Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-935/2021 29.10.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının qanuni təmsilçisi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi, ekskavatorun qaytarılması və maddi ziyanın tutulması tələbinə dair iddia ərizəsi üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-nin İddiaçı MMC-yə alqı-satqı müqaviləsi üzrə olan 30000 (otuz min) manat məbləğində borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdır ki, 25 iyun 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC "xxxx" MMC-nin mülkiyyətinə Lİ,EBHERR R922-3L markalı ekskavatoru verməyi, "xxxx" MMC isə qəbul edib məbləğini ödəməyi öhdəsinə götürmüşlər. Müqaviləyə əlavə olunan təhvil-təslim aktı əsasında texnika cavabdehə saz vəziyyətdə, nəqliyyat vasitəsinin texniki vəziyyətinə heç bir iddia olmadan təhvil verilmişdir. Lakin bu günə qədər müqavilənin 2.1. bəndində nəzərdə tutulmuş texnikanın dəyəri, yəni 30000 manat (ƏDV-siz) ödənilməmiş olaraq qalır. Dəfələrlə borcun ödənilməsi barədə tələblər irəli sürülsə də cavabdeh müqavilənin şərtlərini kobud şəkildə pozaraq yerinə yetirmir. Müqavilə üzrə borcun məbləği ƏDV-siz 30000 (otuz min) manat təşkil edir. İddiaçı iddia ərizəsində Mülki Məcəllənin 385.1, 425.1, 425.2, 567 və 598-ci maddələrinə istinad etməklə iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın predmetinin dəyişdirilməsi və iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, İddiaçı MMC və Cavabdeh MMC arasında müqavilənin ləğv olunaraq müqavilə predmeti olan LİEBHERR R922-3L markalı ekskavatorun geri qaytarılması, İddiaçı MMC-yə əldən çıxmış fayda şəklində vurulmuş 17500 (on yeddi min beş yüz) manat dəyərində maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdır ki, 25.06.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən “X3" MMC “Xanım" MMC-yə LİEBHERR R922-3L markalı ekskavatoru verməyi, “Xanım" MMC isə qəbul edib məbləğini ödəməyi öhdəsinə götürmüşlər. Müqaviləyə əlavə olunan təhvil-təslim aktı əsasında texnika cavabdehə saz vəziyyətdə, nəqliyyat vasitəsinin texniki vəziyyətinə heç bir iddia olmadan təhvil verilmişdir. Müqavilənin 2.1 bəndinə görə alınan texnikaya görə cavabdeh 6 ay ərzində ƏDV daxil olmamaqla 30000 manat vəsait ödəməli idi. Lakin, bu günə qədər, yəni 2 ildən çoxdur ki cavabdeh heç bir pul ödəmir. Dəfələrlə borcun ödənilməsi barədə tələblər irəli sürülsə də cavabdeh müqavilənin şərtlərini kobud şəkildə pozaraq yerinə yetirmir. Nəzərə alınsa ki, bu günə qədər cavabdeh müqavilədə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən qərəzli boyun qaçırır. İddiaçı hüquqlarının müdafiəsi üçün 21 may 2021-ci il tarixdə Bakı Şəhəri Nərimanov rayon Polis İdarəsinə də müraciət edilmiş, arasdırma aparılarkən “Xanım" MMC-nin direktoru X4 izahat alınmışdır. Həmin izahatda Z.C.Namazov iddiaçıya olan borcu etiraf etmiş və bu ilin yəni 2021-ci ilin sonuna qədər borcun ödənilməsinə zəmanət vermişdir. Lakin, həmin izahatdan 2 ay keçməsinə baxmayaraq cavabdeh borcu ödəmək üçün heç bir vəsait verməmişdir. Bunu nəzərə alaraq "xxxx" MMC-nin “X3" MMC-yə alqı-satqı müqaviləsi üzrə olan 30000 manat məbləğində borcun ödənilməsi barədə ilkin tələb dəyişdirilməli, cavabdehdə qanunsuz olaraq saxlanılan LİEBHERR R922-3L markalı ekskavator geri qaytarılmalıdır. Ərizədə daha sonra göstərilir ki, iddiaçıya əldən çıxmış fayda şəklində də maddi ziyan vurulmuşdur. Belə ki, 15 yanvar 2020-ci il tarixdə "xxxx" MMC iddiaçıya əməkdaşlıq barədə təklif məktubu göndərərək Birgə fəaliyyət haqqında müqavilənin bağlanması istəyini bildirmiş, tərəflər arasında 17 fevral 2020-ci il tarixində müqavilə bağlanmışdır. Birgə fəaliyyət haqqında müqaviləyə əsasən iddiaçı tərəfindən balansında olan texnikalar vasitəsilə xidmət göstərilməsi nəzərdə tutulmuşdur. Xidmətlər "xxxx" MMC-dən verilən sifarişlərə uyğun, iş günlərinin sayı müəyyən edilməklə göstərilməsi nəzərdə tutulmuşdur. Həmin texnikaların siyahısında LİEBHERR R922-3L markalı ekskavator da göstərilmişdir. Nəzərə alınsa ki, cavabdeh "xxxx" MMC alqı-satqı müqaviləsi üzrə ekskavatorun məbləğindən bir manat da olsa ödəməyib texnika müqavilə şərtlərinə görə iddiaçının mülkiyyətindədir. Cavabdehin günahı ucbatından iddiaçı "xxxx" MMC-nin sifarişi üzrə ekskavatorla xidmət göstərə bilməmiş və nəticədə iddiaçıya 17500 manat məbləğində əldən çıxmış fayda şəklində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, İddiaçı MMC-nin təsisçisi X2 iddia ərizəsinin və iddia tələbinin həcminin artırılması barədə ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Sumqayıt Kommersiya Məhkəməsinin 29.10.2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfin ərizəsi nəzərə alınmaqla işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Əsaslandırıcı hissə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən təqdim edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən LİEBHERR R922-3L markalı, sarı rəngli, mühərrik nömrəsi D914T, buraxıılış ili 1998, zavod nömrəsi ******* olan, AZ10 0-806 qeydiyyat nişanlı ekskavator “İbrahim” İKF (İddiaçı MMC “İbrahim” İKF-nin çevrilməsi ilə təşkil edilmişdir və onun hüquqi varisidir) adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan “satıcı” İddiaçı MMC ilə “alıcı” "xxxx" MMC arasında bağlanmış 25.06.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən “satıcı” özünə məxsus LİEBHERR R922-3L markalı, sarı rəngli, mühərrik nömrəsi D914T 92010820, buraxılış ili 1998, zavod nömrəsi ******* olan, AZ10 0-806 qeydiyyat nişanlı ekskavatoru “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə qəbul edib məbləği ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən alıcı texnikaya görə hər ayın 5-nə qədər ayda 5000 manat olmaqla 6 ay ərzində razılaşdırılmış 30000 manat texnikanın dəyərini ödəyir. ( ƏDV-siz) Həmin müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən “Alıcı” nın nəqliyyat vasitəsinə mülkiyyət hüququ məbləğ tam ödənildikdən sonra yaranır. “Satıcı” məbləğ ödənildikdən sonra nəqliyyat vasitəsini “Alıcı”ya təhvil verilməlidir. 25.06.2019-cu il tarixli nəqliyyat vasitələrinin təhvil-təslim aktından görünür ki, LİEBHERR R922-3L markalı, sarı rəngli, mühərrik nömrəsi D914T 92010820, buraxılış ili 1998, zavod nömrəsi ******* olan, AZ10 0-806 qeydiyyat nişanlı ekskavator İddiaçı MMC tərəfindən cavavdeh "xxxx" MMC-yə təhvil verilmişdir. İddiaçı tərəfindən surəti məhkəməyə təqdim edilmiş cavavdeh "xxxx" MMC-nin direktoru X5 Nərimanov RPİ-nin 17-ci PŞ-də verdiyi 28.05.2021-ci il tarixli izahatın surətindən görünür ki, Z.Namazov tərəflər arasında yuxarıda qeyd edilən ekskavator alğısatqısı və dəyərinin ödənilməsi ilə bağlı digər xüsusatlarla yanaşı ödəməli olduğu 30000 manatı 6 ay ərzində, yəni 2021-ci ilin sonuna qədər ödəyəcəyini göstərmişdir. İş materiallarında olan 07.02.2020-ci il tarixli, birgə fəaliyyət haqqında müqaviləyə əsasən “sifarişçi” "xxxx" MMC “icraçı” İddiaçı MMC ilə razılaşmışlar ki, müqavilə qüvvədə olduğu müddət ərzində icraçı sifarişçinin tələbatı və əvvəlcədən yazılı və ya şifahi müraciəti əsasında tikinti obyektləri üçün aşağıda müəyyən olunan müxtəlif növ xidmətlət göstərəcəkdir. Həmin müqavilənin 3.1.2-ci bəndinə əsasən icraçı işləri tam keyfiyyətlə aparılmasını öhdəsinə alır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər müqavilədə nəzərdə tutulan vəzifələrin lazımi qaydada yerinə yetirmədikdə, bunun nəticəsində digər tərəfə dəymiş bütün zərərləri görə məsuliyyət daşıyırlar. 13.02.2020-ci il tarixli, 01 nömrəli razılaşma protokoluna əsasən "xxxx" MMC ilə İddiaçı MMC arasında icraçı Şirvan şəhərində yerləşən şifarişçiyə aid ərazidə divarın qalınğı 8mm olan metal təbəqədən (metal, digər material və avadanlıqlar icraçıya aiddir) hər birinin tutumu 72 kub.metr olmaqla 8 ədəd dəmir çəni hazırlayıb, hazırlanmış çəni qumla təmizləyib və bir qat boyayıb sifarişçiyə təhvil verir. Hər çənin qiyməti 18000 manat təşkil edir. 13.02.2020-ci il 02 nömrəli razılaşma protokoluna əsasən müəssisələr arasında bağlanmış 07.02.2020-ci il tarixli birgə fəaliyyət haqqında müavilə üzrə işləri və xidmətlərin göstərilən şərtlərə uyğun yerinə yetirilməsi barəsində razılığa gəliblər. İddiaçı tərəfindən təqdim olunmuş 10.03.2020-ci il tarixli, EBAH459379 nömrəli, 03.04.2020-ci il tarixli, EBAİ365511 nömrəli, 29.04.2020-ci il tarixli, EBAJ331925 nömrəli, 14.05.2020-ci il tarixli, EBAJ902720 nömrəli, 22.06.2020-ci il tarixli, EBAL435526 nömrəli, 16.07.2020-ci il tarixli, EBAM473313 nömrəli, 17.08.2020-ci il tarixli, EBAN725470, 28.09.2020-ci il tarixli, EBAQ546129 nömrəli, 14.01.2021-ci il tarixli, EBAW125587 nömrəli, 16.06.2021-ci il tarixli, EBBD336077 nömrəli, 30.08.2021-ci il tarixli, EBBH266718 nömrəli, elektron qaimələrə əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC tərəfindən verilən sifarişlərə uyğun ekskavatorla xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi əldən çıxmış faydanın hesablanmasına dair sənədə əsasən cavabdeh "xxxx" MMC tərəfindən öhdəliklərin pozulması nəticəsində İddiaçı MMC-yə əldən çıxmış fayda şəklində dəyən zərərin məbləği 17500 (on yeddi min beş yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən,əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.2-ci maddəsinə əsasən isə zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 421-ci maddəsinin tələblərinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarında olan 26.09.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdə 25.06.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin ləğv olunaraq müqavilənin predtmeti olan ekskavatorun geri qaytarılması tələbini irəli sürmüşdür. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, işin yuxarıda qeyd edilən hallarından müəyyən olunur ki, cavabdeh "xxxx" MMC 25.06.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin şərtlərini pozaraq onun dəyərini ödəməmişdir. Eyni zamanda müqavilənin predtmeti olan ekskavatoru geri qaytarmayaraq İddiaçı MMC-yə zərər vurmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanılmış 25 iyun 2019-cu il tarixli nəqliyyat vasitəsinin alğısatqı müqaviləsi ləğv edilməli, müqavilə predmeti olan ekskavator "xxxx" MMC-dən alınaraq İddiaçı MMC-yə qaytarılmalı, "xxxx" MMC-dən maddi ziyanın əvəzi olaraq 17500 (on yeddi min beş yüz) manat pul tutularaq X3” MMC-yə ödənilməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 25 iyun 2019-cu il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi ləğv edilsin. LİEBHERR R922-3L markalı, sarı rəngli, mühərrik nömrəsi D914T 92010820, buraxılış ili 1998, zavod nömrəsi ******* olan, AZ10 0-806 qeydiyyat nişanlı ekskavator "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçınə qaytarılsın. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən maddi ziyanın əvəzi olaraq 17500 (on yeddi min beş yüz) manat pul tutularaq İddiaçınə ödənilsin. İş üzrə iddia ərizəsinın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Sumqayıt Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-935/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(119)-935/2021
29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver