Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1079/2025 27.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 yanvar 2023-cü il tarixli No S 133/23 saylı “təchizat müqaviləsi” əsasında yaranmış 7104 manat borc və 100 manat mediasiya xərcinin cavabdehə aid edilərək Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı nümayəndəsi və Cavabdeh təyin edilmiş məhkəmə iclasında iştirak etməmişlər. Lakin hər iki tərəf ərizə ilə məhkəməyə müraciət edərək öz aralarında mübahisənin barışıq yolu ilə həll edilməsinə dair razılığa gəldiklərini, bu barədə barışıq sazişi tərtib edərək imzaladıqlarını bildirmişlər və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixdə tərtib olunmuş “Barışıq sazişi”nin şərtlərinə görə: - Cavabdeh xx.xx.2023-cü il tarixli ********** nömrəli müqaviləyə əsasən iddiaçıya 7500 (yeddi min beş yüz) manat məbləğində borcunun olmasını qəbul edir; - İddiaçı cavabdehə bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra 2 ay güzəşt müddəti verəcəyini və cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdən etibarən ödəniş ediləcəyini qəbul edir; - Cavabdeh xx.xx.2025-ci il tarixdən etibarən 24 ay müddətinə hər ay 315 manat məbləğində iddiaçıya ödəniş edəcəkdir. Ödənişlər hər ayın 5-dən gec olmamaq şərti ilə ödəniləcək və ödənişin sonuncu tarixi xx.xx.2027-ci il tarix müəyyən edilir; - İddiaçı qəbul edir ki, cavabdeh tərəfindən ödənişlər vaxtında və lazımı qaydada icra edildiyi təqdirdə məhkəmə məsrəflərini (hüquqi xidmət haqqı 350 manat və ödənilmiş dövlət rüsumu 99 manat) cavabdehə güzəşt edəcəkdir; - Cavabdeh tərafindən ödəniş gecikdirildiyi halda (müvafiq olaraq hər ayın 5dən gec ödənildikdə) iddiaçı barışıq sazişinin şərtlərinin məcburi qaydada icra edilməsi üçün məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır; - Barışıq sazişinin, müddəaları cavabdeh tərəfindən pozulacağı halda cavabdeh ona qarşı sürülmüş iddia tələbini tam həcmdə icra edəcəkdir; - İcraata xitam verimə qaydasını və nəticələrini nəzərdə tutan AR MPM-nin 262-ci maddəsinin tələbləri tərəflərə məlumdur. Tərəflər bilir ki, işin icraata xitam verildikdə eyni tərəflər arasında eyni predmet haqqınd və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; - Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflər üçün məcburi icra qüvvəsinə malikdir: - Barışıq sazişi eyni hüquqa malik olmaqla 3 nüsxədə tərtib edildi, bir nüsxəsi məhkəmədə, digər nüsxələri isə tərəflərdə saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən və tərəflər arasında artıq mübahisə mövcud olmadığından işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Bundan əlavə, prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261.0.5, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ilə Cavabdeh arasında 13 may 2025-ci il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh xx.xx.2023-cü il tarixli, ********** nömrəli müqaviləyə əsasən İddiaçınə 7500 (yeddi min beş yüz) manat məbləğində borcunun olmasını qəbul edir.
2. İddiaçı Cavabdeh bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra 2 ay güzəşt müddəti verəcəyini və Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdən etibarən ödəniş ediləcəyini qəbul edir.
3. Cavabdeh xx.xx.2025-ci il tarixdən etibarən 24 ay müddətinə hər ay 315 manat məbləğində İddiaçınə ödəniş edəcəkdir. Ödənişlər hər ayın 5-dən gec olmamaq şərti ilə ödəniləcək və ödənişin sonuncu tarixi xx.xx.2027-ci il tarix müəyyən edilir.
4. İddiaçı qəbul edir ki, Cavabdeh tərəfindən ödənişlər vaxtında və lazımı qaydada icra edildiyi təqdirdə məhkəmə məsrəflərini (hüquqi xidmət haqqı 350 manat və ödənilmiş dövlət rüsumu 99 manat) cavabdehə güzəşt edəcəkdir.
5. Cavabdeh tərafindən ödəniş gecikdirildiyi halda (müvafiq olaraq hər ayın 5dən gec ödənildikdə) iddiaçı barışıq sazişinin şərtlərinin məcburi qaydada icra edilməsi üçün məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.
6. Barışıq sazişinin, müddəaları cavabdeh tərəfindən pozulacağı halda cavabdeh ona qarşı sürülmüş iddia tələbini tam həcmdə icra edəcəkdir. İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. İddiaçı və cavabdehə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.
Hakim Rəmzi Nəbiyev