Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1176/2021 04.08.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı MMCnin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbi üzrə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə (VÖEN: **********) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 280 manat abunə və xidmət haqqı və 20 manat dövlət rüsumu, cəmi 300 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən borclu xidmət haqqını və müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri vaxtında ödəməyi öhdəsinə götürsə də, 512076800, 512076801, 512076802, 512076803, 512076804, 512076805, 512076806, 512076808, 512076809, 512076810, 512076811, 512076812, 512076813, 512076814, 512076815, 512076816, 512076817, 512076818, 512076819, 512076820, 512076821, 512076822, 512076823, 512076824, 512076825, 512076826, 512076827, 512076828, 512076829, 512076830, 512076831, 512076832, 512076833, 512076834, 512076835, 512076836, 512076837, 512076838, 512076839, 512076840, 512076841, 512076842, 512076843, 512076844, 512076845, 512076846, 512076848, 512076849, 512076850, 512076851, 512076852, 512076853, 512076854, 512076855, 512076856, 512076857, 512076858, 512076859, 512076860, 512076861, 512076862, 512076863, 512076864, 512076865, 512076866, 512076869, 512076870, 512076871, 512076872, 512076873, 512076874, 512076875, 512076876, 512076877, 512076878, 51207687, 512076880, 512076881, 512076882, 512076883, 512076884, 512076885, 512076886, 512076887, 512076889, 512076890, 512076891, 512076892, 512076893, 512076894, 512076895, 512076896, ********* və ********* telefon nömrələri ilə rabitə xidmətlərindən istifadə etmiş və nəticədə İddiaçı MMC-yə 280 manat abunə və xidmət haqqı borcu yaranmışdır. Abunə müqaviləsinin 4.1-ci bəndinə əsasən, abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, hesab-fakturada göstərilən ödəniş müddətləri abunəçi tərəfindən pozularsa, “Azercell” abunəçiyə faktura kəsildiyi tarixdən 45 (qırx beş) təqvim günü sonra növbəti təqvim günündən başlayaraq gecikmə faizi tətbiq edir ki, bu da ödənişin gecikdirildiyi hər təqvim günü üçün həmin günə olan borc məbləğinə 0,1% miqdarında hesablanır. Gecikmə faizinin hesablanması, gecikmə faizi borc məbləğinin 20%-dən artıq olmamaq şərti ilə, borc(lar) tam ödənilənə qədər “Azercell” tərəfindən davam etdirilir. Cavabdeh öz borcunu ödəməsinin son tarixi 19.08.2019-cu il müəyyən olunsa da o, müqavilənin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda qeyd olunan normaların tələbinə uyğun olaraq cavabdehə məhkəmə tərəfindən rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə etiraz təqdim edilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30 aprel 2019-cu il tarixli abunə müqaviləsindən, müqavilə tərəfləri arasında bağlanmış sazişdən və həmin sazişə edilmiş əlavədən görünür ki, Cavabdeh MMC İddiaçı MMC-dən 512076800, 512076801, 512076802, 512076803, 512076804, 512076805, 512076806, 512076808, 512076809, 512076810, 512076811, 512076812, 512076813, 512076814, 512076815, 512076816, 512076817, 512076818, 512076819, 512076820, 512076821, 512076822, 512076823, 512076824, 512076825, 512076826, 512076827, 512076828, 512076829, 512076830, 512076831, 512076832, 512076833, 512076834, 512076835, 512076836, 512076837, 512076838, 512076839, 512076840, 512076841, 512076842, 512076843, 512076844, 512076845, 512076846, 512076848, 512076849, 512076850, 512076851, 512076852, 512076853, 512076854, 512076855, 512076856, 512076857, 512076858, 512076859, 512076860, 512076861, 512076862, 512076863, 512076864, 512076865, 512076866, 512076869, 512076870, 512076871, 512076872, 512076873, 512076874, 512076875, 512076876, 512076877, 512076878, 51207687, 512076880, 512076881, 512076882, 512076883, 512076884, 512076885, 512076886, 512076887, 512076889, 512076890, 512076891, 512076892, 512076893, 512076894, 512076895, 512076896, ********* və ********* telefon nömrələrini almışdır. İş materiallarında olan 03 yanvar 2021-ci il tarixli cari hesab arayışlarından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ümumilikdə 280 manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 29 dekabr 2020-ci il tarixli, 266 nömrəli pretenziya bildirişinin surətindən görünür ki, Cavabdeh MMC 512076800, 512076801, 512076802, 512076803, 512076804, 512076805, 512076806, 512076808, 512076809, 512076810, 512076811, 512076812, 512076813, 512076814, 512076815, 512076816, 512076817, 512076818, 512076819, 512076820, 512076821, 512076822, 512076823, 512076824, 512076825, 512076826, 512076827, 512076828, 512076829, 512076830, 512076831, 512076832, 512076833, 512076834, 512076835, 512076836, 512076837, 512076838, 512076839, 512076840, 512076841, 512076842, 512076843, 512076844, 512076845, 512076846, 512076848, 512076849, 512076850, 512076851, 512076852, 512076853, 512076854, 512076855, 512076856, 512076857, 512076858, 512076859, 512076860, 512076861, 512076862, 512076863, 512076864, 512076865, 512076866, 512076869, 512076870, 512076871, 512076872, 512076873, 512076874, 512076875, 512076876, 512076877, 512076878, 51207687, 512076880, 512076881, 512076882, 512076883, 512076884, 512076885, 512076886, 512076887, 512076889, 512076890, 512076891, 512076892, 512076893, 512076894, 512076895, 512076896, ********* və ********* telefon nömrələri ilə rabitə xidmətlərindən istifadə etməsi nəticəsində İddiaçı MMC-yə 280 manat abunə və xidmət haqqı borcunun olması barədə məlumatlandırılmışdır. Cavabdeh MMC 280 manat abunə və xidmət haqqı borc məbləğinin 15.01.2021-ci il tarixdən gec olmayaraq tam həcmdə İddiaçı MMC-yə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 512076800, 512076801, 512076802, 512076803, 512076804, 512076805, 512076806, 512076808, 512076809, 512076810, 512076811, 512076812, 512076813, 512076814, 512076815, 512076816, 512076817, 512076818, 512076819, 512076820, 512076821, 512076822, 512076823, 512076824, 512076825, 512076826, 512076827, 512076828, 512076829, 512076830, 512076831, 512076832, 512076833, 512076834, 512076835, 512076836, 512076837, 512076838, 512076839, 512076840, 512076841, 512076842, 512076843, 512076844, 512076845, 512076846, 512076848, 512076849, 512076850, 512076851, 512076852, 512076853, 512076854, 512076855, 512076856, 512076857, 512076858, 512076859, 512076860, 512076861, 512076862, 512076863, 512076864, 512076865, 512076866, 512076869, 512076870, 512076871, 512076872, 512076873, 512076874, 512076875, 512076876, 512076877, 512076878, 51207687, 512076880, 512076881, 512076882, 512076883, 512076884, 512076885, 512076886, 512076887, 512076889, 512076890, 512076891, 512076892, 512076893, 512076894, 512076895, 512076896, ********* və ********* telefon nömrələri üzrə abunə müqavilələri bağlanılmışdır. Tərəflər arasında bağlanmış abunə müqavilələrinə əsasən, cavabdeh iddiaçının rabitə xidmətlərindən istifadə etmiş, lakin müqavilələr üzrə öhdəliyə əməl etməmişdir. İddiaçı 29 dekabr 2020-ci il tarixli, 266 nömrəli pretenziya məktubu ilə cavabdehə abunə və xidmət haqqı borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq göndərərək, borcunun ödənilməsini tələb etsə də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, işin hallarından görünür ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikərə əməl etməyərək yaranmış borcu ödəmədiyinə görə iddiaçının tələbi aşkardır. Həmin tələb cavabdehin mübahisə edilməyən vəzifələrinə və sadə yazılı qaydada təsdiq edilmiş əqdlərə əsaslanır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıya 280 manat abunə və xidmət haqqı borcunun mövcud olduğu iş materialları ilə təsdiq edildiyindən, iddia tələbi təmin edilməlidir. Bundan başqa İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehdən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 280 (ik yüz səksən) manat məbləğində abunə və xidmət haqqı və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu, ümumilikdə 300 (üç yüz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) İddiaçı xeyrinə 280 (ik yüz səksən) manat məbləğində abunə və xidmət haqqı, 20 (iyirmi) manat məbləğində dövlət rüsumu, ümumilikdə 300 (üç yüz) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1176/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1176/2021
04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver