Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1016/2025 09.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçıCavabdehnə qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 37810 manat + 6805,80 ƏDV manat, ümumilikdə cəmi 44615,80 manat borc məbləğinin, 12000 manat dəbbə pulu, iddia qaldırılması üçün ödənilmiş 260 manat məbləğində dövlət rüsumunun və hüquqlarının müdafiəsi üçün vəkilə ödənilmiş 100 manat pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış 22 iyun 2024-cü il tarixli 30 №li alqı-satqı müqaviləsinə əsasən, İddiaçı MMC tərəfindən: 1) MT2***-*******8 saylı xx.xx.2024-cü il tarixli e-qaimə ilə - 1 ədədinin qiyməti 6885 manat olmaqla profnastıl materialından hazırlanmış - 6 ədəd ofis - 41310 manat dəyərində (ƏDV 7435,80 manat) mallar alıcıya təhvil verilmişdir (təhvil-təslim aktı №1) Qeyd edilən müqaviləyə əsasən alıcı Cavabdeh MMC tərəfindən Satıcı İddiaçındən alınan malların ümumi dəyəri 41310,0 manat + 7435,80 (ƏDV) manat olmaqla, ümumilikdə cəmi 48745,80 manat təşkil edir. Cavabdeh MMC tərəfindən yaranmış bu borcdan xx.xx.2024-cü il tarixdə 3500,0 (üç min beş yüz) manat + 630 manat (ƏDV) manat ödənilmiş, hazırki tarixə 37810,0 (otuz yeddi min səkkiz yüz on) manat + 6805,80 manat (ƏDV) manat, cəmi 44615,80 (qırx dörd min altı yüz on beş manat səksən qəpik) AZN debitor borc qalmışdır. Tərəflər arasında bağlanmış 22 iyun 2024-cü il tarixli 30 №li alqı-satqı müqaviləsinin 3.2-3.2.3-cü bəndlərinə əsasən malın dəyərinin bir hissəsi (50%) Satıcı tərəfindən təqdim edilən hesab-fakturaya əsasən avans şəklində, malın dəyərinin bir hissəsi Satıcı tərəfindən təqdim edilən hesab-fakturaya əsasən avans şəklində, qalan hissəsi isə Alıcıya çatdırılıb təhvil verilən malların dəyərini göstərən müvafiq sənədlərin (elektron qaimə, əlavə razılaşdırma protokolu) ona təqdim olunduğu tarixdən 5 bank günü ərzində, malın dəyərinin bir hissəsi (50%) mal Alıcıya təhvil verildikdən sonra malların dəyərini göstərən müvafiq sənədlərin (elektron qaimə, əlavə razılaşdırma protokolu) ona təqdim olunduğu tarixdən 5 bank günü ərzində Satıcının bank hesabına ödənilməlidir. 22 iyun 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə - 1 ədədinin qiyməti 6885 manat olmaqla 6 ədəd profnastıl materialından hazırlanmış ofis – 41310 manat dəyərində + ƏDV 7435,80 manat olmaqla, ümumi dəyəri 48745,80 (qırx səkkiz min yeddi yüz qırx beş manat səksən qəpik) manat məbləğində mallar (X1 №1) Sifarişçi Cavabdeh MMC-yə təhvil verilmişdir. 1 saylı X1nda qeyd edilən malların alqı-satqısı ilə bağlı Alıcı Cavabdeh MMC tərəfindən Satıcı İddiaçınə alınan malların ümumi dəyəri olan 41310 (qırx bir min üç yüz on) manat + 7435,80 manat (ƏDV) cəmi 48745,80 (qırx səkkiz min yeddi yüz qırx beş manat səksən qəpik) manat ümumi məbləğdən “İddiaçı hesabına 3500 (üç min beş yüz) manat + 630 manat (ƏDV) manat (KapitalBank-dan xx.xx.2024-cü il tarixli çıxarış və ƏDV Sub-uçot hesabından çıxarış) ödəniş həyata keçirilmiş, malların qalan dəyəri 37810,0 manat + 6805,80 ƏDV manat, ümumilikdə cəmi 44615,80 (qrıx dörd min altı yüz on beş manat səksən qəpik) manat məbləğ isə hazırkı tarixədək ödənilməmiş qalır. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər edilməsinə, habelə xx.xx.2024-cü il tarixli yazılı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh heç bir cavab verməmiş və borcun qaytarılmasını təmin etməmişdir. İddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Belə ki, İddiaçı MMC-nin direktoru X3 Cavabdeh MMC-nə satılan malların hazırlanmasında istifadə edilmiş xammalın alınması üçün "xxxx" ASC-dən 200000 (iki yüz min) manat məbləğində (aylıq ödəniş 6982,14 manat) olmaqla kredit götürmüşdür. Cavabdeh MMC-yə borcun ödənilməsi barədə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə və yazılı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh tərəflər arasında bağlanmış 22 iyun 2024-cü il tarixli 30 saylı alqı-satqı müqaviləsinin 3.2-3.2.3-cü bəndlərinə əsasən mal Alıcıya təhvil verildikdən sonra malların dəyərini göstərən müvafiq sənədlərin (elektron qaimə, əlavə razılaşdırma protokolu) ona təqdim olunduğu tarixdən 5 bank günü ərzində Satıcının bank hesabına ödənilməli olduğu halda, hazırda həmin vaxtdan 6 ay keçməsinə baxmayaraq, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh tərəfindən ödənişlərin 6 ay müddətində hazırki vaxtadək gecikdirilməsi nəticəsində iddiaçıya 12000 (on iki min) manat zərər vurulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, hesab edilir ki, cavabdehdən əsas borca münasibətdə 12000 (on iki min) manat dəbbə pulu iddiaçının xeyrinə tutulmalıdır.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Qeyd olunanlara əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İddia ərizəsinə etiraz:
8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-ci il tarixli, 30 nömrəli alqı-satqı müqaviləsinin: -1.1-ci ybəndinə əsasən, müqavilənin mövzusu. “Alıcı”nın həyata keçirdiyi layihələrdə istifadəsi üçün nəzərdə tutulan, tikinti norma tələblərinə cavab verən və ətraflı olaraq hazırkı müqaviləyə əlavələrdə (X1) əks ediləcək malların (bundan sonra “Mal” adlandırılacaq) “Satıcı” tərəfindən “Alıcı”ya satılması. “Alıcı” tərəfindən isə həmin malları qəbul edərək, haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. -1.2-ci bəndinə əsasən, Malların alqı-satqısı tərəflər arasında əlavələrin imzalanması və möhürlənməsi ilə rəsmiləşdirilir və belə Əlavələr Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Əlavələr bu bənddə göstərilən qaydada rəsmiləşdirildiyi halda hər iki tərəfdən imza və möhürlə təsdiqləndikdən sonra qüvvəyə minir. Əlavələr qüvvəyə mindəkdən sonra Tərəflər arasında göstərilən Mallar barədə tam razılaşmanı təşkil edir və bütün əvvəlki müzakirələri, layihələri, sənədləşmələri və razılaşmaları əvəz edir və onlara nisbətən üstün hüquqi qüvvəyə malikdirlər. -3.1-ci bəndinə əsasən, Malın qiyməti Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələr (X1) ilə müəyyənləşdirilir. -3.2-ci bəndinə əsasən, Bu müqavilənin mövzusunda bəhs edilən razılaşmalar üzrə alqı-satqısı həyata keçiriləcək malların dəyəri aşağıdakı qaydada “Satıcı”nın bank hesabına ödəniləcəkdir. -3.2.1-ci bəndinə əsasən, Malın dəyərinin bir hissəsi (50%) “Satıcı” tərəfindən təqdim edilən hesab fakturaya əsasən avans şəklində; -3.2.2-ci bəndinə əsasən, Malın dəyərinin bir hissəsi “Satıcı” tərəfindən təqdim edilən hesab-fakturaya əsasən avans şəklində, qalan hissəsi isə “Alıcı”ya çatdırılıb təhvil verilən malların dəyərini göstərən müvafiq sənədlərin (elektron qaimə. „ əlavə razılaşdırma protokolu) ona təqdim olunduğu tarixdən 5 (beş) bank günü ərzində; -3.2.3-cü bəndinə əsasən, Malın dəyərinin bir hissəsi (50%) mal “Alıcı”ya təhvil verildikdən sonra malların dəyərini göstərən müvafiq sənədlərin (elektron qaimə, əlavə razılaşdırma protokolu ) ona təqdim olunduğu tarixdən 5 (beş) bank günü ərzində. -9.4-cü bəndinə əsasən, Malın dəyərinin Alıcı tərəfindən ödənildiyi təqdirdə əgər malın çatdırılması və təhvil verilməsi Satıcı tərəfindən gecikidirilərsə, Alıcı Satıcıya hər gecikdirilmiş gün üçün gecikdirilmiş malların ümumi dəyərinin 0.1% (sıfır tam onda bir faizi) miqdarında cərimə tətbiq edilə bilər.
10. İş materiallarında olan MT2406 11151468 nömrəli, xx.xx.2024-cü il tarixli (ƏDV xaric 41310 manat, ƏDV daxil 48745,8 manat), malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə ƏDV xaric 41310 manat, ƏDV daxil 48745,8 manat məbləğində profnastil materialından hazırlanmış 6 ədəd ofis təqdim edilmişdir.
11. İş materiallarında olan İddiaçı MMC və Cavabdeh MMC tərəfindən təsdiqlənmiş xx.xx.2024-cü il tarixli “Təhvil-Təslim aktlar”ından və “X2”undan görünür ki, 48745,8 (ƏDV xaric 41310) manat dəyərində məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə təhvil verilmişdir.
12. İş materiallarında olan ödəniş qəbzindən və ƏDV Sub-Uçot hesabından çıxarışdan görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 3500 manat + 630 manat ƏDV ödəniş edilmiş, hazırda cavabdehin iddiaçıya olan borcu 37810 manat+6805,8 manat ƏDV, cəmi 44615,8 manat təşkil edir.
13. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 3 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır.
14. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Vəkil Orderi”ndən və 31545 nömrəi qəbzdən görünür ki, iddiaçıya hüquqi yardım göstərilməsinə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosuna 100 manat ödəniş edilmişdir.
15. ********** nömrəli qəbzdən görünür ki iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 260 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.
20. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında etibarlı şəkildə bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi İddiaçı MMC həmin müqavilədə müəyyən edilmiş şərtlər əsasında, İddiaçı MMC hazırkı Müqavilənin müvafiq sənədlərdə göstərilən mallar (işlər, xidmətlər) Cavabdeh MMC-yə satır və Cavabdeh MMC öz növbəsində alınan malların, xidmətlərin) dəyərini sənədlərdə əks olunan qiymətlərə əsasən İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürür.
21. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə “Satıcı”ya aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, alqı-satqı müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.
22. Belə ki, iş materiallarında olan malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura,təhvil-təslim aktları və“X1” İddiaçı MMC tərəfindən ƏDV daxil 48745,8 manat dəyərində malların alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMCyə təhvil verilməsini və eyni zamanda Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 3500 manat+630 manat ƏDV ödəniş edilməsini və hazırda tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi üzrə cavabdehin 37810 manat+6805,8 manat ƏDV, cəmi 44615,8 manat qalıq borcunun olmasını təsdiq edir.
23. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək hüququ vermişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsas borca münasibətdə təmin edilməli, cavabdehdən 37810 manat+6805,8 manat ƏDV olmaqla, cəmi 44615,8 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
24. Məhkəmə, iddianın cərimənin tutulmasına aid hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2024-ci il tarixli, 30 nömrəli alqı-satqı müqaviləsinə əsasən öhdəliyi 6 ay müddətinə gecikdirdiyinə görə 12000 manat cərimənin cavabdehdən tutulmasını tələb etmişdir. Lakin tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində cərimə ilə bağlı satıcının hüququ qeyd edilməmiş, əksinə müqavilənin 9.4cü bəndində malın dəyərinin “Alıcı” (cavabdeh) tərəfindən ödənildiyi təqdirdə əgər malın çatdırılması və təhvil verilməsi “Satıcı” (iddiaçı) tərəfindən gecikidirilərsə, “Alıcı”nın (cavabdehin) “Satıcı”ya (iddiaçıya) hər gecikdirilmiş gün üçün gecikdirilmiş malların ümumi dəyərinin 0.1% (sıfır tam onda bir faizi) miqdarında cərimə tətbiq etmək hüququ nəzərdə tutulmuşdur. Müqavilənin şərtlərindən göründüyü kimi iddiaçının cavabdehə cərimən tətbiq edilmək hüququ nəzərdə tutulmadığından, iddiaçı cavabdehə qarşı 12000 (on iki min) cərimə tələbini irəli sürməkdə haqlı olmamışdır. Buna görə də məhkəmə hesab edirki, iddia tələbi cərimənin cavabdehdən tutulması hissəsində təmin edilməməlidir.
Məhkəmə xərcləri:
25. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 224,14 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməli, qalan 35,86 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
26. Məhkəmə, iddiaçıya hüquqi yardımla bağlı ödənilmiş 100 manat xərci ağlabatan hesab edərək qeyd edir ki, həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə:
27. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 37810 manat əsas borc 6805,8 manat ƏDV borcu, 100 manat hüquqi yardımla bağlı vəkil xərci və 224,14 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 44,939,94 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehndən 37810 manat əsas borc 6805,8 manat ƏDV borcu, 100 manat hüquqi yardımla bağlı vəkil xərci və 224,14 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 44,939,94 (qırx dörd min doqquz yüz otuz doqquz manat, doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Ödənilmiş qalan 35,86 (otuz beş manat, səksən altı qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev