Məhkəmə qərarları › İş №e-2-2(119)-888/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-888/2024

15.05.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-888/2024 15.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək 03 may 2024-cü il tarixinə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna olan 1976,18 (min doqquz yüz yetmiş altı manat, on səkkiz qəpik) manat məbləğində borcun və İcbari Tibbi Sığorta Fonduna olan 221,62 (iki yüz iyirmi bir manat, altmış iki qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi - xx xxxxxx 1938-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar ərizəçi tərəfindən maraqlı şəxsə qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizəçi tərəfindən tərtib olunaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizənin “Tərəflər” bölməsində Maraqlı şəxs yaşayış yeri “AZ1003, Bakı şəhəri, Səbail rayonu, Cənub körpüsü, ev 17” kimi qeyd olunmuşdur. Bundan əlavə, ərizəyə əlavə edilmiş və maraqlı şəxsə ünvanlanmış 12 yanvar 2024-cü il tarixli xəbərdarlıq məktubu həmin ünvana - ünvan 1ə edilmiş maraqlı şəxsə aid “Fiziki şəxs haqqında məlumat” sənədində, o cümlədən ona ünvanlanmış borc bildirişlərində də maraqlı şəxsə məxsus ünvan kimi ərizənin “Tərəflər” bölməsində və xəbərdarlıq məktubunda qeyd edilmiş ünvan, yəni “AZ1003, ünvan 2lınmalıdır ki, qeyd edilən bu ünvanların yerləşdiyi inzibati ərazi - Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. “Elektron məhkəmə” İnformasiya sistemindən əldə edilmiş məlumatlarla isə müəyyən edilir ki, maraqlı şəxs məcburi köçkün statusundadır və Zəngilan rayonu, Babaylı kəndi üzrə rəsmi qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən, məhkəmənin gəldiyi nəticə budur ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilməli olduğundan, hazırkı ərizənin “Tərəflər” bölməsində və yuxarıda sadalanan digər iş materiallarında maraqlı şəxsin yaşayış yeri Sumqayıt Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasına daxil olmayan inzibati ərazi vahidi - Bakı şəhərinin Səbail rayonu göstərildiyindən, eyni zamanda ərizəyə məcburi köçkün olan maraqlı şəxsin yaşayış yeri barədə səlahiyyətli dövlət orqanının müvafiq sənədi əlavə edilmədiyindən hazırkı iş üzrə maraqlı şəxsin Sumqayıt Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasına aid hər hansısa inzibati ərazi vahidlərindən birində yaşaması müəyyən olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələblərinə görə, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar