Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-107/2025 29.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı – borcun ödənilməsi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı - cavabdehdən 43.715 manat pulun və 221 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış xx.xx.2024-cü il tarixli 150124-03 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı, yəni iddiaçıdan alınmış mallar üzrə alıcı, yəni cavabdehin ümumilikdə 43.715 manat qalıq pul borcu ödənilməmiş qalmışdır. Cavabdehə xəbərdarlıq məktubu göndərilərək borcun qısa müddətdə ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. Əks halda müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət ediləcəyi xəbərdarlıqda göstərilmişdir. Göründüyü kimi müqavilə üzrə öhdəliklərini lazımi və tam qaydada icra etməyən cavabdeh bağlanmış müqavilənin şərtlərini pozmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixli 150124-03 nömrəli alqı-satqı müqaviləsinin tələblərinə görə “satıcı” hazırki müqaviləyə əsasən müqavilənin 1.2-ci bəndində göstərilən malları alqı-satqı yolu ilə “alıcının” mülkiyyətinə verir, “alıcı”isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “satıcı” ya ödəyir. Sözügedən müqavilənin 9.1-ci bəndinə görə hər bir tərəf üzərinə öhdəlik götürür ki, hazırki müqavilənin müddəalarına riayyət edilməsi və bütün ağlabatan, habelə hazırki müqavilənin tədbiqi üçün vacib və arzu olunan bütün hərəkətləri həyata keçirəcəkdir. Bağlanmış müqavilənin ödəniş şərtlərinin cavadeh tərəfindən pozulduğunu və qalıq pul borcunu ödəməsi barədə cavabdehə dəfələrlə şifahi qaydada və sonuncu dəfə pretenziya məktubu ilə müraciət olunsa da, ödəniş barədə nəticə olmamışdır. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə iştiraklar olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 150124-03 nömrəli, xx.xx.2024-cü il tarixli alqı-satqısı müqaviləsi bağlanmışdır. İş materialında olan sənədlərdən (qiymətlərin razılaşma protokolları, xx.xx.2024-cü il tarixli üzləşmə aktl və elektron qaimə-fakturaların, kassa mədaxil orderlərinin surətlərindən) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə mallar satmışdır. Həmin sənədlərdən həmçinin görünür ki, cavabdehin 43.715,24 manat məbləğində borcu mövcuddur. İş materialında olan xx.xx.2025-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 35.315 manat məbləğində borcu vardır. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, cavabdehə ödənilməmiş borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/1538 saylı, xx.xx.2025-ci il tarixli rəyi ilə Cavabdeh MMC-nin İddiaçı MMCyə xx.xx.2024-cü il tarixə 43.715 manat (o cümlədən, 87.250 (elektron qaimə-fakturalarına əsasən təqdim edilən mallar) – 7.000 (aparılmış ödənişlər) – 36.535 (elektron qaiməfakturalara əsasən qaytarılmış mallar)); xx.xx.2024-cü il tarixə 43.715 manat (o cümlədən, 87.250 (elektron qaimə-fakturalarına əsasən təqdim edilən mallar) – 7.000 (aparılmış ödənişlər) – 36.535 (elektron qaimə-fakturalara əsasən qaytarılmış mallar)); xx.xx.2024-cü il tarixə 37.715 manat (o cümlədən, 87.250 (elektron qaimə-fakturalarına əsasən təqdim edilən mallar) – 13.000 (aparılmış ödənişlər) – 36.535 (elektron qaimə-fakturalara əsasən qaytarılmış mallar)); xx.xx.2025-ci il tarixə 32.315 manat (o cümlədən, 87.250 (elektron qaimə-fakturalarına əsasən təqdim edilən mallar) – 18.400 (aparılmış ödənişlər) – 36.535 (elektron qaimə-fakturalara əsasən qaytarılmış mallar)) borcu müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. İş materiallarına əlavə edilmiş cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəməyə xx.xx.2025-ci il tarixdə ünvanladığı arizədən görünüür ki, iş üzrə ekspertizanın rəyi ilə razı olmadığını, ekspertin xx.xx.2025-ci il tarixli rəy verdiyini, öz rəyində sonuncu ödənişin tarixini xx.xx.2025 olaraq qeyd etdiyini bildirmişdir. Həmin tarixdən sonra ümumi məbləği 8.000 manat olmaqla, 3 dəfə ödəniş edildiyini, həmin qəbzlərin məhkəməyə təqdim edildiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli ödəniş tapşırıqlarının surətindən görünür ki, Cavabdeh MMC İddiaçı MMC-yə ümumilikdə 8.000 manat məbləğində ödəniş etmişdir. İş materialında olan xx.xx.2025-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 28.315 manat məbləğində borcu vardır. Həmin üzləşmə aktı cavabdehin nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materialında olan xx.xx.2025-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 41.065 manat məbləğində borcu vardır. Həmin üzləşmə aktı cavabdehin nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materialında olan xx.xx.2025-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 24.315 manat məbləğində borcu vardır. Həmin üzləşmə aktı cavabdehin nümayəndəsi tərəfindən imzalanmamışdır. Beləliklə, işin həqiqi halları ilə, iddiaçının nümayəndəsinin izahatı və işin materialları ilə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, hazırda cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Ona görə ki, işin həqiqi halları məhkəmə iclasında müəyyən olunmuşdur ki, ekspert rəyi ilə cavabdehin xx.xx.2025-ci il tarixə 32.315 manat məbləğində borcunun olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd edilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən olunmuşdur ki, ekspert rəyi ilə müəyyən edilən xx.xx.2025-ci il tarixdən sonra cavabdeh tərəfindən xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində ümumilikdə 8.000 manat məbləğində ödəniş edilmişdir. Belə olan halda, cavabdehin 24.315 manat (32.315-8.000=24.315 manat) məbləğində borcunun olması müəyyən olunur. Belə ki, bu hal iddiaçının nümayəndəsi tərəfindən sonuncu məhkəmə iclasında təqdim edilmiş xx.xx.2025-ci il tarixli üzləşmə aktı ilə də təsdiq olunur. Odur ki, iddia qismən təmin edilərək, cavabdehdən 24.315 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş 221 manat dövlət rüsumunun 162,94 manatı (yəni, 24.315 manata münasibətdə) cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin 20 manatı iddiaçıdan, 80 manatı isə Cavabdeh MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-260-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 24.315 manat məbləğində borc və 162,94 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin 20 manatı İddiaçı MMC-dən, 80 manatı isə Cavabdeh MMC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-107/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-107/2025
29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver