Məhkəmə qərarları › İş №e-2-2(119)-995/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-995/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-995/2025 07.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 6538,98 (altı min beş yüz otuz səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində borcun və 85,39 (səksən beş manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları alıcıya təhvil verməyi, alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş elektron qaimə-faktura sənədlərinə və təhvil-qəbul aktlarına əsasən cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən ona tam şəkildə təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, Cavabdeh İddiaçındən aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə 17 mart 2025-ci il tarixinə cəmiyyətə 6538,98 (altı min beş yüz otuz səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində qalıq borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh qalıq borcun ödənilməsini təmin etməmişdir. İddiaçı 17 iyul 2025-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 14 fevral 2020ci və 24 yanvar 2022-ci il tarixlərdə olmaqla 2 dəfə alqı-satqı müqaviləsi imzalanmış və hər iki müqavilə üzrə malların alqı-satqısı həyata keçirilmişdir. Lakin qalıq borc məbləği isə 24 yanvar 2022-ci il 07918 nömrəli tarixli müqavilə üzrə yaranmışdır. 17 iyul 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etmişdir. Göstərilənlərə əsasən Cavabdeh 24 yanvar 2022-ci il 07918 nömrəli tarixli alqı-satqı müqaviləsi üzrə 6538,98 (altı min beş yüz otuz səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində borcun və 85,39 (səksən beş manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq tutularaq İddiaçınə ödənilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. 17 iyul 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etdiyini bildirmişdir. Lakin Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli 07918 nömrəli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən alıcı satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda məhsulları vaxtaşırı satıcıdan sifariş etməyi, satıcı malları alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə miqdarda və assortimenttə alıcıya təhvil verməyi və alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və mallarını dəyərini satıcıya müqavilədə (müqavilənin müvafiq əlavələri da daxil olmaqla) göstərilən qaydada ödəməyi öhdəsinə götürür. İş materiallarında olan qaimə-fakturalara əsasən 26 fevral 2022-ci il tarixdə 821,69 manat dəyərində, 26 fevral 2022-ci il tarixdə 357,06 manat dəyərində, 02 mart 2022-ci il tarixdə 238,08 manat dəyərində, 23 aprel 2022-ci il tarixdə 483,09 manat dəyərində, 06 may 2022-ci il tarixdə 330,42 manat dəyərində, 21 may 2022-ci il tarixdə 419,42 manat dəyərində, 02 iyun 2022-ci il tarixdə 892,79 manat dəyərində, 03 iyun 2022-ci il tarixdə 450,09 manat dəyərində, 04 iyun 2022-ci il tarixdə 382,89 manat dəyərində, 15 iyul 2022ci il tarixdə 354,92 manat dəyərində, 02 sentyabr 2022-ci il tarixdə 419,60 manat dəyərində, 03 noyabr 2022-ci il tarixdə 555,14 manat dəyərində, 27 yanvar 2023-cü il tarixdə 418,57 manat dəyərində, 14 fevral 2023-cü il tarixdə 334,98 manat dəyərində və 18 fevral 2023-cü il tarixdə 353,64 manat dəyərində mal İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, Cavabdeh İddiaçınə 04 avqust 2022-ci il tarixdə 1500 manat, 14 sentyabr 2022-ci il tarixdə 1500 manat və 01 noyabr 2022-ci il tarixdə 600 manat ödəniş həyata keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 24 yanvar 2022-ci il 07918 nömrəli tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə müxtəlif tarixlərdə müxtəlif dəyərdə mallar satmış, Cavabdeh həmin malların dəyərindən ödənişlər etsə də, o, öhdəliyini lazımi qaydada icra etməyərək 6538,98 manat məbləğində malların dəyərini ödəməmişdir. Buna görə İddiaçı Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Cavabdeh 17 iyul 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında iddiaçıya 6538,98 (altı min beş yüz otuz səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində borcunun qaldığını etiraf etmişdir. Buna görə məhkəmə hesab edir ki, 24 yanvar 2022-ci il 07918 nömrəli tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 6538,98 (altı min beş yüz otuz səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “85,39 (səksən beş manat otuz doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 21 may 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 85,39 (səksən beş manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 85,39 (səksən beş manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6538,98 (altı min beş yüz otuz səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində borc və 85,39 (səksən beş manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6624,37 (altı min altı yüz iyirmi dörd manat otuz yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 6538,98 (altı min beş yüz otuz səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində borc və 85,39 (səksən beş manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6624,37 (altı min altı yüz iyirmi dörd manat otuz yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar