Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1009/2021 06.08.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 70.144,45 manat əsas borcun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 3.507,22 manat faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında bağlanılmış 01 fevral 2020-ci il tarixli icarə müqaviləsinə əsasən, mülkiyyətlərində olan yük avtomobilləri Cavabdeh MMC-yə icarəyə verilmişdir. İcarə müqaviləsinə əsasən, hər bir yük avtomobilinin icarə haqqı 4.500 manat təşkil etmişdir. Müqavilə üzrə üzərilərinə düşən öhdəliklər tam şəkildə yerinə yetirilmiş, yük avtomobilləri Cavabdeh MMC-yə icarəyə verilmiş və cavabdeh bu icarə xidmətindən istifadə etmişdir. Bu hal aralarında imzalanmış və möhürlənmiş təhvil-təslim aktı ilə də öz təsdiqini tapmışdır. Cavabdehə ümumilikdə ƏDV daxil 206.500 manat məbləğində icarə xidməti göstərilmişdir. Qeyd olunan məbləğdən cavabdeh təşkilat tərəfindən qismən ödəniş aparılmış, 70.144,45 manat məbləğində borcu isə ödəməkdən yayınmışdır. Dəfələrlə cavabdehə xəbərdarlıq edilərək icarə haqqının ödənilməsi tələb olunmuşdur. Borc ödənilmədiyindən məhkəməyə müraciət edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 izahat verərək bildirdi ki, nağd qaydada ödənilmiş 30.000 manat və köçürmə yolu ilə ödənilmiş 1.988 manat çıxılmaqla, qalıq 38.156,45 manat borcu qəbul edir. İddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01.02.2020-ci il tarixli, 01/20 saylı icarə müqaviləsindən görünür ki, İddiaçı ASC (İcarəyə verən) ilə Cavabdeh MMC (İcarəçi) arasında yük avtomobillərinin icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, “İcarədar” yük avtomobillərini “İcarəçi”yə verməyi, “İcarəçi” isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən, bir yük avtomobilinin aylıq icarə haqqı ƏDV-siz 4.500 manat müəyyən edilmişdir. İş materiallarında olan icarəyə verilmiş yük avtomobillərinin xidməti barədə 01.03.2020-ci il və 04.05.2020-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, yük avtomobillərinin icarəsinə görə 2020-ci ilin fevral ayı üzrə 47.200,06 manat (ƏDV daxil), 2020-ci ilin mart-aprel ayları üzrə 159.300 manat (ƏDV daxil) olmaqla, cəmi 206.500,06 manat icarə haqqı hesablanmışdır. Təhvil-təslim aktları imzalanmış və möhürlənmişdir. İş materiallarında olan 28.02.2020-ci il və 04.05.2020-ci il tarixli elektron qaimələrin surətlərindən görünür ki, müvafiq olaraq 47.200,06 manat və 159.300 manat olmaqla, cəmi 206.500,06 manat icarə haqlarının ödənilməsi ilə bağlı İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə elektron qaimələr göndərilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarının surətlərindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə 28.02.2020-ci il tarixdə 40.000,05 manat, 13.10.2020-ci il tarixdə 30.000 manat, 20.11.2020-ci il tarixdə 25.555,55 manat və 11.02.2021-ci il tarixdə 20.000 manat olmaqla, cəmi 115.555,6 manat, o cümlədən 04.03.2020-ci il tarixdə 7.200 manat, 13.10.2020-ci il tarixdə 10.000 manat və 10.02.2021-ci il tarixdə 3.600 manat olmaqla, 20.800 manat ƏDV ödənilmişdir. Cavabdeh MMC tərəfindən ümumilikdə ödənilmiş pulun məbləği 136.355,6 (115.555,6 + 20.800) manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 21.04.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, tərəflər arasında bağlanmış 01.02.2020-ci il tarixli icarə müqaviləsinə əsasən, 70.144,45 manat borcun 5 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh MMC məlumatlandırılmışdır. İş materiallarında olan 01.11.2020-ci il tarixli, 14/20 saylı materialların daşınması haqqında müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı ASC (Yükdaşıyan) arasında materialların daşınmasına dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, “Yükdaşıyan” istifadəsində olan yük avtomobilləri ilə “Sifarişçiyə” daşıma xidmətlərini həyata keçirir. İş materiallarında olan 24.11.2020-ci il tarixli elektron qaimədən görünür ki, nəqliyyat yükdaşıma xidmətinin dəyəri olaraq, 1.988 manat pulun ödənilməsi ilə bağlı İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə elektron qaimə göndərilmişdir. İş materiallarında olan 24.11.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə yük daşınma təyinatı ilə 1.988 manat ödənilmişdir. İş materiallarında olan 21.05.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC-yə görülən işlərə görə 30.000 manat ödənilmişdir. İş materiallarında olan 21.05.2020-ci il tarixli, 435913 saylı kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə nəqliyyat yükdaşıma üçün 30.000 manat ödənilmişdir. İş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş Cavabdeh MMC ilə İddiaçı ASC arasında olan hesablaşma cədvəlindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə 28.02.2020-ci il tarixdən 10.02.2021-ci il tarixədək bank vasitəsilə 117.543,6 manat, 20.800 manat ƏDV və nağd qaydada 30.000 manat ödənilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 tərəfindən məhkəməyə ünvanlanmış izahatda qeyd olunmuşdur ki, Cavabdeh MMC ilə aralarında bağlanılmış 01.02.2020-ci il tarixli icarə müqaviləsinə əsasən, mülkiyyətlərində olan yük avtomobilləri Cavabdeh MMC-yə icarəyə verilmişdir. İcarə müqaviləsinə əsasən, Cavabdeh MMC-nin 70.144,50 manat məbləğində əsas borcu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, 3.507,22 manat faiz borcu rəsmi sənədlərə tərəflərindən təsdiq edilməklə iş materiallarına əlavə edilmişdir. Cavabdeh MMC 01.02.2020-ci il tarixli icarə müqaviləsinə əsasən, üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirmədiyinə, eləcə də, müxtəlif bəhanələr gətirdiyinə görə icarə müqaviləsi dayandırılmışdır. Cavabdeh MMC ödənişi ödəyə bilməməsini, görülən işə hələlik pulun ayrılmamasını bildirmiş, pul ayrılan kimi yaranmış 70.144,5 manat məbləğində əsas borcu ödəyəcəyinə söz vermişdir. "xxxx" MMC Cavabdeh MMC-yə 2020-ci ildə olan borcunu tam şəkildə ödəmişdir. Belə ki, hal-hazırda onlar birlikdə “Zəfər” yolunun tikintisində iştirak edirlər. Bundan sonra, Cavabdeh MMC-nin rəhbərliyi ilə aralarında danışıqlar aparılmış, onlar köməklik istəmiş, əvvəlki borc qalmaqla, sonrakı işlərin nağd şəkildə ödənilməsi şərtilə “Torpaq yük daşınması” üzrə şifahi müqavilə bağlanmışdır. “Torpaq yük daşınması” üzrə müqavilə razılaşdırıldıqdan sonra isə Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən 21.05.2020-ci il tarixdə kassa məxaric orderi ilə 30.000 manat nağd pul tərəflərindən götürülmüşdür. Kassa məxaric orderi ilə götürülmüş 30.000 manat nağd pul 21.05.2020-ci il tarixdə kassa mədaxil orderi əsasında İddiaçı ASC-yə ödənilmiş və torpaq yük daşınma üzrə görülmüş işlərə xərclənmişdir. Qeyd olunan 30.000 manat pulun 01.02.2020-ci il tarixli icarə müqaviləsinə heç bir aidiyyəti yoxdur. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında 01.02.2020-ci il tarixli, 01/20 saylı icarə müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən, “İcarədar” yük avtomobillərini “İcarəçi”yə verməyi, “İcarəçi” isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən, bir yük avtomobilinin aylıq icarə haqqı ƏDV-siz 4.500 manat olaraq müəyyən edilmişdir. Təhviltəslim aktlarına əsasən, yük avtomobillərinin icarəsinə görə 2020-ci ilin fevral ayı üzrə 47.200,06 manat (ƏDV daxil), 2020-ci ilin mart-aprel ayları üzrə 159.300 manat (ƏDV daxil) olmaqla, cəmi 206.500,06 manat icarə haqqı hesablanmışdır. Qeyd olunan məbləğlərin ödənilməsi ilə bağlı İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə 28.02.2020-ci il və 04.05.2020-ci il tarixli elektron qaimələr göndərilmiş, ödəniş tapşırıqlarına əsasən, Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə 28.02.2020-ci il tarixdə 40.000,05 manat, 13.10.2020-ci il tarixdə 30.000 manat, 20.11.2020-ci il tarixdə 25.555,55 manat və 11.02.2021-ci il tarixdə 20.000 manat olmaqla, cəmi 115.555,6 manat, o cümlədən 04.03.2020-ci il tarixdə 7.200 manat, 13.10.2020-ci il tarixdə 10.000 manat və 10.02.2021ci il tarixdə 3.600 manat olmaqla, 20.800 manat ƏDV ödənilmişdir (cəmi 115.555,6 + 20.800 = 136.355,6 manat). İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə 21.04.2021-ci il tarixli pretenziya məktubu göndərilərək, qalıq 70.144,45 manat borcun 5 gün ərzində ödənilməsi tələb edilmiş, lakin borc ödənilməmişdir. Məhkəmə həmçinin müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında materialların daşınması (yük daşıma) münasibətləri də mövcud olmuşdur. Əvvəllər bu xidmətlər şifahi müqavilə əsasında, daha sonra isə tərəflər arasında bağlanılmış 01.11.2020-ci il tarixli, 14/20 saylı materialların daşınması haqqında müqavilə əsasında həyata keçirilmişdir. Yuxarıda qeyd olunanlar işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halları ondan ibarətdir ki, Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında izahatında Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə ödəniş tapşırığına əsasən 24.11.2020-ci il tarixdə ödənilmiş 1.988 manat pulun, həmçinin 21.05.2020-ci il tarixdə nağd qaydada ödənilmiş 30.000 manat pulun hazırki iş üzrə onlardan tələb olunan 70.144,45 manat borcdan çıxılmalı olduğunu bildirmişdir. Cavabdeh MMC-nin 01.02.2020-ci il tarixli, 01/20 saylı icarə müqaviləsi üzrə İddiaçı ASC-yə 70.144,45 manat ödənilməmiş borcunun mövcud olduğu təhvil-təslim aktları, elektron qaimələr və ödəniş tapşırıqları ilə tam təsdiq olunduğundan məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Həmin Məcəllənin 700.1-ci və 700.2-ci maddələrinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İddiaçı iddia ərizəsində əsas borcdan əlavə, əsas borcun illik 5%-i miqdarında 3.507,22 manat pul məbləğinin tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdehin iddiaçıya 70.144,45 manat əsas borcu 01.03.2020-ci il tarixli və 04.05.2020-ci il tarixli təhvil-təslim aktlarına əsasən müəyyən edilmiş, hazırki iddia ərizəsi isə məhkəmənin icraatına 26.05.2021-ci il tarixdə, borcun yaranmasından və ödənilməməsindən 1 ildən artıq müddət keçdikdən sonra daxil olmuşdur. İddiaçı isə qalıq əsas borca 1 il müddətinə illik 5% ilə hesablanmış 3.507,22 manat (70.144,45 X 5%) faiz borcunu tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, məhkəmə hesab edir ki, 70.144,45 manat borcun ödənilməməsi nəticəsində həmin məbləğə hesablanmış 3.507,22 manat (5 faiz hesabı ilə 1 il üçün) faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə ödəniş tapşırığına əsasən, 24.11.2020-ci il tarixdə ödənilmiş 1.988 manat pulun, həmçinin 21.05.2020-ci il tarixdə nağd qaydada ödənilmiş 30.000 manat pulun hazırki iş üzrə tələb olunan 70.144,45 manat borcdan çıxılmalı olmasına dair cavabdehin nümayəndəsinin dəlillərini əsaslı hesab etmir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, tərəflər arsasında nəqliyyat və yükdaşıma münasibətləri 01.11.2020-ci il tarixli müqavilədən əvvəl də, yəni 2013-2014-cü ildən başlayaraq mövcud olmuşdur. Ümumiyyətlə tərəflər arasında icarə münasibətləri deyil, yalnız nəqliyyat və yükdaşıma münasibətləri mövcud olmuşdur. Lakin müqavilə sonradan, yəni 01.11.2020-ci il tarixdə rəsmiləşdirilmişdir. 21.05.2020-ci il tarixdə nağd qaydada 30.000 manat və 24.11.2020-ci il tarixdə 1.988 manat da yükdaşımaya görə ödənilmişdir. İş materiallarından görünür ki, 21.05.2020-ci il tarixdə Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə görülən işlərə görə 30.000 manat (iddiaçının nümayəndəsi həmin məbləğin onlara ödənildiyini qəbul edir), 24.11.2020-ci il tarixdə isə daşınma təyinatı ilə 1.988 manat ödənilmişdir. Qeyd olunan hallar kassa məxaric və kassa mədaxil orderləri, elektron qaimə və ödəniş tapşırığı ilə öz təsdiqini tapır. Beləliklə müəyyən olunur ki, tərəflər arasında 01.02.2020-ci il tarixli, 01/20 saylı icarə müqaviləsi və 01.11.2020-ci il tarixli, 14/20 saylı materialların daşınması haqqında müqavilə bağlanılmışdır. Lakin tərəflər arasında nəqliyyat və yükdaşıma münasibətləri 2013-2014-cü ildən başlayaraq faktiki olaraq mövcud olmuş, bununla bağlı müqavilə yalnız 01.11.2020-ci il tarixdə bağlanılmışdır. Hazırda iddiaçı tərəflər arasında mövcud olan nəqliyyat və yükdaşıma münasibətlərindən deyil, 01.02.2020-ci il tarixli, 01/20 saylı icarə müqaviləsi üzrə yaranmış borcu tələb edir. Cavabdehin nümayəndəsi onlar tərəfindən iddiaçıya 21.05.2020-ci il tarixdə ödənilmiş 30.000 manat pulun və 24.11.2020-ci il tarixdə ödənilmiş 1.988 manat pulun hazırda tələb olunan 70.144,45 manat borcdan çıxılmalı olduğuna dair dəlillərini məhkəmə əsaslı hesab etmir. Belə ki, qeyd olunan məbləğlər 01.02.2020-ci il tarixli, 01/20 saylı icarə müqaviləsi üzrə deyil, tərəflər arasında mövcud olmuş nəqliyyat və yükdaşıma münasibətləri ilə əlaqədar ödənilmişdir (30.000 manat hissəsi tərəflər arasında yazılı müqavilənin olmadığı, yəni şifahi razılaşma əsasında fəaliyyət göstərdikəri dövrdə, 1.988 manat hissəsi isə 01.11.2020-ci il tarixli müqavilə bağlanıldıqdan sonra). Kassa məxaric və kassa mədaxil orderlərində, elektron qaimə və ödəniş tapşırığında da ödənilmiş qeyd olunan məbləğlərin təyinatı qrafasında “icarə haqqı” deyil, məhz “görülən işlər” və “daşınma” qeyd olunmuş, həmçinin cavabdehin nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatında qeyd olunan halı, yəni qeyd olunan məbləğlərin məhz yükdaşımaya görə ödənildiyini təsdiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normasını və işin hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehndən 70.144,45 manat əsas borc, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, illik 5%-lə hesablanmış 3.507,22 manat faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 73.681,67 (yetmiş üç min altı yüz səksən bir manat, altmış yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1009/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1009/2021
06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver