Məhkəmə qərarları › İş №e-2-2(119)-989/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-989/2020

28.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-989/2020 28.12.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Tağıyev Xəqani Qəhrəman oğlu – İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib, hesab edirəm ki, hazırkı iddia tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1.4-cü maddəsinə əsasən, ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. İddiaçı MMC-nin iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ilə cavabdeh arasında aparılan alğı-satqı əməliyyatları üzrə cavabdehin iddiaçı "İddiaçı” MMC-yə borcu yaranmışdır. Yaranmış borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda müraciətlər edilmiş, cavabdeh xx.xx.2019-cu il tarixli məktubla iddiaçı "İddiaçı” MMC-yə yazılı müraciət edərək iddiaçıdan aldıqları sürtkü yağları keyfiyyət standartlarına cavab vermədiyindən Cavabdeh MMC-yə məxsus nəqliyyat vasitələrinin mühərriklərində ciddi problemlər yaratmaqla onlara ziyan vurulduğunu bildirmişdir. Bu isə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı hazırkı iddia tələbi ilə bağlı onların arasında mübahisə olduğuna dəlalət edir. Belə olan halda həmin mübahisəyə sadələşdirilmiş icraat qaydasında baxıla bilməz. Mülki-Prosessual Məcəllənin 284-4.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 284- 4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 284-1 - 284-4-cü maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah olunsun ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar