Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-93/2023 24.02.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 Əliəşrəf qızının, Cavabdeh nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 12 dekabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 2928,64 (iki min doqquz yüz iyirmi səkkiz manat manat 64 qəpik) manat əsas borc və Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən hesablanmış 380,86 (üç yüz səksən manat 86 qəpik) manat cərimə olmaqla, cəmi 3309,50 (üç min üç yüz doqquz manat 50 qəpik) manat məbləğində borcun, 60 manat mediasiyaya ödənilən rüsumunun və vəkillə bağlanan müqavilə üzrə 3000 manatın alınıb İddiaçınə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 14 dekabr 2020-ci il tarixli AZ11xx/xx/2020 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə imzalandığı tarixdən etibarən qüvvəyə minmişdir və Tərəflərin öhdəliklərinin tam şəkildə yerinə yetirdiyi ana qədər qüvvədə sayılır. İddiaçı hər zaman müqavilə öhdəliklərini və üzərinə düşən vəzifələri vaxtı-vaxtında icra edərək cavabdehi mallarla təchiz etmişdir. Cavabdeh isə əvəzində müqavilə öhdəliklərini pozaraq, həmin malların dəyərini iddiaçıya tam olaraq ödəməmiş, öhdəliyini pozmuş və iddiaçıya ziyan vurmuşdur. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” müqavilənin ayrılmaz hissəsini təşkil edən “alış-sifariş” (bundan sonra ”Alış Sifarişi” adlandırılacaq) ilə müəyyən olunmuş təsvirə, qiymətə və çatdırılma şərtlərinə uyğun olaraq müvafiq malı (bundan sonra “Mal” adlandırılacaq) Alıcının mülkiyyətinə vermək, Alıcı isə, razılaşdırılmış qaydada və müddətdə malı qəbul edib, onun dəyərini Satıcıya ödəmək barədə ödhəlik götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə ödənişlər Satıcının təqdim etdiyi elektron qaimə və elektron vergi hesab fakturası əsasında aparılır. Alıcı cari ay ərzində sifariş olunmuş və alınmış Malın ümumi dəyərini həmin ay ərzində Satıcı tərəfindən təqdim olunmuş elektron hesab fakturalar üzrə malın dəyəri ilə qarşılıqlı üzləşməsini apardıqdan sonra ödənişi 15 iş günü ərzində Satıcının Müqavilədə qeyd etdiyi hesablaşma hesabına köçürməklə həyata keçirir. Müqavilənın 3.1-ci bəndinə əsasən, satıcı istehsal etdiyi Malı alıcının təqdim etdiyi nəqliyyat vasitəsinə yukləyərək, Malı təhvil vermiş hesab edilir. Bundan əlavə Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bu günədək cavabdehin iddiaçıya 2928,64 (iki min doqquz yuz iyirmi səkkiz manat 64 qəpik) manat əsas və Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən hesablanmış 725,10 (yeddi yüz iyirmi beş manat 10 qəpik) manat cərimə, cəmi 3653,54 (üç min altı yüz əlli üç manat 54 qəpik) manat borcu yaranmışdır. Qeyd edilməlidir ki, həmin borc üzrə cavabdeh tərəfindən ƏDV məbləği ödənilmişdir. Bununla da, iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edir. Cavabdehlə dəfələrlə şifahi müraciət və görüşlər edilsə də, cavabdeh borcu ödəməmişdir. Cavabdehə ünvanlanmış 13 oktyabr 2022-ci il tarixli pretenziya məktubunda borcun tam ödənilməsi cavabdehin nəzərinə çatdırılmışdır. Lakin, iddiaçı tərəfdən ünvanlandırılan pretenziya məktubundan uzun müddət keçməsinə baxmayaraq, bu günədək cavabdeh iddiaçıya heç bir ödəmə etməmişdir. Bundan əlavə 10 noyabr 2022-ci ildə Bakı 4 saylı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyası keçirilmiş olsa da, mediasiya sessiyasında cavabdeh tərəf iddiaya etiraz edərək, iddianı heç bir hissədə qəbul etməmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər İddiaçı tərəfindən 30 yanvar 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edilərək, Cavabdehndən 2928,64 (iki min doqquz yüz iyirmi səkkiz manat 64 qəpik) manat əsas borc və Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən hesablanmış 419,83 (dörd yüz on doqquz manat 83 qəpik) manat cərimə olmaqla, cəmi 3348,47 (üç min üç yüz qırx səkkiz manat 47 qəpik) manat məbləğində borcun, 60 manat mediasiyaya ödənilən rüsumun və vəkillə bağlanan müqavilə üzrə 3000 manatın alınıb İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdehndən 2928,64 manat əsas borc və Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən hesablanmış 419,83 manat cərimə olmaqla, cəmi 3348,47 manat məbləğində borcun, 60 manat mediasiyaya ödənilən rüsumunun və vəkillə bağlanan müqavilə üzrə 3000 manatın alınıb İddiaçınə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş üzrə keçirilən məhkəmə baxış iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etmədiyini bildirib, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini – satıcı olaraq İddiaçı tərəfindən 2928,64 manat dəyərində malların alıcı olaraq Cavabdehnə həqiqətən də təhvil verilməsini təsdiq edən sənədlərin olmaması ilə əsaslandırdı. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin artırılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 14 dekabr 2020-ci il tarixli AZ11xx/xx/2020 nömrəli Alqı-satqı Müqaviləsinin və Müqavilənin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş 14 dekabr 2020-ci il tarixli (Əlavə № 1)-in şərtlərinə görə, Satıcı müqavilənin ayrılmaz hissəsini təşkil edən “alış-sifarişi” (bundan sonra “Alış Sifarişi” adlandırılacaq) ilə müəyyən olunmuş təsvirə, qiymətə və çatdırılma şərtlərinə uyğun olaraq müvafiq malı (bundan sonra “Mal” adlandırılacaq) Alıcının mülkiyyətinə vermək, Alıcı isə, razılaşdırılmış qaydada və müddətdə Malı qəbul edib onun dəyərini Satıcıya ödəmək barədə öhdəlik götürür (1.1ci bənd). Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə ödənişlər Satıcının təqdim etdiyi elektron qaimə və elektron vergi hesab fakturası əsasında aparılır. Alıcı cari ay ərzində sifariş olunmuş və alınmış Malın ümumi dəyərini həmin ay ərzində Satıcı tərəfindən təqdim olunmuş elektron hesab fakturalar üzrə Malın dəyəri ilə qarşılıqlı üzləşməsini apardıqdan sonra ödənişi 15 (on beş) iş günü ərzində Satıcının Müqavilədə qeyd etdiyi hesablaşma hesabına köçürməklə həyata keçirir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, Satıcı istehsal etdiyi malı Alıcının təqdim etdiyi nəqliyyat vasitəsinə yükləyərək, malı təhvil vermiş hesab edilir. Həmin Müqavilənin 4.2.2-ci bəndinə əsasən, bu Müqavilə üzrə Malın keyfiyyətini yoxladıqdan sonra onun dəyərini Müqavilədə və Alış Sifarişində müəyyən edilmiş müddətdə və məbləğdə Satıcıya ödəmək – Alıcının vəzifəsidir. İş materiallarında olan 21 dekabr 2020-ci il tarixli EBAV 163946 nömrəli Elektron Qaimə ilə müəyyən olunur ki, Müqavilə üzrə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə ƏDV daxil cəmi 2708,52 (iki min yeddi yüz səkkiz manat 52 qəpik) manat (2295,36 manat malın dəyəri + 413,16 manat ƏDV) dəyərində müxtəlif adda məhsulların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 22 dekabr 2020-ci il tarixli EBAV 164115 nömrəli Elektron Qaimə ilə müəyyən olunur ki, Müqavilə üzrə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə ƏDV daxil cəmi 859,80 (səkkiz yüz əlli doqquz manat 80 qəpik) manat (728,64 manat malın dəyəri + 131,16 manat ƏDV) dəyərində müxtəlif adda məhsulların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 22 dekabr 2020-ci il tarixli EBAV 235710 nömrəli Elektron Qaimə ilə müəyyən olunur ki, Müqavilə üzrə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə ƏDV daxil cəmi 2596 (iki min beş yüz doxsan altı) manat (2200 manat malın dəyəri + 396 manat ƏDV) dəyərində müxtəlif adda məhsulların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 25 dekabr 2020-ci il tarixli EBAV 396616 nömrəli Elektron Qaimə ilə müəyyən olunur ki, Müqavilə üzrə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə ƏDV daxil cəmi 2596 (iki min beş yüz doxsan altı) manat (2200 manat malın dəyəri + 396 manat ƏDV) dəyərində müxtəlif adda məhsulların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan “Qaimələrin axtarışı” Çıxarışında olan məlumatlarla müəyyən olunur ki, 14 dekabr 2020-ci il tarixli AZ11xx/xx/2020 nömrəli Alqı-satqı Müqaviləsi üzrə satıcı "xxxx" MMC tərəfindən alıcı "xxxx" MMC-yə malların satılması ilə əlaqədar 21 dekabr 2020-ci il tarixli EBAV 163946 nömrəli, 22 dekabr 2020-ci il tarixli EBAV 164115 nömrəli, 22 dekabr 2020-ci il tarixli EBAV 235710 nömrəli və 25 dekabr 2020-ci il tarixli EBAV 396616 nömrəli elektron qaimələr təqdim olunmuş və həmin elektron qaimələr təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı “ƏDV sub-uçot” hesabından Çıxarışdan görünür ki, Cavabdeh hesabından İddiaçı “ƏDV sub-uçot” hesabına 20 avqust 2021-ci ildə 413,16 (dörd yüz on üç manat 16 qəpik) manat məbləğində və 923,16 (doqquz yüz iyirmi üç manat 16 qəpik) manat məbləğində pul vəsaitləri köçürülmüşdür. Yəni, həmin sənədlə müəyyən olunur ki, ümumilikdə ödənilmiş cəmi 1336,32 manat (413,16 + 923,16 = 1336,32 manat) məbləğində ƏDV ödənişi yuxarıda qeyd olunan 4 elektron qaimədə nəzərdə tutulan ƏDV məbləğlərini tam əhatə edir (413,16 + 131,16 + 396 + 396 = 1336,32 manat). İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunaraq İddiaçınə ünvanlanmış 18 yanvar 2023-cü il tarixli PB/VB-OUT-00168-2023 nömrəli Məktubdan görünür ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində mövcud olan AZ24PAHA40040AZNHC********** saylı hesabına "xxxx" MMC tərəfindən 15 iyul 2021-ci ildə EBAV 163946 nömrəli Elektron Qaimə üzrə 2295,36 (iki min iki yüz doxsan beş manat 36 qəpik) manat məbləğində və 20 dekabr 2021-ci ildə ildə EBAV 235710 nömrəli Elektron Qaimə üzrə 2200 (iki min iki yüz) manat məbləğində pul vəsaiti daxil olmuşdur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsdiq edilərək verilmiş İddiaçınə aid 01 yanvar 2021-ci il tarixindən 31 dekabr 2021-ci il tarixinədək dövrü əks etdirən Bank Hesabının 13 yanvar 2022-ci il tarixdə verilmiş Çıxarışından görünür ki, hesabın aid olduğu İddiaçı MMC-nin bank hesabı üzrə “15 iyul 2021-ci ildə "xxxx" MMC tərəfindən 2295,36 (iki min iki yüz doxsan beş manat 36 qəpik) manat məbləğində” və “20 dekabr 2021-ci ildə ildə "xxxx" MMC tərəfindən 2200 (iki min iki yüz) manat məbləğində” ödənişlərin edildiyi müəyyən olunur və həmin ödənişlərin “Təyinatı” qrafasında müvafiq olaraq “EBAV 163946 və EBAV 235710” qeydləri aparılmışdır. Yəni, həmin Çıxarış məlumatları ilə müəyyən olunur ki, 21 dekabr 2020-ci il tarixli EBAV 163946 nömrəli və 22 dekabr 2020-ci il tarixli EBAV 235710 nömrəli Elektron Qaimələr üzrə satılan malların dəyəri kimi nəzərdə tutulan pul vəsaitləri ödənilmiş olsa da, 22 dekabr 2020-ci il tarixli EBAV 164115 nömrəli və 25 dekabr 2020-ci il tarixli EBAV 396616 nömrəli Elektron Qaimələr üzrə nəzərdə tutulan malların dəyəri (728,64 + 2200 = 2928,64 manat) ödənilməmişdir. İş materiallarında olan Maliyyə Arayışı ilə müəyyən olunur ki, 14 dekabr 2020-ci il tarixli AZ11xx/xx/2020 nömrəli Alqı-satqı Müqaviləsi üzrə alıcı Cavabdeh MMC-nin satıcı İddiaçı MMC-yə 23 noyabr 2022-ci il tarixinə 22 dekabr 2020-ci il tarixli EBAV 164115 nömrəli Elektron Qaimə üzrə malın dəyəri olan 728,64 manat məbləğində və 25 dekabr 2020-ci il tarixli EBAV 396616 nömrəli Elektron Qaimə üzrə malın dəyəri olan 2200 manat məbləğində olmaqla, ümumilikdə cəmi 2928,64 (iki min doqquz yüz iyirmi səkkiz manat 64 qəpik) manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla və işin konkret halları ilə müəyyən olunur ki, satıcı İddiaçı 14 dekabr 2020-ci il tarixli AZ11xx/xx/2020 nömrəli Alqı-satqı Müqaviləsi üzrə satmış olduğu malların 22 dekabr 2020-ci il tarixli EBAV 164115 nömrəli və 25 dekabr 2020-ci il tarixli EBAV 396616 nömrəli Elektron Qaimələrdə nəzərdə tutulan dəyərini ödəmədiyi üçün alıcı Cavabdehndən “2928,64 manat məbləğində əsas borcun və 419,83 manat cərimənin tutulması” barədə iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (həmin Elelktron Qaimələrdə nəzərdə tutulan ƏDV məbləğləri cavabdeh tərəfindən iddiaçının “ƏDV sub-uçot” hesabına tam ödənilmişdir). İş materiallarından görünür ki, yaranmış mübahisənin həlli ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə mediatora müraciət olunaraq, İddiaçı tərəfindən mediatora 50 (əlli) manat məbləğində xidmət haqqı ödənilmişdir (ilkin mediasiya sessiyasında hər iki tərəfin nümayəndələri iştirak etsə də, hər hansı bir razılıq əldə olunmamış və mediasiya prosesi davam etdirilməmişdir - 10 oktyabr 2022-ci il tarixli MŞB/4-02300 nömrəli Mediasiya Arayışı). Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 462-ci maddəsinin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Cavabdeh MMC İddiaçı MMC ilə bağlanmış 14 dekabr 2020-ci il tarixli AZ11xx/xx/2020 nömrəli Alqı-satqı Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə hazırkı iddia ərizəsində tələb olunan 22 dekabr 2020-ci il tarixli EBAV 164115 nömrəli Elektron Qaimə üzrə malın dəyəri olan 728,64 manat məbləğində və 25 dekabr 2020-ci il tarixli EBAV 396616 nömrəli Elektron Qaimə üzrə malın dəyəri olan 2200 manat məbləğində olmaqla, ümumilikdə cəmi 2928,64 manat məbləğində ödənilməmiş əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Lakin, iddianın “Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən cavabdehdən 419,83 manat cərimənin tutulması” hissəsi isə təmin olunmamalıdır. Belə ki, Mülki Məcəllənin tələblərinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirildikdə, yəni tərəflər arasında bağlanan müqavilədə göstərildikdə tutula bilər. Eyni zamanda, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə isə “özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə” həmin vəsaitin məbləğindən faizlər tutula bilər. Lakin, tərəflər arasında bağlanmış 14 dekabr 2020-ci il tarixli AZ11xx/xx/2020 nömrəli Alqısatqı Müqaviləsində alıcı Cavabdeh MMC-nin öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyi halda cərimənin (dəbbə pulunun) hesablanması və ödənilməsi qaydasını müəyyən edən şərtlər mövcud deyildir. Bundan əlavə, “cavabdehdən 419,83 manat cərimənin tutulması” barədə tələbin iddia ərizəsində əsaslandırıldığı Mülki Məcəllənin 449.1-ci maddəsində nəzərdə tutulan şərtləri təsdiq edən halların mövcud olması isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, təsvir olunanlara əsasən, hazırki iddia ərizəsi üzrə cavabdehdən iddia tələbində qeyd olunan “419,83 manat cərimənin” tutulmasının əsaslılığı müəyyən edilməmişdir. Eləcə də, cavabdehdən “vəkillə bağlanan müqavilə üzrə 3000 manat məbləğində pulun tutulması” hissəsində də iddianın əsaslılığı müəyyən olunmamışdır. Çünki, belə bir iddia tələbi verilməsinə baxmayaraq, bu mübahisə üzrə hüquqi xidmət və yaxud yardımla əlaqədar hər hansı bir məbləğdə, o cümlədən də iddia tələbində qeyd olunan “3000 manat” miqdarında pul vəsaitinin nümayəndəyə (vəkilə) ödənilmiş olmasını təsdiq edən heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki, Mülki- Prosessual Məcəllənın tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə həqiqətən və zərurətlə xərcləndiyi müəyyən olunduğu halda, məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla” tutulmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci il tarixli qərarında göstərilir ki, ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı xeyrinə Cavabdehndən (VÖEN **********) 2928,64 manat məbləğində əsas borc tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mediasiya xidməti ilə əlaqədar İddiaçı tərəfindən mediatora ödənilmiş 50 (əlli) manat məbləğində xidmət haqqının 25 (iyirmi beş) manat hissəsi də Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 49,28 (qırx doqquz manat 28 qəpik) manat məbləğində dövlət rüsumu da Cavabdehndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən (VÖEN **********) 2928,64 (iki min doqquz yüz iyirmi səkkiz manat 64 qəpik) manat məbləğində əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 25 (iyirmi beş) manat hissəsi olmaqla, cəmi 2953,64 (iki min doqquz yüz əlli üç manat 64 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 49,28 (qırx doqquz manat 28 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-93/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-93/2023
24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver