Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1019/2021 06.08.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.966,29 manat məbləğində əsas borcun, 1.309,56 manat məbləğində faiz borcunun, 100 manat məbləğində hüquqi yardım xərcinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında olan razılaşmaya əsasən İddiaçı MMC müxtəlif adda yeyinti mallarını cavabdehə satmağı, cavabdeh isə həmin malları qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC müqaviləyə əsasən, üzərinə götürdüyü öhdəliklərini icra edərək malları cavabdehə təhvil vermişdir. Satılmış mallara görə müvafiq elektron qaimələr və elektron vergi hesabfakturaları tərtib edilərək cavabdehə təqdim edilmişdir. Lakin satılmış 14.966,29 manat məbləğində mala görə təqdim edilmiş elektron vergi hesab-fakturalarının təqdim edilməsindən uzun müddət vaxt keçməsinə baxmayaraq, satılmış malların pulu hələ də ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh bu günə qədər ödəməli olduğu borc məbləğini ödəməmişdir. Bundan sonra İddiaçı MMC borcun ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı aldıqdan sonra da cavabdeh bu günə qədər ödəməli olduğu borc məbləğini ödəməmişdir və ödəməkdən imtina edir. Bu isə İddiaçı MMC-nin hüquqlarını pozduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. Belə ki, iş materiallarında olan elektron qaimələrin və elektron vergi hesabfakturlarının təsdiq edilmiş surətlərindən görünür ki, 28.08.2019-cu il tarixdə 9.728,02 manat və 02.09.2019-cu il tarixdə 14.148,50 manat həcmində müxtəlif malların dəyərinin ödənilməsi ilə bağlı İddiaçı tərəfindən Cavabdeh elektron qaimələr və elektron vergi hesab-fakturlar göndərilmişdir. İş materiallarında olan 02.06.2021-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında olan razılaşmaya əsasən, İddiaçı MMC 01.01.2017-ci il tarixdən başlayaraq, Cavabdeh müxtəlif növ mallar satmışdır. 01.01.2017-ci il tarixdən 02.06.2021-ci il tarixə qədər İddiaçı MMC tərəfindən Cavabdeh ümumilikdə 116.501,97 manat məbləğində mal satılmış, həmin dövr ərzində Cavabdeh tərəfindən satılmış mallara görə İddiaçı MMC-yə ümumilikdə 101.535,68 manat məbləğində pul ödənilmişdir. 02.06.2021-ci il tarixinə Cavabdeh ona satılmış mallara görə İddiaçı MMC-yə olan borcu 14.966,29 manat təşkil edir. İş materiallarında olan və iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimələrin və elektron vergi hesab-fakturlarının təsdiq edilmiş surətlərindən görünür ki, 21.06.2019-18.09.2019 tarixlərdə müxtəlif malların dəyərinin ödənilməsi ilə bağlı İddiaçı MMC tərəfindən Cavabdeh müxtəlif məbləğli çoxsaylı elektron qaimələr və elektron vergi hesab-fakturlar göndərilmişdir. İş materiallarında olan pretenziyadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh müraciət edilərək, 14.966,29 manat borcun 30.04.2021-ci il tarixədək ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh arasında şifahi alqı-satqı müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən cavabdehə mallar təqdim edilmişdir. Hazırda iddiaçı qeyd olunan alqı-satqı müqaviləsi üzrə 14.966,29 manat məbləğində əsas borcun, 1.309,56 manat məbləğində faiz borcunun, 100 manat məbləğində hüquqi yardım xərcinin və və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında alqı-satqı münasibətləri tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimələr və elektron vergi hesabfakturalarına əsasən həyata keçirilmişdir. Hazırki iş üzrə tələb edilən 14.966,29 manat əsas borcun yaranma əsası da məhz 28.08.2019-cu il tarixli 02.09.2019-cu il tarixli elektron qaimələr, o cümlədən 02.09.2019-cu il tarixli və 09.09.2019-cu il tarixli elektron vergi hesab-fakturlarıdır. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh ona təqdim edilmiş elektron qaimələri və elektron vergi hesab-fakturlarını (o cümlədən mübahisə predmeti olmayan digər elektron qaimələri və elektron vergi hesab-fakturlarını) qəbul etmiş və onlara dair hər hansı etirazını bildirməmişdir. İş materiallarından da görünür ki, həmin elektron qaimələr və elektron vergi hesab-fakturlar iddiaçıya qaytarılmamış, dolayısı ilə bəyənilməklə həmin dəyərdə malın təqdim edildiyi qəbul edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, əgər iddiaçı cavabdehə qeyd olunan elektron qaimələrdə əks olunmuş heç bir mal təqdim etməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyildir. Bundan başqa, cavabdeh tərəfindən iddiaçının pretenziyasına da cavab verilməmişdir. Bu hal isə cavabdeh tərəfindən iddiaçının təqdim edilmiş malların bəyənilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı həmin ödənişlərin həyata keçirilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia 14.966,29 manat əsas borcun tutulması hissəsində əsaslıdır. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, cavabdehin iddiaçıya 14.966,29 manat əsas borcu 28.08.2019-cu il və 02.09.2019-cu il tarixlərdə yaranmış, hazırki iddia ərizəsi isə məhkəmənin icraatına 31.05.2021-ci il tarixdə, borcun yaranmasından və ödənilməməsindən 21 ay sonra daxil olmuşdur. İddiaçı isə qalıq əsas borca illik 5% ilə hesablanmış 1.309,56 manat (14.966,29 X 5% : 12 X 21) faiz borcunu tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, məhkəmə hesab edir ki, 14.966,29 manat əsas borcun ödənilməməsi nəticəsində həmin məbləğə hesablanmış 1.309,56 manat (5 faiz hesabı ilə 21 ay üçün) faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu, həmçinin hüquqi yardım üçün 100 manat məbləğində pul ödənilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını və işin hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 100 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 14.966,29 manat əsas borc, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, illik 5%-lə hesablanmış 1.309,56 manat faiz borcu, 100 manat hüquqi yardım xərci və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 16.405,85 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 14.966,29 manat əsas borc, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, illik 5%-lə hesablanmış 1.309,56 manat faiz borcu, 100 manat hüquqi yardım xərci və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 16.405,85 (on altı min dörd yüz beş manat, səksən beş qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1019/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1019/2021
06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver