Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-113/2023 31.05.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi barəsində iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC (bundan sonra İddiaçı MMC və ya "xxxx" MMC) Cavabdeh qarşı – 34587,47 manat əsas borcun, 9338,6 manat cərimənin, 200 manat mediasiya xərcinin, 21,8 manat dövlət rüsumunun, cəmi 44147,87 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Beyləqan” filialı və cavabdeh arasında bağlanmış 21 284 477 saylı 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh 64,5 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 88783,48 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə cavabdeh tərəfindən 56178,14 kq, 38833,01 manat dəyərində xam-pambıq təhvil verilmişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur, bununla da iddiaçıdan təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Cavabdeh avans vəsaitlərin dəyərinə görə yaranmış borcundan 15363 manat vəsaiti iddiaçıya geri qaytarmışdır. Son nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 34587,47 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən “MKT-Beyləqan” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2-ci bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 9338,6 manat təşkil edir. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Keçirilmiş ilkin mediasiya sessiyasında iddiaçının nümayəndəsi iştirak etmiş, cavabdehin iştirak etməməsi barədə isə iddiaçıya arayış təqdim olunmuşdur. İddiaçı MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21 284 477 saylı, xx.xx.2021-ci il tarixli “2021-ci il mövsümü üzrə xam pambığın alqı-satqına dair” müqaviləyə əsəsən, cavabdeh 64,5 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İşdə olan 21 284 47 saylı, xx.xx.2021-ci il tarixli “2021-ci il mövsümü üzrə xampambığın alqı-satqısına dair 21 284 477 nömrəli müqaviləyə əlavə “Qiymətlərin razılaşdırma protokolu”ndan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında təhvil verilən xam pambığın satınalma qiyməti, göstərilən aqrotexniki xidmətlərin, xam pambığın qurudulması xidmətinin qiyməti, verilən bardan və fakturaların qiymətləri barədə razılığa gəlmişdirlər. İş materiallarında olan cədvəldən görünür ki, iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 88783,48 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmiş, bundan 54196,01 manat pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya qaytarılmış və cavabdehin 34587,47 manat məbləğində borcu qalmışdır. İşdə olan maliyyə arayışının surətindən görünür ki, cavabdehin 34587,47 manat məbləğində əsas borc, 9338,60 manat məbləğində faiz borcu vardır. İş materiallarına əlavə olan Cavabdeh tərəfindən "xxxx" MMC-nin “MKT-Beyləqan” Filialına ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, aqrotexniki tədbirlərin aparılması ardıcıllığına uyğun olaraq, gələcəkdə zəruri avans vəsaitlərinin (toxumçuluq çiyid, gübrə, dərman, aqrotexniki işlər və pambığın becərdilməsində zəruri olan digər tədbirlər üçün) verilməsi şərti ilə onunla cəmiyyət arasında xam-pambığın alqı-satqısına dair müqavilənin bağlanmasının təmin edilməsini xahiş etmişdir. İşə əlavə olan xx.xx.2020-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, X5 öz mülkiyyətində olan 50 ha əkin üçün yararlı dövlət fond torpağını 1 il müddətinə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh icarəsinə vermişdir. İşdə olan 64013252 nömrəli, xx.xx.2021-ci il tarixli ölçü aktından görünür ki, 2021-ci il “xam pambığın alqı-satqısına dair müqavilə” bağlamaq üçün 21 284 477 saylı ərizə ilə müraciət etmiş Cavabdeh istifadəsində olan torpaq sahələrinə baxış keçirilərək ölçü işləri aparılmışdır. İş materiallarına əlavə edilən xx.xx.2020-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, X5 öz mülkiyyətində olan 30 ha torpaq sahəsini pambıq əkmək üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh icarəsinə vermişdir. İşin materiallarına əlavə olunan xx.xx.2021-ci il tarixli əlavə №XX-müqavilə üzrə pambıq əkiləcək torpaq sahəsinə dəyişikliklə bağlı razılaşmadan görünür ki, “Alıcı” İddiaçı MMC-nin adından çıxış edən “MKT-Beyləqan” filialı “Satıcı” Cavabdeh arasında 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 477 nömrəli müqaviləyə əlavə “Müqavilə üzrə pambıq əkiləcək torpaq sahəsinə dəyişiklik edilmiş, ““Satıcı” 60,00 ha torpaq sahəsində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsalat etdiyi xam-pambığı bütünlüklə mövcud standartlara və xx.xx.2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “xam-pambığın yığılması və tədarükünə dair təlimat”ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və “Alıcı”da saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərə “Alıcı”nın mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin xx.xx.2021ci il tarixindən gec olmayaraq təhvil verir” razılığa gəlmişdirlər. İşdə olan 64013252 nömrəli, xx.xx.2021-ci il tarixli ölçü aktından görünür ki, 2021-ci il “xam pambığın alqı-satqısına dair müqavilə” bağlamaq üçün 21 284 477 saylı ərizə ilə müraciət etmiş Cavabdeh istifadəsində olan torpaq sahələrinə baxış keçirilərək ölçü işləri aparılmışdır. İş materiallarına əlavə edilən xx.xx.2021-ci il tarixli əlavə №XX-müqavilə üzrə pambıq əkiləcək torpaq sahəsinə dəyişikliklə bağlı razılaşmadan görünür ki, “Alıcı” İddiaçı MMCnin adından çıxış edən “MKT-Beyləqan” filialı “Satıcı” Cavabdeh arasında 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 477 nömrəli müqaviləyə əlavə “Müqavilə üzrə pambıq əkiləcək torpaq sahəsinə dəyişiklik edilmiş, ““Satıcı” 62,50 ha torpaq sahəsində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsalat etdiyi xam-pambığı bütünlüklə mövcud standartlara və xx.xx.2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “xam-pambığın yığılması və tədarükünə dair təlimat”ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və “Alıcı”da saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərə “Alıcı”nın mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin xx.xx.2021ci il tarixindən gec olmayaraq təhvil verir” razılığa gəlmişdirlər. İşdə olan torpaq sahəsinin icarəyə verilməsi haqqında (tarixsiz) müqavilədən görünür ki, X5 öz mülkiyyətində olan 2,0 ha torpaq sahəsini pambıq əkmək üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh icarəsinə vermişdir. İşin materiallarına əlavə olan xx.xx.2021-ci il tarixli əlavə №XX-müqavilə üzrə pambıq əkiləcək torpaq sahəsinə dəyişikliklə bağlı razılaşmadan görünür ki, “Alıcı” “MKT İstehsalat Kommersiya “ MMC-nin adından çıxış edən “MKT-Beyləqan” filialı “Satıcı” Cavabdeh arasında 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 477 nömrəli müqaviləyə əlavə “Müqavilə üzrə pambıq əkiləcək torpaq sahəsinə dəyişiklik edilmiş, ““Satıcı” 64,50 ha torpaq sahəsində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsalat etdiyi xam-pambığı bütünlüklə mövcud standartlara və xx.xx.2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “xam-pambığın yığılması və tədarükünə dair təlimat”ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və “Alıcı”da saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərə “Alıcı”nın mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin xx.xx.2021-ci il tarixindən gec olmayaraq təhvil verir” razılığa gəlmişdirlər. İş materiallarına əlavə olan “İş aktı № 02”-lərin əsillərindən görünür ki, 693917 nömrəli, “İş aktı № 02”-yə əsasən kultvasiya, 693908 nömrəli “İş aktı № 02”-yə əsasən kultivasiya, 693910 nömrəli “İş aktı № 02”-yə əsasən kultivasiya, 703881 nömrəli “İş aktı № 02”-yə əsasən yemləmə, 528589 nömrəli “İş aktı № 02”-yə əsasən şum 1, 463001 nömrəli “İş aktı № 02”-yə əsasən şum 1, 528644 nömrəli “İş aktı № 02”-yə əsasən şum 1, 796297 nömrəli “İş aktı № 02”-yə (imza yoxdu) əsasən kultivasiya, 608955 nömrəli “İş aktı № 02”-yə əsasən becərmə, 480835 nömrəli “İş aktı № 02”-yə əsasən kultivator, 480828 nömrəli “İş aktı № 02”-yə (sadə qələmlə yazılmış) əsasən kultivator, 480832 nömrəli “İş aktı № 02”-yə əsasən kultivator, 480816 nömrəli “İş aktı № 02”-yə əsasən becərmə, 479267 nömrəli “İş aktı № 02”-yə əsasən İİ kultifasiya, 464711 nömrəli “İş aktı № 02”-yə əsasən kultivasiya, 464721 nömrəli “İş aktı № 02”-yə əsasən kultivasiya, 479684 nömrəli “İş aktı № 02”-yə əsasən becərmə, 438023 nömrəli “İş aktı № 02”-yə əsasən İ kultivasiya, 464476 nömrəli “İş aktı № 02”-yə əsasən dərman səpini, 607753 nömrəli “İş aktı № 02”-yə əsasən tirə çəkmə, 438040 nömrəli “İş aktı № 02”-yə əsasən İ kultivasiya, 479680 nömrəli “İş aktı № 02”-yə əsasən səpin-təkrar, 796293 nömrəli “İş aktı № 02”-yə əsasən yemləmə kultivasiya, 703854 nömrəli “İş aktı № 02”-yə əsasən yemləmə, 796279 nömrəli “İş aktı № 02”-yə əsasən kultivasiya yemləmə, 796280 nömrəli “İş aktı № 02”-yə əsasən kultivasiya yemləmə, 693572 nömrəli “İş aktı № 02”-yə əsasən dərman səpini, 607794 nömrəli “İş aktı № 02”-yə əsasən dərman səpini, 693556 nömrəli “İş aktı № 02”-yə əsasən dərman səpini, 796226 nömrəli “İş aktı № 02”-yə əsasən dərman səpini, 607790 nömrəli “İş aktı № 02”-yə əsasən dərman səpini, 796084 nömrəli “İş aktı № 02”-yə əsasən dərman, 607784 nömrəli “İş aktı № 02”-yə əsasən dərman səpini, 607788 nömrəli “İş aktı № 02”-yə əsasən dərman səpini, 796223 nömrəli “İş aktı № 02”-yə əsasən dərman səpini, 607785 nömrəli “İş aktı № 02”-yə əsasən dərman səpini, 693922 nömrəli “İş aktı № 02”-yə əsasən barazda çəkmək, 693920 nömrəli “İş aktı № 02”-yə əsasən kultivasiya, 693921 nömrəli “İş aktı № 02”-yə əsasən kultivasiya, 796251 nömrəli “İş aktı № 02”-yə əsasən yemləmə, 464347 nömrəli “İş aktı № 02”-yə əsasən kotor, 608988 nömrəli “İş aktı № 02”-yə əsasən becərmə, 437046 nömrəli “İş aktı № 02”-yə əsasən diski, 437255 nömrəli “İş aktı № 02”-yə əsasən mala, 437047 nömrəli “İş aktı № 02”-yə əsasən disk, 463021 nömrəli “İş aktı № 02”-yə əsasən şum 1, 703876 nömrəli “İş aktı № 02”-yə əsasən yemləmə, 703877 nömrəli “İş aktı № 02”yə əsasən yemləmə, 703882 nömrəli “İş aktı № 02”-yə əsasən yemləmə, 693919 nömrəli “İş aktı № 02”-yə əsasən yemləmə işləri görülmüşdür. İşə əlavə edilən qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 5 118 140 nömrəli, xx.xx.2021-ci il tarixli qaimə üzrə 9300 manat, 5 118 142 nömrəli, xx.xx.2021-ci il tarixli qaimə üzrə 2612,5 manat, 5 118 143 nömrəli, xx.xx.2021-ci il tarixli qaimə üzrə 2200 manat, 5 118 145 nömrəli, xx.xx.2021-ci il tarixli qaimə üzrə 2337,5 manat, 5 118 144 nömrəli, xx.xx.2021-ci il tarixli qaimə üzrə 1512,5 manat, 5 120 649 nömrəli, xx.xx.2021-ci il tarixli qaimə üzrə 276 manat, 5 121 699 nömrəli, xx.xx.2021-ci il tarixli qaimə üzrə 82,5 manat, 5 124 120 nömrəli, xx.xx.2021-ci il tarixli qaimə üzrə 8559,5 manat, 5 123 992 nömrəli, xx.xx.2021-ci il tarixli qaimə üzrə 1190 manat, 5 124 033 nömrəli, xx.xx.2021-ci il tarixli qaimə üzrə 330 manat, 5 123 997 nömrəli, xx.xx.2021-ci il tarixli qaimə üzrə 440 manat, 5 130 481 nömrəli, xx.xx.2021-ci il tarixli qaimə üzrə 2880 manat, 5 130 507 nömrəli, xx.xx.2021-ci il tarixli qaimə üzrə 374 manat, 5 130 680 nömrəli, xx.xx.2021-ci il tarixli qaimə üzrə 1000 manat, 5 131 774 nömrəli, xx.xx.2021-ci il tarixli qaimə üzrə 868 manat, 5 131 871 nömrəli, xx.xx.2021-ci il tarixli qaimə üzrə 140 manat, 5 002 569 nömrəli, xx.xx.2021-ci il tarixli qaimə üzrə 700 manat, 5 002 579 nömrəli, xx.xx.2021-ci il tarixli qaimə üzrə 2400 manat dəyərində işlər (dərman və sair) görülmüşdür. İşdə olan 152256 saylı, xx.xx.2021-ci il tarixli pambıq qəbulu qəbzindən görünür ki, Cavabdeh tərəfindən 1157,48 manat məbləğində pambıq "xxxx" MMC-nin “MKT- Beyləqan” Filialına (zavod yanı) təhvil verilmişdir. İşdə olan 186891 saylı, xx.xx.2021-ci il tarixli pambıq qəbulu qəbzindən görünür ki, Cavabdeh tərəfindən 2690,6 manat məbləğində pambıq "xxxx" MMC-nin “MKT-Beyləqan” Filialına (zavod yanı) təhvil verilmişdir. İşdə olan 186892 saylı, xx.xx.2021-ci il tarixli pambıq qəbulu qəbzindən görünür ki, Cavabdeh tərəfindən 2105,36 manat məbləğində pambıq "xxxx" MMC-nin “MKT- Beyləqan” Filialına (zavod yanı) təhvil verilmişdir. İşdə olan 187103 saylı, xx.xx.2021-ci il tarixli pambıq qəbulu qəbzindən görünür ki, Cavabdeh tərəfindən 3177,94 manat məbləğində pambıq "xxxx" MMC-nin “MKT- Beyləqan” Filialına (zavod yanı) təhvil verilmişdir. İşdə olan 187099 saylı, xx.xx.2021-ci il tarixli pambıq qəbulu qəbzindən görünür ki, Cavabdeh tərəfindən 844,68 manat məbləğində pambıq "xxxx" MMC-nin “MKT-Beyləqan” Filialına (zavod yanı) təhvil verilmişdir. İşdə olan 187910 saylı, xx.xx.2021-ci il tarixli pambıq qəbulu qəbzindən görünür ki, Cavabdeh tərəfindən 2380,29 manat məbləğində pambıq "xxxx" MMC-nin “MKT- Beyləqan” Filialına (zavod yanı) təhvil verilmişdir. İşdə olan 187911 saylı, xx.xx.2021-ci il tarixli pambıq qəbulu qəbzindən görünür ki, Cavabdeh tərəfindən 2204,29 manat məbləğində pambıq "xxxx" MMC-nin “MKT- Beyləqan” Filialına (zavod yanı) təhvil verilmişdir. İşdə olan 187912 saylı, xx.xx.2021-ci il tarixli pambıq qəbulu qəbzindən görünür ki, Cavabdeh tərəfindən 2656,88 manat məbləğində pambıq "xxxx" MMC-nin “MKT- Beyləqan” Filialına (zavod yanı) təhvil verilmişdir. İşdə olan 187913 saylı, xx.xx.2021-ci il tarixli pambıq qəbulu qəbzindən görünür ki, Cavabdeh tərəfindən 2471,89 manat məbləğində pambıq "xxxx" MMC-nin “MKT- Beyləqan” Filialına (zavod yanı) təhvil verilmişdir. İşdə olan 187914 saylı, xx.xx.2021-ci il tarixli pambıq qəbulu qəbzindən görünür ki, Cavabdeh tərəfindən 2382,32 manat məbləğində pambıq "xxxx" MMC-nin “MKT- Beyləqan” Filialına (zavod yanı) təhvil verilmişdir. İşdə olan 187915 saylı, xx.xx.2021-ci il tarixli pambıq qəbulu qəbzindən görünür ki, Cavabdeh tərəfindən 2337,55 manat məbləğində pambıq "xxxx" MMC-nin “MKT- Beyləqan” Filialına (zavod yanı) təhvil verilmişdir. İşdə olan 152551 saylı, xx.xx.2021-ci il tarixli pambıq qəbulu qəbzindən görünür ki, Cavabdeh tərəfindən 1451,98 manat məbləğində pambıq "xxxx" MMC-nin “MKT- Beyləqan” Filialına (zavod yanı) təhvil verilmişdir. İşdə olan 152550 saylı, xx.xx.2021-ci il tarixli pambıq qəbulu qəbzindən görünür ki, Cavabdeh tərəfindən 1870,09 manat məbləğində pambıq "xxxx" MMC-nin “MKT- Beyləqan” Filialına (zavod yanı) təhvil verilmişdir. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziyanın surətindən görünür ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış şifahi alqı-satqısı müqavilə(lər)sinə əsasən Cavabdeh ödənilməmiş 34587,47 manat borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 4/446 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21 284 477 saylı, 21.01,2021-ci il tarixli 2021-ci il mövsümü üzrə xam pambığın alqı-satqı müqaviləsində “Satıcı” qrafasındakı imza, 21 284 47 saylı, xx.xx.2021-ci il tarixli 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 21 284 477 saylı müqaviləyə əlavə Qiymətlərin razılaşdırma protokolunda “Satıcı” qrafasındakı imza, xx.xx.2021 -ci il tarixli əlavə NsXXmüqavilə üzrə pambıq əkiləcək torpaq sahəsinə dəyişikliklə bağlı razılaşmada, xx.xx.2021ci il tarixli əlavə NsXX-müqavilə üzrə pambıq əkiləcək torpaq sahəsinə dəyişikliklə bağlı razılaşmada “Satıcı” qrafalarındakı imzalar, Cavabdeh tərəfindən "xxxx" MMC-nin “MKT- Beyləqan” Filialına ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədəki imza, 64013252 nömrəli, xx.xx.2021-ci il tarixli ölçü aktında və 64013252 nömrəli xx.xx.2021-ci il tarixli ölçü aktında “Fermer" qrafalarındakı imzalar, 608955 nömrəli “İş aktı N02”-də, 480816 nömrəli “İş aktı N02”-də, 479684 nömrəli “İş aktı N02”-də, 479680 nömrəli “İş aktı N02”- də, 607794 nömrəli “İş aktı N02”-də, 607790 nömrəli “İş aktı N02”-də, 796251 nömrəli “İş aktı N02”də, 464347 nömrəli “İş aktı N02”-də, 608988 nömrəli “İş aktı N02”-də, 437047 nömrəli “İş aktı N02”-də, “Fermerin A.S.A.:” qrafasında, “Cavabdeh” yazısının üzərində olan imzalar, 5 118 140 nömrəli xx.xx.2021-ci il tarixli, 5 118 142 nömrəli xx.xx.2021-ci il tarixli, 5 118 143 nömrəli xx.xx.2021-ci il tarixli, 5 118 145 nömrəli xx.xx.2021-ci il tarixli, 5 118 144 nömrəli xx.xx.2021-ci il tarixli, 5 120 649 nömrəli xx.xx.2021-ci il tarixli, 5 123 992 nömrəli xx.xx.2021-ci il tarixli, 5 124 033 nömrəli xx.xx.2021-ci il tarixli, 5 123 997 nömrəli xx.xx.2021-ci il tarixli, 5 130 481 nömrəli xx.xx.2021-ci il tarixli, 5 130 507 nömrəli xx.xx.2021-ci il tarixli, 5 130 680 nömrəli xx.xx.2021-ci il tarixli, 5 131 774 nömrəli xx.xx.2021-ci il tarixli, 5 131 871 nömrəli xx.xx.2021-ci il tarixli qaimələrdə “Təhvil aldım” qrafasında imzalar – eyni şəxs Cavabdeh tərəfindən imza olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2021-ci il tarixli əlavə NeXX-müqavilə üzrə pambıq əkiləcək torpaq sahəsinə dəyişikliklə bağlı razılaşmada “Satıcı” qrafasındakı imza, 693917 nömrəli “İş aktı N02”-də, 693908 nömrəli “İş aktı N02”-də, 693910 nömrəli “İş aktı N02”-də, 703881 nömrəli “İş aktı N02”-də, 528589 nömrəli “İş aktı N02”- də, 463001 nömrəli “İş aktı N02”də, 528644 nömrəli “İş aktı N02”-də, 480835 nömrəli “İş aktı N02”-də, 480828 nömrəli “İş aktı N02”-də, 480832 nömrəli “İş aktı N02”-də, 479267 nömrəli “iş aktı N02”-də, 464711 nömrəli “İş aktı N02”-də, 464721 nömrəli “İş aktı N02”- də, 438023 nömrəli “İş aktı N02”də, 464476 nömrəli “İş aktı N02”- də, 607753 nömrəli “İş aktı N02”-də, 438040 nömrəli “İş aktı N02”-də, 796293 nömrəli “İş aktı N02”-də, 703854 nömrəli “İş aktı N02”-də, 796279 nömrəli “İş aktı N02”-də, 796280 nömrəli “İş aktı N02”-də, 693572 nömrəli “İş aktı N02”-də, 693556 nömrəli “İş aktı N02”-də, 796226 nömrəli “İş aktı N02”-də, 796084 nömrəli “İş aktı N02”- də, 607784 nömrəli “İş aktı N02”- də, 607788 nömrəli “İş aktı N02”-də, 796223 nömrəli “İş aktı N02”-də, 607785 nömrəli “İş aktı N02”-də, 693922 nömrəli “İş aktı N02”-də, 693920 nömrəli “İş aktı N02”-də, 693921 nömrəli “İş aktı N02”-də, 437046 nömrəli “İş aktı N02”-də, 437255 nömrəli “İş aktı N02”-də, 463021 nömrəli “İş aktı N02”-də, 703876 nömrəli “İş aktı N02”-də, 703877 nömrəli “İş aktı N02”-də, 703882 nömrəli “İş aktı N02”-də və 693919 nömrəli “İş aktı N02”-də “Fermerin A.S.A.:” qrafasında, “Cavabdeh” yazısının üzərində olan imzalar, 152256 saylı xx.xx.2021-ci il tarixli, 186891 saylı xx.xx.2021-ci il tarixli, 186892 saylı xx.xx.2021-ci il tarixli, 187103 saylı xx.xx.2021-ci il tarixli, 187099 saylı xx.xx.2021-ci il tarixli, 187910 saylı xx.xx.2021 -ci il tarixli, 187911 saylı xx.xx.2021 -ci il tarixli, 187912 saylı xx.xx.2021-ci il tarixli, 187913 saylı xx.xx.2021-ci il tarixli, 187914 saylı xx.xx.2021-ci il tarixli, 187915 saylı xx.xx.2021-ci il tarixli, 152551 saylı xx.xx.2021-ci il tarixli və 152550 saylı, xx.xx.2021-ci il tarixli pambıq qəbulu qəbzlərində “Təhvil verdi” qrafasındakı imzalar, ******* nömrəli xx.xx.2021-ci il tarixli, ******* nömrəli xx.xx.2021-ci il tarixli, ******* nömrəli xx.xx.2021-ci il tarixli, ******* nömrəli xx.xx.2021-ci il tarixli qaimələrdə “Təhvil aldım” qrafasındakı imzalar – Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, nəticənin 1-ci bəndində göstərilən imzalarda qəsdən dəyişdirilməklə icra olunması faktı müəyyən edilmədi. Ekspertizaya təqdim olunmuş, nəticənin 2-ci bəndində göstərilən imzaların konkret icraçıları müəyyən edilmədiyindən qərarın ekspert qarşısında qoyulmuş 9-cu sualı üzrə tədqiqat işi aparılmadı. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 127 manat məbləğində təşkil edir. Beləliklə, işin həqiqi halları məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə(lər)yə əsasən iddiaçı tərəfindən həmin sahə(lər)yə görə xərc çəkilmişdir (avans ayrılmış, xidmətlər göstərilmiş və işlər görülmüşdür). Lakin, cavabdehin borcu yaranmışdır. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə(lər) üzrə cavabdeh(lər) üzər(lər)inə götürdü(kləri)yü öhdəli(klər)yi yerinə yetirməmişdir(lər). Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan avans almaq və iddiaçının xidmətlərindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda sahədə pambıq becərərək, iddiaçıya təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında avans almasına və iddiaçının xidmətlərindən istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini tam şəkildə yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən əsas borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Ona görə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının rəyindən görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş bəzi sənədlərdə olan imzaların bir qismi cavabdeh tərəfindən imza olunmuş, bir qismi isə başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Araşdırma zamanı məhkəmə-xəttşünaslıq ekspertizasının rəyi əsasında cavabdeh tərəfindən imza olunması müəyyən edilmiş sənədlər əsasında cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqaviləyə əsasən əsas borc üzrə 4899,76 manat borcunun olması müəyyən edilmişdir. Belə ki, iddiaçı qeyd edilən müqaviləyə əsasən, 27761,2 manat dəyərində (2300,7 manat dəyərində iş aktları əsasında + 25460,5 manat dəyərində qaimələr əsasında = 27761,2 manat) xidmətlər göstərilmiş və işlər görülmüş, həmçinin iddiaçı tərəfindən cavabdehə 31334,57 manat məbləğində avans ödəmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən həmin sahəyə görə 88783,48 manat məbləğində deyil, 59095,77 manat (yəni, 27761,2+31334,57=59095,77 manat) məbləğində xərc çəkilməsi (avans ayrılması, xidmətlərin göstərilməsi və işlərin görülməsi) aydın olur. Belə olan halda, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqaviləyə əsasən əsas borc üzrə 34587,47 manat məbləğində deyil, 4899,76 manat (belə ki, 59095,77- 54196,01=4899,76 manat) məbləğində borcunun olması müəyyən edilir. Belə ki, 54196,01 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması iddiaçının təqdim etdiyi sənədlərlə (cədvəl və s.) və iddia ərizəsinin məzmunu ilə təsdiq edilir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia qismən təmin edilərək, cavabdehdən 4899,76 manat məbləğində əsas borc tutulmalaraq, iddiaçıya ödənilməldir. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 9338,60 manat məbləğində deyil, 90 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə eyni zamanda iddianın 200 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli olduğundan, iddia bu hissədə də qismən təmin edilərək cavabdehdən 50 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 21,8 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, 5 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, həmçinin iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan, lakin iddiaçı tərəfindən ödənilməyən dövlət rüsumunun (221,78 manatın) 55 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 4899,76 manat məbləğində əsas borc, 90 manat məbləğində cərimə, 50 manat məbləğində mediasiya xərci, 5 manat məbləğində dövlət rüsumu, cəmi 5044,76 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 55 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-113/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-113/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver