Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-924/2024 20.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı 15 may 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" MMC ilə bağlanmış 01 sentyabr 2023-cü il tarixli “İkra 2023/079” saylı yük daşınması müqaviləsi ilə təsdiq olunmuş öhdəliklər nəticəsində yaranmış 14084 manat əsas borcun, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya 7,75 faizini təşkil edən 1092 manat pulun, vəkilin göstərdiyi hüquqi yardıma görə vəkil qurumuna ödənilmiş 450 manat pulun və məhkəmənin hesabına ödənilmiş 132 manat dövlət rüsumunun, cəmi 15758 manat pulun Cavabdehndən tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (e-2-2(119)-924/2024 nömrəli kommersiya işi). Lakin, hal-hazırda Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)- 920/2024 nömrəli kommersiya işinin materialları ilə müəyyən olunur ki, İddiaçı 15 may 2024-cü ildə də “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ "xxxx" MMC ilə bağlanmış 01 sentyabr 2023-cü il tarixli “İkra 2023/079” saylı yük daşınması müqaviləsi ilə təsdiq olunmuş öhdəliklər nəticəsində yaranmış 14084 manat əsas borcun, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya 7,75 faizini təşkil edən 1092 manat pulun, vəkilin göstərdiyi hüquqi yardıma görə vəkil qurumuna ödənilmiş 450 manat pulun və məhkəmənin hesabına ödənilmiş 132 manat dövlət rüsumunun, cəmi 15758 manat pulun Cavabdehndən tutularaq, İddiaçınə ödənilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmiş və Sumqayıt Kommersiya Məhkəməsinin 16 may 2024-cü il tarixli e-2-2(119)- 920/2024 nömrəli qərardadı ilə həmin iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək, tərəflərin iştirakı ilə işin məhkəmə baxışına təyin edilməsi məsələsinin müzakirə edilməsi üçün kommersiya işi üzrə müvafiq qaydada məhkəmə hazırlıq iclası təyin edilmişdir (e-2-2(119)-920/2024 nömrəli kommersiya işi). Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair kommersiya işi artıq Sumqayıt Kommersiya Məhkəməsinin icraatında vardır və həmin e-2-2(119)-920/2024 nömrəli kommersiya işi üzrə işin icraata götürülməsi barədə qərardad qəbul edilməklə və müvafiq qaydada məhkəmə bildirişi proses iştirakçılarına göndərilməklə, məhkəmə prosesi başlanmışdır. Bununla da, İddiaçı hazırkı iddia ərizəsi ilə eyni cavabdehə qarşı, eyni tələb üzrə və eyni əsaslarla təkrarən məhkəməyə müraciət etmişdir (e-2-2(119)-924/2024 nömrəli kommersiya işi). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa - iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunur. Beləliklə də, məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı tərəfindən 15 may 2024-cü ildə Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, yuxarıda göstərilənlərə əsasən yolverilməzliyinə görə həmin iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir (e-2-2(119)-924/2024 nömrəli kommersiya işi). Qeyd etmək lazımdır ki, İddiaçı tərəfindən hazırkı iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmiş olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər də iddiaçı tərəfindən elektron kabinetə yerləşdirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddianın yolverilməzliyinə görə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin (e-2-2(119)-924/2024 nömrəli kommersiya işi) icraata qəbul olunmasından imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-924/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-924/2024
20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver