Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-925/2021 23.09.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti başçısının 1-ci Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti başçısının 1-ci Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı pul tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə 23.09.2021-ci il tarixdə məhkəməyə elektron ərizə ilə müraciət edərək iddiaçı ilə cavabdehlər arasında pul məbləğinin ödənilməsi ilə əlaqədar razılıq əldə olunduğu üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və maraqlı şəxs işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə ərizəsi təmin edilməli və iddiaçının cavabdehə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5 - 355-7, 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-925/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-925/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver