Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1065/2021 07.09.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı X3, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı X3 Cavabdehnə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X8 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.060 manat əsas borc və 1.990,80 manat ƏDV borcu olmaqla, cəmi 13.050,80 manat pulun Cavabdehndən tutularaq iddiaçı X5 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi 17 Fevral 2020-ci il tarixli 08 saylı müqavilə ilə Cavabdeh MMC ilə razılığa gəlmişdir ki, İmişli rayonunun Çaxırlı kənd ərazisində qum-çınqıl istehsal etdiyi yataqdan öz yük avtomaşınları ilə Salyan rayonunun ərazisində Akkord şirkətlər birliyinin tikinti meydançasına çınqıl məhsulu daşımalıdır. O, müqavilə öhdəliklərinə əməl edərək, həmin tikinti yerinə müqavilədə cavabdehin sifarişi ilə nəzərdə tutulımuş çınqıl məhsullarını vaxtında çatdırmış və ümumilikdə 21060 manatlıq 1170 m Çınqıl məhsulları cavabdehə təhvil verilmişdir. Cabadeh ona təhvil verdiyi çınqıla görə borclu olduğu 21060 manat məbləğində puldan 09.04.2020-ci il 10.000 manat ödəmişdir və bu günədək mənə 11.060 manat məbləğində borcu qalmışdır. Həmçinin, cavabdeh mənə borclu olduğu 11.060 manat əsas borc və dövlət büdcəsinə ödənilməli olan 18% ƏDV yəni 1990,80 manat –ümumilikdə isə 13.050,80 manat pulu bu günədək ödəməyərək ona borclu qalmışdır. Yuxarıda göstərilən çınqıl məhsulunun cavabdehə rəsmi elektron qaimə ilə göndərilməsi və cavabdehin ona rəsmi qaydada pulu qismən ödəməsi sənədlərlə təsdiq olunur. Lakin cavabdeh bugunədək ona borclu olduğu 11.060 manat əsas borc, 1.990,80 (bir min doqquz yüz doxsan manat səksən qəpik) manat 18% ƏDV borcu ümumilikdə 13.050,80 (on üç min əlli manat səksən qəpik) manat məbləğində borcunu ödəməkdən imtina edir. İddiaçı X8 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında iddiaçı tərəfindən 1.170 m3 çınqıl təhvil verildiyini, iddia tələbini qismən qəbul etdiyini bildirərək məhkəmədən qanunamüvafiq qaydada qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan X8 (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanılmış 17.02.2020-ci il tarixli, 08 saylı müqaviləyə əsasən satıcı qiymətlərin razılaşdırılması protokolunda adı çəkilən mal-materialların alıcıya verilməsini, alıcı isə sifarişin dəyərini müqavilə əsasında qabaqcadan və ya materialı qəbul etdikdən sonra köçürmə yolu ilə bir həftə müddətində ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 17.02.2020-ci il tarixli, 08 saylı müqaviləyə əsasən imzalanmış qiymətlərin razılaşdırılması protokolundan görünür ki, tərəflər 17.02.2020-ci il tarixli, 08 saylı müqavilədə nəzərdə tutulmuş mal-materialın (qum və çınqıl) qiymətləri barədə razılığa gəlmişlər. İş materiallarında olan elektron qaimənin surətindən görünür ki, 05.03.2020-ci il tarixdə 24.850,80 manat (daşıma xərci 18 manat olmaqla 21.060 manat dəyərində çınqıl + 3.790,80 manat ƏDV) həcmində çınqılın təqdim edilməsi ilə bağlı X8 tərəfindən Cavabdeh MMC-yə elektron qaimə göndərilmişdir. İş materiallarında olan hesabdan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC tərəfindən X5 09.04.2020-ci il tarixdə 10.000 manat pul ödənilmişdir. İş materiallarında olan 18.05.2021-ci il tarixli bildirişdən (pretenziyadan) görünür ki, X8 tərəfindən Cavabdeh MMC-yə müraciət edilərək, 11.060 manat borcun və 1.990,80 manat ƏDV-nin ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən məhkəməyə ünvanlanmış 22.07.2021-ci il tarixli “iddia ərizəsinə etiraz etmə və ya mülahizə təqdim etmə” ərizəsində qeyd olunmuşdur ki, iddiaçının iddia ərizəsində göstərdiyi 11.060 manat əsas, 1.990,80 manat ƏDV borcu ilə ümumilikdə 13.050,80 manat məbləğində borcun ödənilməsi hissədə iddianı qəbul etmirəm. Fiziki şəxs X8 ilə Cavabdeh MMC arasında bağlanılmış müqaviləyə əsasən göndərilmiş çınqıl materiallarının dəyərində uyğunsuzluq olduğunu iddiaçı tərəfindən cavabdehlə üzləşmə aktına baxsaydı, bu uyğunsuzluq yaranmazdı. Üzləşmə aktı keçirilmədiyi üçün iddiaçı iddia ərizəsində həqiqətə uyğun olmayan rəqəmlər göstərilmişdir. Belə ki, göstərilən müqavilədə nəzərdə tutulmuş mal-materialın qiymətlərində protokol üzrə razılaşma olsada yəni 1 kub metr 318 AZN, ƏDV-si 18% olmaqla 3,24 AZN; Çınqıl (daşınma xərci ilə birlikdə) 1 kub metr 317 AZN, ƏDV-si isə 18% olmaqla 3,06 AZN Qum (daşınma xəırci ilə birlikdə) olmasına baxmayaraq iddaçının nümayəndəsi Sadəddin Mustafayev bildirmişir ki, çınqılı 13 AZN-dən alacaq və onlara verəcək. O, hətta bildirirdi ki, qiymət razılaşma protokolunda dəyişdirtdirəcək. Cavabdeh MMC fiziki şəxs X8 ilə bağlanılmış müqavilə yalnız Sadəddin Mustafayevin vasitəçiliyi ilə imzalanmışdır. Belə ki, bugünki tarixə qədər mən X6 tanımamışam, görməmişəm nədə ki, X8 məni tanımır və görməyib. İddia edilən 1.170 m3 çınqılın (daşınma xərci ilə birlikdə) dəyəri 1 m3 üçün 13 AZN olmaqla əsas məbləği 15.210 AZN və ƏDV-si 2.737,80 AZN olmaqla, ümumilikdə 17.947.80 AZN təşkil edib. 09.04.2020-ci il tarixdə fiziki şəxs X5 10.000 AZN əsas və 1.800 AZN ƏDV ödənilərək borcun bir hissəsi qaytarılmışdır. Bundan sonra əsas məbləğdən 5.210 AZN və ƏDV-dən isə 937.80 AZN olmaqla ümumilikdə 6.147.80 AZN borc qalmışdır. Həmçinin bildirir ki, Cavabdeh MMC 2019-2020ci illərdə Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsi çərçivəsində müəyyən işlər yerinə yetirmişdir. Drenaj şəbəkələrinin çəkilişi zamanı lazım olan çınqıl materialının müəyyən hissəsini "xxxx" ASC-nin ərazi üzrə nümayəndəsi olan Sadəddin Mustafayevin təkidi ilə X2 alınmışdır. Sadəddin Mustafayev və X8 ilə əvvəlcədən 1 m3 çınqılın (daşınma xərci ilə birlikdə) qiymətini şifahi olaraq 13 manatdan razılaşdırılmışdır. Çınqıl materialının çatdırılması üçün yanacaq xərci olaraq əvvəlcədən Sadəddin Mustafayevə (sonradan qaytarmaq şərti ilə) nağd olaraq 1.500 manat ödənilmişdir, lakin bu günə kimi qaytarılmayıb. Son ödənişi də nəzərə almaqla "xxxx" MMC-nin bu günə fiziki şəxs X5 3.710 manat əsas və 937.80 azn ƏDV məbləği olmaqla, ümumilikdə 4.647.80 manat borcu olduğunu etiraf edirik. Bununla yanaşı, "xxxx" ASC-nin ərazi üzrə nümayəndəsi olan Sadəddin Mustafayevi bu işə cavabdeh qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə, “Sadəddin Mustafayev” adlı şəxsin işə cavabdeh kimi cəlb edilməsinə dair cavabdehin nümayəndəsinin vəsatətinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. İş materiallarında olan iddiaçı X8 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, iddiaçı “Sadəddin Mustafayev” adlı şəxsin işə cavabdeh kimi cəlb edilməsinə etiraz etmişdir. İş materiallarında olan X8 tərəfindən məhkəməyə ünvanlanmış 10.08.2021-ci il tarixli “iddia ərizəsinə əlavə və cavabdehin etirazına mülahizə təqdim etmə”də qeyd olunmuşdur ki, cavabdeh verilmiş iddiaya qarşı etirazını bildirərək guya mənimlə müqaviləni mənim nümayəndəm Mustafayev Sədrəddinin vasitəsilə bağlanmışdır. Nəzərinizə çatdırıram ki, mən müstəqil fəaliyyət göstərirəm, heç bir nümayəndəm olmamış bütün müqavilələri şəxsən özüm imzalamışam. X7 tanıyıram, həmin müqaviləni bağladığımız ərəfədə mənim müəssisəmdə bir qrup "Akkord" şirkətlər birliyində işləyən müəssisələrin rəhbərləri ilə iştirak etmişdir. Ambarımızda olan materiallara baxılmış, materialın keyfiyyəti və həcmi onlara lazımı qədər bəs edəcəyin demişlər. Bir neçə gündən sonra dörd müəssisə ilə eyni qiymətdə müqavilə və razılaşma protokolu imzalanmışdır. Müqavilə imzalandıqdan sonra həmin müəssisələrin inşaat ploşadkalarına çınqıl daşınmışdır. Həmin müəssisələrə əlavə olaraq artıq material daşınmışdır. Belə ki. "xxxx" MMC-yə 1170 m3 yox 1560 m3 çınqıl göndərilmişdir. Aramızda olan danışıqlara əsasən 1170 m3 hər m318 manat olmaqla elektron qaimə göndərilmişdir. Göndərilmiş elektron qaiməyə əsasən 21060 manat əsas və 3790 manat ƏDV təşkil etmişdir. Cavabdehin göstərdiyi rəqəmlər yəni qiyməti hər m3 üçün 13 manat olmaqla bizim aramızda heç bir danışıq olmamışdır. Cavabdeh göstərdiyi kimi, məni şəxsən tanımadığın» və mənimlə təmasda olmadığını bildirmişdir. Bu yalandır, mən dəfələrlə cavabdehlə telefon əlaqəsi saxlamışam, hər dəfə o, qardaşım xəstədir. Bakıda xəstəxanadayam, rayona gələn kimi pulları ödəyəcəyini demişdir. Bundan əlavə daşınma ərəfəsində cavabdehin tikinti sahəsində olan Hacı Nizami adında nümayəndəsi ilə vaxtaşırı, materialın göndərilməsi üçün telefon əlaqəmiz olmuşdur. (Müqavilə) onun telefon nömrəsi 051-864-5C-50. Elektron qaimə vurulan ərəfədə hamin şəxs mənə öz xətti ilə qəbul etdiyi avtomaşınların dövlət nömrə nişanları. apardığı yüklərin çəkisi və həcmi təqdim olunmuşdur. Həmin göstərilən qəbul edilmiş materiallara görə də elektron qayimə göndərilmişdir. Cavabdehin bu gün 2 ilə yaxın müddətdə aldığı materialların keyfiyyətinə, həcminə, qiymətinə dair heç bir etiraz məktubu almamışıq. Odur ki, nəzərinizə çatdırıram cavabdehin göstərdiyi faktlar heç bir həqiqəti əks etdirmir, bu yaranmış borcu ödəməmək üçün onun müəyyən bəhanələridir. Nəzərinizə çatdırıram ki, cavabdeh borclu olduğu borcu ödəmədiyi üçün mənə böyük maddi və mənəvi ziyanlar dəymişdir. Bunun nəticəsində mən "Access" bankdan və Azərbaycan Beynəlxalq bankdan kreditlər götürüb daşınmanı həyata keçirən sürücülərin əmək haqqını Ödəmişəm. Bütün bunlara görə sizdən xahiş edirəm cavabdehin mənə vurduğu maddi ziyanlara qarşı ödəmədiyi borca qarşı əlavə faiz hesablansın. 2 ilə yaxın bir müddətdə 15%-ə qədər mənə maddi ziyan dəymişdir. Hesablasaq ki, cavabdehin real borcu 11.060 manatdır. Bunun 15% 1.740 manat təşkil edir. Xahiş edirəm dəymiş ziyanla birlikdə 12.800 manat pulun alınmasına qətnamə çıxarasınız. İş materiallarında olan 08.05.2021-ci il tarixli, **********21 saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə müəyyən etdi ki, X8 ilə Cavabdeh MMC arasında 17.02.2020-ci il tarixli, 08 saylı müqavilə və həmin müqaviləyə əsasən qiymətlərin razılaşdırılması protokolu imzalanmış, iddiaçı tərəfindən cavabdehə daşıma xərci 18 manat olmaqla 1.170 m3 çınqıl təqdim edilmiş, cavabdeh tərəfindən isə iddiaçıya ƏDV daxil 11.800 manat məbləğində pul vəsaiti ödənilmişdir. Hazırda iddiaçı qeyd olunan müqavilə üzrə cavabdehin 11.060 manat əsas borc və 1.990,80 manat ƏDV borcu olmaqla, cəmi 13.050,80 manat borcunun olduğunu bildirərək həmin borcun cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə iddiaçı tərəfindən onlara təqdim edilmiş mallara görə cəmi 4.647,80 manat məbləğində borcun qaldığını bildirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, X8 ilə Cavabdeh MMC arasında 17.02.2020-ci il tarixli, 08 saylı müqavilənin və həmin müqaviləyə əsasən qiymətlərin razılaşdırılması protokolunun imzalanması və qeyd olunan müqavilə əsasında iddiaçının cavabdehə daşıma xərci 18 manat olmaqla 1.170 m3 çınqıl təhvil verməsi, cavabdeh tərəfindən təhvil alınmış çınqıla görə iddiaçıya ƏDV daxil 11.800 manat ödənildiyi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə bildirir ki, işin mübahisəli halını çınqılın qiyməti təşkil edir. Belə ki, iddiaçı cavabdehə verdiyi 1.170 m3 çınqılın qiymətinin daşıma xərci daxıl olmaqla 18 manat olduğunu, cavabdeh isə iddiaçı tərəfindən verilən 1.170 m3 çınqılın qiymətinin 13 manat olması barədə şifahi razılıq əldə etdiklərini və bununla da 4.647,80 manat məbləğində iddiaçıya borcunun olduğunu bildirir. Məhkəmə işin mübahisəli halına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qiymətlərlə bağlı tərəflər arasında 17.02.2020-ci il tarixli, 08 saylı qiymətlərin razılaşdırılması protokolu imzalanmışdır. Həmin razılaşdırma protokolunda daşıma xərci daxil olmaqla çınqılın qiymətinin 17 manat olduğu qeyd edilsə də, iddiaçı tərəfindən cavabdehə göndərilmiş və cavabdeh tərəfindən təsdiq edilmiş 05.03.2020-ci il tarixli 315375 saylı elektron qaimədə çınqılın daşıma xərci 18 manat qeyd olunmuşdur. Məhkəmə iclasında izahat verən iddiaçı, cavabdehlə aralarında çınqılın qiymətinin 13 manat olması barədə razılıq olmadığını bildirmişdir. Bununla yanaşı, çınqılın qiymətinin 13 manat olmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM-in 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki, məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Bununla belə, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh MMC qeyd olunan elektron qaiməni qəbul etmiş və onlara dair hər hansı etirazını bildirməmişdir. İş materiallarından da görünür ki, həmin elektron qaimə iddiaçıya qaytarılmamış, ləğv edilməmiş, beləliklə, elektron qaimə bəyənilməklə həmin dəyərdə və həmin məbləğdə malın təqdim edildiyi qəbul edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, əgər iddiaçı cavabdehə qeyd olunan elektron qaimədə əks olunmuş malı təqdim etməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin, hazırki işdə bu hal mövcud deyildir. Göründüyü kimi cavabdehin iddiaçıya ƏDV daxil 13.050,80 manat məbləğində borcu qalmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı həmin ödənişlərin həyata keçirilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumunun ödənilməsi iddiaçı tərəfindən tələb edilmədiyindən, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 11.060 manat əsas borc və 1.990,80 manat ƏDV borcu olmaqla, cəmi 13.050,80 manat məbləğində pul tutularaq iddiaçı X5 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehndən 11.060 manat əsas borc və 1.990,80 manat ƏDV borcu olmaqla, ümumilikdə 13.050,80 (on üç min əlli manat səksən qəpik) manat məbləğində pul tutularaq iddiaçı X5 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1065/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1065/2021
07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver