Məhkəmə qərarları › İş №e-2-2(121)-101/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-101/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-101/2024 05.02.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2454,59 manat əsas borc, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 143 manat faiz borcu və ödənilmiş 60 manat mediasiya xərci olmaqla, ümumilikdə 2657,59 manat məbləğində pulun alınaraq İddiaçı ММC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 15 fevral 2021-ci il tarixdə 993 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə alıcı sifarişi əsasında satıcıdan təhvil aldığı şirniyyat məmulatlarının pulunu 30 təqvim günü müddətində satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə bağlandığı andan növbəti ilin sonunadək qüvvədədir. Beləliklə Cavabdeh, İddiaçı MMC-yə verdiyi sifariş əsasında şirniyyat və qənnadı məhsullarını qəbul etmişdir. Bu qayda ilə müəyyən müddət işlədikdən sonra Cavabdeh hesabında qalan 2454,59 manat məbləğində pulu ödəməmişdir. Cavabdeh həmin məbləği ödəyəcəyini bildirsə də, bu günə kimi ödəməkdən yayınır. Beleliklə də, Cavabdeh cəmiyyətə 2454,59 manat məbləğində ziyan vurmuşdur. Cavabdehə xx.xx.2022-ci il tarixdə borc öhdəliyinin 10 gün müddətində yerinə yetirilməsi barədə pretenziya məktubu göndərilmiş, lakin buna baxmayaraq, cavabdeh hələ də öhdəliyi icra etməmişdir. Cavabdehlə mübahisənin həll olunması məqsədi ilə mediasiya şurasına müraciət edilmişdir. Lakin, Bakı 11 saylı Mediasiya təşkilatının mediatoru X1 təqdim etdiyi arayışdan da göründüyü kimi, Cavabdeh əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, mediasiya sessiyasında iştirak etməmiş, bununla bağlı xx.xx.2022-ci il tarixli, MŞB/11-01299 nömrəli arayış tərtib edilmişdir. İddiaçı MMC tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc tam olaraq ödənilmişdir. İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2005-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2015-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, halhazırda Astara rayonu, Təngərüd kəndində qeydiyyatdadır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 fevral 2021-ci il tarixli, 993 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, hazırki müqaviləyə əsasən “Satıcı” portfelində olan bütün çeşidlərdə şirniyyat məmulatlarını (bundan sonra “Mallar" adlanacaq) lazımi çeşiddə, çəkidə, keyfiyyətdə, qiymətdə və qablaşdırılmış vəziyyətdə sifariş əsasında “Alıcıya" verməyi, “Alıcı” isə hamin malları qəbul edib müqavilənin şərtlərinə uyğun olaraq aldığı malların pulunu ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, malların satışı hər sifariş üzrə Təhvil-təslim akti və elektronqaimə ilə həyata keçirilir. 3.1-ci bəndinə əsasən, mallar ticarət obyektində “Satıcı” tərəfindən Bakı şəhərinə 24 (iyirmi dörd) saat ərzində və rayon ərazilərındə isə 48 (qırx səkkiz) saat ərzində “Alıcıya” təhvil verilir. 3.3-cü bəndinə əsasən, ticarət obyekti tərəfindən malların qəbul edilməsi yə təhviltəslim aktının imzalanması "Alıcının” malları qəbul etməsi kimi hesab edilir. Əgər malların keyfiyyətində, kəmiyyətində problem varsa, təhvil alınan anda həm "Alıcı”nın, həm də "Satıcı”nın nümayəndəsinin imza atmaqla təhvil-təslim aktında müvafiq qeyd yazmalıdır. 3.5-ci bəndinə əsasən, ödəniş Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq bank köçürmə yolu ilə və razılaşmada qeyd olunan müddətə əsasən həyata keçirilir. 4.1-ci bəndinə əsasən, müqavilə imzalandıqdan sonra növbəti ilin sonunadək qüvvədədir. 4.2-ci bəndinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarmasına 1 ay qalmış tərəflər müqavilənm pozulması barədə məlumat verməzsə və onun şərtlərini yerinə yetirməkdə davam edərlərsə, müqavilənin müddəti eyni müddətə uzadılmış hesab edilir. Bu qayda sonrakı illər üçün də öz qüvvəsini saxlayır. İş materiallarında olan “Malların Təhvil-Qəbul Akt”larının surətlərindən görünür ki, iddiaçı tərəfindən 2021-ci ilin fevral ayından iyul ayına kimi olan dövrdə cavabdehə ümumi dəyəri 3313,58 manat olan mal təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 968216 nömrəli, xx.xx.2021-ci il tarixli 034059 nömrəli, xx.xx.2021-ci il tarixli 171686 nömrəli, xx.xx.2021-ci il tarixli 103732 nömrəli, xx.xx.2021-ci il tarixli 102041 nömrəli, xx.xx.2021-ci il tarixli 395733 nömrəli, xx.xx.2021-ci il tarixli 660630 nömrəli, xx.xx.2021-ci il tarixli 660607 nömrəli, xx.xx.2021-ci il tarixli 845665 nömrəli, xx.xx.2021-ci il tarixli 845635 nömrəli, 16.07.202-ci il tarixli 999314 nömrəli, xx.xx.2021-ci il tarixli 062701 nömrəli, “elektron qaimələr”in surətindən görünür ki, ümumilikdə dəyəri 3.313,58 manat olan mallar İddiaçı tərəfindən Cavabdeh təqdim edilmişdir. İş materiallarında olan dövriyyə-saldo cədvəlindən görünür ki, 2022-ci il tarixə Cavabdeh 2.454,59 manat borcu vardır. İş materiallarında olan “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2022-ci il tarixinə təyin edilən mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, İddiaçı Mediasiya Təşkilatının hesabına 60 manat vəsait ödəmişdir. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları belədir ki, iddiaçı istehsal etdiyi malı cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə çatdıraraq ona təhvil vermək, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul məbləğini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alqı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 567-ci maddəsində nəzərdə tutulan alqı-satqı müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Beləliklə məhkəmə müəyyən edir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış alqı-satqı müqaviləsindən (əşyaların nisyə satışından) irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alqısatqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçının müqavilənin obyekti olan malları cavabdehə təhvil verməsi işin mübahisəsiz hallarını təşkil edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqaviləyə, malların təhvil verilməsinə dair aktlara, cavabdehə göndərilmiş elektron qaimələrə, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər həm pretenziya qaydasında, həm də mediasiya prosesində tələblə çıxış etməsinə istinad edir. Lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir, həmçinin onun tərəfindən iddiaçının qeyd olunan tələbinə etiraz, tələbin tam və ya qismən əsassızlığına dair sübut məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, malların təhvil-təslim aktlarını, elektron qaimələri və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 2.454,59 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Tələb olunan 2.454,59 manat məbləğində borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh iddiaya qarşı etiraz verməmiş və ya iddia tələbinin əsassızlığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Lakin, iş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMC-nin direktoruna ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh ərizəni imzaladığı tarixə iddiaçıya 2302,78 manat məbləğində borcunun olduğunu etiraf edərək, həmin borcunu xx.xx.2022-ci il tarixədək qaytaracağı barədə öhdəlik götürmüşdür. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, iddia tələbini cavabdehdən gecikdirilmiş vaxt üçün 143 manat faiz borcu tutulması hissəsində də əsaslı hesab edərək qeyd edir ki, işin müəyyən edilmiş hallarından aydın olur ki, cavabdeh təhvil aldığı malların dəyərini təşkil edən pul vəsaitini vaxtında iddiaçıya verməməklə, pul məbləğinin ödənilməsini gecikdirmişdir. Buna görə də iddiaçının pul məbləğinin ödənilməsinin gecikdirildiyi üçün cavabdehdən gecikdirilən məbləğə ən azı illik 5 % tələb etmək hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə, iddianın 60 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsini əsaslı hesab edir. Belə ki, Cavabdeh müqavilədən irəli gələn vəzifələrini lazımınca icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddiaçı 45.96 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi əsaslıdır və buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 2454,59 manat əsas borc, gecikdirilmiş vaxt üçün 143 manat faiz borcu və 60 manat mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş məbləğ olmaqla, cəmi 2657,59 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 45.96 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar