Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-934/2021 21.10.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı soyuducunun dəyərinin ödənilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh arasında imzalanmış 11.09.2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş SDVC markalı 2 (iki) ədəd soyuducunun dəyərinin iki misli həcmində, yəni 4000 (dörd min) ABŞ dolları və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının qanuni təmsilçisi 08.10.2021-ci il tarixdə i məhkəməyə elektron kabinet vasitəsilə ərizə təqdim edərək cavabdeh tərəfindən soyuducu geri qaytarıldığından iddiadan imtina edildiyini bildirmiş və icraata xitam verilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, ərizə qanuna zidd olmadığından və hər hansı digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təmin edilməli, iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 262.4cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52.1, 191, 261- 262 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Azərbaycan Koka-Kola Bottlers Limited" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı soyuducunun dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-934/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-934/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver