Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1113/2021 06.08.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdehnə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.465 manat əsas borc və 5.123,70 manat ƏDV borcu olmaqla, cəmi 33.588,70 manat pulun Cavabdehndən tutularaq iddiaçı X3 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi 18 fevral 2020-ci il tarixli, 10 saylı müqavilə ilə Cavabdeh MMC ilə razılığa gəlmişdir ki, İmişli rayonunun Çaxırlı kənd ərazisində qumçınqıl istehsal etdiyi yataqdan öz yük avtomaşınları ilə Salyan rayonunun ərazisində Akkord şirkətlər birliyinin Su təhcizatı meydançasına çınqıl məhsulu daşımalıdır. O, müqavilə öhdəliklərinə əməl edərək, həmin tikinti yerinə müqavilədə cavabdehin sifarişi ilə nəzərdə tutulımuş çınqıl məhsullarını vaxtında çatdırmış və ümumilikdə 57.910 manat dəyərində 3.841 kub çınqıl məhsulları cavabdehə təhvil verilmişdir. Təhvil verdiyi cınqıla görə borclu olduğu 57.910 manat məbləğində puldan cavabdeh tərəfindən 29.03.2020-ci il tarixdə 9.000 manat, 15.05.2020-ci il tarixdə 10.445 manat və 14.07.2020-ci ildə 10.000 manat olmaqla, cəmi 29.445 manat pul ödənilmiş və bu günədək 28.465 manat məbləğində borc qalmışdır. Həmçinin cavabdeh ona borclu olduğu 28.465 manat əsas borc və dövlət büdcəsinə ödənilməli olan 18% ƏDV, yəni 5.123,70 manat olmaqla, ümumilikdə 33.588,70 manat pulu bu günədək ödəməyərək ona borclu qalmışdır. İddiaçı X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan X4 (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanılmış 18.02.2020-ci il tarixli, 10 saylı müqaviləyə əsasən, satıcı qiymətlərin razılaşdırılması protokolunda adı çəkilən mal-materialların alıcıya verilməsini, alıcı isə sifarişin dəyərini müqavilə əsasında qabaqcadan və ya materialı qəbul etdikdən sonra köçürmə yolu ilə bir həftə müddətində ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 18.02.2020-ci il tarixli, 10 saylı müqaviləyə əlavə kimi imzalanmış qiymətlərin razılaşdırılması protokolundan görünür ki, tərəflər 18.02.2020-ci il tarixli, 10 saylı müqavilədə nəzərdə tutulmuş mal-materialın (qum və çınqıl) qiymətləri barədə razılığa gəlmişlər. İş materiallarında olan elektron qaimələrin surətlərindən görünür ki, 05.03.2020-ci il tarixdə 11.809,44 manat (10.008 manat dəyərində çınqıl + 1.801,44 manat ƏDV), 07.04.2020-ci il tarixdə 10.152,72 manat (8.604 manat dəyərində çınqıl + 1.548,72 manat ƏDV), 20.04.2020-ci il tarixdə 2.098,04 manat (1.778 manat dəyərində yuyulmuş çınqıl + 320,04 manat ƏDV), 29.06.2020-ci il tarixdə 19.625,76 (16.632 manat dəyərində yuyulmuş çınqıl + 2.993,76 manat ƏDV) manat, 24.07.2020-ci il tarixdə 13.282,08 (11.256 manat dəyərində yuyulmuş çınqıl + 2.026,08 manat ƏDV) manat, 13.08.2020-ci il tarixdə 9.251,20 (7.840 manat dəyərində yuyulmuş çınqıl + 1.411,20 manat ƏDV) manat və 31.08.2020-ci il tarixdə 2.114,56 (1.792 manat dəyərində yuyulmuş çınqıl + 322,56 manat ƏDV) manat olmaqla, cəmi 68.333,80 (57.910 manat dəyərində çınqıl + 10.423,80 manat ƏDV) manat həcmində çınqılın dəyərinin ödənilməsi ilə bağlı X4 tərəfindən Cavabdeh MMC-yə elektron qaimələr göndərilmişdir. İş materiallarında olan hesabdan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC tərəfindən X3 29.03.2020-ci il tarixdə 9.000 manat, 15.05.2020-ci il tarixdə 10.445 manat və 14.07.2020-ci il tarixdə 10.000 manat olmaqla, cəmi 29.445 manat pul ödənilmişdir. İş materiallarında olan Dövlət Vergi Xidmətinin portalından çıxarışdan görünür ki, Cavabdeh MMC-nin sub uçot hesabından X1 uçot hesabına 24.03.2020-ci il tarixdə 1.801,44 manat, 14.05.2020-ci il tarixdə 1.880,10 manat və 13.07.2020-ci il tarixdə 1.800 manat olmaqla, cəmi 5.481,54 manat ƏDV ödənilmişdir. İş materiallarında olan 18.05.2021-ci il tarixli bildirişdən (pretenziyadan) görünür ki, X4 tərəfindən Cavabdeh MMC-yə müraciət edilərək, 28.465 manat borcun və 5.123,70 manat ƏDV-nin ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən məhkəməyə ünvanlanmış 26.07.2021-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, X4 heç bir üzləşmə aktı olmadan məhkəməyə müraciət etmişdir. X4 53.263 manat dəyərində mal təqdim etmiş və ona Cavabdeh MMC tərəfindən ƏDV-siz 29.445 manat ödənilmişdir. İşi gördürən Akkord Hidrotexnik MMC tərəfindən 416.000 vəsait Cavabdeh MMC-yə ödənilmədiyi üçün borc əmələ gəlmişdir. Akkord Hidrotexnik MMC tərəfindən yuxarıda göstərilən borc ödənildiyi təqdirdə Cavabdeh MMC X3 ödənilməli olan borc ödəniləcəkdir. Cavabdeh MMC-nin borcu 23.818 manat təşkil edir. İş materiallarında olan 01.05.2021-ci il tarixli, **********47 saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə müəyyən etdi ki, X4 ilə Cavabdeh MMC arasında 18.02.2020-ci il tarixli, 10 saylı müqavilə bağlanılmış, iddiaçı tərəfindən cavabdehə mallar (çınqıl) təqdim edilmiş, cavabdeh tərəfindən isə iddiaçıya müxtəlif vaxtlarda və məbləğlərdə pul vəsaitləri ödənilmişdir. Hazırda iddiaçı qeyd olunan alqı-satqı müqaviləsi üzrə 28.465 manat əsas borc və 5.123,70 manat ƏDV borcu olmaqla, cəmi 33.588,70 manat borcun qaldığını bildirir və həmin borcun cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə iddiaçı tərəfindən onlara təqdim edilmiş mallara görə 23.818 manat borcun qaldığını bildirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia qismən, 28.465 manat əsas borc və 4.942,26 manat ƏDV borcu olmaqla, cəmi 33.407,26 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində təmin edilməli, qalan hissədə isə iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, X4 ilə Cavabdeh MMC arasında 18.02.2020-ci il tarixli, 10 saylı müqavilənin bağlanılması və qeyd olunan müqavilə əsasında tərəflər arasında alqısatqıların həyata keçirilməsi, cavabdeh tərəfindən iddiaçıya 29.445 manat (ƏDV-siz) ödənildiyi işin mübahisəsiz halları olmaqla hər iki tərəf tərəfindən qəbul edilir. Mübahisə ondan ibarətdir ki, iddiaçı cavabdehə cəmi 68.333,80 (57.910 manat dəyərində çınqıl + 10.423,80 manat ƏDV) manat dəyərində malın verildiyini, cavabdeh isə ona 53.263 manat dəyərində mal təqdim edildiyini bildirir. Məhkəmə qeyd olunan dəlillərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında 18.02.2020-ci il tarixdən başlamış alqı-satqı münasibətləri tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimələrə əsasən həyata keçirilmişdir. Cavabdeh iddiaçı tərəfindən ona 53.263 manat dəyərində mal təqdim edildiyini bildirsə də, elektron qaimələrdən görünür ki, X4 tərəfindən Cavabdeh MMC-yə cəmi 68.333,80 (57.910 manat dəyərində çınqıl + 10.423,80 manat ƏDV) manat dəyərində çınqıl təqdim etmiş, cavabdeh tərəfindən iddiaçıya 57.910 manat çınqılın dəyərindən 29.445 manat, həmçinin ƏDV sub uçot hesabına 10.423,80 manat ƏDV borcundan cəmi 5.481,54 manat ödənilmişdir. Göründüyü kimi cavabdehin iddiaçıya çınqılın dəyəri olaraq 28.465 (57.910 – 29.445) manat borcu, 4.942,26 (10.423,80 – 5.481,54) manat isə ƏDV borcu qalmışdır. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh MMC qeyd olunan elektron qaimələri qəbul etmiş və onlara dair hər hansı etirazını bildirməmişdir. İş materiallarından da görünür ki, həmin elektron qaimələr iddiaçıya qaytarılmamış, dolayısı ilə elektron qaimələr bəyənilməklə həmin dəyərdə malın təqdim edildiyi qəbul edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, əgər iddiaçı cavabdehə qeyd olunan elektron qaimələrdə əks olunmuş heç bir mal təqdim etməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyildir. Bundan başqa, cavabdeh tərəfindən iddiaçının pretenziyasına da cavab verilməmişdir. Bu hal isə cavabdeh tərəfindən iddiaçının təqdim edilmiş malların bəyənilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı həmin ödənişlərin həyata keçirilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia 28.465 manat əsas borca münasibətdə tam, 5.123,70 manat ƏDV borcuna münasibətdə isə qismən, yəni 4.942,26 manat borcun tutulması hissəsində əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 28.465 manat əsas borc və 4.942,26 manat ƏDV borcu olmaqla, cəmi 33.407,26 manat məbləğində pul tutularaq iddiaçı X3 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 28.465 manat əsas borc və 4.942,26 manat ƏDV borcu olmaqla, cəmi 33.407,26 (otuz üç min dörd yüz yeddi manat, iyirmi altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı X3 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1113/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1113/2021
06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver