Məhkəmə qərarları › İş №e-2-2(121)-116/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-116/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-116/2021 15.04.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X5 iştirakları ilə, İddiaçı X1 Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcların silinməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qəbul edilmiş qərarın (tələbnamənin) ləğv edilməsi, həmin akta əsasən hesablanmış 6.229,60 manat, sayğaca artıq göstərici nəticəsində hesablanmış 3.000 manat olmaqla, cəmi 9.229,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə iddia həcminin dəyişdirilməsi (artırılması) barədə ərizə ünvanlanaraq, Cavabdeh tərəfindən tərtib edilmiş 31.03.2020-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 6.229,60 manat borcun, sayğaca artıq göstərici nəticəsində hesablanmış 3.446,50 manat borcun, G-4 markalı qaz sayğacına hesablanmış 356,40 manat borcun - ümumilikdə 10.032,50 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və iddia həcminin dəyişdirilməsi (artırılması) barədə ərizə onunla əsaslandırılmışdır ki, o, özünə məxsus Sabirabad rayonu ərazisində yerləşən istixanada tərəvəz məhsullarının istehsalı ilə məşğuldur. İstixanada quraşdırılmış qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edir. İstifadə etdiyi təbii qazın dəyərini həmişə vaxtında ödəmişdir. 05.02.2020-ci il tarixdə istixanada quraşdırılmış sayğac Cavabdeh nümayəndələri tərəfindən çıxarılaraq, dövlət yoxlamasına göndərilmişdir. Sayğac onun iştirakı və məlumatı olmadan yoxlamadan keçirilmiş, guya sayğacda nöqsanlar aşkar edilmişdir. Belə ki, sayğacın çıxarılması ilə bağlı aktda sayğacın mexaniki göstəricisinin ******* kub metr, elektron göstəricisinin isə Vbt-**********0, Vt-000115919 kub metr olması göstərilmişdir. X12 İdarəsindən əldə edilmiş abonentin saldosunda sayğacın 2019-cu ilin fevral ayında mexaniki göstəricisinin 4.601 m3, elektron göstəricisinin 4.587 m3, mart ayında mexaniki göstəricisinin 25.509 m3, elektron göstıricisinin 28.875 m3, aprel ayında mexaniki göstəricisinin 28.971 m3, elektron göstəricisinin 34.765 m3 olması qeyd olunmuş və bu göstərici 2019-cu ilin noyabr ayına kimi təkrar qeyd olunmuşdur. 2019-cu ilin dekabr ayında mexaniki göstərici 89.818 m3,elektron göstərici 34.765 m3, 2020-ci ilin yanvar ayında mexaniki göstərici 10.889,20 m3, elektron göstərici 34.765 m3 qeydə alınmışdır. Qeyd olunanlardan məlum olur ki, cavabdeh tərəfindən Mirsəid Zülfüqarova məxsus istixanaya 34.465 m3 artıq sərfiyyat hesablanmış və həmin qazın dəyəri 3.446,50 manat təşkil edir. Bundan əlavə istixanada layihələndirmə aparılarkən cavabdehin nümayəndələri 2 qaz sayğacı quraşdırılması barədə layihədə qeyd etmişlər. İstixananın qaz xəttinin başlanğıcına G-160 markalı qaz sayğacı, istixananın daxilində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. G-4 markalı qaz sayğacı daxili məişət cihazlarında istifadə edilmiş qazı qeydə alır və nəzarət funksiyası daşıyır. Lakin cavabdeh təşkilat G-4 markalı qaz sayğacına əlavə abonent kodu açaraq, onun qeydə aldığı qaz sərfini həmin koda əlavə edir və pulun ödənilməsini tələb edir. Cavabdeh tərəfindən həmin koda 356,40 manat borc hesablanmış, tərəflərindən ödənilmiş puldan 180 manat hissəsi həmin koda köçürülmüşdür. G-4 markalı qaz sayğacının üzərində olan qaz sərfiyyatı G-160 markalı qaz sayğacı vasitəsilə qeydə alınmış və hesaba işlənmişdir. Bundan əlavə, 31.03.2020-ci il tarixli qərar ilə ona 6.229,60 manat cərimə hesablanmışdır. O, həmin cəriməni qanunsuz və əsassız hesab edir, ona görə də silinməsini xahiş edir. Belə ki, istifadə etdiyi təbii qazın dəyərini həmişə vaxtında ödəmişdir. Bugünədək heç bir borcu olmamışdır. Cavabdeh İBnin işçiləri hər ay sayğaca baxır (ayda iki dəfə), göstəriciləri götürür və ona hesab faktura təqdim edirlər. Əgər bu aylar ərzində sayğacda hər hansı bir nöqsan olsa idi Cavabdeh İBnin işçiləri bu barədə ona məlumat verərdilər. Cavabdeh İB ona 6.229,60 manat cərimə hesablamaqla guya onun sayğacının korrektorunun alarm rejimində işləməsini bildirirlər. Onda sual olunur ki, onun istixanasının fəliyyəti müddətində (60 gün) Cavabdeh İB-nin işçiləri ən azı 12 dəfə sayğaca baxış keçirdiblər və nəyə görə həmin nöqsanları görməyiblər (görə bilməzdirlər çünki elə bir nöqsan yox idi). Cavabdeh əməkdaşları tərəfindən “X7”nın tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdeh tərəfindən sayğacın növbədənkənar dövlət yoxlamasına göndərilməsinin hüquqi əsasları ona bildirilməmiş, qaydaların tələbləri kobud şəkildə pozulmuşdur. Qaz sayğacı xüsusi qutuya qoyulub ağzı plomblanmalı, laboratoriyada qutudan onun iştirakı ilə çıxarılmalı və onun iştirakı ilə yoxlamadan keçirilməliydi. Lakin Cavabdeh İB tərəfindən bunların heç birinə əməl olunmamış, hüquqları kobud şəkildə pozulmuşdur. Dəymiş ziyanın hansı qaydada, hansı normativ hüquqi akta əsasən və necə hesablanması barədə Cavabdeh İB-nin əməkdaşları ona əsaslandırılmış qərar verə bilməmişlər. Onlar dəymiş ziyanı öz daxili qərarlarına əsasən hesabladığını bildirdilər ki, həmin qərar istehlakçılar üçün məcburi xarakter daşıya bilməz. Həmçinin nəyə əsasən cərimə hesablandığını da əsaslandıra bilməmişdirlər. Həmçinin Cavabdeh İB-nin həmin o daxili qaydalarına əsasən cərimənin hesablandığı günlər üçün istehlakçı tərəfindən ödənilmiş pul həmin cərimədən çıxmalıdır. Cavabdeh tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında sərəncamı heçə sayılmış, ona məxsus obyektdə qanunsuz yoxlama aparılmışdır. Göründüyü kimi cavabdeh təşkilat tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələbləri kobud şəkildə pozulmuşdur. Qeyd olunanlar nəzərə alınaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin və və iddia həcminin dəyişdirilməsi (artırılması) barədə ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X9 məhkəməyə təqdim etdiyi etirazında qeyd etdiklərini müdafiə edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 26.02.2019-cu il tarixli, AMX-306/19 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, paylayıcı Cavabdeh müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı X2 məxsus müəssisəni qazla təmin etməyi, istehlakçı X3 isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı Cavabdeh tərəfindən təqdim edilən hesabata əsasən ödəməyi öhdələrinə götürmüşdürlər. Həmin müqaviləyə əsasən, istehlakçı X3 üçün G-160 və G-4T markalı 2 ədəd sayğac quraşdırılmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 05 fevral 2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, X2 məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış qaz sayğacının elektron hissəsi hesabat aparmadığı üçün qaz xəttindən açılaraq onun yerinə müvəqqəti olaraq G 250 80108824 saylı sayğac quraşdırılmışdır. İş materiallarında olan qeyri-əhali qaz sayğacının yoxlanması haqqında 06.03.2020ci il tarixli, SS 29/1640-00249 saylı aktdan görünür ki, Cavabdeh İB-nin 31.01.2020-ci il tarixli, SOCAR**********31791640X00249 saylı telefonoqramına əsasən, dövlət yoxlamasına aparılmış G160 markalı, 21780376 nömrəli rotor tipli “ELSTER” qaz sayğacı 05.02.2020-ci il tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və sayğacın daxilinin çirkləndiyi, ekranda alarm (ERR) işarəsi olduğu, impuls ötürücüsünün naqilinin qoruyucu örtüyünün bir neçə yerdən zədələndiyi, termoyatağın olmadığı və temperatur çeviricisinin qırıq, nasaz olduğu müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh 31.03.2020-ci il tarixli, ******* saylı təbii X7nın pozulması haqqında aktdan görünür ki, Cavabdeh nümayəndələri tərəfindən X2 məxsus qeyri-yaşayış sahəsində təbii qazın uçotu və təbii X7na riayət olunması yoxlanılmış, aktda Cavabdeh İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laborotoriyasının aktına əsasən abonentə məxsus G-160 markalı 21780376 nömrəli sayğac temperatur çeviricisinin nasazlığı səbəbindən korrektorun alarm rejimində işlədiyi aşkar olunmuşdur. Həmçinin həmin akta əsasən, itirilmiş qazın bərpa olunması, hesablanmış qaz həcminin dəyərinin abonent tərəfindən ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan 31.03.2020-ci il tarixli tələbnamədən görünür ki, Cavabdeh tərəfindən 31.03.2020-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın həcmi 31.148 m3 (115628 x 1.32 = 152629 -121481) müəyyən edilmişdir. İş materiallarında olan 15.02.2021-ci il tarixli abonentin saldolarından görünür ki, X1 G-160 markalı sayğacın quraşdırıldığı **********00064 saylı kod üzrə 2021-ci ilin yanvar ayına 17.367,80 manat borcu vardır. Həmin borcun 6.229,60 manat hissəsi 2020-ci ilin mart ayı üzrə akta əsasən hesablanmışdır. İddiaçının G-4T markalı sayğacın quraşdırıldığı **********00065 saylı kod üzrə isə 2020-ci ilin oktyabr ayına 176,40 (356,40 – 180) manat borcu vardır. Həmin kod üzrə 2019-cu ilin fevral ayından 2020-ci ilin oktyabr ayınadək cəmi 356,40 (142,60 + 213,80) manat dəyərində qazdan istifadə edilmiş və 180 (100+80) manat ödəniş edilmişdir. İş materiallarında olan 14.11.2020-ci il tarixli debitor borcun ödənilməsi haqqında razılaşma protokolundan görünür ki, Cavabdeh X14 İdarəsi və abonent X3 istixananın **********00064 saylı və **********00065 saylı abonent kodları üzrə istifadə etdiyi təbii qaza görə Cavabdeh qarşısında 9.970 manat məbləğində yaranmış debitor borcunun ödənilməsinə dair razılığa gəlmişlər. “İstehlakçı” təbii qazdan istifadəyə görə Cavabdeh X14 İdarəsinə 9.970 manat məbləğində borcunun olmasını qəbul edir. Həmin borcdan təbii qazın sərfiyyatından əlavə olaraq, 2020-ci ilin 25 noyabr tarixində 1.500 manat, 25 dekabr tarixində 1.500 manat və 25 yanvar 2021-ci il tarixində 6.970 manat olmaqla X14 İdarəsinə ödəməyi öhdəsinə götürür. “İstehlakçı”ya hesab faktura təqdim edildikdən sonra təbii qazın sərfiyyatı və bu Razılaşma Protokolunun 1.2-ci yarımbəndinin tələblərinə uyğun olaraq qalıq borcu üzrə ödəniş etmədiyi təqdirdə təbii qazın verilişinin dayandıralacağını qəbul edir və bununla bağlı Cavabdehnə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirir. İş materiallarında olan iddiaçı X3 tərəfindən Cavabdehnə ünvanladığı 02.09.2020-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, iddiaçı X3 Cavabdehnə müraciət edərək, cərimənin və borcun silinməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət ediləcəyini bildirmişdir. İş materiallarında olan Cavabdeh nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanan etirazda qeyd olunur ki, iddiaçıya məxsus Sabirabad rayonu, Məmişlər kəndində yerləşən istixana layihə-smeta sənədlərinə əsasən qazlaşdırılmış və layihəyə uyğun olaraq istixanaya qaz sayğacı quraşdırılmışdır. İddiaçıya məxsus istixanada istismarda olan G 160 markalı qaz sayğacının elektron hissəsi qaz sərfini qeydə almadığı üçün 05.02.2020ci il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt əsasında çıxarılmış və yoxlamaya göndərilmişdir. Qeyd olunan qaz sayğacına Cavabdeh İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş, sayğacın daxilinin çirkli olması, ekranda alarm işarəsinin olması, impuls ötürücüsünün naqilinin qoruyucu örtüyünün bir neçə yerdən zədəli olması, termoyataqın olmaması, 08.06.2019-05.03.2020-ci illəri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiqin P=1,32 bar, ümumi korreksiya olunmuş qaz həcminin Vbt=134169 m3, 02.03.2019-cu il tarixdən etibarən temperatur çevricisinin nasazlığı səbəbindən korrektorun alarm rejimində işləməsi, ən son sərfiyyatın 02.03.2019cu il tarixdə qeydə alındığı, təzyiq borusunda sızma olmaması, təzyiq çevricisinin normal, temperatur çevricisinin isə qırıq olması, minimal sərfiyyatda sayğacın xətasının normaya uyğun olmaması, temperatur çevricisinin tələb olunması barədə 06.03.2020-ci il tarixli SS № 29/1640-00249 nömrəli rəy verilmişdir. Cavabdeh İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasının 06.03.2020-ci il tarixli SS № 29/1640-00249 nömrəli rəyinə əsasən, 31.03.2020-ci il tarixli ******* nömrəli “Təbii X7nın pozulması haqqında” akt tərtib edilmiş, qaz sayğacının arxiv məlumatlarına əsasən hesabat aparılmışdır. Hesabat sayğacın elektron yaddaşında olan 115628 m3 qaz sərfinin arxivə əsasən müəyyən olunmuş P=1,32 bar maksimal mütləq təzyiqə vurulmaqla və 01.02.2019-01.01.2020-ci il tarixə olan sərfiyyat çıxılmaqla aparılmış və nəticədə qaz sayğacının 31148 m3 qaz sərfini qeydə almamaması müəyyən edilmiş və qeyd olunan qaz sərfi (6.229,60 manat dəyərində) abonentin hesabına işlənmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh İB-nin işçilərinin hər ay sayğaca baxmasını, göstəriciləri götürməsini, hesabfaktura təqdim etmələrini, sayğacda hər hansı bir nöqsan aşkar etməmələrini bildirmişdir. Bildirilir ki, iddiaçıya məxsus istixanada istismarda olan qaz sayğacında yaranmış nasazlığı vizual baxışda müəyyən etmək mümkün deyildir. Qaz sayğacı laboratoriya yoxalmasından mütəxəssislər tərəfindən yoxlandıqdan sonra sayğacın işləmə prinsipində nasazlıq olub-olmamsı müəyyən olunur. İddiaçı iddia ərizəsində Cavabdeh İB-nin əməkdaşları tərəfindən “X10”nın 4.9-cu bəndinin tələblərini pozmasını qeyd etmişdir. Bildirlir ki, iddiaçı fərdi sahibkar statusuna malikdir, hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olur. “X7”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxslərin qaz sayğaclarının istismara yararlı vəziyyətdə saxlanmasına görə paylayıcı, hüquqi şəxslərdə isə özləri məsuliyyət daşıyırlar. Qeyd olunan hüquq normasından və işin hallarındadnda müəyyən olunur ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur, istixananın qazlaşdırılması və qaz sayğacının alınması iddiaçının vəsaiti hesabına alınmışdır. Belə olan halda, iddiaçı istixanasında istismarda olan G160 markalı qaz sayğacının istismara yararlı vəziyyətdə saxlanmasına məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsində Cavabdeh İB tərəfindən sayğacın növbədənkənar dövlət yoxlamasına göndərilməsinin hüquqi əsaslarının ona bildirilmədiyini, “X7”nın tələblərinin kobud şəkildə pozulduğunu iddia etmişdir. Bildirilir ki, qaz sayğacının elektron hissəsində yaranmış nasazlıqla bağlı sayğac istismardan çıxarılaraq, yoxlamaya göndərilmiş və bu barədə iddiaçıya müvafiq izahat verilmiş, sayğacın nasazlığı laboratoriya rəyi ilə öz təsdiqini tapmışdır. İddiaçı dəymiş ziyanın hansı qaydada, hansı normativ hüquqi akta əsasən və necə hesablanması barədə Cavabdeh İBnin əməkdaşlarının əsaslandırılmış qərar verə bilməməsini qeyd etmişdir. Bildirilir ki, iddiaçıya dəymiş ziyan hesablanmamış, sayğacın elektron hissəsinin alarm rejimində işlədiyi müddətdə qeydə almadığı qaz sərfi arxiv məlumatlarına əsasən hesablanaraq iddiaçının hesabına işlənmiş və hesabatın aparılmasını özündə əks etdirən tələbnamə iddiaçıya təqdim olunmuşdur. İddiaçı Cavabdeh İB tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamının pozulmasını, istixanada qanunsuz yoxlama aparılmasını iddia etmişdir. Bildirilir ki, Cavabdeh İB-nin texniki baxış keçirmək səlahiyyəti yoxdur, qaz təsərrüfatına texniki baxış keçirmək Energetika və Fövqəladə Hallar Nazirliklərinin səlahiyyətindədir. İddiaçı məhkəməyə təqdim etdiyi tələbin həcminin artırılması barədə ərizədə istixanasına 34465 m3 artıq sarfiyyat hesablandığını, həmin qazın dəyərinin 3.446,50 manat təşkil etdiyini qeyd etmişdir. İddiaçı iddiasını sayğacın çıxarılması ilə bağlı aktda sayğacın mexaniki göstəricisinin ******* m3, elektron göstəricisinin isə Vbt-**********0, Vt-000115919 m3 olması, abonent saldosunda sayğacın 2019-cu ilin fevral ayında mexaniki göstəricinin 4601 m3 elektron göstəricinin 4587 m3, mart ayında mexaniki göstəricinin 25509 m3 elektron göstəricinin 28875 m3, aprel ayında mexaniki göstəricinin 28971 m3 elektron göstəricinin 34765 m3 olmasının qeyd olunduğunu, bu göstəricinin 2019-cu ilin noyabr ayına kimi təkrar qeyd olunduğunu, 2019-cu ilin dekabr ayında mexaniki göstəricinin 89818 m3, elektron göstəricinin 34765 m3, 2020-ci ilin yanvar ayında mexaniki göstəricinin 10889,20 m3 elektron göstərici 34765 m3 qeyd alındığnı, 05.02.2020-ci il tarixli aktda sayğacın mexaniki göstəricisinin ******* kub metr, elektron göstəricisinin isə Vbt-**********0 m3 olması ilə əsaslandırmışdır. Bildirilir ki, iddiaçıya məxsus istixanada istismarda olan qaz sayğacının aylıq sərfiyyatı mexaniki göstəriciyə əsasən hesablanmış, iddiaçıya əlavə heç bir sərfiyyat yazılmamışdır. İddiaçı iddia ərizəsində istixanada layihələndirmə aparılarkən 2 qaz sayğacının quraşdırılmasının layihədə qeyd edildiyini, istixananın qaz xəttinin başlanğıcına G-160 markalı qaz sayğacının, istixananın daxilində isə G-4 markalı qaz sayğacı quraşdırıldığını, G-4 qaz sayğacının daxili məişət cihazlarında istifadə edilmiş qazı qeydə aldığını, nəzarət funksiyası daşıdığını, Cavabdeh İB-yi tərəfindən G-4 markalı qaz sayğacına əlavə abonent kodu açıldığını, G-4 markalı qaz sayğacının qeydə aldığı qaz sərfinin həmin koda əlavə edildiyini və pulunun ödənilməsinin tələb edildiyini, 356,40 manat borc hesablandığını, ödənilmiş puldan 180 manat hissəsinin həmin koda köçürüldüyünü, G-4 markalı qaz sayğacının istixananın daxili qaz xəttinə quraşdırıldığını, həmin sayğacın qeydə aldığı qaz sərfinin G-160 markalı qaz sayğacının qeydə aldığını və hesabına işləndiyini qeyd etmişdir. Bildiririk ki, iddiaçıya məxsus istixana qazlaşdırılarkən layihəyə uyğun olaraq 2 qaz sayğacı - G160 və G4 markalı qaz sayğacları quraşdırılmışdır. G-160 markalı qaz sayğacının minimal saatlıq qaz buraxma gücü 16 m3 təşkil edir. Belə olan halda, istixanada saatlıq qaz sərfi 16 m3-dan aşağı olan qaz cihazlarının sərf etdiyi qaz sərfini sayğac qeyd almayacaqdı. Bu səbəbdən də, istixanaya G4 markalı qaz sayğacı quraşdırılmışdır. Qeyd olunanlar iddiaçı Mirsəid Zülfüqarovun iddia tələblərinin əsassız olmasını təsdiq edir. Qeyd olunanlara əsasən, iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İş materiallarında olan X4 Agentliyinin Şirvan filialı tərəfindən məhkəməyə ünvanlanan rəydə qeyd olunur ki, Sabirabad rayonu, Məmişlər kəndində yerləşən X2 məxsus istixananın G160 rotor tipli 21780376 nömrəli qaz sayğacının elektron hissəsinin hesabat aparmaması ilə bağlı Cavabdeh İB-nin 31.01.2020-ci il tarixli, Socar **********31791640X00249 nömrəli telefonoqramına əsasən, 05.02.2020-ci il tarixli ******* nömrəli akt tərtib olunmuş və qaz sayğacı çıxarılmışdır. Aktda qaz sayğacının mexaniki göstəricisi 115917 m3, elektron göstəricisi 300 m3 və termoyuvadan çıxarılan plombların nömrələri qeyd olunmuşdur. Qaz xəttinin üzərində müvəqqəti olaraq 05.02.2020-ci il tarixli, ******* nömrəli akta əsasən turbin G250 tipli ******* nömrəli əvəzedici qaz sayğacı quraşdırılmışdır. Aktda qaz sayğacının mexaniki və elektron göstəriciləri 138239 m3 qeyd olunmuşdur. Bundan sonra G160 tipli qaz sayğacına Metrologiya Departamenti tərəfindən 06.03.2020-ci il tarixli SS 29/1640-00249 nömrəli akta əsasən laboratoriyada texniki baxış keçirilmiş, aktda sayğacın daxilinin çirkli, ekranda alarm işarəsinin olduğu, implus ötürücüsünün naqilinin qoruyucu örtüyünün bir neçə yerdən zədələndiyi, termoyataq olmadığı göstərilmişdir. Həmçinin aktda sayğacın yaddaş arxivində 08.06.2019- 05.03.2020-ci il tarixlərində saatlıq maksimal mütləq təzyiqin P=1,32 bar, ümumi korreksiya (ümumi qeydə alınmış qaz həcmi) olunmuş qaz həcminin Vbt = 134169 m3, Vbd (qeydə alınmayan qaz həcmi) =133869 m3, Vc (mexaniki hissənin məlumatı) = 115628 m3 olduğu, 02.03.2019-cu il tarixdən etibarən temperatur çeviricisinin nasazlığı səbəbindən korrektorun alarm rejimində işlədiyi və qaz sərfiyyatının T=20° C temperaturda qeydə alındığı göstərilmişdir. Eyni zamanda arxivlərə əsasən, ən son sərfiyyatın 02.03.2019-cu il tarixində qeydə alındığı, elektron göstərici V-ı-in mexaniki göstəricidən 2 m3 çox olduğu, təzyiq borusunda sızma olmadığı, təzyiq çeviricisinin normal, temperatur çeviricisinin isə qırıq olduğu qeyd olunmuşdur. Metrologiya Departamenti tərəfindən yoxlamanın nəticəsi olaraq, minimal sərfiyyatda sayğacın xətasının normaya uyğun olmadığı, temperatur çeviricisinin tələb olunduğu barədə yekun qərar verilmişdir. Qaz sayğacının yoxlanılması aktına əsasən, Salyan RQİİ-nin nümayəndələri tərəfindən X7nın pozulması haqqında 31.03.2020-ci il tarixli ******* nömrəli akt tərtib olunmuş və 31.03.2020-ci il tarixli hesabat aparılmışdır. Hesabat sayğacın 08.06.2019-05.03.2020-ci il tarixləri əhatə edən saatlıq arxivinə əsasən maksimal mütləq təzyiqin P=1,32 bar, mexaniki göstəricinin elektron yaddaşda olan Vc = 115628 m3 göstəricisi nəzərə alınmaqla, 1,32 x 115628 = 152629 m3 aparılaraq, vətəndaşa təqdim olunan sərfiyyat aktlarındakı qazın həcmi, 121481 m3 çıxılmaqla, 152629 m3 - 121481 m3 = 31148 m3 qazın həcmi, dəyəri 6.229,6 manat məbləği X2 məxsus istixananın qaz hesabına daxil edilmişdir. Müəyyən edilmişdir ki, Metrologiya Departamenti tərəfindən yoxlamanın nəticəsi olaraq, minimal sərfiyyatda sayğacın xətasının normaya uyğun olmadığı, temperatur çeviricisinin tələb olunduğu barədə yekun qərar verilsə də, sayğacın mininmal sərfiyyatda işləməsi mümkünsüzdür. Belə ki, su qızdırıcı qazanın olduğunun üzərindəki məlumat lövhəsində minimal qaz sərfi 60 m3 qeyd olunub. Digər tərəfdən temperatur çeviricisinin nasazlığı səbəbindən korrektor alarm rejimində işləsə də, sayğacın yaddaş arxivinə əsasən qaz sərfiyyatı normal olaraq, T=20° C temperaturda qeydə alınmışdır. Abonent saldosuna əsasən, G160 tipli qaz sayğacının 2019-cu ilin fevral ayından 01.05.2019-cu il tarxinədək elektron göstəricisinə görə 34535 m3 qaz sərfiyyatı, dəyəri 6.907 manat məbləğində abonentə sərfiyyat aktları təqdim olunmuş, abonent tərəfindən 2019-cu ilin noyabr və dekabr aylarında bu məbləğ ödənilmişdir. 2019-cu ilin dekabr ayında elektron hissənin göstəricisi təkrar oxunmuş, dekabr ayı üçün aylıq sərfiyyat 31.12.2019-cu il tarixli sərfiyyat aktına əsasən mexaniki göstəriciyə görə hesablanmış, 60847 m3, dəyəri 12.169,4 manat məbləğində ödəniş sənədi abonentə təqdim olunmuş və 2020-ci ilin yanvar və fevral aylarında sərfiyyatın dəyəri abonent tərəfindən ödənilmişdir. 2020-ci ilin yanvar ayı üçün aylıq sərfiyat, yanvar ayının sərfiyyat aktlarına əsasən mexaniki göstərici əsasında qeydə alınmış, 26099 m3, dəyəri 5.219,80 manat məbləği abonent tərəfindən 2020-ci ilin oktyabr ayında ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X7”nın (bundan sonra - Qaydalar) 5.2-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaz paylayıcısı tərəfindən Qaydaların 3 nömrəli əlavəsinin 2.1-ci bəndinin (qazpaylayıcının vəzifələri) 2.1.13-cü yarımbəndinin tələbini pozaraq qaz sayğacının təmirə göndərilməsi və yoxlanılması üçün ən azı 2 ay gec tədbir görülmüşdür. Belə ki, qaz sayğacının elektron hissəsində 34765 m3 göstərici 30.04.2019-cu il tarixindən sonra dəyişməmiş, həmin ilin dekabr ayında bu sayğacla yenidən bu istixanaya qaz verilmiş, göstərici 34765 m3 təkrar oxunmuşdur. Socar **********31791640X00249 nömrəli telefonoqram isə 31.01.2020-ci il tarixində göndərilmiş, 05.02.2020-ci il tarixində yoxlamaya göndərilməsi üçün qaz sayğacı çıxarılmışdır. Digər tərəfdən hesabat aparılmalı olduğu halda, rəyə əsasən qaz sayğacının yaddaş arxivində ümumi korreksiya olunmuş qaz həcmi 134169 m3 olduğundan, qaz sərfinin 05.02.2020-ci il tarixinə 134169 m3 - 230 m3 (quraşdırılarkən sayğacın göstəricisi) = 133939 m3 olduğu nəzərə alınaraq, 2019-cu ilin fevral ayından 31.01.2020-ci il tarixinədək istehlakçıya təqdim olunan sərfiyyat aktlarının cəmi 121481 m3 çıxılmaqla 133939 m3 - 121481 m3 = 12458 m3 x 0,2 man = 2.491,6 manat məbləğində hesab təqdim olunması məqsədəuyğun olardı. Lakin sayğacın yoxlanılması abonentin iştirakı olmadan, birtərəfli qaydada aparılmış, digər tərəfdən sayğacın yaddaşı oxunarkən sayğac parametrlərini əks etdirən video çəkiliş və ya digər sübutedici faktlar təqdim olunmamışdır. Nəticə olaraq, Qaydaların 5.2-ci bəndinə əsasən, tərtib edilmiş aktın ləğv olunması və hesablanmış 6.229,6 manat məbləğinin abonent hesabından silinməsi məqsədəuyğun hesab edilmişdir. İddia tələbi həcminin artırılması barədə ərizədə G4 tipli 11235976 nömrəli qaz sayğacı ilə qeydə alınan sərfiyyatın dəyərinə əsasən yaranmış 356 manat məbləğinin silinməsi xahiş olunmuşdur. Təqdim olunan sənədlərdən məlum olmuşdur ki, G4 tipli 11235976 nömrəli qaz sayğacı məişət qaz qurğularının qaz sərfiyyatının qeydə alınması üçün quraşdırılmışdır və 2019-cu ilin fevral ayından istehlakçıya aid istixanada istismar olunur. 31.12.2020-ci il tarixinədək sayğacla 2384 m3 qaz sərfi qeydə alınmış, dəyəri 476,8 manat olmuşdur. Bu müddət ərzində aylıq sərfiyyat aktları istehlakçıya təqdim edilmiş, istehlakçı tərəfindən 380 manat məbləği ödənilmişdir. 01.01.2021-ci il tarixinə 96,8 manat borc məbləği qalmışdır. Müəyyən edilmişdir ki, G160 tipli qaz sayğacının pasport göstəricilərinə əsasən, qazın təzyiq və surətindən asılı olaraq, qaz sərfinin ölçümə diapazonu 2,5 (Qmin) m3/saat - 250 (Qmax) m3/saat aralığındadır və 2,5 m3/saat~dan az qaz sərfiyyatını qeydə almır. İstixananın yardımçı otaqlarında quraşdırılan məişət qaz qurğularının, PQ4 tipli qaz plitəsinin maksimum qaz sərfi 1,2 m3/saat, məişət su qızdırıcısının isə 3,5 m3/saat~ dır və ümumilikdə qaz sərfi Qmax = 4,7 m3/saat təşkil edir. G4 tipli qaz sayğacının saldosunda 2020-ci ilin aprel ayında 193 m3/saat qaz sərfi qeydə aldığı halda, G250 tipli qaz sayğacında qaz sərfi olmamışdır. Digər tərəfdən məişət qaz sayğacı, istismar müddətində ən çox qaz sərfini (352 m3), 2019-cu ilin dekabr ayında qeydə alınmışdır. Məişət qaz qurğularının ümümilikdə sutkalıq istifadə müddətini 12 saat nəzərə alsaq, aylıq istifadəyə görə saatlıq qaz sərfi 352 m3 /372saat = 0,94 m3/saat olar. Beləliklə, məişət qaz qurğularının ümumilikdə maximum saatlıq qaz sərfinin 0,94 m3/saat olduğunu və G160 tipli qaz sayğacının minimum qaz sərfinin ölçmə qabiliyyətinin 2,5 m3/saat olduğunu nəzərə aldıqda, G160 tipli qaz sayğacının məişət qaz qurğularının qaz sərfini qeydə alması mümkün deyil. Araşdırmanın yekun nəticəsi olaraq, Qaydaların 5.2-ci bəndinə əsasən, hesablanmış 6.229,6 manat məbləğinin abonent hesabından silinməsi məqsədəuyğun hesab edilmiş, G4 tipli 11235976 nömrəli qaz sayğacı ilə qeydə alınan sərfiyyata uyğun 356 manat borc məbləğinin düzgün hesablandığı məlum olmuşdur. 16.03.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən mütəxəssis X11 izahat verərək bildirmişdir ki, 31.03.2020-ci il tarixli akta əsasən hesablanan və iddiaçı tərəfindən silinməsi xahiş olunan 6.229,6 manat məbləğində pul tərəflər arasında imzalanmış 14 noyabr 2020-ci il tarixli razılaşma protokolunda abonent tərəfindən qəbul olunan 9.970 manat borc məbləğinə daxildir. Beləliklə məhkəmə müəyyən etdi ki, iddiaçı X3 ilə Cavabdeh arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, istehlakçı X3 üçün G-160 və G-4T markalı 2 ədəd sayğac quraşdırılmışdır. 05 fevral 2020-ci il tarixli, ******* saylı akta əsasən, X2 məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış qaz sayğacının elektron hissəsi hesabat aparmadığı üçün qaz xəttindən açılaraq onun yerinə müvəqqəti olaraq G 250 80108824 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasına aparılmış G160 markalı, 21780376 nömrəli rotor tipli “ELSTER” qaz sayğacı 05.02.2020-ci il tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və sayğacın daxilinin çirkləndiyi, ekranda alarm (ERR) işarəsi olduğu, impuls ötürücüsünün naqilinin qoruyucu örtüyünün bir neçə yerdən zədələndiyi, termoyatağın olmadığı və temperatur çeviricisinin qırıq, nasaz olduğu müəyyən olunmuşdur. Daha sonra 31.03.2020-ci il tarixli, ******* saylı təbii X7nın pozulması haqqında akta əsasən, X2 6.229,60 manat borc hesablanmışdır. Cavabdeh X14 İdarəsi və abonent X3 istixananın **********00064 saylı və **********00065 saylı abonent kodları üzrə istifadə etdiyi təbii qaza görə Cavabdeh qarşısında 9.970 manat məbləğində yaranmış debitor borcunun ödənilməsinə dair razılığa gələrək, 14.11.2020-ci il tarixli debitor borcun ödənilməsi haqqında razılaşma protokolu imzalamışlar. Həmin protokola əsasən, X3 təbii qazdan istifadəyə görə Cavabdeh X14 İdarəsinə 9.970 manat məbləğində borcunun olmasını qəbul etmişdir. Lakin sonradan bununla razılaşmayan iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş 31.03.2020-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 6.229,60 manat borcun, sayğaca artıq göstərici nəticəsində hesablanmış 3.446,50 manat borcun, G-4 markalı qaz sayğacına hesablanmış 356,40 manat borcun - ümumilikdə 10.032,50 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbləri aşağıdakılardan ibarətdir:

1. Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 31.03.2020-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 6.229,60 manat borcun silinməsi;

2. sayğaca artıq göstərici nəticəsində hesablanmış 3.446,50 manat borcun silinməsi;

3. G-4 markalı qaz sayğacına hesablanmış 356,40 manat borcun silinməsi. Məhkəmə qeyd edir ki, iş materiallarından, tərəflərin və mütəxəssisin izahatlarından göründüyü kimi, 05 fevral 2020-ci il tarixdə X2 məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış qaz sayğacının elektron hissəsi hesabat aparmadığı üçün qaz xəttindən açılaraq onun yerinə müvəqqəti olaraq G 250 80108824 saylı sayğac quraşdırılmışdır. Həmin akt X3 tərəfindən imzalanmış, yəni iddiaçının qaz sayğacının elektron hissəsinin hesabat aparmadığından məlumatı olmuşdur. Daha sonra Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və sayğacın daxilinin çirkləndiyi, ekranda alarm (ERR) işarəsi olduğu, impuls ötürücüsünün naqilinin qoruyucu örtüyünün bir neçə yerdən zədələndiyi, termoyatağın olmadığı və temperatur çeviricisinin qırıq, nasaz olduğu müəyyən olunmuşdur. Nəticədə Cavabdeh 31.03.2020-ci il tarixli, ******* saylı təbii X7nın pozulması haqqında akt tərtib olunaraq, iddiaçıya 6.229,60 manat borc hesablanmışdır. İş materiallarından həmçinin görünür ki, 31.03.2020-ci il tarixli, ******* saylı akta əsasən 6.229,60 manat borc, o cümlədən, iddiaçının silinməsini xahiş etdiyi və sayğaca artıq göstərici nəticəsində hesablandığı iddia edilən 3.446,50 manat borc, quraşdırılmış sayğacın elektron göstəricisində nasazlıq olduğu üçün, nasaz olduğu müddətdə (sayğacın elektron hissəsinin “alarm” rejimində işlədiyi müddətdə) qeydə alınmamış qaz sərfiyyatının sayğacın mexaniki göstəriciləri əsasında hesablanması nəticəsində ortaya çıxmışdır. Başqa sözlə, qeyd olunan həcmdə (6.229,60 + 3.446,50 = 9.676,1 manat dəyərində) borcun hesablanması faktiki olaraq iddiaçı tərəfindən istifadə edilmiş, texniki qüsur nəticəsində sayğacın elektron göstəricisində əks edilməmiş, lakin sayğacın mexaniki göstəricisində və arxiv məlumatlarında əks edilmiş göstəricilərə əsasən aparılmışdır. Yəni iddiaçı qeyd olunan həcmdə təbii qazdan istifadə etmişdir. Ona görə də, məhkəmə Cavabdeh tərəfindən tərtib edilmiş 31.03.2020-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 6.229,60 manat borcun silinməsi və sayğaca artıq göstərici nəticəsində hesablanmış 3.446,50 manat borcun silinməsi hissələrdə iddianı əsassız hesab edir. Bundan başqa, məhkəmə G-4 markalı qaz sayğacına hesablanmış 356,40 manat borcun silinməsi tələbi hissəsinə münasibətdə də iddianı əsassız hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı X3 ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədə istehlakçı X3 üçün G-160 və G-4T markalı 2 ədəd sayğac quraşdırılması nəzərdə tutulmuş və həmin sayğaclar quraşdırılmışdır. G-4T markalı markalı sayğac ona görə quraşdırılmışdır ki, G160 tipli qaz sayğacının pasport göstəricilərinə əsasən, qazın təzyiq və surətindən asılı olaraq, qaz sərfinin ölçümə diapazonu 2,5 (Qmin) m3/saat - 250 (Qmax) m3/saat aralığındadır və 2,5 m3/saat~dan az qaz sərfiyyatını qeydə almır. İstixananın yardımçı otaqlarında quraşdırılan məişət qaz qurğularının, PQ4 tipli qaz plitəsinin maksimum qaz sərfi 1,2 m3/saat, məişət su qızdırıcısının isə 3,5 m3/saat~ dır və ümumilikdə qaz sərfi Qmax = 4,7 m3/saat təşkil edir. Göründüyü kimi, iddiaçı üçün quraşdırılmış G-4T markalı markalı sayğaca hesablanmış 356,40 manat borc G160 tipli qaz sayğacının qeydə almadığı qaz sərfiyyatına əsasən hesablanmışdır. Yəni iddiaçı tərəfindən qeyd olunan həcmdə də təbii qazdan istifadə edilmişdir. Belə olan halda isə, həmin borcun silinməsi qanunverciliyin tələbinə ziddir. Digər tərəfdən, Cavabdeh X14 İdarəsi və abonent X3 tərəfindən təsdiq edilmiş 14.11.2020-ci il tarixli debitor borcun ödənilməsi haqqında razılaşma protokoluna əsasən, istixananın **********00064 saylı və **********00065 saylı abonent kodları üzrə istifadə etdiyi təbii qaza görə Cavabdeh qarşısında 9.970 manat məbləğində yaranmış debitor borcunun ödənilməsinə dair razılığa gəlmişlər. **********00064 saylı abonent kodu üzrə 2020-ci ilin oktyabr ayının sonuna X1 borcu 12.525,80 manat, noyabr ayının sonuna isə 14.534,20 manat borcu qalmış, həmçinin iddiaçı tərəfindən 2020-ci ilin oktyabr ayında 5.000 manat, noyabr ayında isə 4.097 manat ödəniş edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək, razılaşma protokolu imzalanan zaman X1 9.970 manat borcu olduğunu və silinməsi tələb olunan məbləğin həmin məbləğə daxil olduğunu bildirmişdir. Həmçinin 16.03.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən mütəxəssis X11 da izahat verərək bildirmişdir ki, 31.03.2020-ci il tarixli akta əsasən hesablanan və iddiaçı tərəfindən silinməsi xahiş olunan 6.229,6 manat məbləğində pul tərəflər arasında imzalanmış 14 noyabr 2020-ci il tarixli razılaşma protokolunda abonent tərəfindən qəbul olunan 9.970 manat borc məbləğinə daxildir. Göründüyü kimi, iddiaçının 14.11.2020-ci il tarixə hər iki kod üzrə cəmi 9.970 manat məbləğində borcu olmuşdur ki, 14.11.2020-ci il tarixli debitor borcun ödənilməsi haqqında razılaşma protokoluna əsasən o, həmin borcu qəbul etmişdir. Belə olan halda isə hesablanmış və iddiaçı tərəfindən qəbul edilmiş borcun silinməsi qanunverciliyin tələblərinə ziddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X7”nın 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmçinin tərəflər arasında bağlanılmış 26.02.2019-cu il tarixli, AMX-306/19 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən, istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq (2.1.5-ci bənd), istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğac göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (2.1.8-ci bənd), “X7”nın 4.9-cu bəndinə uyğun olaraq, istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq, habelə dövlət yoxlamasından keçirmək (2.1.12-ci bənd) paylayıcının vəzifələri kimi nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 2.2.1-ci bəndinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin Müqaviləyə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək (2.3.1-ci bənd), bu müqavilənin və “X7”nın tələblərinə əməl etmək (2.3.2-ci bənd), bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşımaq (2.3.7-ci bənd) istehlakçının vəzifələridir. İşin faktiki hallarını, iş materiallarında olan sübutları, qanunvericiliyin yuxarıda qeyd olunan normalarını, tərəflər arasında bağlanılmış müqavilənin və razılaşma protokolunun şərtlərini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə

qət etdi:

İddiaçı X1 Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcların silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar