Məhkəmə qərarları › İş №e-2-2(121)-1/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1/2024 02.07.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı - pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı – xx.xx.2020-ci il tarixli 05/00172 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1.800 manat məbləğdə ödənilməmiş borcun və 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barəsində məhkəmə əmri haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 05/00172 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR- 2035 markalı 557420 şassi nömrəli, V13765 mühərrik nömrəli taxılyığan kombaynı 2020-ci il taxıl biçini mövsümü ərzində istifadəyə verilmişdir. İddiaçı ilə borclu arasında bağlanmış 05/00172 nömrəli müqaviləyə əsasən 2.500 manat öhdəlikdən 700 manat ödəniş edərək 1.800 manat borcu qalmışdır. Borclunun iddiaçıya hal-hazırda 1.800 manat borcu vardır. Lakin borclu vaxtında kreditora olan borcunu qaytarmadığından kreditor dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, borclu bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, kreditor məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Borclu öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(121)-524/2021 saylı məhkəmə əmri ilə xx.xx.1973-ci il təvəllüdlü ünvan 1i ünvanında qeydiyyatda olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN: **********), borclu Cavabdeh 05/00172 saylı, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1.800 manat məbləğində borc və 20 manat məbləğində dövlət rüsumu, cəmi 1.820 manat məbləğində pul vəsaiti alınaraq Bakı şəhəri, Z.Bünyadov prospekti 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 4-cü mərtəbədə yerləşən kreditor İddiaçı ASC-yə ödənilməsi əmr edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(121)-524/2021 saylı məhkəmə əmrindən etiraz edərək, əmrin ləğv edilməsini və iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(121)-2259/2023 saylı qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(121)- 524/2021 saylı məhkəmə əmri ləğv edilməsi və materiallar əsasında ümumi iddia icraatına keçirilməsi qərara alınmışdır. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin, cavabdeh xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak edərək, göstərmişdir ki, artıq 4 ildir ki, o, texnika işlətmir. Texnikanı 2018-ci ildə başqa şəxsin adına götürmüş, həmin müqavilə üzrə borcu da ödəmişdir. Hazırki müqavilədə olan imzalar ona məxsus deyildir. İddiaçıya barışıq üçün müraciət etmək istəyir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin Ağcabədi RN-nin Füzuli rayon bölməsi ilə Cavabdeh arasında 05/00172 saylı xx.xx.2020-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC tərəfindən (1 ədəd SR- 2035 markalı taxılyığan kombayn) kənd təsərrüfatı texnikasını mülkiyyət hüququ istifadəçiyə keçməməsi şərti ilə istifadəyə verilmişdir. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli texniki vəziyyət haqqında 05/00172 saylı akt 1-dən görünür ki, SR-2035 markalı taxılyığan kombayn "xxxx" ASC-nin Ağcabədi RN-nin Füzuli rayon bölməsi tərəfindən cavabdehə təhvil verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli texniki vəziyyət haqqında 05/00172 saylı akt 2-dən görünür ki, SR-2035 markalı taxılyığan kombayn cavabdeh tərəfindən "xxxx" ASC-nin Ağcabədi RN-nin Füzuli rayon bölməsi təhvil verilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ASC ("xxxx" ASC) ilə bağlanmış 05/00172 nömrəli, xx.xx.2020-ci il tarixli operativ lizinq müqavilələri üzrə 1.800 manat gecikdirilmiş borc yaranmışdır. Həmin vəsaitin qısa zaman ərzində ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqavilə(lər)si üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İşə əlavə olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 05/00172 nömrəli müqavilə üzrə 1.800 manat borcu vardır. İşdə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 4/221 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, 1. "xxxx" ASC və Cavabdeh adlarından olan 05/00172 nömrəli xx.xx.2020-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilənin 1-2ci vərəqələrinin aşağı hissələrində soldan 2-ci imzalar - eyni şəxs Cavabdeh tərəfindən icra olunmuşdur. Həmin müqavilənin 3-cü vərəqəsində “Lizinq alan istifadəçi imza Cavabdeh” qrafasındakı imza; Cavabdeh adına olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin iş vahidinin dəyəri barədə tarif cədvəlinin sonunda “İmza” qrafasındakı imza; "xxxx" ASC və Cavabdeh Mahi oğlunun adlarından olan xx.xx.2020-ci il tarixli texniki vəziyyət haqqında Aktda “Təhvil aldı” qrafasında və “Cavabdeh” yazılarının qarşısındakı imzalar, Cavabdeh adından olan xx.xx.2020-ci il tarixli iltizamda “İmza” qrafasındakı imza eyni şəxs tərəfindən icra olunmuşdur; 2. "xxxx" ASC və Cavabdeh adlarından olan 05/00172 nömrəli xx.xx.2020-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilənin 3-cü vərəqsində “Lizinq alan istifadəçi Cavabdeh” qrafasındakı imza, Cavabdeh adına olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin iş vahidinin dəyəri barədə barədə tarif cədvəlinin sonunda “İmza” qrafasındakı imza; "xxxx" ASC və Cavabdeh adlarından olan xx.xx.2020-ci il tarixli texniki vəziyyət haqqında Aktda “Təhvil aldı qrafasında və “Cavabdeh” yazılarının qarşısındakı imzalar, Cavabdeh adından olan xx.xx.2020-ci il tarixli iltizamda “İmza” qrafasındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. "xxxx" ASC və Cavabdeh adlarından olan 05/00172 nömrəli xx.xx.2020-ci il tarixli "Aqrolizinq” ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilənin 1-2-ci vərəqələrinin aşagı hissələrində soldan 2ci imzalar ilə "xxxx" ASC və Cavabdeh adlarından olan 05/00172 nömrəli xx.xx.2020-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə verilməsi barədə müqavilənin 3-cü vərəqsində “Lizinq alan istifadəçi Cavabdeh” qrafasındakı imza, Cavabdeh adına olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin iş vahidinin dəyəri barədə barədə tarif cədvəlinin sonunda “İmza” qrafasındakı imza, "xxxx" ASC və Cavabdeh adlarından olan xx.xx.2020-ci il tarixli texniki vəziyyət haqqında Aktda “Təhvil aldı” qrafasında və “Cavabdeh” yazılarının qarşısındakı imzalar, Cavabdeh adından olan xx.xx.2020-ci il tarixli iltizamda “İmza” qrafasındakı imza – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur; 3. "xxxx" ASC və Cavabdeh adlarından olan 05/00172 nömrəli xx.xx.2020-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilənin 1-2-ci vərəqələrinin aşağı hissələrində soldan 2ci imzalarda, 3-cü vərəqəsində “Lizinq alan İstifadəçi Cavabdeh” qrafasındakı imzada, Cavabdeh adına olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin iş vahidinin dəyəri barədə barədə tarif cədvəlinin sonunda “İmza” qrafasındakı imzada, "xxxx" ASC və Cavabdeh adlarından olan xx.xx.2020-ci il tarixli texniki vəziyyət haqqında Aktda “Təhvil aldı” qrafasında və “Cavabdeh” yazılarının qarşısındakı imzalarda, Cavabdeh adından olan xx.xx.2020-ci il tarixli iltizamda “İmza” qrafasındakı imzada - imzanın qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmamışdır. İşdə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş əlavə məhkəmə-xətşünaslıq ekspertizasının 4/647 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, 1. "xxxx" ASC və Cavabdeh adlarından olan 05/00172 nömrəli xx.xx.2020-ci il tarixli "Aqrolizinq” ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilənin 1-2-ci vərəqələrinin aşağı hissələrində soldan 2-ci imzalar, "xxxx" ASC və Cavabdeh adlarında olan xx.xx.2020-ci il tarixli texniki vəziyyət haqqında akt 2-də “Təhvil aldı” qrafasında və “Cavabdeh” yazılarının qarşısındakı imzalar - eyni şəxs Cavabdeh tərəfindən icra olunmuşdur. "xxxx" ASC və Cavabdeh adlarından olan 05/00172 nömrəli xx.xx.2020-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilənin 3-cü vərəqəsində “Lizinq alan istifadəçi imza Cavabdeh” qrafasındakı imza; Cavabdeh adına olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin iş vahidinin dəyəri barədə tarif cədvəlinin sonunda “İmza” qrafasındakı imza; "xxxx" ASC və Cavabdeh Mahi oğlunun adlarından olan xx.xx.2020-ci il tarixli texniki vəziyyət haqqında Aktda “Təhvil aldı” qrafasında və “Cavabdeh” yazılarının qarşısındakı imzalar, Cavabdeh adından olan xx.xx.2020-ci il tarixli iltizamda “İmza” qrafasındakı imza - eyni şəxs tərəfindən icra olunmuşdur; 2. "xxxx" ASC və Cavabdeh adlarından olan 05/00172 nömrəli xx.xx.2020-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilənin 3-cü vərəqsində “Lizinq alan istifadəçi Cavabdeh” qrafasındakı imza, Cavabdeh adına olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin iş vahidinin dəyəri barədə barədə tarif cədvəlinin sonunda “İmza” qrafasındakı imza; "xxxx" ASC və Cavabdeh adlarından olan xx.xx.2020-ci il tarixli texniki vəziyyət haqqında Aktda “Təhvil aldı” qrafasında və “Cavabdeh” yazılarının qarşısındakı imzalar, Cavabdeh adından olan xx.xx.2020-ci il tarixli iltizamda “İmza” qrafasındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. "xxxx" ASC və Cavabdeh adlarından olan 05/00172 nömrəli xx.xx.2020-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilənin 1-2-ci vərəqələrinin aşagı hissələrində soldan 2-ci imzalar və "xxxx" ASC və Cavabdeh adlarında olan xx.xx.2020-ci il tarixli texniki vəziyyət haqqında akt 2-də “Təhvil aldı” qrafasında və “Cavabdeh” yazılarının qarşısındakı imzalar ilə "xxxx" ASC və Cavabdeh adlarından olan 05/00172 nömrəli xx.xx.2020-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə verilməsi barədə müqavilənin 3-cü vərəqəsində “Lizinq alan istifadəçi Cavabdeh” qrafasındakı imza, Cavabdeh adına olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin iş vahidinin dəyəri barədə barədə tarif cədvəlinin sonunda “İmza” qrafasındakı imza, "xxxx" ASC və Cavabdeh adlarından olan xx.xx.2020-ci il tarixli texniki vəziyyət haqqında Aktda “Təhvil aldı” qrafasında və “Cavabdeh” yazılarının qarşısındakı imzalar, Cavabdeh adından olan xx.xx.2020-ci il tarixli iltizamda “İmza” qrafasındakı imza – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur; 3. "xxxx" ASC və Cavabdeh adlarından olan 05/00172 nömrəli xx.xx.2020-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilənin 1-2ci vərəqələrinin aşağı hissələrində soldan 2-ci imzalarda, 3-cü vərəqəsində “Lizinq alan İstifadəçi Cavabdeh” qrafasındakı imzada, "xxxx" ASC və Cavabdeh adlarında olan xx.xx.2020-ci il tarixli texniki vəziyyət haqqında akt 2-də “Təhvil aldı” qrafasında və “Cavabdeh” yazılarının qarşısındakı imzalarda, Cavabdeh adına olan xx.xx.2020-ci il tarixli Aqrotexniki xidmətlərin iş vahidinin dəyəri barədə barədə tarif cədvəlinin sonunda “İmza” qrafasındakı imzada, "xxxx" ASC və Cavabdeh adlarından olan xx.xx.2020-ci il tarixli texniki vəziyyət haqqında Aktda “Təhvil aldı” qrafasında və “Cavabdeh” yazılarının qarşısındakı imzalarda, Cavabdeh adından olan xx.xx.2020-ci il tarixli iltizamda “İmza” qrafasındakı imzada - imzanın qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmamışdır. Beləliklə, işin həqiqi halları məhkəmə iclasında müəyyən olunmuşdur ki, ekspert rəyləri ilə "xxxx" ASC-nin Ağcabədi RN-nin Füzuli rayon bölməsi və Cavabdeh arasında bağlanmış 05/00172 saylı, xx.xx.2020-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə müqavilənin 3-cü vərəqində, tarif cədvəlində, iltizamda və lizinq predmetinin cavabdehə təhvil verilməsini göstərən aktda olan imzaların cavabdeh tərəfindən imzalanmaması müəyyən edilsə də, həmin ekspert rəyləri ilə qeyd edilən müqavilənin tarixinin (o cümlədən, əsas şərtlərinin) göründüyü 1-ci vərəqində və müqavilənin əsas şərtlərinin göstərildiyi 2-ci vərəqində, həmçinin lizinq predmetinin cavabdeh tərəfindən "xxxx" ASC-yə qaytarılmasını bildirən aktda olan imzaların cavabdeh tərəfindən imzalanması müəyyən olunmuşdur. Göründüyü kimi, qeyd edilən müqavilənin ekspert rəyi ilə 3-cü vərəqinin Cavabdeh tərəfindən imzalanmaması müəyyən olunsa da, onlar arasında müqavilə faktiki olaraq bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.1-ci maddəsinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 409.4-cü maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan müqavilənin bir vərəqinin cavabdeh tərəfindən imzalanmaması müəyyən olunsa da, müqavilənin şərtləri Cavabdeh tərəfindən qismən (cavabdeh tərəfindən qismən ödənişlər edilmiş və sonunda lizinq predmeti iddiaçıya qaytarılmışdır), "xxxx" ASC tərəfindən isə tam yerinə yetirildiyindən, tərəflər arasında müqavilə bağlanmış sayılır. Belə ki, lizinq predmeti "xxxx" ASC tərəfindən cavabdehə təhvil verilmişdir ki, cavabdeh sonradan onu "xxxx" ASC-yə qaytarmışdır. Digər tərəfindən, cavabdeh artıq 4 ildir texnika işlətmədiyini, 2018-ci ildə başqa şəxsin adına texnika götürdüyünü və həmin müqavilə üzrə borcunu ödədiyini, hazırki müqavilədə olan imzaların ona məxsus olmamasını göstərsə də, ekspert rəyi ilə qeyd edilən müqavilənin tarixinin (xx.xx.2020-ci il) görsəndiyi 1-ci vərəqində olan imzanın ona məxsus olması müəyyən edilmişdir. Bundan başqa, cavabdeh bir tərəfdən müqavilədəki imzanın ona məxsus olmamasını bildirməklə iddiaya etiraz edir, digər tərəfdən, iddiaçıya barışıq üçün müraciət etmək istədiyini bildirir. Həmçinin, qeyd edilən müqavilənin 3-cü vərəqinin Cavabdeh tərəfindən imzalanmamış olmasa belə, müqavilə cavabdehin qabaqcadan razılığı əsasında bağlandığından və cavabdeh tərəfindən sonradan bəyənildiyindən (məsələn, lizinq predmetini götürüb, sonradan geri qaytarmışdır) etibarlı sayılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 355-ci maddəsinə əsasən, əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Həmin Məcəllənin 356-cı maddəsinə əsasən, əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir. Qeyd edilən Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Göstərilən Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən "xxxx" ASC müqavilə öhdəliyini icra etmiş, bununla da "xxxx" ASC tərəfindən müqavilənin qanunla müəyyən olunmuş şərtlərinə riayət olunmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, tərəflər arasında qeyd edilən müqavilə bağlanmış sayılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, ekspert rəyi ilə müqavilənin 3-cü vərəqində, tarif cədvəlində, iltizamda və lizinq predmetinin cavabdehə təhvil verilməsini göstərən aktda olan imzaların Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunması müəyyən edilsə də, "xxxx" ASC tərəfindən Cavabdeh lizinq predmeti təhvil verildiyindən, "xxxx" ASC ilə Cavabdeh arasında qeyd edilən müqavilə baş tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Qeyd edilən Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə, qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri (yəni, lizinq predmetinin geri qaytarılması) nəzərə alınmaqla hesab edir ki, ekspert rəyi ilə müqavilənin 3-cü vərəqində, tarif cədvəlində, iltizamda və lizinq predmetinin cavabdehə təhvil verilməsini göstərən aktda olan imzaların Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunması müəyyən olunsa belə, "xxxx" ASC ilə Cavabdeh arasında qeyd edilən müqavilə baş tutmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı aralarında bağlanmış müqavilə üzrə əsas borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh lizinq müqavilə(lər)si əsasında lizinq obyekt(lər)ini almaq (istifadə etmək) hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə(lər) ilə müəyyən edilmiş pul məbləğ(lər)ini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, cavabdeh pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddiaçı lizinq məbləğ(lər)inin ödənilməsi tələb etməkdə haqlıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Bundan əlavə, tərəflər arasında sadə yazılı şəkildə müqavilə bağlanmamış (imzalanmamış) olsa idi belə, iddiaçının göstərilən vəsaiti Cavabdeh tələb etməyə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd edilən Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Göstərilən Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi “əsas borcun ödənilməsi” hissəsində təmin edilərək, 1800 manat məbləğində əsas borc Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 280 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olaraq 280 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 05/00172 nömrəli, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1800 manat borc, 20 manat dövlət rüsumu, cəmi 1820 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. Ekspertiza tədqiqatlarının dəyəri olaraq 280 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar