Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-10/2020 11.03.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X2, həmçinin nümayəndəsi və vəkili X5, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X9 iştirakları ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehnə qarşı pul tələbinə dair ilk iddia ərizəsi, həmçinin ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı əlavə razılaşmaların etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçıxxxx“Azintertrans” LTD və Cavabdehxxxxarasında xx xxxx 2010-cu il tarixli, ACC- 013 saylı yüklərin ekspedisiya haqqında müqavilə və həmin müqaviləyə xx xxxxxxxx 2016cı il tarixli, 06/16 saylı əlavə razılaşma üzrə 108,317,56 ABŞ dolları məbləğində və “xxxx”xxxx“xxxx”xxxxCavabdehxxxxarasında xx xxxx 2015-ci il tarixli, ACCM/GLZQ/03/2015 saylı yüklərin ekspedisiya xidməti haqqında müqavilə və həmin müqaviləyə xx xxxxxxxx 2016-cı il tarixli, 07/16 saylı əlavə razılaşma üzrə 4.423,77 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçıxxxx“xxxx.” arasındaxx xxxx 2010-cu il tarixli, ACC-013 saylı, İddiaçıxxxx“xxxx”xxxxarasındaisə xx xxxx 2015-ci il tarixli, ACCM/GLZQ/03/2015 saylı yüklərin ekspedisiya xidməti haqqında müqaviləbağlanmışdır. Həmin müqavilələrin 1.1-ci maddəsinə əsasən, İddiaçıxxxxSifarişçilər tərəfindən daşımayatəqdim olunmuş, hər daşımasifarişinə uyğun olaraq yüklərin daşınmasını təmin edir. Müqavilənin 2.2-ci bəndinə əsasən “Sifarişçi”, hər bir haldaayrı-ayrı yüklərin və yük partiyası üçün daşımatariflərini və daşımanın xüsusi şərtlərini “Ekspeditor”la, yəni İddiaçıxxxxəvvəlcədən razılaşdıracaqdır, 3.1-ci bəndinə əsasən isə bütün yük növlərinə və daşınmaformasına(tranzit, idxal, ixrac) görə tariflər və daşınmanın xüsusi şərtləri bu müqaviləyə ediləcək əlavələrdə razılaşdıralacaqdır. İddiaçıxxxx“xxxx”arasındaimzalanmış xx.xx.2015-ci il tarixli üzləşmə aktından isə görünür ki, xx xxxxxx 2015-ci il tarixinə “xxxx”nin İddiaçı MMC-yə 108.153,35 ABŞ dolları məbləğində borcu qalmışdır. Lakin bu günə qədər bu borc məbləği “xxxx”tərəfindən ödənilməmişdir. İddiaçıxxxx“xxxx” və Cavabdehxxxxarasındaxx xxxx 2010-cu il tarixli, ACC-013 saylı yüklərin ekspedisiyaxidməti haqqında müqaviləyə dair üçtərəfli imzalanmış xx xxxxxxxx 2016-cı il tarixli, №06/16 saylı əlavə razılaşmayaəsasən isə, “xxxx”İddiaçı MMC-yə 108.317,56 ABŞ dolları məbləğində borcu olmasını təsdiq etmiş, Cavabdehxxxx“xxxx”-nin 108.317,56 ABŞ dolları məbləğində borcunu xx xxxxxx 2016-cı il tarixinə kimi İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamandaİddiaçıxxxx“xxxx”xxxxCavabdehxxxxarasındaxx xxxx 2015-ci il tarixli, ACCM/GLZQ/03/2015 saylı yüklərin ekspedisiyaxidməti haqqında müqaviləyə dair üçtərəfli imzalanmış xx xxxxxxxx 2016-cı il tarixli, №07/16 saylı əlavə razılaşmayaəsasən isə, “xxxx”xxxxİddiaçı MMC-yə 4.423,77 manat məbləğində borcu olmasını təsdiq etmiş, Cavabdehxxxx“xxxx” MMC-nin 4.423,77 manat məbləğində borcunu xx xxxxxx 2016-cı il tarixinə kimi İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən indiyədək qeyd olunan müqavilələr üzrə hər hansı ödəniş edilməmişdir İddiaçıxxxxtərəfindən müqavilə öhdəlikləri tam və vaxtında yerinə yetirilsə də, cavabdeh öhdəliklərini və qanunvericiliyin tələblərini yerinə yetirməyərək, müqavilə üzrə İddiaçı MMC-yə olan borcunu ödəməmişdir. Müqavilənin 5.4-cü bəndinə əsasən, tərəflər arasında yaranmış mübahisələr danışıqlar yolu ilə həll edilməlidir, 5.5-ci bəndinə əsasən isə mübahisələr danışıqlar yolu ilə həll edilmədiyi halda, iş baxılmaq üçün cavabdeh tərəfin ölkəsinin müvafiq məhkəməsinə verilməlidir. Qeyd edək ki, dahaəvvəl də bu mübahisənin danışıqlar və qarşılıqlı razılaşma yolu ilə həlli üçün nümayəndələritərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə bir neçə dəfə şifahi və yazılı müraciətlər edilməsinə baxmayaraq, bu müraciətlərin heç bir nəticəsi olmamış və qeyd edilən məbləğdə borc ödənilməmiş qalmışdır. Bu səylərin nəticəsiz olduğu görüldükdə, cavabdehə xx xxxxxxxx 2018-ci il tarixli, 076/18 saylı pretenziya verilmişdir. Pretenziyadacavabdehə müqavilələr və əlavə razılaşmalar üzrə öhdəliklərini yerinə yetirməsi və 108.317,56 ABŞ dolları və 4.423,77 manat məbləğində borcu həmin pretenziyanı aldığı tarixdən etibarən 7 gün müddətində ödəməsini təklif etmiş, əks haldaisə hüquqlarının müdafiəsi üçün Azərbaycan Respublikası qanunvericiliyinə və müqavilənin 5.6-cı maddəsinə uyğun olaraq məhkəməyə müraciət etməli olacaqlarını bildirmişlər. Lakin poçt xidmətindən alınmışxəbərnaməyə əsasən Cavabdehxxxxhüquqi ünvanındafəaliyyət göstərmədiyindən pretenziyanı çatdırmaq mümkün olmamışdır. Cavabdehin digər əlaqə vasitələri müəyyən edilməmişdir. Lakin ötən müddət ərzində də cavabdeh tərəfindən borcun ödənilməsi üzrə heç bir səy göstərilmədiyini gördükdə hüquqlarının müdafiəsi üçün qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdirlər.Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Həmçinin Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli əlavə razılaşmaların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı, “Azintertrans” LTD öz aralarında № ACC013 saylı,xx/xx/2010 tarixli “Yüklərin Ekspedisiya Xidməti haqqında” müqavilə bağlamışlar.Yenidən həmin müqavilənin pul öhdəliklərinin yerinə yetirilməsi üzrə İddiaçı, “Azintertrans” LTD , “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti aralarında xx.xx.2016-cı il tarixli, 06/16 saylı əlavə razılaşmanı imzalamışlar. xx xxxxxx 2015-ci il tarixdə İddiaçı, “Azintertrans” LTD üzləşmə aktını imzalamışlar. Həmin aktdakı imza ilə müqavilədəki və əlavə razılaşmada olan imzalar müxtəlifdir. Bu isə üzləşdirmə aktının və əlavə razılaşmanın sonradan “Azintertrans” LTD ilə razılaşmadan (həmçinin,üzləşdirmə aktında baş mühasibin imzası olmadan) həyata keçirilərək saxtalaşdırılmışdır. Digər tərəfdən xx.xx.2015-ci il tarixli üzləşmə aktında ümumi borc məbləği son qalıq olaraq 108.153,35 dollar göstərilmişdir. Əlavə razılaşmanın 1-ci bəndində sifarişçi xx.xx.2016-cı il tarixinə 108.317,56 dollar olduğu qeyd edilmişdir.Göründüyü kimi 164,21 dollar borc məbləği dəqiq göstərilməmişdir. Üzləşmə aktına əsasən xx.xx.2015-ci il tarixə qalıq 19.045,97 dollar,yanvardan dekabr 2015-ci ildə dövriyyə üzrə ümumi borc məbləği 220.890,35 dollar təşkil edir, faktiki olaraq yanvarda 13.710 dollar və dekabrda 118.072,78 dollar cəmi 131.782,78 dollar ödənildiyi qeyd olunur. ACC-013 №li, xx.xx.2010 tarixli “Yüklərin Ekspedisiya Xidməti haqqında” xx.xx.2016-cı il tarixli, 06/16 saylı əlavə razılaşmanın 2.2.ci bəndinə əsasən “Şifarişçi” xüsusi şərtlərini “Ekspeditor”a əvvəlcədən razılaşdıracaqdır (əlavəyə bax), əlavə isə müqaviləyə əlavə edilməmişdir. Həmin müqavilənin 3-cü bəndində daşıma tarifləri hissəsində qeyd olunmuşdur ki,bütün yük növlərinə və daşıma formasına görə tarif və daşımaların xüsusi şərtləri bu müqaviləyə ediləcək əlavədə razılaşdırır. Həmin razılaşdırılmış əlavə yoxdur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən “Ekspeditor” “Sifarişçi” tərəfindən daşımaya təqdim edilmiş yükün hər bir tonu üçün razılaşdırılmış tarifə uyğun hesablanmış ümumi məbləğin 100% həcmində ödəniş qəbul etdikdən sonra yükün nəqlini həyata keçirir. Halbuki,bu müqaviləyə əsasən,əvvəlcədən ödəniş edilmədən hər hansı daşıma hərəkətləri aparılmamalı olduğu halda ekspeditor bu bəndin tələblərini pozaraq yükü nəql etdiyini iddia edir.Hər hansı razılaşma tariflərinin göstərildiyi əlavələr barədə iddia ərizəsində hər hansı sübutlar göstərilməmişdir. Həmin müqavilənin 4.10-cu bəndinə əsasən bütün xidmətlər ödəniş olduqdan sonra 90 gün ərzində həyata keçirilir. Lakin 90 gün ərzində hər hansı ödəniş edilmədən yükün nəql edilməsi inandırıcı deyildir. Həmin müqavilədə qeyd edilmişdir ki,bütün sənədlər yalnız səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiqləndiyi halda etibarlı hesab olunur. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, öz öhdəliklərini yerinə yetirmək üçün üçüncü şəxs cəlb etmiş tərəf bu haqda qarşı tərəfə yazılı şəkildə məlumat verməlidir.Həmin üçüncü şəxsin öz öhdəliklərini yerinə yetirməməsi və ya işin icrasını gecikdirməsi üçün şəxsi fəaliyyətində olduğu kimi onu cəlb edən tərəf cavabdehlik daşıyır.Lakin bu bəndin tələblərinə əsasən əgər üçüncü şəxs kimi cəlb ediliblərsə, onlarınəlavə razılaşmanı yerinə yetirmədikləri halda belə cavabdeh İddiaçı “Azintertrans” LTD-ni cavabdeh kimi cəlb etməli idi. Bunu etməməsi bir daha onu göstərir ki, İddiaçı bilərəkdən üzləşdirmə aktının və əlavə razlaşmanın “Azintertrans” LTD-nin iştirakı olmadan tərtib edilərək borcun ödənilməsini tələb edir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən müqavilə tərəflərin yazılı razılığı ilə dəyişdirə və ya müqaviləyə əlavə edilə bilər.Tərəflərin yazılı razılığı olmadığı halda əlavə razılaşmanın tərtib edilməsi əsassızdır. Bu mənada əlavə razılaşma tərəflərin razılığı olmadan üzərinə qoyulmuşdur. Ona görə də tərəf olaraq ilkin müqaviləni imza etmiş şəxsin, sonra üzləşmə aktındakı imza və daha sonra əlavə razılaşmadakı imza müxtəlifliyi və möhürün skaner olması faktı göstərir ki, əlavə razılaşma etibarsız hesab olunmalıdır. Öhdəliklər borcu olan tərəfin razılığı olmadan üzərimə qoyulmuşdur. Həmin müqavilənin 7.4-cü bəndinə əsasən müqavilə vaxtı bitdikdən sonra 14 gün ərzində tərəflər tam hesablaşmalıdır. 6 il ərzində bunun nədən edilmədiyi və uzun müddət keçdikdən sonra əlavə razılaşma tərtib edərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 3-cü şəxs kimi cəlb edilməsi və müvafiq sənədlərin saxtalaşdırılması həmin razılaşmanın etibarsızlığını bir daha sübut edir. Əlavə razılaşmanın 2-ci bəndinə əsasən sifarişçi və ekspeditor qalıq borcun ödəyici tərəfindən ekspeditora ödəniləcəyi barədə razılığa gəlirlər. Lakin bu razılıq olmadığı halda həmin razılaşma əsaslı hesab edilə bilməz. Əlavə razılaşmanın 4-cü bəndində ödəyici bu razılaşmanın şərtlərinə uyğun olaraq borcu vaxtında ödəmədiyi halda Ekspeditor Ödəyicinin və ya Sifarişçinin öhdəliklərini icra etməməsi ilə əlaqədar ona dəymiş ziyanın ödənilməsinin tələb edilməsi üçün qanunvericiliyə və ACC-013 saylı,xx.xx.2010 tarixli “Yüklərin Ekspedisiya Xidməti haqqında” müqavilənin şərtlərinə uyğun olaraq məhkməməyə müraciət edə bilər. 2016-cı ildən 3 il keçməsinə baxmayaraq borc öhdəlikləri icra edilmədiyi halda ekspeditorun bu bəndə müvafiq olaraq tələblərinin məhz “xxxx” MMC-yə yönəlməsi anlaşılan deyildir. Bir daha qeyd edirik ki, ACC-013 saylı, xx.xx.2010 tarixli “Yüklərin Ekspedisiya Xidməti haqqında”müqavilədə sifarişçinin “Azintertrans” LTD-nin direktoru G.Sersvadzenin imzası onun tərəfindən imza edilməmişdir, möhür skan edilərək sonradan müqaviləyə köçürülmüşdür. Müqavilənin bütün səhifələrində tərəflərin imzası yoxdur,bütün səhifələr tikilməmiş,sifarişçinin imza və möhürü ayrıca səhifədə yazılmış və müqaviləyə sonradan əlavə edilmişdir. Bu hissə başqa müqaviləin tərkib hissəsidir.Bu da bu müqavilənin etibarlılığına şübhələr yaradır. Gürcü əlifbasında “ə” hərfi olmadığı halda imzalarda ilkin olaraq “Ə” hərfi ilə başlanır ki, bu isə real deyildir,çünki üzləşdirmə aktında tamam başqa imza göstərilir. Bu da ekspeditorun əlavə razılaşmanın saxtalaşdırldığından xəbər verir. Müqavilədə üçüncü şəxsin cəlb edilməsi tərəflərin yazılığı razılığı ilə həyata keçiriliməsi nəzərdə tutulsa da bunlar yerinə yetirilməmiş,ona görədə cavabdeh onu saxtalaşdırmaqla onlardan hazırda iddia müddəti ötürülmüş həmin pulun ödənilməsini tələb edir. Mübahisələndirilən digər xx.xx.2015-ci il tarixli, ACCM/GLZA/03/2015 saylı ingiliscə göstərilən (tərcüməsiz) müqavilənin tələblərinə əsasən hər hansı üzləşdirmə aktı, ya da müvafiq qaimə fakturanın olmaması borcun mövcudluğunu təsdiq edəcək sübutlar təqdim etməmişdir. xx.xx.2016-cı il tarixli əlavə razılaşmada sifarişçi olaraq “xxxx”xxxxqeyd edilmiş və xx.xx.2016-cı il tarixə ekspeditora 4.423,77 manat borcun olduğu göstərilmişdir.Lakin əsas müqavilənin 7.2-ci bəndinə əsasən müqavilə tərəflərin yazılı razılığı ilə dəyişdirə və ya müqaviləyə əlavə edilə bilər. Mübahisələndirilən xx.xx.2016-cı il tarixli əlavə razılaşmada “xxxx” MMC-nin razılığını təsdiq edən imza və möhürü yoxdur.Ona görə də borcun olması faktının təsdiq edilməməsi və əsas olaraq siafrişçinin borcun 3-cü şəxsə keçırilməsi barədə əsas müqavilənin 5.2-ci bəndinin tələbləri pozulmuşdur. Ona görə də mübahisələndirilən xx.xx.2016-cı il tarixli əlavə razılaşma etibarsız hesab edilməlidir. Qeyd olunanların nəzərə alınaraq, ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X10, həmçinin nümayəndəsi və vəkili X12 ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X15 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, ilk iddia tələbinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarında xx.xx.2015-ci il tarixli, ACCM/GLZQ/03/2015 saylı yüklərin ekspedisiya haqqında müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, “xxxx”xxxx“xxxx”xxxxarasında xx.xx.2015-ci il tarixli, ACCM/GLZQ/03/2015 saylı yüklərin ekspedisiya haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən “Ekspeditor” “Sifarişçi” tərəfindən daşınmaya təqdim olunmuş hər daşıma sifarişinə uyğun olaraq yüklərin daşınmasını təmin etməyi öhdələrinə götürmüşdürlər. İş materiallarında olan ACCM/GLZQ/03/2015 saylı, xx.xx.2015-ci il tarixli yükdaşıma müqaviləsinə xx.xx.2016-cı il tarixli, 07/16 saylı əlavə razılaşmanın əslindən görünür ki, İddiaçıxxxx“xxxx”xxxxarasında bağlanmış ACCM/GLZQ/03/2015 saylı, xx.xx.2015-ci il tarixli yükdaşıma müqaviləsinə 07/16 saylı əlavə razılaşmaya əsasən, sifarişçi ACCM/GLZQ/03/2015 saylı, xx.xx.2015-ci il tarixli yükdaşıma müqaviləsi üzrə xx.xx.2016cı il tarixinə ekspeditora olan 4.423,77 manat məbləğində borcun ödəyici tərəfindən ekspeditora ödəniləcəyi barədə razılığa gəlirlər. Ödəyici, yəni Cavabdehxxxxsifarişçinin ekspeditora olan 4.423,77 manat məbləğində borcunu xx.xx.2016-cı il tarixinə qədər 1.475 manat, xx.xx.2016-cı il tarixinə qədər 1.475 manat, xx.xx.2016-cı il tarixinə qədər 1.473,77 manat olmaqla, ödəməyi öhdəliyinə götürür. İş materiallarında olan İddiaçıxxxx“xxxx” Şirkəti arasında bağlanmış xx.xx.2010-cu il tarixli, ACC-013 saylı yüklərin ekspedisiya xidməti haqqında müqavilənin əslindən görünür ki, İddiaçıxxxx“xxxx” Şirkəti arasında xx.xx.2010-cu il tarixli, ACC-013 saylı yüklərin ekspedisiya xidməti haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən “Ekspeditor” “Sifarişçi” tərəfindən daşınmaya təqdim olunmuş hər daşıma sifarişinə uyğun olaraq yüklərin daşınmasını təmin etməyi öhdələrinə götürmüşdürlər. İş materiallarında olan ACC-013 saylı, xx.xx.2010-cu il tarixli yükdaşıma müqaviləsinə xx.xx.2016-cı il tarixli, 06/16 saylı əlavə razılaşmanın əslindən görünür ki, İddiaçıxxxx“Azintertrans” LTD arasında bağlanmış ACC-013 saylı, xx.xx.2010-cu il tarixli yükdaşıma müqaviləsinə 06/16 saylı əlavə razılaşmaya əsasən, sifarişçi ACC-013 saylı, xx.xx.2010-cu il tarixli Yüklərin Ekspedisiya Xidməti müqaviləsinə üzrə xx.xx.2016-cı il tarixinə ekspeditora olan 108.317,56 ABŞ dolları məbləğində borcun ödəyici tərəfindən ekspeditora ödəniləcəyi barədə razılığa gəlirlər. Ödəyici, yəni Cavabdehxxxxsifarişçinin ekspeditora olan 108.317,56 ABŞ dolları məbləğində borcunu xx.xx.2016-cı il tarixinə 36.105,85 ABŞ dolları, xx.xx.2016-cı il tarixinə qədər 36.105,85 ABŞ dolları və xx.xx.2016cı il tarixədək 36.105,85 ABŞ dolları olmaqla, ödəməyi öhdəliyinə götürür. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli üzləşmə aktının əslindən görünür ki, “xxxx” Şirkətinin xx xxxxxx 2015-ci il tarixə İddiaçı MMC-yə 108.153,35 ABŞ dolları məbləğində borcu qalmışdır. Üzləşmə aktı tərəflərin iştirakı ilə tərtib olunmuş və imzalanmışdır. İş materiallarında olan İddiaçıxxxxtərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 076/18 saylı pretenziya məktubundan görünür ki, İddiaçıxxxx“Azintertrans” LTD və Cavabdehxxxxarasında xx xxxx 2010-cu il tarixli, ACC- 013 saylı yüklərin ekspedisiya haqqında müqavilə və həmin müqaviləyə xx xxxxxxxx 2016cı il tarixli, 06/16 saylı əlavə razılaşma üzrə 108,317,56 ABŞ dolları məbləğində və “xxxx”xxxx“xxxx”xxxxCavabdehxxxxarasında xx xxxx 2015-ci il tarixli, ACCM/GLZQ/03/2015 saylı yüklərin ekspedisiya xidməti haqqında müqavilə və həmin müqaviləyə xx xxxxxxxx 2016-cı il tarixli, 07/16 saylı əlavə razılaşma üzrə 4.423,77 manat məbləğində borcunun olması barədə xəbərdar edilmişdir. Xəbərdarlıqlara baxmayaraq bugünə qədər borc məbləğini ödəmədiyi, qanunun tələblərinə uyğun olaraq Cavabdeh MMC-dən borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə qeyd olunan borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən borcun və ödəniləcək dövlət rüsumunun, o cümlədən iddia ilə bağlı çəkiləcək digər xərclərin ondan tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdehxxxxməlumatlandırılmışdır. İş materiallarında olan 5 saylı X11 xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdehxxxxxx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış, rəhbəri və təsisçisi X6r. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli, 22931 saylı ekspert rəyində qeyd olunur ki, təqdim edilmiş ACC-013 saylı, xx xxxx 2010-cu il tarixli yüklərin ekspedisiya xidməti müqaviləsinə xx xxxxxxxx 2016-cı il tarixli, 06/16 saylı əlavə razılaşmada olan “Sifarişçi” qrafasındakı möhür əksləri relyef klişe vasitəsilə vurulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 28149 saylı ekspert rəyində qeyd olunur ki, 1) tədqiqata təqdim edilmiş xx.xx.2016-cı il tarixli, 06/16 saylı əlavə razılaşmanın üzərində olan “Azintertrans” LTD-nin direktoru G.Sersvadze qrafasındakı (eyni qrafa həm də rus dilində) möhür əksləri sənədin üzərinə birbaşa vurulmuşdurlar. 2) Tədqiqata təqdim edilmiş xx.xx.2010-cu il tarixli, ACC-013 saylı yüklərin ekspedisiya xidməti haqqında müqavilənin üzərində olan “Azintertrans” LTD-yə məxsus möhür əksləri kserotəsvir olub, surətçıxaran aparat vasitəsilə surətləri çıxarılmışdır. 3) Tədqiqat təqdim edilmiş xx.xx.2010-cu il tarixli, ACC-013 saylı yüklərin ekspedisiya xidməti haqqında müqavilənin son səhifəsində olan “xxxx. No 019670” məzmunlu möhür əkslərinin ksero surətləri, e-2- 2(086)-309/2019 saylı mülki işin 105-ci səhifəsindəki şərti sərbəst nümunəsinin üzərindəki eyni məzmunlu möhür əksi ilə eyniklik təşkil edirlər. 4) Tədqiqata təqdim edilmiş xx.xx.2010-cu il tarixli, ACC-013 saylı yüklərin ekspedisiya haqqında müqavilənin üzərində olan “xxxx. No 019670” məzmunlu möhür əkslərinin kserosurətləri, xx.xx.2016-cı il tarixli, 06/16 saylı əlavə razılaşmanın üzərindəki eyni məzmunlu möhür əksləri ilə eynilik təşkil edirlər. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 28235 saylı ekspert rəyində qeyd olunur ki, ekspertizaya təqdim edilmiş mülki işin 105-ci vərəqəsində olan xx xxxxxx 2015-ci il tarixli qarşılıqlı üzləşmə aktının əksində olan “xxxx Direktor” qrafasındakı imza ilə razılaşmanın 2-ci vərəqində “X8, Direktor G.Sersvadze qrafasındakı (eyni qrafa həm də rus dilində olan qrafadakı imza) imzalar-öz aralarında müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixində keçirilmiş iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, onun “xxxx”xxxx“xxxx”xxxxəlaqəsi olmuşdur. Cavabdeh MMC-nin direktoru Emin Səməndərovu tanımışdır. Eminə 586.000 manat dəyərində Xırdalanda yerləşən əmlakını vermişdir, o da bunun müqabilində ona aylıq pul ödəməliydi. Cavabdeh MMC-nin Binəqədidə zavodu var idi və o emulsiya istehsal edirdi. Sonra şəhərdə yerləşən 200.000 ABŞ dolları məbləğində mənzilini vermişdir. Sumqayıtda 2 mənzil vermişdir. Ümumilikdə 1 milyon 400 min dəyərində Emilə əmlak vermişdir. Sonradan Emil əmlakların pulun ödəməmişdir və o bununla bağlı şikayət eləmişdir. Emilin ona borcu var idi, “Azintertrans” LTD-nin də İddiaçı MMC-yə borcu var idi. O (şahid), rəsmi olaraq heç vaxt “Azintertrans” LTD-nin işçisi olmamış, lakin əvvələr nümayəndəsi olmuşdur. “Azintertrans” LTD-nin adından onun adına verilmiş etibarnamə vardır. “Azintertrans” LTD-nin İddiaçı MMC-yə olan borcunun ödənilməsi üçün Cavabdehxxxxüçtərəfli razılaşma imzalanmış, “Azintertrans” LTD-nin adından razılaşmanı o (X3) imzalamışdır. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixində keçirilmiş iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, Əlisəfa müəllimi tanıyır. Hazırki mübahisədən məlumatı var. Əlisafa müəllimlə yoldaşdırlar, uzaq qohumluqları var. Əlisafa müəllim 1 milyon 650 min manatlıq əmlakı Emilə vermişdir. Emil demişdir ki, ayda 60.000 manat ödəyəcək Əlisafa müəllimə. Emilin zavodu var idi. Emil əmlaklar müqabilində zavodu Əlisafa müəllimə verəcəyini bildirmişdir. Sonradan məlum oldu ki, zavod Emilin deyil başqa adamındır. Bundan sonra tərəflər arasında razılaşma imzalanmış, Emil 108.000 ABŞ dollarını hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli etibarnamənin təsdiq edilmiş surətindən görünür ki, “Azintertrans” LTD şirkəti xx.xx.1964-cü il təvəllüdlü X7 şirkəti dövlət orqanlarında və təşkilatlarında təmsil etməyi, şirkətin adından bütün növ müqavilələri imzalamağı, müqavilələri yenidən rəsmiləşdirməyi və digər hərəkətləri həyata keçirməyi etibar etmişdir. Etibarnamə 2 il müddətinə verilmişdir. Beləliklə məhkəmə müəyyən etdi ki, “xxxx”xxxx“xxxx”xxxxxx.xx.2015-ci il tarixli, ACCM/GLZQ/03/2015 saylı, “xxxx” Şirkəti ilə isə xx.xx.2010-cu il tarixli, ACC-013 saylı yüklərin ekspedisiya xidməti haqqında müqavilələr bağlamışdır. Həmin müqavilələr üzrə “xxxx” MMC-nin (4.423,77 manat) və “xxxx” Şirkətinin (108.317,56 ABŞ dolları) “xxxx” MMC-yə borcları yaranmış, xx.xx.2016-cı il tarixli razılaşmalara əsasən, həmin borcların ödəniməsini Cavabdehxxxxöz üzərinə götürmüş, lakin Cavabdehxxxxtərəfindən razılaşmalar üzrə borcun hissə-hissə ödənilməsinə dair öhdəliklər yerinə yetirilməmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2018-ci il tarixli, 076/18 saylı pretenziya (xəbərdarlıq) göndərilərək borcun ödənilməsi tələb edilsə də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tərəflər arasında yaranan hüquq münasibətləri yuxarıda qeyd edilən müqavilələr və razılaşmalardan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunverciliyin yuxarıda qeyd olunan normalarının hazırki mübahisəyə tətbiqi baxımından hesab edir ki, Cavabdehxxxxtərəfindən “xxxx” MMC-nin “xxxx” MMC-yə olan 4.423,77 manat borcunu xx.xx.2016-cı il tarixinə qədər 1.475 manat, xx.xx.2016-cı il tarixinə qədər 1.475 manat, xx.xx.2016-cı il tarixinə qədər 1.473,77 manat olmaqla ödəmək, həmçinin “xxxx” Şirkətinin “xxxx” MMC-yə olan 108.317,56 ABŞ dolları borcunu xx.xx.2016-cı il tarixinə 36.105,85 ABŞ dolları, xx.xx.2016-cı il tarixinə qədər 36.105,85 ABŞ dolları və xx.xx.2016-cı il tarixədək 36.105,85 ABŞ dolları olmaqla ödəmək öhdəlikləri götürüldüyünə və həmin öhdəliklər yerinə yetirilmədiyinə görə ilk iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddiası - xx.xx.2016-cı il tarixli əlavə razılaşmaların etibarsız hesab edilməsi tələbinə dair qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia üzrə dəlillər aşağıdakı kimidir: 1) Üzləşmə aktındakı imzalarla müqavilədəki və əlavə razılaşmada olan imzaların müxtəlif olması; 2) Üzləşmə aktında ümumi borc məbləği son qalıq olaraq 108.153,35 ABŞ dolları göstərildiyi halda, əlavə razılaşmada borcun 108.317,56 ABŞ dollarlqeyd edilməsi (164,21 ABŞ dolları fərqin olması); 3) Bəzi əlavə razılaşmaların müqaviləyə əlavə edilməməsi; 4) Müqaviləyə əsasən əvvəlcədən ödəniş edilmədən hər hansı daşıma hərəkətləri aparılmamalı olduğu halda ekspeditor tərəfindən yükün nəql edilməsi; 5) İlkin müqaviləni imza etmiş şəxsin imzasının, sonra üzləşmə aktındakı imzanın və daha sonra əlavə razılaşmadakı imzanın müxtəlifliyi və möhürün skan olması; 6) Müqavilə vaxtı bitdikdən sonra 14 gün ərzində tərəflərin tam hesablaşma aparmalı olmasına baxmayaraq, 6 il ərzində hesablaşma aparılmaması; 7) 2016-cı ildən 3 il keçməsinə baxmayaraq borc öhdəlikləri icra edilmədiyi halda tələblərinin məhz “xxxx” MMC-yə yönəlməsi (ilk iddia üzrə iddia müddətinin ötürülməsi); 8) ACC-013 saylı, xx.xx.2010 tarixli “Yüklərin Ekspedisiya Xidməti haqqında”müqavilədə sifarişçinin “Azintertrans” LTD-nin direktoru G.Sersvadzenin imzasının onun tərəfindən icra edilməməsi; 9) xx.xx.2016-cı il tarixli əlavə razılaşmada “xxxx” MMC-nin razılığını təsdiq edən imza və möhürün olmaması. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin qeyd olunan dəlilləri əsassızdır. Belə ki, həmin dəlillərin əksər hissəsi İddiaçıxxxx“xxxx”xxxx“xxxx” Şirkəti arasında ayrı-ayrılıqda bağlanılmış yükdaşıma müqavilələri və onlardan irəli gələn sənədləşmələrlə bağlıdır. Üzləşmə aktındakı imzanın müqavilə tərəflərinə aid olmaması, aktdakı məbləğlə razılaşmadakı məbləğin uyğun gəlməməsi, bəzi əlavə razılaşmaların müqaviləyə əlavə olunmaması, əvvəlcədən ödəniş edilmədən hər hansı daşıma hərəkətləri aparılmamalı olduğu halda ekspeditor tərəfindən yükün nəql edilməsi, müqavilə vaxtı bitdikdən sonra 14 gün ərzində tərəflərin tam hesablaşma aparmalı olmasına baxmayaraq, 6 il ərzində hesablaşma aparılmaması və s. məsələlərin Cavabdeh MMC-yə aidiyyatı yoxdur. Qeyd olunan halların müqavilə tərəfləri İddiaçıxxxx“xxxx”xxxx“xxxx” Şirkətinin hüquqlarına toxunma ehtimalı olduğu üçün, onlar tərəfindən mübahisələndirilə bilər. Ona görə də, qeyd olunan dəlillər əsassızdır. Cavabdeh MMC-nin hazırki mübahisə üzrə öhdəlikləri xx.xx.2016-cı il tarixli əlavə razılaşmaların imzalanmasından sonra yaranmışdır ki, bu dövrlə bağlı Cavabdeh MMC-nin dəlilləri ACC-013 saylı, xx.xx.2010 tarixli “Yüklərin Ekspedisiya Xidməti haqqında”müqavilədə sifarişçinin “Azintertrans” LTD-nin direktoru G.Sersvadzenin imzasının onun tərəfindən icra edilməməsi və xx.xx.2016-cı il tarixli əlavə razılaşmada “xxxx” MMC-nin razılığını təsdiq edən imza və möhürünolmamasında ibarətdir. Məhkəmə bu dəlilləri də əsassız hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ACC-013 saylı, xx.xx.2010-cu il tarixli yükdaşıma müqaviləsinə 06/16 saylı əlavə razılaşmada “Azintertrans” LTD-nin nümayəndəsi kimi G.Sersvadzenin adı qeyd olunsa da, müqavilə X3 tərəfindən imzalanmışdır. Bunu məhkəməmə iclasında şahid qismində ifadə vermiş X3 etiraf etmişdir. Həmçinin qeyd olunan hal ekspert rəyi ilə də təsdiq olunur. Lakin iş materiallarında olan “Azintertrans” LTD tərəfindən X7 verilmiş xx.xx.2014-cü il tarixli etibarnamədən görünür ki, X4 həmin razılaşmanı imzalamaq səlahiyyəti olmuşdur. Belə olan halda isə, razılaşmada nümayəndə qismində X1 deyil, G.Sersvadzenin adının olması həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Həmçinin ACCM/GLZQ/03/2015 saylı, xx.xx.2015-ci il tarixli yükdaşıma müqaviləsinə 07/16 saylı əlavə razılaşmada “xxxx” MMC-nin nümayəndəsinin imzası və müəssisənin möhürü yoxdur. Cavabdehxxxxqarşılıqlı iddiasında məhz bu hala istinad edərək, razılaşmanın etibarsız hesab edilməsini tələb edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1 və 390.1-ci maddələrinin tələblərinə əsasən, tərəflər arasında razılaşma imzalanmışdır. Razılaşmada “xxxx” MMC-nin nümayəndəsinin imzası və müəssisənin möhürünün olmaması həmin razılaşmanın etibarsızlığı ilə nəticələnə bilməz. Belə ki, qeyd olunan razılaşmanın mühüm şərti Cavabdehxxxxtərəfindən İddiaçıxxxx“xxxx”xxxxİddiaçıxxxxarasında bağlanılmış xx.xx.2015-ci il tarixli müqavilənin 7.2-ci bəndində qeyd olunmuşdur ki, hazırki müqavilə tərəflərin razılığı ilə dəyişdirilə və ya müqaviləyə əlavələr edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Həmin Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Həmin Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Məhkəmə hesab edir ki, sözügedən razılaşmanın xx.xx.2015-ci il tarixli yükdaşıma müqaviləsinə əlavə kimi imzalandığının qeyd olunması həmin razılaşma üzrə tərəflərin həqiqi niyyətinə heç bir təsiri yoxdur. Həmin razılaşma imzalanarkən “xxxx”xxxxtərəfindən imzalanmadığı və möhürlənmədiyi Cavabdeh MMC-yə məlum olmuş, buna baxmayaraq, Cavabdehxxxxtərəfindən imzalanıb möhürlənərək, öhdəlik götürülmüşdür. Qeyd olunan razılaşma xx.xx.2015-ci il tarixli yükdaşıma müqaviləsinin tərkib hissəsi kimi deyil, müstəqil şəkildə, o cümlədən üçtərəfli qaydada deyil, ikitərəfli qaydada, yəni yalnız İddiaçıxxxxCavabdehxxxxarasında da bağlanıla bilərdi. Qeyd olunan razılaşma “xxxx”xxxx“xxxx” MMC-nin hüquqlarını hər-hansı şəkildə pozmur. Digər tərəfdən, hazırki iş üzrə “xxxx”xxxx“Azintertrans” LTD müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmələrinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, xx.xx.2016-cı il tarixli razılaşmaları mübahisələndirməmiş, götürülmüş öhdəliyin Cavabdehxxxxtərəfindən icra olunmasına etiraz etməmişlər. Cavabdeh MMC-nin nümayəndəsi xx.xx.2020-ci il tarixli məhkəmə iclasında mübahisələndirilən razılaşmaların Cavabdehxxxxtərəfindən imzalanmasını və möhürlənməsini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. İlk iddia üzrə iddia müddətinin ötürülməsinə dair Cavabdeh MMC-nin dəlillərini də məhkəmə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İlk iddia üzrə tələbin əsasını təşkil edən razılaşmalar xx.xx.2016-cı il tarixdə imzalanmış, hazırki iddia ərizəsi isə məhkəmənin icraatına xx.xx.2019-cu il tarixdə daxil olmuşdur. Qanunvericiliyin yuxarıda göstəilən tələblərindən də göründüyü kimi, iddia müddəti ötürülməmişdir. Bunun əksi olaraq, məhkəmə hesab edir ki, Cavabdehxxxxözü qarşılıqlı iddianın verilərkən müddəti ötürmüşdür. Belə ki, mübahisələndirilən razılaşmalar Cavabdehxxxxtərəfindən xx.xx.2016-cı il tarixdə imzalanmış və möhürlənmiş, bununla da həmin tarixdən Cavabdeh MMC-yə münasibətdə müddətin axımı başlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilibverilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İlk iddia təmin edildiyindən, iş üzrə təyin edilmiş məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 246,52 manat ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-dən tutulmalıdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia təmin edilməməli, məhkəmə xərcləri Cavabdeh MMC-dən tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia təmin edilsin. 108.317,56 (yüz səkkiz min üç yüz on yeddi dollar əlli sent) ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) və 4.423,77 (dörd min dörd yüz iyirmi üç manat, yetmiş yeddi qəpik) manat Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh İddiaçınə qarşı əlavə razılaşmaların etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 246,52 (iki yüz qırx altı manat, əlli iki qəpik) manat ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehndən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-10/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-10/2020
11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver