Məhkəmə qərarları › İş №e-2-2(121)-1133/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1133/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1133/2020 26.10.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Dövlət X7 X4 cavabdeh X2 qarşı pul tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Dövlət X7 X8 cavabdeh X2 qarşı cavabdehin xx.xx.2019-cu il tarixli, M********** nömrəli açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsi əsasında ödəməli olduğu 144.26 manat (ƏDV daxil) yayım haqqı məbləğinin və Dövlət Agentliyi tərəfindən iddianın qaldırılması ilə bağlı ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçının hesabına ödənilməsi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 tərəfindən Sabirabad rayonu, Heydər Əliyev prospektində yerləşən “Texno Market” obyekti üzərində və ayrıca dayaqlı reklam lövhəsi üzərində xx.xx.2019-cu il tarixindən 12 ay müddətinə reklam yayımının həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dövlət X5 X6 xx.xx.2019-cu il tarixli rəsmi müraciət edilmiş, bununla əlaqədar, Reklam İdarəsi tərəfindən X2 göstərilən reklam daşıyıcılarının üzərində reklamların yerləşdirməsi üçün xx.xx.2019-cu il tarixli M********** nömrəli icazə müqaviləsi bağlanılmışdır. Qeyd olunan icazə ilə bağlı reklam yayıcısı (X3) tərəfindən 58.50 manat məbləğində dövlət rüsumu, 100 manat yayım haqqı ödənilmişdir. Lakin xx.xx.2019-cu il tarixli M********** nömrəli icazə müqaviləsi üzrə qalıq 144.26 manat (ƏDV daxil) yayım haqqı məbləğinin ödənilməsi bu günədək təmin edilməmişdir. Bundan irəli gələrək, tərəflər arasında mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə X2 müvafiq borc öhdəliyinin icra edilməsi barədə xx.xx.2020-ci il tarixli, R1-8/01-05/87 nömrəli bildiriş məktubu ünvanlansa da, borclu tərəfindən qeyd olunan öhdəliyin yerinə yetirilməsi istiqamətində hər hansı bir tədbir görülmür. X3 xx.xx.2020 tarixli məktubla Şirvan X6 ərizə ilə müraciət edərək 2019-cu il mart ayından fəaliyyətini dayandırdığını və buna görə qalıq borcun silinməsini istəmişdir. Cavabdehin Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh X3 tərəfindən Sabirabad rayonu, Heydər Əliyev prospektində yerləşən “Texno Market” obyekti üzərində və ayrıca dayaqlı reklam lövhəsi üzərində xx.xx.2019-cu il tarixindən 12 ay müddətinə reklam yayımının həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dövlət X5 X6 xx.xx.2019-cu il tarixli rəsmi müraciət edilmiş, bununla əlaqədar, Reklam İdarəsi tərəfindən X2 göstərilən reklam daşıyıcılarının üzərində reklamların yerləşdirməsi üçün xx.xx.2019-cu il tarixli M********** nömrəli icazə müqaviləsi bağlanılmışdır. İşdən görünür ki, tərəflər arasında mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə X2 müvafiq borc öhdəliyinin icra edilməsi barədə xx.xx.2020-ci il tarixli, R1- 8/01-05/87 nömrəli bildiriş məktubu ünvanlanmışdır. İş materiallarından görünür ki, X3 xx.xx.2020 tarixli ərizə ilə Şirvan X6 müraciət edərək 2019-cu il mart ayından fəaliyyətini dayandırdığını və buna görə qalıq borcun silinməsini istəmişdir. Göründüyü kimi, cavabdehin müraciəti əsasında tərəflər arasında icazə müqaviləsi bağlanılmışdır. Lakin, cavabdeh qeyd edilən icazə müqaviləsi üzrə qalıq yayım haqqı məbləğini ödəmədiyindən, iddiaçı mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-cı maddəsinə əsasən, açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Həmin Qanunun 26.2-3-cü maddəsinə əsasən, reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən, açıq məkanda reklam yerləşdirilməsinə icazə (icazə) alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır. Həmin Qaydanın 2.10-cu bəndinə əsasən, dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənədi reklam yayıcısı müvafiq quruma təqdim etdikdən sonra 2 iş günündən gec olmayaraq icazə reklam yayıcısına verilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. İcazənin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Qeyd edilən Qaydanın 2.11-ci bəndinə əsasən, icazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. Bu Qaydanın 2.2.6-cı yarımbəndində nəzərdə tutulmuş əmtəələrə münasibətdə icazə müvafiq lisenziyada (sertifikatda və ya digər icazədə) müəyyən edilmiş müddətdən artıq verilə bilməz. Daimi xarakter daşıyan reklama (xidmət, ticarət və ya digər obyektlərin adları və s.) icazə altı aydan az olmayan müddətə verilir. Göstərilən Qaydanın 2.19, 2.20, 2.21 və 2.22-ci bəndlərinə əsasən, reklam yayıcısı açıq məkanda reklam yayımına görə müvafiq quruma haqq ödəyir. Haqqın məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. Reklam daşıyıcısının söküldüyü, icazənin dayandırıldığı və ya ləğv edildiyi, həmçinin reklam yayımının reklam yayıcısının öz təşəbbüsü ilə dayandırıldığı hallarda ödənilmiş haqq geri qaytarılmır. İcazə müddətinin uzadılması icazə sahibinin müraciəti əsasında bu Qaydanın 2.11-ci bəndinə və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, icazənin yenidən rəsmiləşdirilməsi qaydasında həyata keçirilir. İcazənin müddəti bitdiyi halda reklam yayıcısı reklam yayımını dərhal dayandırmalıdır. Müddəti bitmiş icazə, onun müddəti uzadılmadığı halda, müvafiq qurumun inzibati aktı ilə ləğv edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində reklam yayıcısına təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, bağlanmış müqaviləyə əsasən borclu açıq məkanda reklam yerləşdirilməsinə verilmiş icazə(lər) əsasında reklam yayımını həyata keçirmək hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqaviləyə uyğun olaraq ödəniş(lər) həyata keçirilməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Borcluisə müqavilə əsasında reklam yayımını həyata keçirməsinə dair hüququndan istifadə etmiş, lakin müqaviləyə uyğun olaraq ödəniş(lər) həyata keçirilməli olmasına dair vəzifələrini isə yerinə yetirməmişdir. Halbuki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi (ərizə) ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, iddia qeyd edilən hissədə əsaslıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə eyni zamanda hesab edir ki, dövlət rüsumu da borcludan kreditorun xeyrinə tutulmalıdır. Ona görə ki, cavabdehin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı mövcud ərizə ilə məhkəməyə müraciət etməsi ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, pul məbləği cavabdehdən alınmaqla yanaşı, dövlət rüsumunun ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, iddia qiyməti 500 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 20 manat dövlət rüsumu tutulur. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. X1 144,26 manat məbləğində yayım haqqı və 20 manat məbləğində dövlət rüsumu, cəmi 164,26 məbləğində pul vəsaiti alınaraq Azərbaycan Respublikasının Dövlət X7 X6 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar