Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-990/2024 20.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları
1. İddiaçı 27 may 2024-cü il tarixdə “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddaçı İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 noyabr 2022-ci il tarixli Alqı-Satqı Müqaviləsinə əsasən 35910,32 (otuz beş min doqquz yüz on manat otuz iki qəpik) manat əsas borcun, 6463,85 (altı min dörd yüz altmış üç manat səksən beş qəpik) manat ƏDV borcunun, iddiaçıya hüquq xidmətlərinin göstərilməsinə görə ödənilmiş 1600 (min altı yüz) manat məbləğində pulun, ümumilikdə 43974,17 (qırx üç min doqquz yüz yetmiş dörd manat on yeddi qəpik) manat məbləğində pul vəsaitinin, eləcə də məhkəməyə müraciət etmək üçün ödənilmiş 221,80 (iki yüz iyirmi bir manat səksən qəpik) manat dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 noyabr 2022-ci il tarixli AG/001 saylı alqı-satqı Müqaviləsinin 1.1-ci bəndinə əsasən Satıcı (iddiaçı) Alıcının (cavabdehin) sifarişi əsasında Müqavilənin 1.2-ci bəndində göstərilən malların təqdim edilməsini, Alıcı isə razılaşdırılmış muzdu ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 1.2-ci bəndinə əsasən, iddiaçı tərəfindən cavabdehə mal, material və sair ehtiyat hissələrinin təqdim edilməsi razılaşdırılmışdır. 01 noyabr 2022-ci il tarixli, AG/001 saylı alqı-satqı Müqaviləsinə əsasən tərtib edilmiş 03 noyabr 2022-ci il tarixli təhvil-təslim Aktına əsasən iddiaçı tərəfindən cavabdehə 4 ədəd “Bins filler inductive sensor”, 2 ədəd “Low filler brush start for CF-110”, 1 ədəd “Hydraulic engine OMP125”, 4 ədəd “4-channels radio transmitter”, 1 ədəd “Turnable bins table belt tensior Lombardini LDW 1404 33HP engine”, 2 ədəd “1404/B1 Lombardini LDW 1404 33HP engine” və 1 ədəd “Lombardini wheel plate Z33” adlı mallar təhvil verilmişdir. Müqavilə şərtlərinə əsasən təhvil verilmiş mallara dair 15 noyabr 2022-ci il tarixli, AZS022/2022 nömrəli, əsas məbləği 39418,79 manat, ƏDV məbləği 7095,38 manat, ümumi dəyəri 46514,17 manat olan Hesab Faktura iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. Elə həmin tarixdə də iddiaçı tərəfindən cavabdehə ödənişin edilməsi üçün əsas məbləği 39418,79 manat, ƏDV məbləği 7095,38 manat, ümumi dəyəri 46514,17 manat olan EBCJ seriyalı, 219991 nömrəli elektron qaimə göndərilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən Alıcı təqdim edilmiş hesab faktura üzrə ödənişi köçürmə yolu ilə 10 (on) gün ərzində həyata keçirməli idi. Lakin cavabdeh tərəfindən 3508,47 manat əsas borc və 631,53 manat ƏDV ödənişi olmaqla, cəmi 4140 manat ödəniş olunmuş, qalan 35910,32 manat əsas borc və 6463,85 manat ƏDV borcu, ümumilikdə 42374,17 manat ödənilməmişdir. Beləliklə, Cavabdeh 24 may 2024-cü il tarixinədək İddiaçınə olan borcu 35910,32 manat əsas borc və 6463,85 manat ƏDV borcu olmaqla, ümumilikdə 42374,17 manat təşkil edir. Göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə bağlı cavabdehə 29 aprel 2024-cü il tarixində pretenziya məktubu göndərilməsi və borcun ödənilməsi üçün 10 iş günü müddətinə vaxt təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən bundan sonra da heç bir ödəniş olunmamışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən tərəflərin hər ikisinin üzərinə düşən icra hərəkətləri olub. İddiaçı həmin hərəkətləri müqavilə ilə müəyyən edilmiş vaxtda və qüsursuz şəkildə yerinə yetirməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb olmadan qarşılıqlı olaraq öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir və yaranmış borcu qəsdən ödəmir. Qanunvericiliyin göstərilən tələbinə əsasən, pretenziya məktubu online kargüzarlıq vasitəsilə cavabdehə göndərilmişdir. Eyni zamanda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat da cavabdehə elektron qaydada online kargüzarlıq vasitəsilə göndərilmişdir. İddiaçı birinci instansiya məhkəməsində hüquqlarının müdafiəsi üçün bağlanmış 09 fevral 2024-cü il tarixli, 011 nömrəli “Hüquq xidmətlərinin göstərilməsi haqqında” Müqaviləyə və onun 01 saylı Əlavəsinə əsasən xidmət haqqı kimi 1600 (min altı yüz) manat ödənilmişdir. İddia tələbindən görünür ki, iddiaçı cavabdehdən 43974,17 manat məbləğində borcun tutulmasını xahiş edir ki, bu halda dövlət rüsumunun miqdarı 221,80 manat təşkil edir. Göstərilən 221,80 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddaçı İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 noyabr 2022-ci il tarixli Alqı-Satqı Müqaviləsinə əsasən 35910,32 (otuz beş min doqquz yüz on manat otuz iki qəpik) manat əsas borcun, 6463,85 (altı min dörd yüz altmış üç manat səksən beş qəpik) manat ƏDV borcunun, iddiaçıya hüquq xidmətlərinin göstərilməsinə görə ödənilmiş 1600 (min altı yüz) manat məbləğində pulun, ümumilikdə 43974,17 (qırx üç min doqquz yüz yetmiş dörd manat on yeddi qəpik) manat məbləğində pul vəsaitinin, eləcə də məhkəməyə müraciət etmək üçün ödənilmiş 221,80 (iki yüz iyirmi bir manat səksən qəpik) manat dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçısını dinləyib, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
8. Belə ki, iş materiallarında olan 01 noyabr 2022-ci il tarixli, AG/001 saylı alqı-satqı Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Satıcı” - İddiaçı “Alıcı” - Cavabdeh sifarişi əsasında Müqavilənin 1.2-ci bəndində göstərilən malların təqdim edilməsini, alıcı Cavabdeh isə razılaşdırılmış muzdu ödəməyi öhdələrinə götürmüşlər.
9. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, mal, material və sair ehtiyat hissələrinin təqdim edilməsi işlərə daxil edilmişdir.
10. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, satıcı sifariş daxil olduqdan sonra sifariş üzrə malları təqdim edir və e-qaimə fakturaya hesab faktura təqdim edir. Ödəniş eqaimə fakturada qeyd olunmuş mallara əsasən ödənilir.
11. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, alıcı təqdim edilmiş hesab faktura üzrə ödənişi köçürmə yolu ilə 10 gün müddətinə həyata keçirir.
12. Həmin müqavilənin 3.1.1-ci və 3.1.2-ci bəndlərinə əsasən, satıcı işlərin görülməsinin qanunvericiliyin tələbini nəzərə almaqla yerinə yetirməyi və müqavilədən əmələ gələn digər öhdəlikləri yerinə yetirməyi öhdəsinə götürür.
13. Həmin müqavilənin 3.2.1-ci və 3.2.2-ci bəndlərinə əsasən, alıcı müqavilə ilə şərtləndirilmiş qaydada və müddətdə ödənişləri həyata keçirməyi və müqavilədən əmələ gələn digər öhdəlikləri yerinə yetirməyi öhdəsinə götürür.
14. İş materiallarında olan 03 noyabr 2022-ci il tarixli təhvil-təslim Aktına əsasən, İddiaçı tərəfindən 4 ədəd “Bins filler inductive sensor”, 2 ədəd “Low filler brush start for CF-110”, 1 ədəd “Hydraulic engine OMP125”, 4 ədəd “4-channels radio transmitter”, 1 ədəd “Turnable bins table belt tensior Lombardini LDW 1404 33HP engine”, 2 ədəd “1404/B1 Lombardini LDW 1404 33HP engine” və 1 ədəd “1404/B1” adlı mallar alıcı Cavabdehnə təhvil verilmişdir.
15. İş materiallarında olan 15 noyabr 2022-ci il tarixli, AZS022/2022 nömrəli Hesab Fakturaya əsasən, əsas məbləği 39418,79 manat, ƏDV məbləği 7095,38 manat, ümumi dəyəri 46514,17 manat olan mallar İddiaçı tərəfindən Cavabdehnə göndərilmişdir.
16. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə əsas məbləği 39418,79 manat, ƏDV məbləği 7095,38 manat, ümumi dəyəri 46514,17 manat olan malların satılması ilə əlaqədar 15 noyabr 2022-ci il tarixli, EBCJ seriyalı, 219991 nömrəli elektron qaimə göndərilmişdir.
17. İş materiallarında olan 27 aprel 2024-cü il tarixli rekvizitdən görünür ki, Cavabdeh tərəfindən 3508,47 manat əsas borc və eyni zamanda iş materialları ilə müəyyən olunur ki, 631,53 manat məbləğində ƏDV ödənişi İddiaçınə ödənilmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
20. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
21. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, 01 noyabr 2022-ci il tarixli, AG/001 saylı alqı-satqı Müqaviləsi üzrə almış olduğu mallara görə 35910,32 (otuz beş min doqquz yüz on manat otuz iki qəpik) manat əsas borc, 6463,85 (altı min dörd yüz altmış üç manat səksən beş qəpik) manat ƏDV borcu alıcı Cavabdeh tərəfindən satıcı İddiaçınə ödənilməmişdir.
22. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
26. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
27. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
28. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
30. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
31. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2).
32. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh “Sabfruit" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 01 noyabr 2022-ci il tarixli, AG/001 saylı alqı-satqı Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 35910,32 (otuz beş min doqquz yüz on manat otuz iki qəpik) manat əsas borc, 6463,85 (altı min dörd yüz altmış üç manat səksən beş qəpik) manat ƏDV borcu cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.
33. Bundan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 1600 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş 09 fevral 2024-cü il tarixli “hüquqi xidmətin göstərilməsi haqqında” müqavilə, qiymətlərin razılaşdırma protokolu və eyni zamanda 17 aprel 2024-cü il tarixli ödəniş tapşırığı ilə müəyyən edilir ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 1600 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
34. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
35. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir.
36. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
37. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi təmin edilməli, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə ödənilmiş 1600 manat pul vəsaitinin əvəzi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
38. Bundan əlavə, iddia tələbinin 221,80 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 24 may 2024-cü il tarixli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 221,80 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
39. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.
40. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Hazırkı iddia təmin edildiyindən istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 221,80 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
42. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 01 noyabr 2022-ci il tarixli, AG/001 saylı alqı-satqı müqaviləsi üzrə 35910,32 (otuz beş min doqquz yüz on manat otuz iki qəpik) manat məbləğində əsas borc, 6463,85 (altı min dörd yüz altmış üç manat səksən beş qəpik) manat məbləğində ƏDV borcu, həmçinin hüquqi yardımla bağlı ödənilmiş 1600 (min altı yüz) manat məbləğində pul vəsaiti və 221,80 (iki yüz iyirmi bir manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 44195,97 (qırx dörd min yüz doxsan beş manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.
43. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
46. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
47. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh “Sabfruit" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 35910,32 (otuz beş min doqquz yüz on manat otuz iki qəpik) manat məbləğində əsas borc, 6463,85 (altı min dörd yüz altmış üç manat səksən beş qəpik) manat məbləğində ƏDV borcu, habelə hüquqi yardımla bağlı ödənilmiş 1600 (min altı yüz) manat məbləğində pul vəsaiti və 221,80 (iki yüz iyirmi bir manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 44195,97 (qırx dörd min yüz doxsan beş manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İslam Əliyev