Məhkəmə qərarları › İş №e-2-2(119)-994/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-994/2023

27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-994/2023 27.07.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, Bakı Kommersiya Məhkəməsi tərəfindən ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3 qarşı “zərərin ödənilməsi“ tələbi barədə ilkin iddia ərizəsinə və Cavabdeh3 İddiaçınə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair e-2- 2(113)-2778/2023 nömrəli kommersiya işinin materiallarını nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı 19 may 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2nə, Cavabdeh3 və Cavabdeh1 qarşı “zərərin ödənilməsi“ tələbi barədə iddia ərizəsi ilə Bakı şəhər Nizami Rayon Məhkəməsinə müraciət edərək, vurulmuş zərərə görə 26900 ABŞ dolları məbləğində pulun, hüquqi yardım xərcinin əvəzi olaraq 210 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 227,19 manat pulun cavabdehlər Cavabdeh2ndən, Cavabdeh3 və Cavabdeh1 İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, “xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Zirə qəsəbəsindən İddiaçı MMC-yə məxsus 2300 ədəd taxta yeşiklərdə 20100 kq (Brutto), 16800 kq (Netto) ümumi dəyəri 18480 ABŞ dolları olan təzə pomidorlar Cavabdeh3 məxsus, Cavabdeh1 tərəfindən idarə edilən **- CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusuna yüklənmiş, yük həmin nəqliyyat vasitəsi və qoşqusu ilə daşıyıcı Cavabdeh2 tərəfindən xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Zirə qəsəbəsində İddiaçı MMC-dən təhvil alınmış və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət X1 Federasiyasının ərazisinə keçirilmişdir. 05 №-li Hesab-faktura, Gömrük bəyannaməsi və Beynəlxalq qaimə üzrə yük Rusiya Federasiyasının Novosibirsk şəhərinə təhvil verilməli idi. Lakin yükün daşınması zamanı Cavabdeh3 məxsus, Cavabdeh1 tərəfindən idarə edilən **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusunun sürücünün təqsiri ucbatından sürüşüb yoldan çıxaraq aşması nəticəsində qeyd olunan pomidorlar tamamilə məhv olmuşdur” (İş vərəqi: 1-ci cild, səhifə 1-4). Həmin iddia ərizəsi üzrə Bakı şəhər Nizami Rayon Məhkəməsində araşdırma aparılarkən Cavabdeh3 08 iyul 2022-ci ildə İddiaçınə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd olunması, maddi zərərə görə 31000 ABŞ dolları və mənəvi zərərə görə 2000 ABŞ dolları olmaqla cəmi 33000 ABŞ dolları məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 250 manat pulun cavabdeh İddiaçındən iddiaçı Cavabdeh3 xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı ilə cavabdeh arasında hər hansı bir Müqavilə bağlanmamışdır. Cavabdeh3 iddiaçı qarşısında hər hansı bir öhdəlik götürməmiş, iddiaçıdan heç bir mal təhvil almamışdır. İddiaçının hər hansı bir əmlakının daşınması barədə ona heç bir ödəniş edilməmişdir. Özünə məxsus avtomobili idarə etmək üçün o, sürücü Cavabdeh1 etibarnamə versə də, həmin etibarnamə əvvəldən verilmişdir. Yəni, bu etibarnamə iddiaçının malını daşımaq üçün xüsusi verilmiş etibarnamə olmamışdır. "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"na görə yüklərin daşınması müqavilə əsasında həyata keçirilir. Lakin, iddiaçı tərəfindən verilən iddia ərizəsindən belə bir müqavilənin olmadığı görünür” (i/v: 1-ci cild, səhifə 29-30). İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3 qarşı “zərərin ödənilməsi“ tələbi barədə ilkin iddia ərizəsinə və Cavabdeh3 İddiaçınə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair iş üzrə məhkəmə araşdırması zamanı qəbul edilmiş Bakı şəhər Nizami Rayon Məhkəməsinin 20 aprel 2023cü il tarixli e-2(007)-90/2023 nömrəli qərardadına əsasən həmin iş kommersiya mübahisəsi kimi qiymətləndirilərək, aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir (i/v: 1-ci cild, səhifə 198-199). Bakı Kommersiya Məhkəməsi tərəfindən həmin kommersiya işi 08 may 2023-cü ildə icraata qəbul edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası təyin edilmişdir (i/v: 1-ci cild, səhifə 207-208). İş üzrə Bakı Kommersiya Məhkəməsində keçirilən məhkəmə hazırlıq iclasında qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin 22 iyun 2023-cü il tarixli e-2-2(113)-2778/2023 nömrəli qərardadı ilə yuxarıda qeyd olunan məlum iddia və qarşılıqlı iddia ərizələrinə dair e-2-2(113)-2778/2023 nömrəli kommersiya işi baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş və həmin Qərardadda işin ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1, 851 və 852.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 35.3, 39.3, 40.1, 44.2.2, 45.1 və 45.2-ci maddələrinə istinad olunmaqla, “ Cavabdeh2 MMC-nin yük daşımalarını təşkil etməsi, Cavabdeh3 öz sürücüsü ilə birlikdə daşımanı həyata keçirməyi öhdəsinə götürməsi və yük göndərən İddiaçı ilə Cavabdeh3 arasında şifahi daşıma müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olması” ilə əsaslandırılmışdır (i/v: 2-ci cild, səhifə 10-15). Məhkəmə, İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3 qarşı “zərərin ödənilməsi“ tələbi barədə ilkin iddia ərizəsinə və Cavabdeh3 İddiaçınə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair e-2- 2(113)-2778/2023 nömrəli kommersiya işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlsə də, Bakı Kommersiya Məhkəməsi həmin işi baxılması üçün ərazi aidiyyəti üzrə məhz Sumqayıt Kommersiya Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Buna görə də, aşağıda təsvir olunanlara əsasən ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün hazırkı iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir (mübahisənin kommersiya mübahisəsi olması və hazırkı mübahisəyə kommersiya məhkəməsi tərəfindən baxılmalı olması Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən mübahisələndirilmir). Belə ki, iş materialları ilə müəyyən olunur ki, satıcı (yük göndərən) İddiaçı tərəfindən alıcı (yükü alan) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Rusiya Federasiyası) ümumi dəyəri 18480 ABŞ dolları olan pomidor məhsullarının Rusiya Federasiyasına çatdırılmaqla, sonuncuya satılması ilə bağlı tərtib edilmiş 13 noyabr 2021-ci il tarixli Gömrük Bəyannaməsindən görünür ki, 18480 ABŞ dolları dəyərində (2300 ədəd taxta yeşiklərdə - 20100 kq (Brutto), 16800 kq (Netto) pomidorun Rusiya Federasiyası ərazisinə keçirilməsi ilə əlaqədar müvafiq gömrük sənədləşdirilməsi aparılmışdır (i/v: 1-ci cild, səhifə 51, 53, 119-125) . İş materiallarında olan və müvafiq qaydada tərtib və təsdiq olunmuş 13 noyabr 2021ci il tarixli 123962 nömrəli Beynəlxalq Qaimədən (CMR) görünür ki, "yük göndərən" İddiaçı tərəfindən 2300 ədəd taxta yeşiklərdə 20100 kq. (Brutto), 16800 kq. (Netto) çəkisində olan pomidor məhsulu "Daşıyıcı" AZ-Forvard” Məhdud Məsuliyyətli Cəmiyyətinin vasitəsilə yük alan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Rusiya Federasiyası) çatdırılması üçün **- CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusuna yüklənərək, yük həmin nəqliyyat vasitəsi və qoşqusu ilə "Daşıyıcı" "AZ-Forvard” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 13 noyabr 2021-ci il tarixdə Abşeron rayonu Zirə qəsəbəsində yük göndərən İddiaçındən təhvil alınmış və 13 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət X1 Federasiyasının ərazisinə keçirilmişdir. X2 16-cı və 23-cü bölmələrində "Daşıyıcı" və "Sürücü" sözlərinin qarşısında bilavasitə Cavabdeh2 adı qeyd olunmuş və müvafiq qaydada təsdiq edilmişdir (i/v: 1-ci cild, səhifə 52) . Eləcə də, iş materialları ilə müəyyən olunur ki, nəqliyyat-ekspeditor firması Cavabdeh2, sürücü Cavabdeh1 və yük avtomobilinin sahibi Cavabdeh3 arasında sonuncuya məxsus nəqliyyat vasitələrindən istifadə etməklə yük daşınmaları ilə əlaqədar 10 avqust 2021-ci il tarixli müxtəlif Müqavilələr bağlanmış olsa da, həmin Müqavilələrdə İddiaçı hər hansı bir yükünün daşınması, o cümlədən də məlum yük daşımada Cavabdeh3 “daşıyıcı” olması barədə heç bir müddəa və ya şərt öz əksini tapmamışdır. Həmçinin, sürücü Cavabdeh1 12 sentyabr 2029-cu il tarixədək “X3” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu idarə etmək səlahiyyətinin verilməsi ilə əlaqədar Cavabdeh3 tərəfindən 06 avqust 2021-ci il tarixli “Nəqliyyat vasitələrindən istifadə edilməsi” haqqında Etibarnamə verilmişdir. Lakin, həmin Etibarnamə xüsusi olaraq İddiaçı hər hansı bir yükünün daşınması ilə əlaqədar deyil, ümumi olaraq məlum nəqliyyat vasitəsinin idarə edilməsi üçün verilmişdir. “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, daşıyıcı - haqq müqabilində sərnişin, baqaj, yük və poçt daşımaları üzrə xidmətləri göstərən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 8-ci maddəsinin 3-cü bəndinə əsasən, nəqliyyat müəssisələri və daşıyıcılar nəqliyyat xidmətlərini və digər xidmətləri qanunvericiliyə uyğun bağlanmış müqavilələr əsasında həyata keçirirlər. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır. Həmin Qanunun 4.0.6-cı maddəsinə əsasən, beynəlxalq daşımalar – avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisindən digər dövlətlərə və ya digər dövlətlərdən Azərbaycan Respublikasının ərazisinə, habelə Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməklə yerinə yetirilən sərnişin və ya yük daşımalarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarının 2.1.2-ci bəndinə əsasən, beynəlxalq yük daşımaları — avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisindən digər dövlətlərə və ya digər dövlətlərdən Azərbaycan Respublikasının ərazisinə, habelə Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməklə yerinə yetirilən yük daşımalarıdır. Həmin Qaydaların 2.1.3-cü bəndinə əsasən, daşıyıcı — daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən, daşıyıcının bu Qaydaların 5 nömrəli əlavəsindəki formaya uyğun olaraq tərtib edilmiş birdəfəlik sifarişi qəbul etməklə, əmtəə-nəqliyyat qaiməsi tərtib etməsi - avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilənin bağlanmasına bərabər tutulur. Həmin Qaydaların 38.1-ci bəndinə əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi (bundan sonra — CMR) bu Qaydaların 22 nömrəli əlavəsində nəzərdə tutulmuş nümunəvi formaya uyğun üç nüsxədə tərtib edilir, yükgöndərən və daşıyıcı tərəfindən imzalanır. CMR üzrə yükgöndərən və daşıyıcının imzalarının rəsmiləşdirilməsi mətbəədə çap edilmə üsulu ilə və ya yükgöndərənin və daşıyıcının ştempelinin əvəz edilməsi yolu ilə aparıla bilər. CMR-in birinci nüsxəsi yükgöndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir və yükalana verilir, üçüncü nüsxəsi isə daşıyıcıda qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 851-ci maddəsinin tələblərinə görə, daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Həmin Məcəllənin 854.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Həmin Məcəllənin 854.2-ci maddəsinə əsasən, qaimənin üç orijinalında yük göndərənin və daşıyıcının imzaları və ya ştempelləri olmalıdır. Qaimənin birinci nüsxəsi yük göndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir, üçüncü nüsxəsi isə daşıyıcıya verir. Göründüyü kimi, məlum yük daşıması ilə əlaqədar tərtib edilmiş yuxarıda qeyd olunan rəsmi sənədlərlə müəyyən olunur ki, iddia tələbinin predmetini təşkil edən 18480 ABŞ dolları dəyərində (2300 ədəd taxta yeşiklərdə - 20100 kq (Brutto), 16800 kq (Netto) pomidorun Rusiya Federasiyasına daşınması ilə əlaqədar 13 noyabr 2021-ci ildə tərtib olunmuş 123962 nömrəli Beynəlxalq Qaimədə “Daşıyıcı” nəqliyyat təşkilatı olaraq bilavasitə Cavabdeh2 qeyd olunmuş və həmin sənəd onun ştempeli ilə təsdiq edilmişdir. Lakin, həmin “Daşıma” münasibətləri üzrə tərtib olunmuş sənədlərdə məlum yükün daşınmasında istifadə olunan nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh3 da bu “daşıma”da İddiaçı ilə “yük göndərən - daşıyıcı” münasibətlərində olması və qeyd olunan yükün göndərilməsində “daşıyıcı” qismində iştirak etməsi, yəni qeyd olunan yükün digər ölkəyə daşınmasında (bu beynəlxalq daşımada) yuxarıda qeyd olunan Qanunvericilik və rəsmi sənədlər baxımından “Daşıyıcı” olmasını təsdiq edən hər hansı bir qeyd və yaxud göstəriş mövcud deyildir. Bu halda isə, yəni Bakı Kommersiya Məhkəməsi tərəfindən məlum yükün daşınması üçün müvafiq qaydada tərtib edilmiş 13 noyabr 2021-ci il tarixli 123962 nömrəli Beynəlxalq Qaimədə qeyd olunan rəsmi məlumatlar nəzərə alınmadan, ilkin iddia ərizəsi üzrə cavabdehlərdən “daşıyıcı”nın həmin sənəddə qeyd olunan Cavabdeh2 MMC deyil, məhkəmə iclasında verilmiş izahatlara əsaslanmaqla “yükü aparan nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh3 “daşıyıcı” olması” qənaətinə gəlinməsi mübahisəlidir. Halbuki, Cavabdeh3 08 iyul 2022-ci ildə məhkəməyə təqdim edilmiş qarşılıqlı iddia ərizəsi “Cavabdeh3 İddiaçı qarşısında hər hansı bir öhdəlik götürməməsi, iddiaçıdan heç bir mal təhvil almaması, iddiaçının hər hansı bir əmlakının daşınması üçün ona heç bir ödəniş edilməməsi, özünə məxsus avtomobili idarə etmək üçün sürücü Cavabdeh1 verilmiş etibarnamənin daha əvvəldən verilməsi və həmin etibarnamənin iddiaçının malını daşımaq üçün xüsusi verilmiş etibarnamə olmaması” ilə əsaslandırılmışdır. Yəni, bu kimi qeyd olunan ziddiyyətli xüsusatların özü də müvafiq rəsmi sənədlərdə olan məlumatlara deyil, izahatlara əsaslanmanı mübahisəli hala gətirir. Eyni zamanda, qeyd etmək lazımdır ki, bu mübahisəyə ərazi aidiyyəti üzrə baxacaq məhkəmə müəyyən edilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.3-cü maddəsinin tətbiqi baxımından, hazırkı ilkin iddia ərizəsi üzrə cavabdehlərin öz aralarında mövcud olan mülki münasibətlər deyil, məhz iddiaçının hər bir cavabdehlə olan mülki münasibətləri, yəni iddiaçının cavabdehlərdən hansı ilə “daşıma” münasibətlərində olması nəzərə alınmalıdır. Bu baxımdan, hazırkı kommersiya işinin materialları ilə müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3 qarşı “zərərin ödənilməsi“ tələbi barədə ilkin iddia ərizəsində tərəflər arasında, yəni iddiaçı və cavabdehlər arasında mövcud mübahisə üzrə İddiaçı – “yük göndərən”, hüquqi ünvanı İmişli rayonu Cəfərli kəndində olan Cavabdeh2 – “daşıyıcı”, Abşeron rayonu ərazisində qeydiyyatda olan Cavabdeh3 – mülkiyyətində olan nəqliyyat vasitəsini daşıyıcı Cavabdeh2 MMC-nin və sürücü Cavabdeh1 istifadəsinə verən – “fərdi sahibkar”, Bakı şəhəri ərazisində qeydiyyatda olan Cavabdeh1 isə – “sürücü” qismində iştirak etmişdir. İş materiallarındakı rəsmi sənədlərə əsasən müəyyən edilən bu konkret xüsusatlara görə təsdiq olunur ki, mübahisə predmeti olan məlum “daşıma” münasibətlərində yük göndərən iddiaçı üçün daşıyıcı qismində Cavabdeh2 iştirak etmişdir (bu xüsusat - hər hansı bir şifahi razılaşma və yaxud sövdələşmə ilə deyil, bilavasitə yazılı daşıma müqaviləsi olmasa da, birmənalı olaraq yuxarıda qeyd olunan 13 noyabr 2021-ci ildə müvafiq qaydada tərtib olunmuş 123962 nömrəli Beynəlxalq Qaimə ilə təsdiq olunur). Nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh3 isə İddiaçı ilə qanunvericiliyin tələb etdiyi əsaslar üzrə (müqavilə, qaimə və s.) hər hansı bir daşıma münasibətlərində olmamışdır. Çünki, işin mübahisə edilməyəcək dərəcədə mövcud konkret halları və iş materiallarında olan 13 noyabr 2021-ci il tarixli 123962 nömrəli Beynəlxalq Qaimə (CMR) ilə müəyyən olunur ki, iddiaçının yükünün daşınması üzrə mötəbər sənəddə daşıyıcı qismində Cavabdeh2 göstərilmişdir. Lakin, həmin sənəddə Cavabdeh3 adı heç bir halda, yəni heç bir statusda qeyd olunmamışdır. Ona görə də, bu mübahisə “yüklərin daşınma müqavilələrindən əmələ gələn mübahisə” kimi qiymətləndirildiyi halda, bu işə müstəsna aidiyyət qaydalarına uyğun olaraq hüquqi ünvanı İmişli rayonu ərazisində yerləşən daşıyıcı Cavabdeh2 MMC-nin olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Çünki, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlarla müəyyən olunur ki, iş üzrə "daşıyıcı" olan Cavabdeh2 MMC-nin hüquqi ünvanı İmişli rayonu Cəfərli kəndində yerləşir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə əsasən, yüklərin, sərnişinlərin və ya baqajın daşınma müqavilələrindən əmələ gələn yük daşıyanlara qarşı iddialar nəqliyyat təşkilatı idarəsinin olduğu yerə görə verilir. Beləliklə də, yuxarıda təsvir olunanlar belə bir nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulan müstəsna aidiyyətlə bağlı qaydalara uyğun olaraq iş üzrə cavabdeh – "daşıyıcı" Cavabdeh2 hüquqi ünvanı İmişli rayonunun Cəfərli kəndində olduğundan, hazırkı mübahisəyə baxılması ilə bağlı ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə də həmin cavabdehin hüquqi ünvanının qeydə alındığı inzibati ərazinin aid olduğu Şirvan Kommersiya Məhkəməsidir. Ona görə də, İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3 qarşı “zərərin ödənilməsi“ tələbi barədə ilkin iddia ərizəsinə və Cavabdeh3 İddiaçınə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində deyil, Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Bundan əlavə, məhkəmə qeyd etməyi lazım bilir ki, digər halda - yəni, Bakı Kommersiya Məhkəməsi hakiminin 22 iyun 2023-cü il tarixli e-2-2(113)-2778/2023 nömrəli qərardadında gəldiyi nəticəyə uyğun olaraq “hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh3 hazırkı mübahisə üzrə “daşıyıcı” qismində olması” faktı təsdiq edildiyi halda isə, Mülki-Prosessual Məcəllənin 39.3-cü maddəsinin tələblərinə görə həmin fiziki şəxsin məlum mülki münasibətdə “daşıyıcı” olması - həmin işin Bakı Kommersiya Məhkəməsi tərəfindən müstəsna ərazi aidiyyəti kimi qiymətləndirilərək Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi üçün əsas ola bilməzdi. Çünki, Mülki- Prosessual Məcəllənin 39.3-cü maddəsində nəzərdə tutulan “nəqliyyat təşkilatı idarəsi” ifadəsinin fərdi sahibkar olaraq Cavabdeh3 heç bir aidiyyəti yoxdur və fiziki şəxsin fərdi sahibkar olması onun “təşkilata” və yaxud “nəqliyyat təşkilatı idarəsinə” çevrilməsinə səbəb olmur. Yəni, fiziki şəxs fərdi sahibkar statusunda sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmamasından asılı olmayaraq, Mülki-Prosessual Qanunvericilikdə “təşkilat” və yaxud “idarə” hesab oluna bilməz (“təşkilat” və “idarə” kimi məfhumlar fiziki şəxslərə deyil, hüquqi şəxslərə aid ifadələrdir). Həmçiinin, “yük daşımalarını” nizamlayan çoxsaylı normativ xarakterli aktlarda da “daşıyıcı” qismində hüquq şəxs və fərdi sahibkar ifadələri ayrıayrılıqda qeyd olunmuş və Qanunvericilik heç bir normada fiziki şəxs olan fərdi sahibkarları “təşkilat” və yaxud “idarə” kimi ifadə etməmişdir. Eyni zamanda, bununla əlaqədar qeyd etmək lazımdır ki, Mülki-Prosessual Məcəllənin bütün bölmə və fəsillərində, o cümlədən də “Ərazi aidiyyəti” fəslində təsbit olunmuş normalarda proses iştirakçısı olaraq hüquqi və fiziki şəxslər ayrı-ayrılıqda göstərilmiş olduğundan, məlum 39.3-cü maddədə qeyd olunan “nəqliyyat təşkilatı idarəsi” ifadəsi də fiziki şəxs olan fərdi sahibkarlara aid edilə bilməz. Çünki, belə bir yanaşma həmin ifadənin daşıdığı mahiyyət və məzmuna uyğun gəlməyən dərəcədə prosessual normanın genişləndirici təfsiri ilə nəticələnər ki, buna da qanunvericiliyin və “hüquqi müəyyənlik” prinsipinin tələbləri baxımından yol verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020-ci il tarixli Qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında dəfələrlə istinad etdiyi hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir və hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ-hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Göründüyü kimi, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35, 36 və 39-cü maddələrinin tələbləri baxımından, Cavabdeh3 “daşıyıcı” qismində qəbul olunduğu halda belə, bu işin Bakı şəhəri ərazisində qeydiyyatda olan Cavabdeh1 (ünvan 2 ünvanına görə Bakı Kommersiya Məhkəməsinə verilməsi və ərazi aidiyyət qaydalarına görə həmin məhkəmədə baxılması tamamilə qanuni olduğu üçün Bakı Kommersiya Məhkəməsi həmin işə mahiyyəti üzrə özü baxmalı idi, yəni işi icraatından çıxararaq Sumqayıt Kommersiya Məhkəməsinə göndərməli deyildi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə də, məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı olduqda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verildiyinə görə, yuxarıda qeyd olunan hallara əsasən hazırkı kommersiya işi üzrə ərazi aidiyyəti Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: Bakı Kommersiya Məhkəməsi tərəfindən ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3 qarşı “zərərin ödənilməsi“ tələbi barədə ilkin iddia ərizəsinə və Cavabdeh3 İddiaçınə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair e-2- 2(113)-2778/2023 nömrəli kommersiya işi ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar