƏDV məbləği daxil olmaqla) manat; 28 noyabr 2018-ci il tarixli 03 saylı Əlavə Razılaşmasına (EAAO seriyalı 051364 saylı, 03 dekabr 2018-ci il tarixli Elektron qaiməsinə və 03 dekabr 2018-ci il tarixli 03 saylı təhvil-təslim aktına əsasən) əsasən dəyəri 141,60 (yüz qırx bir manat 60 qəpik, ƏDV məbləği daxil olmaqla) manat, ümumilikdə 20094,87 (iyirmi min doxsan dörd manat 87 qəpik, ƏDV məbləği daxil olmaqla) manat, tərəflər arasında bağlanmış 07 dekabr 2019-cu il tarixli 44/19 nömrəli Alqı-Satqı Müqaviləsinin 13 aprel 2020-ci il tarixli 01 saylı Əlavə Razılaşmasına (EBAİ seriyalı 734905 saylı, 13 aprel 2020-ci il tarixli Elektron qaiməsinə və 04 saylı 13 aprel 2020-ci il tarixli təhvil-təslim aktına əsasən) əsasən dəyəri 5042,42 (beş min qırx iki manat 42 qəpik, ƏDV məbləği daxil olmaqla) manat; 11 iyun 2020-ci il tarixli 02 saylı Əlavə Razılaşmasına (EBAL seriyalı 021433 saylı, 11 iyun 2020-ci il tarixli Elektron qaiməsinə və 05 saylı 11 iyun 2020-ci il tarixli təhvil-təslim aktına əsasən) əsasən dəyəri 15127,20 (on beş min yüz iyirmi yeddi manat 20 qəpik, ƏDV məbləği daxil olmaqla) manat, ümumilikdə 20169,62 (iyirmi min yüz altmış doqquz manat 62 qəpik, ƏDV məbləği daxil olmaqla) manat olmaqla, cəmi dəyəri 40264,49 (qırx min iki yüz altmış dörd manat 49 qəpik, ƏDV məbləği daxil olmaqla) manat təşkil edən mallar İddiaçı MMC tərəfindən Cavabdehnə göndərilmişdir (satılmışdır). Hazır kı, vaxta kimi 07 dekabr 2019-cu il tarixli 44/19 nömrəli Alqı-Satqı Müqaviləsinin 11 iyun 2020-ci il tarixli 02 saylı Əlavə Razılaşması üzrə 15127,20 (on beş min yüz iyirmi yeddi manat 20 qəpik, ƏDV məbləği daxil olmaqla) manat, 07 sentyabr 2018-ci il tarixli 14/18 nömrəli Alqı-Satqı Müqaviləsinin 09 noyabr 2018-ci il tarixli 02 saylı Əlavə Razılaşması üzrə 500,76 (beş yüz manat 76 qəpik) manat ƏDV məbləği və 28 noyabr 2018-ci il tarixli 03 saylı Əlavə Razılaşması üzrə 21,60 (iyirmi bir manat 60 qəpik) manat ƏDV məbləği cavabdeh tərəfdən iddiaçıya ödənilməmişdir. İddiaçı MMC Cavabdehnə dəyəri 16670,51 (ƏDV daxil olmaqla) manat təşkil edən malları 11 oktyabr 2018-ci tarixdə, dəyəri 3282,76 (ƏDV daxil olmaqla) manat təşkil edən malları 03 dekabr 2018-ci il tarixdə, dəyəri 141,60 (ƏDV daxil olmaqla) manat təşkil edən malları 03 dekabr 2018-ci il tarixdə, dəyəri 5042,42 (ƏDV daxil olmaqla) manat təşkil edən malları 13 aprel 2020-ci il tarixdə və dəyəri 15127,20 (ƏDV daxil olmaqla) manat təşkil edən malları 11 iyun 2020-ci il tarixdə təhvil vermişdir. Lakin, Cavabdeh həmin tarixdən başlayaraq 07 dekabr 2019-cu il tarixli 44/19 nömrəli Alqı-Satqı Müqaviləsinin 11 iyun 2020-ci il tarixli 02 saylı Əlavə Razılaşması üzrə 15127,20 (ƏDV məbləği daxil olmaqla) manat təşkil edən mallar üzrə borcunu hazırkı vaxta kimi ödəməmişdir. Bu səbəbdən Cavabdehndən 11 iyun 2020-ci il tarixdən başlayaraq 11 avqust 2021-ci il tarixədək ümumi borc məbləği olan 15127,20 manat üçün hər gecikdirilmiş gün üçün Mərkəzi Bankın müəyyən etdiyi bank uçot faiz dərəcəsi (bank uçot faiz dərəcəsi 31 yanvar 2020-ci ildən 7,25%, 19 mart 2020-ci ildən 7,25%, 01 may 2020-ci ildən 7,25%, 19 iyun 2020-ci ildən 7%, 30 iyul 2020-ci ildən 6,75, 18 sentyabr 2020-ci ildən 6,5%, 18 dekabr 2020-ci ildən 6,25%, 2020-ci il üzrə ortalama 6,89% və 2021-ci il üzrə ortalama 6,0%) (gecikdirilmə günləri: 2020-ci il üçün iyun ayı-19 gün, iyul ayı-31 gün, avqust ayı-30 gün, sentyabr ayı- 30 gün, oktyabr ayı-31 gün, noyabr ayı-30 gün və dekabr ayı-31 gün, cəmi isə 202 gün; 2021-ci ilin üçün yanvar ayı-31 gün, fevral ayı-31 gün, mart ayı-31 gün, aprel ayı-30 gün, may ayı-31 gün, iyun ayı-30 gün, iyul ayı-31 gün və avqust ayı-11 gün, cəmi isə 223 gün təşkil etmişdir). 2020-ci il üçün borc məbləğinə həmin il üçün faiz uçot dərəcəsi nəzərə alınmaqla illik 1042,26 (min qırx iki manat 26 qəpik) manat/ 366 gün (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə 2020-ci ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq ediməsi barədə qərarına əsasən 2020-ci ilin fevral ayı 29 təqvim günündən, il isə 366 təqvim günündən ibarətdir)= hər gün üçün 2,85 manat x 202 gün=575,70 (beş yüz yetmiş beş manat 70 qəpik) manat və 2021-ci il üçün borc məbləğinə həmin il üçün faiz uçot dərəcəsi nəzərə alınmaqla illik 907,63 (doqquz yüz yeddi manat 63 qəpik) manat/365 gün (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə 2021-ci ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq ediməsi barədə qərarına əsasən 2021-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir)= hər gün üçün 2,49 manat x 223 gün=555,27 (beş yüz əlli beş manat 27 qəpik) manat olmaqla, ümumilikdə 1462,90 (min dörd yüz altmış iki manat 90 qəpik) manat təşkil edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdehndən 07 sentyabr 2018-ci il tarixli 14/18 nömrəli Alqı-Satqı Müqaviləsinin 09 noyabr 2018-ci il tarixli 02 saylı “Əlavə Razılaşması” üzrə ödənilməli olan 500,76 manat ƏDV məbləği borcu və həmin Alqı-Satqı Müqaviləsinin 28 noyabr 2018-ci il tarixli 03 saylı “Əlavə Razılaşması” üzrə ödənilməli olan 21,60 manat ƏDV məbləği borcu, 07 dekabr 2019-cu il tarixli 44/19 nömrəli Alqı-Satqı Müqaviləsinin 11 iyun 2020-ci il tarixli 02 saylı “Əlavə Razılaşması” üzrə ödənilməli olan ƏDV məbləği daxil olmaqla 15127,20 manat borc və gecikdirilmiş müddət ərzində hesablanmış 1462,90 manat faiz borcu və dövlət büdcəsinə ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 17142,86 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli 14/18 nömrəli Alqı-satqı Müqaviləsinin 1.1-ci bəndinə əsasən, “Satıcı” “Alıcı’ya X1 göstərilən Malları bu müqavilənin şərtlərinə əsasən satır, “Alıcı” isə həmin Malları alır və razılaşdırılmış məbləği Müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, “Satıcı” malları müvafiq sənədlərlə, Elektron qaimə-faktura, X2 və hesab-faktura ilə birgə “Alıcı”ya təhvil verir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, təhvil-təslim tərəflərin səlahiyyətli şəxsləri tərəfindən müvafiq sənədlərlə imzalamaqla rəsmiləşdirilir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilənin ümümi məbləği X1 göstərilib. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, müqavilə üzrə ödənişlər X2 Alıcıya təqdim edildikdən sonra ödəniş formasında “Satıcı’’nın bu Müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, bu Müqavilə hər iki tərəfin nümayəndələri tərəfindən imzalandığı andan qüvvəyə minir və tərəflərin qarşılıqlı razılığı əsasında ləğv oluna bilər. Həmin Müqavilənin 8-ci bəndinə əsasən, bu Müqavilədən irəli gələn və ya onunla bağlı yaranan hər hansı mübahisə və ya fikir ayrılığı tərəflərin qarşılıqlı razılığı ilə həll ediləcək. Tərəflər mübahisənin yarandığı vaxtdan 15 gün ərzində qarşılıqlı razılığa gələ bilmədikləri halda, həmin mübahisə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll ediləcək. İş materiallarında olan 07 sentyabr 2018-ci il tarixli 14/18 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə tərtib edilmiş 07 sentyabr 2018-ci il tarixli 01 saylı Əlavə Razılaşmadan, 11 oktyabr 2018-ci il tarixli 01 nömrəli Təhvil-Təslim Aktından və 11 oktyabr 2018-ci il tarixli № EAAM 781974 saylı elektron-qaimədən görünür ki, 11 oktyabr 2018-ci ildə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdehnə ƏDV daxil cəmi 16670,51 manat (malın dəyəri – 14127,55 manat; ƏDV 18% - 2542,96 manat) dəyərində mərmər və qranit məhsulları satılmışdır. İş materiallarında olan 07 sentyabr 2018-ci il tarixli 14/18 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə tərtib edilmiş 09 noyabr 2018-ci il tarixli 02 saylı Əlavə Razılaşmadan, 03 dekabr 2018-ci il tarixli 02 nömrəli Təhvil-Təslim Aktından və 03 dekabr 2018-ci il tarixli № EAAO 052208 saylı elektron-qaimədən görünür ki, 03 dekabr 2018-ci ildə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdehnə ƏDV daxil cəmi 3282,76 manat (malın dəyəri - 2782 manat; ƏDV 18% - 500,76 manat) dəyərində mərmər və qranit məhsulları satılmışdır. İş materiallarında olan 07 sentyabr 2018-ci il tarixli 14/18 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə tərtib edilmiş 28 noyabr 2018-ci il tarixli 03 saylı Əlavə Razılaşmadan, 03 dekabr 2018-ci il tarixli 03 nömrəli Təhvil-Təslim Aktından və 03 dekabr 2018-ci il tarixli № EAAO 051364 saylı elektron-qaimədən görünür ki, 03 dekabr 2018-ci ildə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdehnə ƏDV daxil cəmi 141,60 manat (malın dəyəri - 120 manat; ƏDV 18% - 21,60 manat) dəyərində mərmər və qranit məhsulları satılmışdır. İş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 07 dekabr 2019-cu il tarixli 44/19 nömrəli Alqı-satqı Müqaviləsinin 1.1-ci bəndinə əsasən, “Satıcı” “Alıcı”ya X1 göstərilən Malları (mərmər və qranit) bu müqavilənin şərtlərinə əsasən satır, “Alıcı” isə həmin Malları (mərmər və qranit) alır və razılaşdırılmış məbləği Müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, “Satıcı” Malları müvafiq sənədlərlə, elektron-qaimə faktura və hesab-faktura ilə birgə “Alıcı”ya təhvil verir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, təhvil-təslim tərəflərin səlahiyyətli şəxsləri tərəfindən müvafiq sənədlərlə imzalamaqla rəsmiləşdirilir. Çatdırılma mal sifariş verildikdən sonra 15 gün ərzində həyata keçirilir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilənin ümümi məbləği X1 göstərilir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, müqavilə üzrə ödənişlər X2 Alıcıya təqdim edildikdən sonra 70% (yetmiş faiz) avans formasında, qalan məbləğ mal təhvil verildikdən sonra 5 (beş) iş günü ərzində “Satıcı”nın bu Müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, bu Müqavilə hər iki tərəfin nümayəndələri tərəfindən imzalandığı andan qüvvəyə minir və tərəflərin qarşılıqlı razılığı əsasında ləğv oluna bilər. Həmin Müqavilənin 8-ci bəndinə əsasən, bu Müqavilədən irəli gələn və ya onunla bağlı yaranan hər hansı mübahisə və ya fikir ayrılığı tərəflərin qarşılıqlı razılığı ilə həll ediləcək. Tərəflər mübahisənin yarandığı vaxtdan 15 gün ərzində qarşılıqlı razılığa gələ bilmədikləri halda, həmin mübahisə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll ediləcək. İş materiallarında olan 07 dekabr 2019-cu il tarixli 44/19 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə tərtib edilmiş 13 aprel 2020-ci il tarixli 01 saylı Əlavə Razılaşmadan, 13 aprel 2020-ci il tarixli 01 nömrəli Təhvil-Təslim Aktından və 13 aprel 2020-ci il tarixli № EBAİ 734905 saylı elektron-qaimədən görünür ki, 13 aprel 2020-ci ildə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdehnə ƏDV daxil cəmi 5042,42 manat (malın dəyəri – 4273,24 manat; ƏDV 18% - 769,18 manat) dəyərində mərmər və qranit məhsulları satılmışdır. İş materiallarında olan 07 dekabr 2019-cu il tarixli 44/19 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə tərtib edilmiş 11 iyun 2020-ci il tarixli 02 saylı Əlavə Razılaşmadan, 11 iyun 2020-ci il tarixli 02 nömrəli Təhvil-Təslim Aktından və 11 iyun 2020-ci il tarixli № EBAL 021433 saylı elektron-qaimədən görünür ki, 11 iyun 2020-ci ildə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdehnə ƏDV daxil cəmi 15127,20 manat (malın dəyəri – 12819,66 manat; ƏDV 18% - 2307,54 manat) dəyərində qranit məhsulları satılmışdır. İş materiallarında olan iddiaçı “A.R.Z. Stone" MMC tərəfindən tərtib edilmiş 09 sentyabr 2021-ci il tarixli 01 nömrəli Arayışda göstərilir ki, satıcı İddiaçı MMC tərəfindən 07 dekabr 2019-cu il tarixli 44/19 nömrəli Müqavilə üzrə alıcı Cavabdehnə ümumi dəyəri 20169,62 inşaat materialı (qranit) təhvil verilmişdir (17092,90 manat əsas + 3076,72 manat ƏDV-18%). Həmin məbləğdən alıcı Cavabdeh tərəfindən 17 aprel 2020-ci il tarixində əsas borc üzrə 4273,24 və ƏDV borcu üzrə isə 769,18 manat olmaqla, ümumilikdə 5042,42 manat məbləğində ödəniş həyata keçirilmişdir. 09 sentyabr 2021-ci il tarixinə alıcı Cavabdeh 07 dekabr 2019-cu il tarixli 44/19 nömrəli Müqavilə üzrə satıcı İddiaçı MMC-yə olan borcu 12819,66 manat əsas borc və 2307,54 manat ƏDV borcu olmaqla, cəmi 15127,20 (on beş min yüz iyirmi yeddi manat 20 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli 14/18 nömrəli və 07 dekabr 2019-cu il tarixli 44/19 nömrəli Alqı- Satqı Müqavilələri üzrə inşaat materiallarının (mərmər və qranit) alqı-satqısı baş tutmuş və həmin alqı-satqı ilə əlaqədar İddiaçı MMC 07 sentyabr 2018-ci il tarixli 14/18 nömrəli Alqı- Satqı Müqaviləsinin 09 noyabr 2018-ci il tarixli 02 saylı Əlavə Razılaşması üzrə ödənilməmiş 500,76 manat ƏDV borcunun və 28 noyabr 2018-ci il tarixli 03 saylı Əlavə Razılaşması üzrə ödənilməmiş 21,60 manat ƏDV borcunun, 07 dekabr 2019-cu il tarixli 44/19 nömrəli Alqı-Satqı Müqaviləsinin 11 iyun 2020-ci il tarixli 02 saylı Əlavə Razılaşması üzrə ödənilməmiş ƏDV daxil cəmi 15127,20 manat borcun və gecikdirilmiş müddət ərzində 1462,90 manat faiz borcunun Cavabdehndən tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, alıcı Cavabdeh (VÖEN **********) Şirkəti satıcı İddiaçı MMC (VÖEN **********) ilə bağlanmış alqı-satqı müqavilələri üzrə öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, Cavabdehndən 07 sentyabr 2018-ci il tarixli 14/18 nömrəli Alqı-Satqı Müqaviləsinin 09 noyabr 2018-ci il tarixli 02 saylı Əlavə Razılaşması üzrə 500,76 manat məbləğində ƏDV (X4) borcu və 28 noyabr 2018-ci il tarixli 03 saylı Əlavə Razılaşması üzrə 21,60 manat məbləğində ƏDV borcu, 07 dekabr 2019-cu il tarixli 44/19 nömrəli Alqı-Satqı Müqaviləsinin 11 iyun 2020-ci il tarixli 02 saylı Əlavə Razılaşması üzrə isə 15127,20 manat məbləğində borcun (ƏDV daxil) İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Lakin, məhkəmə araşdırması zamanı iddia tələbinin qalan hissədə, yəni “gecikdirilmiş müddət ərzində 1462,90 manat məbləğində faiz borcunun tutulması” hissəsində iddia tələbinin əsaslılığı sübuta yetməmişdir. Eyni zamanda, bununla əlaqədar qeyd etmək lazımdır ki, tərəflər arasında bağlanmış 07 dekabr 2019-cu il tarixli 44/19 nömrəli Alqı-Satqı Müqaviləsində müqavilə üzrə ödənişlərin X2 “Alıcı”ya təqdim edildikdən sonra 70% (yetmiş faiz) avans formasında, qalan məbləğ mal təhvil verildikdən sonra 5 (beş) iş günü ərzində “Satıcı”nın bu Müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə həyata keçirilməsi (Müqavilənin 4.2-ci bəndi) və eləcə də, “Mübahisələrin həlli” qaydasının təsbit olunduğu 8ci bəndinin tələblərinə görə tərəflər mübahisənin yarandığı vaxtdan 15 gün ərzində qarşılıqlı razılığa gələ bilmədikləri halda, həmin mübahisə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilməli olması nəzərdə tutulmasına baxmayaraq, iddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, 11 iyun 2020-ci il tarixli 02 saylı Əlavə Razılaşma üzrə ƏDV daxil cəmi 15127,20 manat dəyərində malın 11 iyun 2020-ci ildə təhvil verilməsi zamanı ödənişlər həmin Müqavilənin 4.2-ci bəndində nəzərdə tutulduğu qaydada aparılmamış və həmçinin, bununla əlaqədar Müqavilənin 8-ci bəndində nəzərdə tutulduğu kimi 15 gündən sonra deyil, 200 gündən çox müddət keçdikdən sonra məhkəməyə müraciət olunmuş və bu zaman iddia ərizəsinin təsviri hissəsində qeyd olunduğu qaydada “202 gün” və “223 gün” müddətlərinə ümumilikdə “gecikdirilmiş müddət ərzində 1462,90 manat məbləğində faiz borcu” hesablanmışdır. Elə bu halın özü də, qeyd olunan həmin iddia tələbinin əsaslılığının məhkəmə araşdırması zamanı sübuta yetirilməsini zəruri etmişdir. Ancaq, iddiaçı tərəf məhkəmə araşdırması zamanı “gecikdirilmiş müddət ərzində 1462,90 manat məbləğində faiz borcunun tutulması” hissəsində iddia tələbinin əsaslılığını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdehndən 07 sentyabr 2018-ci il tarixli 14/18 nömrəli Alqı-Satqı Müqaviləsinin 09 noyabr 2018-ci il tarixli 02 saylı Əlavə Razılaşması üzrə 500,76 manat məbləğində ƏDV (X4) borcu və 28 noyabr 2018-ci il tarixli 03 saylı Əlavə Razılaşması üzrə 21,60 manat məbləğində ƏDV borcu, 07 dekabr 2019-cu il tarixli 44/19 nömrəli Alqı-Satqı Müqaviləsinin 11 iyun 2020-ci il tarixli 02 saylı Əlavə Razılaşması üzrə 15127,20 manat məbləğində borc (ƏDV daxil) tutulmalıdır. İddia tələbi cavabdehdən “gecikdirilmiş müddət ərzində 1462,90 manat məbləğində faiz borcunun tutulması” hissəsində isə əsaslılığı sübuta yetmədiyinə görə təmin olunmamalıdır. Eləcə də, iddia ərizəsi və "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazası ilə müəyyən olunur ki, hazırkı iş üzrə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmiş (24 iyun 2021-ci il tarixli ********* nömrəli Ödəniş Qəbzi) olduğundan, Cavabdehndən də ödənilmiş həmin məbləğdə dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 07 sentyabr 2018-ci il tarixli 14/18 nömrəli Alqı-Satqı Müqaviləsinin 09 noyabr 2018-ci il tarixli 02 saylı Əlavə Razılaşması üzrə 500,76 (beş yüz manat 76 qəpik) manat məbləğində ƏDV (X4) borcu və 28 noyabr 2018-ci il tarixli 03 saylı Əlavə Razılaşması üzrə 21,60 (iyirmi bir manat 60 qəpik) manat məbləğində ƏDV borcu, 07 dekabr 2019-cu il tarixli 44/19 nömrəli Alqı-Satqı Müqaviləsinin 11 iyun 2020-ci il tarixli 02 saylı Əlavə Razılaşması üzrə 15127,20 (on beş min yüz iyirmi yeddi manat 20 qəpik) manat məbləğində borc (ƏDV daxil) və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla - cəmi 15679,56 (on beş min altı yüz yetmiş doqquz manat 56 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar