Məhkəmə qərarları › İş №e-2-2(119)-915/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-915/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-915/2021 14.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı enerji borcunun ödənilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh X1 istifadə etdiyi elektrik enerjisinə görə 902,24 manat (doqquz yüz iki manat iyirmi dörd qəpik) məbləğində qalıq borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” QSC-nin hesabına ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdeh X2 ünvanı “Quba rayonu, 2-ci Nügədi kəndi” kimi göstərilsədə İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin www.e-taxes.gov.az internet səhifəsində olan açıq məlumatlardan görünür ki, cavabdeh X4 ********** saylı (VÖEN) şəhadətnamə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Göründüyü kimi cavabdeh fərdi sahibkar statusu ilə Bakı şəhərində qeydiyyata alınmaqla Bakı şəhərində fəaliyyət göstərməkdədir. Cavabdeh vergi ödəyicisi kimi qeydiyyata alınmış fiziki şəxs olduğundan ona qarşı müvafiq iddia ərizəsi də rəsmi qeydiyyata alındığı yerin məhkəməsinə verilməlidir. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi iddiaçı cavabdehin Bakı şəhəri Sabunçu vağzalı ərazisində yerləşən “Economik” ticarət obyektini elektrik enerjisi ilə təchiz edir. Mülki- Prosessual Məcəllənin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı şəhərinin bütün rayonları Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Belə olduqda isə Mülki-Prosessual Məcəllənin 35.1 və 152.1.3-cü maddələrinə əsasən hazırkı işə ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxıla bilməz. Mülki-Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Mülki-Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar