Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1185/2024 29.03.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Misirzadə Namidar Əlöysət oğlu – İddiaçı MMC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli D129 saylı X5 Əlavə Razılaşma və D130 saylı Daxili lizinq X2-Öhdəliyin ötürülməsi haqqında müqavilələrin ləğv edilməsi (müqavilənin etibarlılığı məsələsinə qiymət verilməklə birlikdə); əmlaklar (lizinq obyektləri) üzərində cavabdehin xeyrinə edilmiş lizinq yüklülüklərinin götürülməsi (ləğv edilməsi); ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və lizinq müqavilələri üzrə hesablanmış 8000 manat məbləğində cərimənin cavabdehdən tutulması və lizinq predmeti olan mənzillərin (ünvan 1 ünvanında və ünvan 2erləşən daşınmaz əmlakların) boşaldılaraq iddiaçıya təhvil verilməsi barəsində iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, portaldan çıxarışdan görünür ki, cavabdeh Fərəcov X1 rayonu, Cəngan Ə/D, Çinar kəndi ünvanında qeydiyyatdadır. İddia ərizəsinə əlavə olunan iddiaçı ilə X6 arasında xx.xx.2023-cü il il tarixdə bağlanmış D129 və D130 saylı “daxili lizinq müqavilə”lərinin 8.1-ci bəndindən görünür ki, bu müqavilənin icrası ilə bağlı tərəflər arasında əmələ gələn bütün mübahisələr danışıqlar yolu ilə həll ediləcəkdir. Danışıqlar yolu razılığa gəlmək mümkün olmadıqda mübahisə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə həll ediləcəkdir. İddia ərizəsinə əlavə edilən X3 İddiaçı MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizələrin surətlərindən görünür ki, daşınmaz (ünvan 1 ünvanında və ünvan 2erləşən) əmlak(lar)ı almaq niyyətindədir. Əmlak(lar)ın qiymətinə dair satıcı ilə razılaşmışdır. Bununla bağlı 40000 manat vəsaitə ehtiyacı vardır. Bu vəsaitin ona lizinq şərtləri ilə maliyyələşdirilməsini xahiş edir. Qeyd olunan əmlak(lar) icarəyə verilmək məqsədi ilə alınır və icarədən əldə olunan gəlir lizinq öhdəliklərinin ödənilməsinə yönələcəkdir. Bundan başqa, öz sahibkarlıq fəaliyyətindən də olunan əldə gəlirdən lizinq öhdəliklərinin ödənişini aparılacaqdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, ünvan 1 ünvanında və ünvan 2erləşən daşınmaz əmlaklar iddiaçının xüsusi mülkiyyətindədir. İddia ərizəsinə əlavə edilmiş iddiaçı ilə cavabdeh və X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli D129 saylı X5 Əlavə Razılaşma və D130 saylı Daxili lizinq X2- Öhdəliyin ötürülməsi haqqında müqavilələrin 1-ci bəndindən görünür ki, bu razılaşmaya əsasən “Öhdəlik ötürən” “Lizinq verən”in razılığı ilə D129 saylı (və D130 saylı) daxili lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini, borcunu “Öhdəlik götürən”ə verir və “Öhdəlik götürən” də bütünlüklə qəbul edir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının boşaldılaraq ona təhvil verilməsini tələb etdiyi mənzillər Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə deyil, Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Abşeron rayonu ərazisində yerləşir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mövcud iddia tələbi Şirvan Kommersiya Məhkəməsində baxılmalı olan iddia tələbi olmayıb, müstəsna aidiyyətə görə mübahisəli daşınmaz əmlak(lar)ın yerləşdiyi ərazi üzrə mübahisəli əmlak(lar)ın Abşeron rayonu ərazində yerləşməsi əsasına görə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olan iddia tələbidir. Buna görə də işə onun ərazi aidiyyətinə görə aid olduğu Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinin Şirvan Kommersiya Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Ona görə ki, mövcud iddia əmlak(lar)ın yerləşdiyi yer üzrə məhkəməyə verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda Abşeron rayonu – Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərində göstərilmişdir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə aidliyi müəyyən edilmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda, iddiaçının diqqətinə çatdırılmalıdır ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasına dair nöqsanları aradan qaldıraraq məhkəməyə müraciət edərkən, ərazi aidiyyətinə, o cümlədən məhkəmə aidiyyətinə dair tələblərə də riayət etməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi, mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Mövcud iddia ərizəsi üzrə Cavabdeh fərdi sahibkar statusuna malik olan şəxsdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd edilən Məcəllənin 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Hazırki iddia ərizəsi üzrə Cavabdeh fərdi sahibkar statusu olan fiziki şəxs olsa da, mövcud mübahisənin onların ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibklarlıq fəaliyyətindən irəli gəlməsi iddia ərizəsinə əlavə edilən sənədlərlə müəyyən edilmir. Belə ki, iddia ərizəsinə əlavə edilən X3 İddiaçı MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizələrin surətlərindən qeyd olunan əmlak(lar)ın icarəyə verilmək məqsədi ilə alınması və icarədən əldə olunan gəlirin lizinq öhdəliklərinin ödənilməsinə yönələcəyi, habelə Sərxan Həsənovun öz sahibkarlıq fəaliyyətindən də əldə olunan gəlirdən lizinq öhdəliklərinin ödənişini aparacağı müəyyən olunsa da, öhdəliklər hazırki iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh ötürülərkən onun qeyd edilən əmlakları məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün əldə etməsi iddia ərizəsinə əlavə edilən sənədlərlə müəyyən etmək mümkün deyildir. Halbuki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə əsasən, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd edilən Qərarın 14-cü bəndinə əsasən, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Məhkəmə hesab edir ki, hazırki mübahisə cavabdehin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması təqdim edilmiş sənədlərlə müəyyən edilmədiyindən hazırki iş üzrə 3-cü meyar olan “hüquq münasibətlərinin xarakteri” işin kommersiya mübahisəsi kimi baxılmasını mümkünsüz edir. Digər tərəfdən, iddiaçı ilə X6 arasında xx.xx.2023-cü il il tarixdə bağlanmış D129 və D130 saylı “daxili lizinq müqavilə”lər üzrə müqavilə tərəfləri mübahisələrin Bakı şəhəri Xətai Rayon Məhkəməsində həll edilməsini müəyyən etmişlər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Qeyd edilən Məcəllənin 40.4-cü maddəsinə əsasən, mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmiş Cəlilabad rayonu ərazisində qeydiyyatda olsa da, habelə müstəsna aidiyyətə görə mübahisəli daşınmaz əmlak(lar)ın yerləşdiyi ərazi üzrə mübahisəli əmlak(lar)ın Abşeron rayonu ərazində yerləşməsi əsasına görə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olan iddia tələbi olmuş olsa da (müstəsna aidiyyət deyil, müqavilə aidiyyəti əsas götürülməli olduğu təqdirdə), tərəflər (hazırki iddia ərizəsi üzrə cavabdehdən əvvəl) öz aralarında qeyd edilən müqavilə(lər)lə mübahisəli işin ərazi aidiyyətini müəyyənləşdirdiklərindən, məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinin Şirvan Kommersiya Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda Bakı şəhəri (onun yurisdiksiyasına aid edilmiş rayonlar) - Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərində göstərilmişdir. Belə olan halda, iddiaçı iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət edərkən ərazi aidiyyətinə, o cümlədən məhkəmə aidiyyətinə dair tələblərə xüsusi diqqət yetirməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı MMC-nin Cavabdeh qarşı –müqavilələrin ləğv edilməsi, lizinq obyektlərinin geri təhvil verilməsi və yüklülüklərin ləğv edilməsi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. xx.xx.2024-cü il tarixdə dövlət büdcəsinə (Şirvan Kommersiya Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-1185/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1185/2024
29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver