Məhkəmə qərarları › İş №e-2-2(119)-920/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-920/2024

08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-920/2024 08.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 15 may 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 01 sentyabr 2023-cü il tarixli “İkra2023/079” saylı X3 ilə təsdiq olunmuş öhdəliklər nəticəsində yaranmış 14084 manat məbləğində əsas borc, “özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya 7,75 faizini təşkil edən 1092 manat pul”, vəkilin göstərdiyi hüquqi yardıma görə vəkil qurumuna ödənilmiş 450 manat pul və məhkəmənin hesabına ödənilmiş 132 manat dövlət rüsumu olmaqla, cəmi 15758 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, yük göndərən Cavabdeh (cavabdeh) ilə daşıyıcı İddiaçı (iddiaçı) arasında 01 sentyabr 2023-cü il tarixli “İkra2023/079” nömrəli X3 bağlanmış və həmin Müqavilə əsasında iddiaçı cavadeh üçün 6 dəfə yük daşınma işlərini həyata keçirmişdir. İddiaçı yük daşıma ilə əlaqədar üzərinə düşən öhdəlikləri tam yerinə yetirmiş və cavabdeh iddiaçının yük daşıma xidmətindən razı qalmışdır. Lakin, 2023-cü ildə cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş və buna görə də borcu yaranmışdır. Belə ki, Belçikanın Fribourg şəhərindən 18 sentyabr 2023-cü ildə 01 AEL 257-01 ANG828 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə yükləmələr həyata keçirilmiş və həmin yük 09 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhərində tam və qüsursuz şəkildə cavabdehə təhvil verilmişdir. Bu barədə 09 oktyabr 2023-cü il tarixdə hər iki tərəfin rəsmiləri tərəfindən 2 nömrəli akt tərtib edilmiş və hər iki tərəfin səlahiyyətli şəxsləri həmin aktı imzalayaraq, möhür ilə təsdiq etmişlər. Bu daşınmanın haqqı 10852,49 manat (6050 EURO) təşkil etmiş və bununla bağlı iddiaçı tərəfindən 16 oktyabr 2023-cü ildə 585143 nömrəli elektron qaimə qarşı tərəfə rəsmi olaraq çatdırılmışdır. X5 hər hansı irad, etiraz olmamışdır. Bundan başqa, Belçika-Fribourg şəhərində 26 sentyabr 2023-cü ildə daşınılan yük ** YS *** – 38 AEK 227 dövlət nömrə nişanlı avtomobilə yüklənmiş və həmin yük iddiaçı tərəfindən daşınaraq 13 oktyabr 2023-cü ildə Sumqayıt şəhərində qüsursuz şəkildə cavabdehə təhfil verilmişdir. Bu barədə də 13 oktyabr 2023-cü ildə 03 nömrəli akt tərtib olunaraq, təsdiq olunmuşdur. Həmin daşınma haqqı isə 11388,73 manat (6350 EURO) təşkil etmiş və iddiaçı tərəfindən 16 oktyabr 2023-cü il tarixdə 585143 nömrəli elektron qaimə qarşı tərəfə rəsmi olaraq çatdırılmışdır. X5 də hər hansı etiraz daxil olmamışdır. Bundan başqa, 22 noyabr 2023-cü ildə cavabdehə məxsus yük Türkiyənin Kayseri şəhərində ** DE *** – ** ZA *** dövlət nömrə nişanlı avtomobilə yüklənmiş və 06 dekabr 2023-cü il tarixdə həmin yük Sumqayıt şəhərində iddiaçı tərəfindən cavabdehə qüsursuz təhvil verilmişdir. Bu barədə 06 dekabr 2023-cü il tarixdə 4 nömrəli akt tərtib olunmuşdur. Bu daşınmanın haqqı isə 5695 manat (3350 ABŞ dolları) təşkil etmiş və bu barədə cavabdeh tərəfə 06 dekabr 2023-cü il tarixdə hesab-faktura təqdim edilmişdir. Cavabdeh tərəfindən buna da hər hansı etiraz daxil olmamışdır. Yuxarıda qeyd olunan bu üç yük daşınmaları üzrə cavabdehin yekun olaraq 17084 manat borcu yaranmış və həmin borcdan cavabdeh tərəfindən 3 min manat ödənilsə də, yekun olaraq həmin borcun 14084 manat hissəsi ödənilməmiş və nəticədə cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Hər yük yüklənməmişdən qabaq müqavilənin tərkib hissəsi olan əlavələr ilə cavabdeh tərəf sifarişi rəsmi təqdim etmiş, bütün şərtlər iddiaçı tərəfindən qəbul olunmuşdur. Eləcə də, cavabdeh müəyyən edilmiş daşınma haqqını ödəməyi və onun qaydasını bir daha qəbul etmiş, öz öhdəliliklərini imzaları və möhürü ilə təsdiq etmişdir. İlkin danışıqlara və müqavilənin tərkib hissəsinə zidd mövqe nümayiş etdirən cavabdehin müqavilə öhdəliklərini təkrarən (3 dəfə) pozması halları bu nəticəyə gəlməyə əsas verir ki, problemli tərəf öz hərəkətlərini qeyrisəmimi niyyətə hesablamış və belə münasibətlərin davam etməsi əlavə çətinliklərə aparır. Cavabdehin məhkəməyə qədər də olan hərəkətləri bu nəticəni bir daha təsdiq edir. Belə ki, yekun olaraq borcun bir qismi ödənilsə də, 14084 manat daşınma haqqı ödənilməmiş qalmışdır. Dəfələrlə aparılan danışıqlar və göndərilən xəbərdarlıq (pretenziya) məktubu nəticəsiz qalmış və həmin borc ödənməmişdir. Ona görə də, məhkəmə yolu ilə borcun ödənilməsi tələbi irəli sürülmüşdür. Bütün mövcud halları, faktiki vəziyyəti nəzərə alaraq bu nəticəyə gəlmək olar ki, iddia tələbi əsaslıdır. Bundan əlavə, X4 Heyətinin 01 fevral 2024cü il tarixli Qərarı ilə bank uçot dərəcəsi 7,75 faiz müəyyən olunumşdur. Ona görə də, 14084 manat əsas borcun 7,75 faizi 1092 manat təşkil edir. Həmin faiz borcu da cavabdehdən tutulmalıdır. Bu borc mübahisəsi üzrə hüquqi yardım göstərilməsinə dair müqaviləyə uyğun olaraq məhkəməyə qədər sənədlərin hazırlanması, mediasiya proseslərində iştirak, məsələnin sülh yolu ilə həli üçün müvafiq hərəkətlərin aparılması və məhkəmə instansiyalarında iştirak etmək və digər bütün hüquqi üsul və vasitələrdən istifadə olunması məqsədi ilə iddiaçı tərəfindən vəkilin hesabına isə 450 manat pul ödənilmişdir və həmin məbləğ də cavabdehdən tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə 132 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən məhkəmənin hesabına ödənilmişdir. Ödənilən rüsum da cavabdehin hesabından tutularaq iddiaçının hesabına ödənilməlidir. Beləliklə, daşıyıcı-ekspeditor olaraq iddiaçı tərəfindən yüklərin daşınıb təhvil verilməsini, bununla bağlı yük göndərənsifarişçi olaraq cavabdeh tərəfindən iddiaçının öhdəliyinin icrası ilə bağlı hər hansı iradı olmadığını, yüklərin tam qüsursuz vəziyyətdə cavabdeh tərəfindən təhvil alındığını, sənədləşmənin əsaslarını, daşınma haqqının 14084 manat hissəsinin ödənilmədiyini və mövcud digər halları nəzərə alaraq bu nəticəyə gəlmək olar ki, bu iddia tələbi əsaslı və qanunidir və təmin olunmalıdır. İş üzrə 08 avqust 2024-cü ildə keçirilən məhkəmə baxış iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və 01 sentyabr 2023-cü il tarixli “İkra2023/079” saylı X3 ilə təsdiq olunmuş öhdəliklər nəticəsində yaranmış 14084 manat məbləğində əsas borcun, həmin borcun 7,75 faizini təşkil edən 1092 manat pulun, vəkilin göstərdiyi hüquqi yardıma görə vəkil qurumuna ödənilmiş 450 manat pulun və iddia ərizəsi verilərkən məhkəmənin hesabına ödənilmiş 132 manat dövlət rüsumunun əvəzinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş üzrə 17 iyul 2024-cü ildə keçirilən məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qismən, yəni hazırkı iddia tələbini "daşınma haqqı olan 14084 manat əsas borcun, 450 manat vəkil haqqının və 132 manat dövlət rüsumunun tutulması" hissəsində qəbul etdiyini, lakin “1092 manat faiz borcunun tutulması” hissəsində isə qəbul etmədiyini bildirsə də, 08 avqust 2024-cü ildə keçirilən məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən Cavabdeh nümayəndəsi məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq məhkəmə baxış iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, "daşıyıcı" İddiaçı (VÖEN **********) ilə "yük göndərən" Cavabdeh (VÖEN **********) arasında bağlanmış 01 sentyabr 2023-cü il tarixli “İKRA 2023/079” nömrəli X2 əsasən, "Daşıyıcı" yükü, hər yükə görə tərtib olunmuş Beynəlxalq əmtəə yük qaiməsində göstərilən şəhərdən (ölkədən) digər şəhərə (ölkəyə) daşımağı, “Yük göndərən” isə "Daşıyıcı"ya yükləmədən sonra Əlavədə göstərilən müddət ərzində daşınma haqqını tam ödəməyi öhdəsinə götürmüşdür (1.1-ci bənd). Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, "Daşıyıcı" yükün daşınmasına görə tərtib edilmiş əlavəsində yükləmə və boşaltma məntəqəsindən asılı olaraq göstərilən müddətdə yüklərin daşınmasını öhdəsinə götürür. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, "Daşıyıcı”nın daşımağa təhvil aldığı hər yük üçün malı müşayiət edəcək qaimədə və Əlavədə yükün “brutto” çəkisi, həcmi, miqdarı və növü barəsində məlumatlar təsbit olunacaqdır. Həmin Müqavilənin 9.2-ci bəndinə əsasən, yükün daşınmasına görə “Daşıyıcı"ya bu müqavilə ilə müəyyən edilmiş daşınma haqqını vaxtında ödəmək, gecikmələr olduqda itirilmiş və çəkilmiş xərcləri ödəmək - “Yük göndərən”in vəzifəsidir. Həmin Müqavilənin 10.1-ci bəndinə əsasən, “Yük göndərən” yükün daşınmaya görə hər yük üçün tərtib olunmuş və imzalanmış qaimədə və Əlavədə göstərilən yüklənmə və boşaltma məntəqələrinə uyğun olaraq hər nəqliyyat vasitəsinin yükünə görə haqq ödəyir. Həmin Müqavilənin 10.4-cü bəndinə əsasən, bu müqavilə üzrə nəzərdə tutulan daşınma haqqının və ya bütün ödənişlərin tam həyata keçirilməsinədək olan dövr ərzində daşınma haqqının ifadə olunduğu valyutanın xarici valyutaya (ABŞ dolları, Avro və s.) nisbətə görə rəsmi və ya gizli devalvasiya və ya inflyasiyası baş verərsə, Daşıyıcı daşınma haqqını və ya digər ödənişləri devalvasiya və ya inflyasiya həcmində artırmaqla, müəyyən etdiyi yeni qiymətlər əsasında tərtib etdiyi yeni elektron qaimə-fakturanı (və ya Əlavə razılaşmaya düzəlişi) “Yük göndərən” ə təqdim edir və “Yük göndərən” həmin qaiməfaktura üzrə daşınma haqqını və digər ödənişləri (həmçinin cərimələri) 3 (üç) iş günü ərzində Daşıyıcıya ödəyir. Həmin Müqavilənin 14.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2025-ci il tarixədək olan dövr ərzində qüvvədədir. Tərəflərdən hər biri öz öhdəliklərini tam yerinə yetirdikdən sonra digər tərəfi 15 gün öncədən xəbərdar etməklə müqaviləni ləğv edə bilər. Qarşılıqlı razılıq yolu ilə tərəflərdən hər biri müqaviləyə əlavə və dəyişikliklər edə bilər. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, "daşıyıcı" İddiaçı (VÖEN **********) ilə "yük göndərən" Cavabdeh (VÖEN **********) arasında bağlanmış 01 sentyabr 2023-cü il tarixli “İKRA 2023/079” nömrəli X3 üzrə Belçikanın Fribourg şəhərindən Azərbaycan Respublikasının Sumqayıt şəhərinə çatdırılması sifariş olunan yük "daşıyıcı" İddiaçı MMC tərəfindən 01 AEL 257-01 ANG828 nömrəli nəqliyyat vasitəsi ilə 6050 (altı min əlli) avro daşıma haqqı müqabilində 09 oktyabr 2023-cü ildə "yük göndərən" Cavabdeh MMC-yə çatdırılmışdır (10 sentyabr 2023-cü il tarixli 02 nömrəli Əlavə, 09 oktyabr 2023-cü il tarixli 02 nömrəli Hesab Faktura və 09 oktyabr 2023-cü il tarixli 02 nömrəli Akt). Bundan əlavə, həmin Müqavilə üzrə Belçikanın Fribourg şəhərindən Azərbaycan Respublikasının Sumqayıt şəhərinə çatdırılması sifariş olunan yük "daşıyıcı" İddiaçı MMC tərəfindən ** YS *** – 38 AEK 227 nömrəli nəqliyyat vasitəsi ilə 6350 (altı min üç yüz əlli) avro daşıma haqqı müqabilində 13 oktyabr 2023-cü ildə "yük göndərən" Cavabdeh MMC-yə çatdırılmışdır (20 sentyabr 2023-cü il tarixli 03 nömrəli Əlavə, 13 oktyabr 2023-cü il tarixli 03 nömrəli Hesab Faktura və 13 oktyabr 2023-cü il tarixli 03 nömrəli Akt). Bundan əlavə, həmin Müqavilə üzrə Türkiyənin Kayseri şəhərindən Azərbaycan Respublikasının Sumqayıt şəhərinə çatdırılması sifariş olunan yük "daşıyıcı" İddiaçı MMC tərəfindən ** DE *** – ** ZA *** nömrəli nəqliyyat vasitəsi ilə 3350 (üç min üç yüz əlli) ABŞ dolları daşıma haqqı müqabilində 06 dekabr 2023-cü ildə "yük göndərən" Cavabdeh MMC-yə çatdırılmışdır (20 noyabr 2023-cü il tarixli 04 nömrəli Əlavə, 06 dekabr 2023-cü il tarixli 04 nömrəli Hesab Faktura və 06 dekabr 2023-cü il tarixli 04 nömrəli Akt). İş materiallarından görünür ki, 01 sentyabr 2023-cü il tarixli “İKRA 2023/079” nömrəli X3 əsasında daşınma xidmətlərinin göstərilməsi ilə əlaqədar "daşıyıcı" "xxxx" MMC tərəfindən "yük göndərən" "xxxx" MMC-yə daşıma haqqı 10852,49 manat məbləğində hesablanan 16 oktyabr 2023-cü il tarixli EBDQ 585143 nömrəli Elektron Qaimə, daşıma haqqı 11388,73 manat məbləğində hesablanan 19 oktyabr 2023-cü il tarixli EBDQ 826585 nömrəli Elektron Qaimə və daşıma haqqı 5695 manat məbləğində hesablanan 06 dekabr 2023-cü il tarixli EBDU 740472 nömrəli Elektron Qaimə təqdim olunmuşdur (məhkəmə araşdırması zamanı təqdim olunmuş həmin elektron qaimələrə etiraz edilməsi və yaxud, həmin elektron qaimələrin qəbulundan imtina edilməsi halları müəyyən edilməmişdir). İş materiallarında olan yük göndərən Cavabdeh ilə daşıyıcı İddiaçı tərəfindən tərtib edilərək, imzalanıb-möhürlənmiş X1 görünür ki, 2023-cü ili əhatə edən hesabat dövründə daşıyıcı İddiaçı MMC tərəfindən yük göndərən Cavabdeh MMC-yə 50057,78 manat məbləğində daşıma xidməti göstərilmiş və həmin məbləğin 32974,05 manat hissəsi ödənmişdir. 31 dekabr 2023-cü il tarixinə isə yük göndərən Cavabdeh daşıyıcı İddiaçınə cəmi 17083,73 (on yeddi min səksən üç manat 73 qəpik) manat məbləğində ödənilməmiş qalıq borcu olmuşdur. İş materiallarında olan 13 iyun 2024-cü il tarixli 22 nömrəli Maliyyə Arayışında göstərilir ki, 01 sentyabr 2023-cü il tarixli “İKRA 2023/079” nömrəli X3 üzrə ümumilikdə daşınma haqqı 50058 manat məbləğində olan yüklər daşıyıcı İddiaçı MMC tərəfindən daşınmış və həmin məbləğin 35974 manat hissəsi yük göndərən İddiaçı MMC tərəfindən ödənilmişdir. Lakin, ümumi daşınma haqqının cəmi 14084 (on dörd min səksən dörd) manat hissəsi isə ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən, X2 görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 850.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, X2 tapşırıq haqqında göstərişlər tətbiq edilir. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla və işin konkret halları ilə müəyyən olunur ki, hazırkı iddia tələbinin əsaslandırıldığı 01 sentyabr 2023-cü il tarixli “İKRA 2023/079” nömrəli X3 üzrə daşıyıcı (iddiaçı) İddiaçı MMC tərəfindən yük göndərən (cavabdeh) Cavabdeh MMC üçün ümumilikdə daşınma haqqı 50057,78 manat məbləğində olan daşıma xidməti göstərilmiş olsa da, həmin məbləğin cəmi 14084 manat hissəsi sonuncu tərəfindən ödənilməmişdir. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar İddiaçı MMC tərəfindən məhkəməyə müraciət olunarkən Dövlət Büdcəsinə 132 (yüz otuz iki) manat məbləğində dövlət rüsumu və hüquqi yardımla bağlı nümayəndəyə (vəkilə) 450 (dörd yüz əlli) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, 01 sentyabr 2023cü il tarixli “İKRA 2023/079” nömrəli X3 əsasında həyata keçirilmiş daşımalar üzrə cavabdeh (yük göndərən) Cavabdeh MMC-nin iddiaçı (daşıyıcı) İddiaçı MMC-yə 14084 manat məbləğində ödənilməmiş daşıma xidməti haqqı borcunun olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış və həmin hiissədə iddia tələbinin əsaslılığı sübut olunmuşdur. Lakin, yuxarıda təsvir olunanlar və işin konkret hallarından görünür ki, cavabdehdən “özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya 7,75 faizini təşkil edən 1092 manat pul " tutulması hissəsində iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı təsdiq olunmamış və sübut edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MMC-dən 14084 manat məbləğində əsas borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, hüquqi yardımla əlaqədar nümayəndəyə ödənilmiş 450 (dörd yüz əlli) manat məbləğində xidmət haqqının və dövlət rüsumunun iddiaçı tərəfindən ödənilmiş 132 (yüz otuz iki) manat hissəsinin əvəzi də Cavabdeh MMC-dən tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. Bundan əlavə, hazırkı iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ümumilikdə hesablanan 132,25 (yüz otuz iki manat 25 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 0,25 (25 qəpik) manat məbləğində pul vəsaiti (132,25 manat – 132 manat = 0,25 manat) dövlət rüsumunun qalığı kimi Cavabdeh MMCdən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 14084 (on dörd min səksən dörd) manat məbləğində əsas borc, hüquqi yardımla əlaqədar ödənilmiş 450 (dörd yüz əlli) manat məbləğində xidmət haqqı və 132 (yüz otuz iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 14666 (on dörd min altı yüz altmış altı) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətindən dövlət rüsumunun qalığı olan 0,25 (25 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar