Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1035/2023 11.10.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, satdığı yemin dəyərinin ödənilməyən hissəsi olan 24.823 manat məbləğində borcun, borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz dərəcəsində hesablanmaqla 1.241 manat məbləğində faizin, mənəvi zərərə görə 10.000 manat məbləğində pulun, 200 manat mediasiya və 220 manat hüquqi yardım xərcinin və ödənilmiş 199 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh xahişini nəzərə alaraq ona, 2021–ci ilin aprel – iyun aylarında ümumi dəyəri 42.898 manat olan, sonra ödənmək şərtilə hissə-hissə olmaqla cəmi 40,5 ton çəkidə cücə üçün yem vermişdir. Cavabdeh ilkin vaxtlarda hissə-hissə olmaqla qismən ödəniş etmişdir, lakin ümumi məbləğdən ödənilməmiş 24.823 manat borc qalmışdır. Cavabdehdən dəfələrlə tələb edilməsinə və onun da ödəyəcəyinə vəd verməsinə baxmayaraq, qalan pul bu günədək ödənilməmişdir. Borcun mövcudluğu İmişli RPŞ–nin TB–nin təhqiqatçısı, polis kapitanı Bəhruz Zülfüqarovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 noyabr 2021–ci il tarixli qərarı, cavabdehə məxsus səs yazıları və şahid ifadələri ilə təsdiq edilir. Bu iddia əvvəlcə İmişli Rayon Məhkəməsində qaldırılmış, məhkəmə icraatı zamanı cavabdeh tərəf qeyd edilən malların verildiyini təsdiq etmişdir. İşdə olan “Azərsun Holdinq” Saatlı distbutru N.V.Osmanov (VÖEN: **********) tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məlumata əsasən 2021-ci ilin mart və aprel aylarında 1 ton cücə yemi gəlişdirmənin qiyməti 1020 manat olmuşdur. İşdə olan İddiaçı ilə Cavabdeh arasında 2021-ci ilin sentyabr ayında olan telefon danışığının audio yazısına əsasən Cavabdeh İddiaçı nisyə aldığı cücə yeminə görə 26.900 manat borcu olduğunu etiraf etmiş və oktyabr ayın 10-dək ödəmə edərək borcunu 15.000 manata endirəcəyini vəd etmişdir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, İmişli rayonu Ölcələr kəndi ərazisində fəaliyyət göstərən quşçuluq təsərrüfatını idarə edən Cavabdeh İmişli şəhəri, P.Həsənov küçəsində fəaliyyət göstərən ticarət məntəqəsində müxtəlif növ yem məhsullarının topdan və parakəndə satışını həyata keçiriən İddiaçı 2021-ci ilin aprel ayı ərzində cəmi 42.898 manat dəyərində 40,5 ton çəkidə cücə yemi məhsulu nisyə almış və hissə-hissə ödənişlər edərək 2021-ci ilin sentyabr ayına 26.900 manat borclu qalmışdır. Cavabdeh İddiaçı nisyə aldığı 42.898 manat məbləğində malın dəyərindən cəmi 38.832 manat məbləğində ödənişlər etməsi öz təsdiqini tapmamışdır. Həmin qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən məhz aidiyyət məsələsinə görə ləğv edilmişdir. Cavabdeh tərəf məhkəməyədək icraat üzrə həm kağız daşıyıcıda, həm də elektron məhkəmə sistemi vasitəsilə göndərilmiş pretenziya müraciətinə cavab verməmişdir. Cavabdeh mediasiya icraatına gəlməmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdilər. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində keçirilmiş məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatlarında iddia tələbini qəbul etmədiyini, iddiaçıya borcunu tam şəkildə ödədiyini, iddiaçı onun barəsində polisə şikayət edərkən iddiaçıya cəmi 8000 manat borcunun qaldığını, bunu polisdə verdiyi izahatında da təsdiq etdiyini, sonradan həmin borcunu da 3000 və 5000 manat olmaqla iki dəfəyə iddiaçıya qaytardığını, sonuncu ödənişi etdiyi zaman şahidinin olduğunu, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında isə Cavabdeh iddiaçıdan cəmi 30 ton cücə yemi aldığını və həmin yemin dəyərini də tam şəkildə ödədiyini bildirmişdir Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddiaçının öz tələbini sübut edə bilmədiyini, iddianı qəbul etmədiklərini, hüquqlarını müdafiə etdiyi Cavabdeh iddiaçıdan ümumilikdə 40,5 ton cücə yemi aldığını və həmin yemin dəyərini tam şəkildə ödədiyini bildirdi və iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə baxış iclasında iştirak etməmişdir, həmçinin məhkəmə iclasında iştirak edə bilməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, iddiaçının və cavabdehin nümayəndələrinin vəsatətlərinə əsasən baxılan işin materiallarına sübut qismində əlavə edilmiş İmişli Rayon Məhkəməsinin icraatında olmuş e-2(036)-1545\2022 nömrəli işin materiallarına, tərəflərin izahatlarına və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 294331 nömrəli “Ödəniş tapşırığı”na əsasən 3000 manat, xx.xx.2021-ci il tarixli 318077 nömrəli “Ödəniş tapşırığı”na əsasən 100 manat və xx.xx.2021-ci il tarixli 343849 nömrəli “Ödəniş tapşırığı”na əsasən 2000 manat məbləğində pul vəsaitləri "xxxx" MMC-nin hesabından X1 bank hesabına köçürülmüşdür. İş materiallarında olan “Azərsun Holdinq” Saatlı distribütoru N.V.Osmanov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məlumata əsasən 2021-ci ilin mart və aprel aylarında 1 ton cücə yemi gəlişdirmənin qiyməti 1020 manat olmuşdur. İş materiallarında olan İmişli RPŞ TB-nin xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, Cavabdeh izahatında İmişli rayonu Ölcələr kəndi ərazisində quşçuluq təsərrüfatı qurduğunu və İddiaçı müəyyən məbləğdə cücə yemi aldığını bildirmiş, əvvəl alınan yemin pulunu nağd şəkildə ödədiyini, sonradan nisyə aldığı yemin pulunu isə şəxsən və işçisi Şəmil vasitəsilə hissə-hissə nağd şəkildə, yaxud Birkart köçürmə vasitəsilə ödəyərək cəmi 8000 manat borclu qaldığını təsdiq etmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 2021-ci ilin sentyabr ayında olan baş tutan telefon danışığının (10:11) audio yazısından müəyyən edilir ki, həmin danışıq zamanı Cavabdeh İddiaçı nisyə aldığı cücə yeminə görə 26.900 manat borcu olduğunu etiraf etmiş və oktyabr ayın 10-dək ödəmə edərək borcunu 15.000 manata endirəcəyini vəd etmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, yaranmış borcun pretenziya alındığı vaxtdan 7 iş gün müddətinə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasında tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişdirlər. İş materiallarında olan “ödəniş qəbzin”in surətindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün Sabirabad 1 saylı Mediasiya Təşkilatının hesabına 200 manat vəsait ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsinə görə 199 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində, Cavabdeh iddiaçıya pul verdiyini gördüyünü, lakin həmin vaxt özünün avtomobildə olduğunu, sonradan Cavabdeh ona 5000 manat pulu İddiaçı verdiyini söylədiyini bildirmişdir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, tərəflərin və onların nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatlarına, təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər öz aralarında razılığa gələrək, iddiaçının sifariş əsasında cavabdehə cücə yemi satması, cavabdehin isə aldığı yemin dəyərini nağd və ya köçürmə yolu ilə hissə-hissə olmaqla iddiaçıya ödəməsi barədə şifahi müqavilə bağlamışlar. İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək 2021-ci il martiyun ayları ərzində cavabdehə dəyəri cəmi 42.989 manat olan 40,5 ton çəkidə yem verdiyini, cavabdehin isə həmin məbləğdən cəmi 18.075 manat pul vəsaiti ödədiyini, nəticədə cavabdehin ödənilməmiş 24.823 manat borcu qaldığını iddia edir. Cavabdeh iddia tələbinə etiraz edərək ona verilmiş yemin dəyərini tam ödədiyini, iddiaçıya borcunun olmadığını bildirir. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış münasibətin xarakterinə hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, tərəflər arasında satılan əşyanın qiymətinin müəyyən müddət sonra ödənilməsi şərti ilə şifahi alqı-satqı müqaviləsi bağlanılmışdır və işin müəyyən edilmiş faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan alqı-satqı müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsasını həmin normalar təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, tərəflər arasında malların nisyə alqı-satqısına dair şifahi müqavilənin bağlandığı onu iştirakçıları tərəfindən mübahisələndirilməmişdir, həmçinin müqavilənin etibarsızlığına dair hallar məhkəmə tərəfindən də aşkar edilməmişdir. Tərəflər arasında müqavilə şərtləri, həmçinin verilən malın miqdarı (çəkisi), malın ümumi dəyəri (qiyməti) barədə mübahisə olmasa da, həmin müqavilə üzrə öhdəliklərin icrası ilə əlaqədar mübahisənin mövcud olduğu müəyyən edilir. Belə ki, iddiaçı cavabdehə verdiyi malların dəyərinin cavabdeh tərəfindən tam ödənilmədiyini, cavabdeh isə ödənişi tam şəkildə həyata keçirdiyini iddia edirlər. Məhkəmə qeyd edir ki, göründüyü kimi mübahisənin predmetini satılan malın dəyərinin tam və ya qismən ödənilməsinin müəyyən və sübut edilməsi təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə tərəflərinin dəlilləri sübutetmə ilə əlaqədardır və baxılan iş üzrə mübahisə sübutların mümkünlüyü, yetərliliyi və mötəbərliliyi əsasında sübutetmə vəzifəsinin, yükünün tərəflər arasında bölüşdürülməsi prinsipinə uyğun həll edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehə ümumi dəyəri 42.989 manat olan 40,5 ton çəkidə yem verildiyini sübut etmə yükü iddiaçının üzərinə düşür. Qeyd olunduğu kimi tərəflər arasında verilən malın miqdarı və ümumi dəyəri barədə mübahisə olmadığına görə həmin hallar sübuta yetirilmiş hesab edilir. İddiaçı verdiyi malların dəyərinin cavabdeh tərəfindən tam şəkildə ödənilmədiyini iddia edir və bu tələbinin əsası kimi telefon danışığı zamanı cavabdehin qeyd edilən xüsusat barədə etirafına istinad edir. Cavabdeh iddia tələbinə etiraz edərək, onun tərəfindən aldığı malların dəyərinin tam şəkildə ödənildiyini bildirir və etirazının əsası kimi ödəniş tapşırıqlarına, hesabdan çıxarış məlumatlarına, özünün apardığı qeydlərə, son ödəniş etdiyi zaman onunla birlikdə olan şahidin ifadəsinə istinad edir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında yaranmış alqı-satqı münasibətlərinə dair qanunvericilik normalarının tələblərinə əsasən, alınan malın dəyərini ödəmək vəzifəsinin daşıyıcısı olaraq alıcı (baxılan işdə - cavabdeh) ödənişi həyata keçirdiyini sübut etməklə mükəlləfdir. Baxılan işdə də cavabdeh aldığı malın dəyərinin onun tərəfindən tam şəkildə ödənildiyini mötəbər dəlillərlə sübut etməlidir. Məhkəmə hesab edir ki, alınan malların dəyərinin tam şəkildə ödənilməsini cavabdeh sübut edə bilməmişdir. Belə ki,əvvəla cavabdehin istinad etdiyi ödəniş tapşırıqları malların dəyərinin qismən, 5100 manat məbləğdə ödənilməsini təsdiq edir. Hesabdan çıxarış məlumatlarından isə cavabdeh tərəfindən kimə, hansı tarixdə və hansı məbləğdə ödəniş edilməsini müəyyən etmək mümkün deyildir. İddiaçı, cavabdehin hesabdan-hesaba köçürmə yolu ilə iki dəfə olmaqla cəmi 9975 manat pul vəsaitini onun bank hesabına köçürdüyünü qəbul edir. Lakin cavabdeh bu məbləğdən başqa iddiaçının bank hesabına digər ödənişi həyata keçirdiyini sübut edə bilmir. Məhkəmə, həm iddiaçının, həm də cavabdehin yazılı sübut qismində məhkəməyə təqdim etdikləri və öz tələb və etirazlarının əsası kimi istinad etdikləri qeydlərin sübut əhəmiyyəti ilə bağlı qeyd edir ki, adı çəkilən qeydlər mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin qeydlər iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda öz dəftərlərində aparılmışdır, həmin qeydlərin doğruluğu münasibətlərin digər iştirakçısı tərəfindən imza və ya digər vasitə ilə təsdiq edilməmişdir. Həmçinin məhkəmə prosesində də iddiaçı və cavabdeh istinad etdikləri həmin qeydlərin məzmununu bir-birlərinə qarşı mübahisələndirmişlər. Buna görə də məhkəmə, birtərəfli qaydada aparılmış qeydlərin digər tərəfin öhdəliyinin təsdiqi üçün mötəbər sübut kimi qəbul edilməsini məqbul hesab etmir. Nəhayət şahid ifadəsi ilə müəyyən edilən işin halları ilə əlaqədar məhkəmə qeyd edir ki, şahid öz ifadəsində cavabdehin hansı borcla əlaqədar, hansı məbləğdə pul vəsaitini hansı məqsədlə iddiaçıya verilməsini təsdiq edə bilmədiyinə görə, şahid ifadəsi də cavabdeh tərəfindən borcun tam şəkildə iddiaçıya qaytarılmasını sübut edən mötəbər dəlil kimi qəbul edilə bilməz. Məhkəmə, iddiaçı ilə cavabdeh arasında aparılan telefon danışığı zamanı, aldığı cücə yeminə görə 26.900 manat borcu olduğuna və ödəmə edərək borcunu 15.000 manata endirəcəyini vəd verməsinə dair cavabdehin bildirdiklərini, cavabdehin ondan tələb olunan borcu etirafı etməsi kimi qəbul edərək bu qənaətə gəlir ki, cavabdeh və onun nümayəndəsi tərəfindən mötəbərliyi mübahisələndirilməyən həmin səs yazısı ilə cavabdehin aldığı yemə görə borcunun olduğu öz təsdiqini tapmışdır. Məhkəmə, şərh olunanları yekunlaşdıraraq bu nəticəyə gəlir ki, iddiaçı verdiyi malın dəyərinin cavabdeh tərəfindən tam ödənilməməsi ilə bağlı öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübut edə bilmişdir. Cavabdeh isə etirazını əsaslandıra bilməmiş, borcu tam şəkildə ödəməsinə dair etirazını sübut edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, borc tələbinə dair hissədə iddia əsaslıdır və təmin edilməlidir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alqı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası haqlı və qanunidir. Məhkəmə, gəldiyi nəticənin maddi hüquqi əsaslandırılması ilə bağlı qeyd edir ki, baxılan işdə iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, öhdəlik hüququnun ümumi tələbləri və tərəflər arasında mövcud olmuş alqı-satqı müqaviləsi üzrə alıcının vəzifə və məsuliyyətini müəyyən edən Mülki Məcəllənin müvafiq normaları təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2 və 329.3-cü maddələrinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, iddia tələbini cavabdehdən pul məbləğinin ödənilməsi ilə bağlı gecikdirilmiş vaxt üçün 1241 manat məbləğində faiz borcunun (gecikdirmə faizi) tutulması hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, əvvəla tərəflər arasında yazılı müqavilə olmadığına görə öhdəliyin pozulması və ya lazımınca icra edilməməsi halında cavabdehin gecikdirmə faizi və ya dəbbə (cərimə, penya) ödəyəcəyi ilə bağlı razılaşmanın olduğu müəyyən edilməmişdir. Digər tərəfdən iddiaçı, cavabdehin ödənişi tam icra etməməsi nəticəsində real zərər və ya əldən çıxmış fayda şəklində zərərə uğraması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı pul öhdəliyinin cavabdeh tərəfindən gecikdirilməsini əsas tutaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinadən pul məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar illik beş faizlə hesablanmaqla gecikdirmə faizinin tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən iddiaçının gecikdirmə faizinin ödənilməsi barədə tələb hüququ o zaman yarana bilərdi ki, tərəflər verilən malın dəyərinin ödənilməsi üçün konkret müddət müəyyən etmiş olardılar. Belə ki, bu müəyyən etmə, müqavilə üzrə öhdəliyin icrası müddətinin bitməsi ilə borclunun əsas olmadan qarşı tərəfə pul məbləğinin ödənilməsini gecikdirilməsini və həmin gecikdirmənin müddətini müəyyən etmək üçün əsas şərtdir. Lakin qeyd olunduğu kimi, baxılan işdə tərəflər öhdəliyin, o cümlədən pul öhdəliyinin icrası üçün konkret müddət müəyyən etmədiklərinə görə, pul məbləğinin ödənilməsinin gecikdirilməsi ilə bağlı faiz tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə, həmçinin iddia tələbinin “10.000 manat mənəvi ziyanın ödənilməsi”nə dair hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında şərh olunan hüquqi mövqeyinə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən fiziki və mənəvi sarsıntıların keçirilməsinə, cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının iddia etdiyi mənəvi ziyan arasında səbəbli əlaqənin olmasına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, həmçinin iddiaçı ona cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun “mənəvi ziyan dəyməsinə dair” tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Buna görə də, iddiaçının iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə, iddia tələbini hüquqi yardım üçün ödənilmiş 220 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində əsassız hesab edərək qeyd edir ki, iddiaçı həmin tələbini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddianın 200 manat mediasiya xərcinin tutulmasına dair hissəsini əsaslı hesab edir. Belə ki, Cavabdeh daxil olduğu müqavilə münasibətlərindən irəli gələn vəzifələrini lazımınca icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurulmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin iddia tələbi qismən təmin edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 164,47 manat hissəsi (təmin edilmiş iddianın qiymətinə uyğun olaraq hesablanmış dövlət rüsumunun məbləği) tam şəkildə cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 24.823 manat məbləğində borc, 200 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ və ödənilmiş dövlət rüsumundan 164,47 manat olmaqla, ümumilikdə 25.187,47 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1035/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1035/2023
11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver