Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-930/2024 29.10.2024 Sumqayıt Kommersiya Məhkəməsi Açar sözlər: müqavilələrindən əmələ gələn öhdəliklər üzrə mübahisələr, borcun tutulması Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları 1.İddiaçı 16 may 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixə istifadə olunmuş təbii qaza görə İddiaçınə yaranmış 18694,36 (on səkkiz min altı yüz doxsan dörd manat 36 qəpik) manat məbləğində əsas borcun və 146,48 manat rüsumunun İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh (İstixana) arasında bağlanmış “Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən Cavabdeh (İstixana) məxsus kommersiya obyekti ”Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazla təchiz olunmuşdur. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, istehlak olunmuş təbii qazın dəyərini tam şəkildə ödəməmiş, bunun nəticəsində xx.xx.2024-cü il tarixə İddiaçınə 18694,36 (on səkkiz min altı yüz doxsan dörd manat 36 qəpik) manat borc yaranmışdır. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4.3 maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə İddiaçı tərəfindən pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh təşkilat tərəfindən heç bir cavab verilməmişdir. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün mənkəməyə müraciət olunacağı bildirilmişdir. Yaranmış borc tərəflər arasında tərtib olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında“ 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanına əsasən, işlədilən hər kub metr təbii qazın dəyəri ödənilməlidir.
3. Cavabdeh nümayəndəsi Nümayəndə2 09 avqust 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı cavabdehdən tutulmasını tələb etdiyi 18694,36 manat borc pul tələbinin 9210,32 manat hissəsi üzrə öhdəliyin icra müddəti keçirmişdir və buna görə də iddia tələbi həmin məbləğ hissəsində rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş **********00032 nömrəli Abonent saldosundan görünür ki, istehlakçı 2020- 2024-cü illər üzrə 59706,04 manat dəyərində qaz istehlak etmiş, həmin müddət ərzində isə 50222 manat məbləğində ödəniş etmişdir. Göründüyü kimi istehlakçı qeyd oluna müddət ərzində sərf etdiyi təbii qaz üzrə qaz təchizatı müəssisəsinə 9484,04 manat borcu qalmışdır (59706,04-50222=9484,04). Göründüyü kimi iş materiallarında olan sənədlərə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə iddia etdiyi 18694,36 manat borc məbləğinin 9210,32 manat hissəsi 2020-ci ilədək hesablanmış və həmin borc məbləği üzrə öhdəliyin icra müddəti ötürülmüşdür (18694,36-9484,04=9210,32). Qeyd olunanları nəzərə alaraq İddiaçı X1 Vüqar Fazil oğluna qarşı xx.xx.2024-cü il tarixə istifadə olunmuş təbii qaza görə İddiaçınə yaranmış 18694,36 (on səkkiz min altı yüz doxsan dord manat 36 qəpik) manat məbləğində əsas borcun Cavabdeh (İstixana) tutularaq “Azəriqaz “ İB-nin hesabına ödənilməsinə dair iddia tələbinin 9210,32 manat hissəsi üzrə öhdəliyin icra müddəti keçdiyindən həmin hissədə iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin olunması və 14 may 2024-cü il tarixə istifadə olunmuş təbii qaza görə İddiaçınə yaranmış 18694,36 (on səkkiz min altı yüz doxsan dörd manat 36 qəpik) manat məbləğində əsas borcun və 146,48 (yüz qırx altı manat 48 qəpik) manat rüsumunun İddiaçınə ödənilməsi qətnamə qəbul olunmasını xahiş etdi.
5. Cavabdeh nümayəndəsi Nümayəndə2 səhhəti ilə əlaqədar olaraq həmin məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bununla əlaqədar olaraq işə onun iştirakı olmadan baxılmasını və 09 avqust 2024-cü il tarixli ərizəni nəzərə alaraq 18694,36 (on səkkiz min altı yüz doxsan dörd manat 36 qəpik) manat məbləğində borcun 9210,32 manat hissəsi üzrə öhdəliyin icra müddəti keçdiyindən həmin hissədə iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin, Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
8. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “paylayıcı” İddiaçı Xaçmaz X4 İdarəsi ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “istehlakçı” Cavabdeh (VÖEN: **********) arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” 08 iyul 2019-cu il tarixli AMX-2890/19 nömrəli Müqaviləyə əsasən sonuncunun Xaçmaz rayonu, Armud Padar kəndində yerləşən sahibkarlıq obyekti təbii qazla təchiz edilmiş və həmin qeyriyaşayış sahəsinə **********00032 saylı abonent kodu verilməklə, müvafiq qaydada “Forsunka” tipli qaz sayğacı quraşdırılmışdır.
9. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək, qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək, qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilatıtexniki tədbirləri yerinə yetirmək və təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayacıya dəymiş zərəri ödəmək - İstehlakçının vəzifələri kimi müəyyən edilmişdir.
10. İş materiallarında olan 15 iyul 2024-ci ildə çap olunmuş Abonentin Saldosu ilə müəyyən olunur ki, 2023-ci ilin mart ayına istehlakçı Cavabdeh (VÖEN: **********) Xaçmaz rayonu, Armud Padar kəndində yerləşən sahibkarlıq obyektində (abonent kodu **********00032) istifadə olunan təbii qaza görə 18694,36 (on səkkiz min altı yüz doxsan dörd manat ) manat məbləğində borcu yaranmışdır və həmin borc 14 may 2024-cü il tarixinədək ödənilməmişdir.
11. İş halları ilə müəyyən olunur ki, İddiaçı ilə istehlakçı Cavabdeh arasında 01 noyabr 2022-ci tarixli Socar **********1330673X00443 nömrəli “debitor borcun ödənilməsi haqqında” Razılaşma Protokolu imzalanmışdır.
12. Həmin Protokolun 1.1-ci bəndinə əsasən istehlakçı Cavabdeh təbii qazdan istifadəyə görə İddiaçınə xx.xx.2022-ci il tarixinə 7754,60 (yeddi min yeddi yüz əlli dörd manat 60 qəpik) manat məbləğində borcunun olmasını qəbul edir.
13. Həmin Protokolun 1.2-ci bəndinə əsasən istehlakçı Cavabdeh həmin məbləğdən ilkin olaraq 5100 (beş min yüz manat) ödədikdən sonra qalan 2654,60 manat məbləği aylıq istifadə etdiyi qaz sərfindən əlavə olaraq 20 noyabr 2022-ci il tarixə kimi 1327,30 manat, 20 dekabr 2022-ci il tarixinədək 1327,30 manat ödəməyi öhdəsinə götürür.
14. Həmin Protokolun 1.3-cü bəndinə əsasən “İstehlakçı” bu Razılaşma Protokolunun 1.2-ci bəndinin tələblərinə uyğun olaraq ödəniş etmədiyi təqdirdə təbii qazın verilməsinin dayandırılacağını qəbul edir və bununla bağlı İddiaçınə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirir.
15. Həmin Protokolun 3-cü bəndinə əsasən “İstehlakçı” bu Razılaşma Protokolu üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə İddiaçı borcun tələb edilməsi üçün məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır.
16. İş materiallarıda olan İddiaçı nümayəndəsi tərəfindən təqdim edilmiş Arayışdan görünür ki, Xaçmaz rayonu Armud Padar kəndində yerləşən Cavabdeh məxsus istixananın təbii qazdan istifadəyə görə yaranmış 522,80 manat borcu 2020-ci ilin noyabr ayında sonuncu dəfə tam olaraq ödənilmişdir. Hazırda yaranan 18694,36 manat borc isə həmin tarixdən bu günə kimi təbii qazdan istifadəyə görə yaranmış və tam olaraq ödənilməmiş borc qalığıdır. Belə ki, abonent tərəfindən cari dövr ərzində istifadə etdiyi sərfiyyata uyğun ödəniş həyata keçirilmədiyindən abunə hesabında həmin borc yaranmışdır. (Nümunə olaraq 2021-ci ilin fevral ayında 9584,60 manat məbləğində qazdan istifadə olunmuş, cəmi 1830 manat ödəniş həyata keçirilmişdir, 2022-ci ilin dekabr ayında 8074,44 manat məbləğində qazdan istifadə olunmuş, cəmi 2127 manat ödəniş həyata keçirilmişdir, 2023-cü ilin fevral ayında 7009,86 manat məbləğində qazdan istifadə olunmuş, cəmi 4700 manat ödəniş həyata keçirilmişdir və s.). Abonent tərəfindən yaranmış həmin borc üzrə sonuncu dəfə ödəniş 2023-cü ilin mart ayında aparılmışdır.
17. Cavabdeh nümayəndəsi Nümayəndə2 tərəfin verilmiş ərizəyə əsasən “9210,32 manat hesablanmış borc məbləği üzrə öhdəliyin icra müddəti keçdiyindən həmin hissədə iddia tələbinin rədd edilməsinə” dair məhkəmə qeyd edir ki, hazırki mübahisə ilə bağlı iddia müddəti keçməmişdir.
18. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
19. Eyni zamanda, işin halları ilə müəyyən olunur ki, İddiaçı ilə istehlakçı Cavabdeh arasında 01 noyabr 2022-ci tarixli Socar **********1330673X00443 nömrəli “debitor borcun ödənilməsi haqqında” Razılaşma Protokolu imzalanmışdır və Həmin Protokolun 1.1-ci və 1.2-ci bəndlərinə əsasən istehlakçı Cavabdeh təbii qazdan istifadəyə görə İddiaçınə xx.xx.2022-ci il tarixinə 7754,60 (yeddi min yeddi yüz əlli dörd manat 60 qəpik) manat məbləğində borcunun olmasını qəbul etmiş və həmin məbləğdən ilkin olaraq 5100 (beş min yüz manat) ödədikdən sonra qalan 2654,60 manat məbləği aylıq istifadə etdiyi qaz sərfindən əlavə olaraq 20 noyabr 2022-ci il tarixə kimi 1327,30 manat, 20 dekabr 2022-ci il tarixinədək 1327,30 manat ödəməyi öhdəsinə götürmüşdür.
20. Həmçinin, Məhkəmə qeyd edir ki, iş materiallarında olan Abonentin Saldosu ilə müəyyən olunur ki, istehlakçı Cavabdeh tərəfindən sonuncu dəfə 2023-ci ilin mart ayında ödəniş edilmişdir.
21. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında Azərbaycan Respublikasının Mülki Qanunvericiliyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən bağlanmış 08 iyul 2019-cu il tarixli AMX-2890/19 nömrəli Müqavilənin tələblərinə görə paylayıcı İddiaçı istehlakçı Cavabdeh (VÖEN: **********) məxsus Xaçmaz rayonu Armud Padar kəndində yerləşən sahibkarlıq obyektini (abonent kodu **********00032) müqavilə əsasında müəyyən edilmiş şərtlərə uyğun olaraq keyfiyyətli qazla təmin etməli, istehlakçı Cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba ödəməlidir. Lakin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı Cavabdeh (VÖEN: **********) məxsus Xaçmaz rayonu Armud Padar kəndində yerləşən sahibkarlıq obyektində (abonent kodu **********00032) istifadə olunan təbii qaza görə hesablanmış 18694,36 (on səkkiz min altı yüz doxsan dörd manat 36 qəpik) manat məbləğində borc hal-hazıradək İddiaçınə ödənilməmişdir.
22. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar Cavabdeh müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə 146,48 (yüz qırx altı manat 48 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
26. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
27. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh (VÖEN: **********) Xaçmaz rayonu Armud Padar kəndində yerləşən sahibkarlıq obyektində (abonent kodu **********00032) istifadə olunan təbii qaza görə 14 may 2024-cü il tarixinədək yaranmış 18694,36 (on səkkiz min altı yüz doxsan dörd manat 36 qəpik) manat məbləğində borcun tutulması barədə iddia tələbi əsaslıdır.
30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
33. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
34. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
36. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və Cavabdeh (VÖEN: **********) 01 fevral 2024-cü il tarixə Xaçmaz rayonu, Armud-Padar kəndində yerləşən sahibkarlıq obyektində (abonent kodu **********00032) istifadə olunan təbii qaza görə yaranmış 18694,36 (on səkkiz min altı yüz doxsan dörd manat 36 qəpik) manat məbləğində əsas borc iddiaçı “X2 xeyrinə tutulmalıdır.
37. Bundan əlavə, iddia tələbinin 146,48 (yüz qırx altı manat 48 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 14 may 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 146,48 manat (146,08 + 0,40 (xidmət haqqı)) məbləğində dövlət rüsumu ödənilmişdir.
38. İddia ərizəsi verilərkən iddiaçı tərəfindən 146,48 (yüz qırx altı manat 48 qəpik) məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı Azəriqaz” İstehsalat Birliyinə ödənilməlidir.
39. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.
40. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh (VÖEN: **********) 14 may 2024-cü il tarixə Xaçmaz rayonu, Armud-Padar kəndində yerləşən sahibkarlıq obyektində (abonent kodu **********00032) istifadə olunan təbii qaza görə yaranmış 18694,36 (on səkkiz min altı yüz doxsan dörd manat 36 qəpik) manat məbləğində əsas borc və 146,48 (yüz qırx altı manat 48 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 18840,84 (on səkkiz min səkkiz yüz qırx manat 84 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İslam Əliyev