Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-95/2025 18.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi iştirakı ilə iddiaçı "Global Leasing” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq predmetinin qaytarılması və pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "Global Leasing” Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “lizinq predmetinin qaytarılması və pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh 3415,14 (üç min dörd yüz on beş manat on dörd qəpik) manat məbləğində əsas borcun, 812,80 (səkkiz yüz on iki manat səksən qəpik) manat məbləğində cərimənin və 63,21 (altmış üç manat iyirmi bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, lizinq predmeti olan 2 ədəd 4 gövdəli kotanın, 1 ədəd 9 gövdəli reperin, 1 ədəd 7 gövdəli reperin, 1 ədəd su çəninin, 1 ədəd 5 gövdəli kotanın, 1 ədəd bağ çiləyicisi universalın, 1 ədəd sadə bağ çiləyicisinin, 3 ədəd helezolun, 3 ədəd çiləyicinin, 2 ədəd gübrə səpənin, 3 ədəd universal yemçəkənin, 1 ədəd hidrovlik hamarlayıcının, 1 ədəd toxumsəpənin, 2 ədəd otbiçən avadanlığın saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 14 fevral 2025-ci il tarixdə iddiaçı "Global Leasing” Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək Cavabdeh tərəfindən ödənişlər edildiyindən işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən "Global Leasing” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - iddia ərizəsi baxılmamış saxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "Global Leasing” Açıq Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilməli və həmin ərizə əsasında iddiaçı "Global Leasing” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq predmetinin qaytarılması və pul tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "Global Leasing” Açıq Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilsin. İddiaçı "Global Leasing” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq predmetinin qaytarılması və pul tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-95/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-95/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver