Məhkəmə qərarları › İş №e-2-2(121)-105/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-105/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-105/2020 18.03.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi, hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı1 MMC-nin nümayəndəsi İddiaçı2, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı1 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2019-cu il tarixli, R 024191 saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 7.618,86 manat borcun silinməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı məhkəmədə iddia qaldıraraq, “xxxx” ASC-nin X7 Təchizatı və Satışı İdarəsinin “qeyri-əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki tələblər” xx.xx.2019-cu il tarixli aktının və həmin akt əsasında hesablanmış 7.618,86 manat borcun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı1 MMC-nin nümayəndəsi İddiaçı2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2019-cu il tarixli, R 024191 saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 7.618,86 manat borcun silinməsinixahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən İddiaçı1 MMC, X8 kimi **********1 abonent kodu əsasında X1 edir. xx xxxxxxx 2019-cu il tarixdə “xxxx” ASC-nin X7 Təchizatı və Satışı idarəsi əməkdaşları tərəfindən Ticarət Mərkəzinin elektrik enerjisi sərfiyyatının hesablanması üçün quraşdırılmış Enerqomer SE 6850 M tipli **********550861 nömrəli elektrik hesabat sayğacının oxunması zamanı (sayğac göstəricisi 000000.13) sayğacın yaddaşının silinməsi aşkarlanmışdır. Qeyd edilənlər barədə laborator müayinə olunmadan müvafiq olaraq 024191 R nömrəli xx xxxxxxx 2019-cu il tarixli akt tərtib edilmişdir. Daha sonra xx.xx.2019-cu il tarixdə qeyd edilən sayğac LUN 6 markalı, 69207872 seriya nömrəli sayğacla və dövrənin cərəyan transformatoru 40/5A dəyişdirilmiş, çıxarılmış Enerqomer SE 6850 M tipli **********550861 nömrəli elektrik hesabat sayğacı“xxxx” ASC-nin Sayğac Quraşdırma və X6 yoxlama üçün göndərilmişdir. Yoxlama zamanı sayğacın proqram təminatı daxili qüsur nəticəsində pozulması səbəbindən istismara yararsızlığı barədə 153970 nömrəli protokol tərtib edilmişdir. “xxxx” ASC-nin X7 Təchizatı və Satışı idarəsi tərəfindən qeyri-əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər başlıqlı 7.618,86 manat borc hesablanmaqla satış üzrə X4 xx.xx.2019-cu il tarixli hesabat göndərilmişdir. “xxxx” ASC-nin X7 Təchizatı və Satışı idarəsi tərəfindən hesablanmış borc məbləği ilə razı deyillər. Belə ki, akt üzrə hesabat 364 gün göstərilmişdir ki, həmin aylar üzrə tərəflərindən istifadə olunan elektrik enerjisinə görə müəyyən ödənişlər olmuşdur. Lakin akt üzrə ödənişlər nəzərə alınmadan birbaşa hesabat aparılmışdır. Yuxarıda sadalananlardan da bəlli olur ki, fərziyyə əsasında tərtib olunmuş xx.xx.2019-cu il tarixli akt, həmin akta əsasən hesablanmış məbləğ, ehtimallara əsasən tərtib edilmiş, real fakta əsaslanmamış, bununla da sahibkar olaraq hüquqları pozulmuş, ticarət mərkəzinə heç bir real əsas olmadan 7.618,86 (yeddi min altı yüz on səkkiz) manat əlavə məbləğ hesablanmışdır. Bundan əlavə olaraq xx.xx.2019-cu il tarixdə xəbərdarlıq göndərilərək xx.xx.2019-cu il tarixdə elektrik enerjisinin dayandırılacağı bildirilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 MMC-nin nümayəndəsi İddiaçı2 iddia tələbinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayənlərinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxx 2016-cı il tarixli, 2 saylı icarə müqaviləsinin surətindən görünür ki, icarədar İddiaçı2 ilə icarəçi İddiaçı1 MMC arasında icarə müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2.8 ha. torpaq sahəsinin Ticarət Mərkəzinin ticarət fəaliyyəti üçün icarəyə verilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin nümayəndələrinin iştirakı ilə tərtib olunmuş xx.xx.2019-cu il tarixli, R 024191 saylı aktda qeyd edilmişdir ki, istehlakçıya məxsus Enerqomer SE 6850M tipli, **********550861 nömrəli elektrik hesabatı sayğacının sərfiyyatı oxunması zamanı məlum olduki, sayğacın yaddaşı pozulmuşdur. Sayğacın göstəricisini oxumaq mümkün olmamış, elektrik hesabat sayğacının yaddaşının oxunması üçün mərkəzi laboratoriyaya göndərilməsi qərara alınmışdır. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli, 153970 saylı protokolda qeyd edilmişdir ki, Enerqomer SE 6850M tipli, **********550861 nömrəli elektrik sayğacı laboratoriya yoxlamasından keçmişdir və yoxlama zamanı sayğacın proqram təminatının daxili qüsur nəticəsində pozulduğu, bu səbəbdən displey qeyri-real göstəricilər işıqlandırır. Sayğac istismara yararsızdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə aktda qeyd edilmişdir ki, Şirvan EŞ-in xx.xx.2019-cu il tarixli, R 024191 saylı aktına əsasən, sayğac yenisi ilə əvəz olundu, çıxan sayğac qutuya qoyularaq möhürlə möhürləndi. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli qeyri-əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 MMC-yə məxsus elektrik sayğacının proqram təminatı daxili qüsur nəticəsində pozulub, bu səbəbdən displey qeyrireal göstəricilər işıqlandırır. Sayğac istismara yararsızdır. Hesabat 2018-ci ilin orta günlük sərfiyyatın görə aparılmışdır. 4.016 kVts-3.519 kVts= 497 kVts x 2.000 əmsal= 994.000 kVts, Witr=994.000 kVts: 364 gün x 31 gün=84.654 kVts (0.09) 7.618,86. Elektrik hesabat sayğacı yenisi ilə əvəz edildi və EEİQ-na uyğun olaraq möhürləndi. İş materiallarında olan abunə haqqında məlumatın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 MMC-yə xx.xx.2019-cu il tarixə, R 024191 saylı akta əsasən 7.618,86 manat borc hesablanmışdır. İş materiallarında olan İddiaçı1 MMC tərəfindən “xxxx” ASC-nin X7 Təchizatı və satışı idarəsinə ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı1 MMC tərəfindən “xxxx” ASC-nin X7 Təchizatı və satışı idarəsinə pretenziya məktubu ünvanlanaraq, akt üzrə hesabatın düzgün və yenidən aparılması üçün qarşılıqlı komissiya yaradılmasına göstəriş verilməsi xahiş olunmuş, əks təqdirdə sözügedən aktın ləğv olunmasına dair tərəflərindən iddia ərizəsi ilə aiddiyəti üzrə məhkəmədə iddia qaldıracaqları barədə X7 Təchizatı və satışı idarəsi məlumatlandırılmışdır. İş materiallarında olan X7 Təchizatı və satışı idarəsi tərəfindən İddiaçı1 MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 01/06-511 saylı məktubun surətindən görünür ki, X7 Təchizatı və satışı idarəsi tərəfindən İddiaçı1 MMC-yə hesabatın “X1 Qaydaları”na uyğun aparıldığı, hesablanmış məbləğin ödənilməsi tövsiyyə olunmuşdur. Əks halda “X1 Qaydaları”nın tələblərinə uyğun olaraq Ticarət Mərkəzinə elektrik enerjisinin verilişi əlavə xəbərdarlıq edinmədən dayandırılacağı qeyd olunmuşdur. İş materiallarında olan “xxxx” ASC tərəfindən məhkəməyə təqdim olunmuş etirazda qeyd olunur ki, xx.xx.2019-cu il tarixdə “xxxx” ASC-nin nümayəndələri və İddiaçı1 MMCnin nüməyəndəsi Elşən Məmmədov ilə birlikdə obyektin elektrik təsərrüfatına baxış keçirilmiş, bu zaman elektrik sayğacı yaddaşının pozulduğu müəyyən olunmuş və göstəricisinin oxunmasının mümkün olmadığı aşkar olunmuşdur. Həmin tarixdə “xxxx” ASC-nin NDQ-nin, Şirvan RETSİ-nin, SQ əməkdaşları və bilavasitə İddiaçı1 MMC-nin nümayəndəsi E.Məmmədovun iştirakı ilə qüsurlu sayğac yeni sayğacla əvəz olunmuş, çıxarılan sayğac rəy verilməsi üçün “xxxx” ASC-nin mərkəzi labaratoriyasına göndərilmişdir. Daha sonra xx.xx.2019-cu il tarixdə çıxarılan sayğaca istehlakçının nümayəndəsi ilə labaratorya qaydasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin sayğacın proqram təminatı bazası qüsur nəticəsində pozulub, bu səbəbdən displey qeyri göstəricilər işıqlandırır və sayğacın istismara yararsız olduğu açkarlanmışdır. Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş “X1 Qaydalarının”-nın (EEİQ) 8.17-ci bəndinə əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə xx.xx.2019-cu il tarixli, R 024191 saylı, 84654 kVts olmaqla 7.618,86 manat dəyərində akt tərtib olunmuşdur. Bildiririk ki, sözü gedən akt hər iki tərəfin nümayəndəsinin iştirakı ilə tərtib olunduğundan bu zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. Bu barədə bütün aktda müvafiq qeydlər aparılmış, sözü gedən akt və protokollar iştirak edən məsul şəxslərin iştirakı və imzası ilə təsdiq olunmuşdur. Qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsin qanunvericiliyin tələblərinə uyğun olan və düzgün formada tərtib edilmiş normativ-hüquqi sənədi imza edərək təsdiq etməsi etiraf sayılır və bu halda həmin normativ-hüquqi sənəd heç bir şəkildə həmin şəxs tərəfindən mübahisələndirilə bilməz. Göstərilən bu hal da iddiaçı MMC-nin iddia ərizəsinin əsassız olduğunu və heç bir hüquq normasına istinad edilmədən məhkəməyə verilməsini birbaşa sübut edir. Daha sonra akta əsasən hesabat aparılmış və EEİQ-nın tələblərinə əsasən xx.xx.2019-cu il tarixli, 024191 saylı akta əsasən, 7618,86 manat dəyərində hesabat aktı tərtib olunmuşdur. Daha sonra “xxxx” ASC-nin Akt komissiyası tərəfindən xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən 2018-ci ilin orta günlük sərfiyyatına uyğun olaraq aşağıdakı kimi aparılmışdır:4016 kVts – 3519 kVts = 497 kVts x 2000 əmsal = 994 000 kVts. 994 000 kVts : 364 gün x 31 gün = 84654 kVts x 0,09 qəpik = 7618,86 manat. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Belə ki, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının xx xxxxx 1998-ci il tarixli Qanununun 16-cı maddəsinə əsasən, istehlakçılar enerjiqəbuledicilərinin texniki səviyyəsinin dövlət standartlarına uyğun olmasını təmin etməlidirlər. Şəbəkəyə qoşulmanın texniki şərtlərinə müvafiq istehlakçılar nəzarət ölçü cihazlarının qoyulmasına, sazlığına və toxunulmazlığına məsuliyyət daşıyırlar. Etirazda daha sonra qeyd edilmişdir ki, sahibkarlıq subyektlərində quraşdırılan sayğaclara baxış keçirilməsi, sayğacın yenisi ilə əvəz olunması və baxış zamanı pozuntu aşkar olunarkən itirilmiş elektrik enerjisinin bərpası məqsədilə aktın yazılması yoxlama sayılmır. Beləliklə məhkəmə müəyyən etdi ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus Enerqomer SE 6850M tipli, **********550861 nömrəli elektrik hesabatı sayğacının yaddaşının pozulduğu müəyyən olunmuş bu barədə xx.xx.2019-cu il tarixli, R 024191 saylı akt tərtib olunmuş, həmin sayğac digər bir sayğacla əvəz olunmuş, nasaz sayğac laboratoriya yoxlamasından keçmiş və yoxlama zamanı sayğacın proqram təminatının daxili qüsur nəticəsində pozulduğu, bu səbəbdən displey qeyri-real göstəricilər işıqlandırdığı, sayğacın istismara yararsız olduğu müəyyən olunmuşdur. Daha sonra xx.xx.2019-cu il tarixli, R 024191 saylı akta əsasən, 7.618,86 manat borc hesablanmışdır. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, xx.xx.2019-cu il tarixli, R 024191 saylı akt ləğv edilməli və həmin akta əsasən hesablanmış 7.618,86 manat borc silinməlidir: “X1 Qaydaları”nın 8.16-cı bəndinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İş materiallarından göründüyü kimi, İddiaçı1 MMC-yə məxsus elektrik sayğacının proqram təminatı daxili qüsur nəticəsində pozulmuşdur. Yəni sayğaca hər-hansı müdaxilə olmamış, sayğacın istismara yararsız vəziyyətə gəlməyində istehlakçının təqsiri müəyyən edilməmişdir. Belə olan halda isə, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən müəyyən edilməli idi. Lakin iş materiallarında belə bir razılığın olması müəyyən olunmur. Həm iddiaçının nümayəndəsi, həm də cavabdehin nümayəndəsi məhkəmə iclasında belə bir razılığın mövcud olmadığını bildirmişlər. Göründüyü kimi, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 7.618,86 manat borc məbləği birtərəfli qaydada və qanunvericiliyin tələblərinə zidd olaraq, istehlakçının razılığı olmadan hesablanmışdır. Bundan başqa, iddiaçı xx.xx.2019-cu il tarixli akta əsasən dəymiş ziyanın 31 gün hesablanmasına etiraz edərək, həmin dövrdə ümumiyyətlə “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən X1 etmədiyini, müəssisənin generatorla elektrik enerjisi ilə təmin etdiyini bildirmişdir. Belə olan halda, iddiaçının “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən X1 edilməsini sübutetmə yükü cavabdehin üzərinə düşür. Hesabat aparılan (ziyan hesablanan) 31 gün ərzində iddiaçının generator vasitəsilə deyil, məhz cavabdeh tərəfindən təmin edilən X1 edildiyi müəyyən edilməmişdir. Digər tərəfdən, sahibkarlıq subyektlərində quraşdırılan sayğaclara baxış keçirilməsi, sayğacın yenisi ilə əvəz olunması və baxış zamanı pozuntu aşkar olunarkən itirilmiş elektrik enerjisinin bərpası məqsədilə aktın yazılmasının yoxlama sayılmaması ilə bağlı cavabdehin dəlilləri ilə məhkəmə razılaşmır. Belə ki, “X1 Qaydaları”nın 8.34-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Həmin Qaydaların 10.18.9-cu bəndinə əsasən, elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi elektrik enerjisi rejimlərinə, elektrik enerjisinin səmərəli və qənaətlə istifadəsinə, elektrik qurğularının texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, təlimatların və digər normativ sənədlərin tələblərinə əməl olunmasına və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün X2 Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsiqələri, nəzarətin həyata keçirilməsi haqqında qərarın surəti və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə borcludur. İşin mahiyyətindən göründüyü kimi, hazırki mübahisə enerji təchizatı müəssisəsi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan abonent arasında X1 qaydalarının pozulmasını müəyyən edən yoxlamanın nəticələri üzrə yaranan münasibətdir. İddiaçının obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu işin mübahisələndirilməyən halıdır. Buna görə də, həmin obyektdə cavabdehin əməkdaşları tərəfindən aparılmış X1 qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və əlaqədar digər qanunvericilik aktlarının tələblərinə uyğun aparılıb-aparılmadığı yoxlanılmaldır. Həmin qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin xx xxxxx 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5- 4- cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. - 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1” Qaydalarının 8.34-cü bəndinə əsasə isə enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Göründüyü kimi cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, xx.xx.2019-cu il tarixli, R 024191 saylı akt ləğv edilməli və həmin akt əsasında hesablanmış 7.618,86 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 121.1, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, R 024191 saylı akt ləğv edilsin və həmin akt əsasında İddiaçı1 MMC-yə hesablanmış 7.618,86 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar